Məhkəmə qərarları › İş №1(060)-761/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-761/2024

13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-761/2024 13.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, natamam orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SMP 518, yataqxana 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2i evdə kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü il tarixdə Qazaxıstan Respublikası, Kustan vilayəti, Kustanay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Fətəlipəyə kəndində qeydiyyatda olmaqla ünvan 2i evdə kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri, ünvan 3 ünvanında yerləşən dörd yan tərəfi mişar daşları ilə əhatələnmiş tikiliyə daş hasardan qanunsuz keçməklə daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 00:30 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi «QAZ-3110» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus tikilinin həyətinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub hasarın küncünə yığılmış bir ədədi 90 manat, 04 ədədi 360 manat dəyərində olan 04 metr uzunluğunda, 23 sm enində dəmir şvelleri, 112,5 manat dəyərində olan 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şvelleri bir-bir Təqsirləndirilən şəxs2 bir tərəfdən qaldırıb onun çiyninə qoyduqdan sonra daş hasarın üzərindən digər tərəfə keçirilməsini təmin etməklə «QAZ-3110» minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük və dam hissəsinə yükləyib gizli talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 472,50 (dörd yüz yelmiş iki manat əlli qəpik) manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Təqsirləndirilən şəxs2 tanıyır, onlar eyni məhəllədə qalırlar və uzun illərdir dostluq edirlər. Məşğuliyyəti dəmir yığmaqdır və dostu Təqsirləndirilən şəxs2 ona müraciət edərək maddi vəziyyətinin yaxşı olmadığı üçün iş olanda ona da xəbər etməsini bildirmiş, o da ona zavod ərazisində dəmir olduğunu və sonuncunun idarə etdiyi ağ rəngli «QAZ-3110» markalı, **-BJ-*** dövlət nömrə-nişanlı avtomobili ilə həmin dəmiri götürüb satmaq qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə saat 00:30 radələrində Bakı-Quba yolunun kənarında yerləşən «Superfosfat» zavodunun ərazisinə, yəni həmin zavodun yaxınlığında hər tərəfdən mişar daşları ilə hasarlanmış içərisində tikili olan əraziyə avtomobillə getmişlər. Murad avtomobili obyektin arxa hissəsində saxlamışdır. Sonra Murad həmin obyektin hasarına çıxaraq içəri baxdıqda ona bildirmişdir ki, hasarın küncündə şvellerlər vardır. Hər ikisi əraziyə baxıb heç kimin olmadığından tam əmin olduqdan sonra hasardan aşıb içəri daxil olmuşlar. Hasarın küncündə üst-üstə təxminən 20-30 ədəd dəmir şvellerlər yığılmışdır. Onlar metalı götürüb səliqəli şəkildə hasarın digər üzünə avtomobilin yanına qoymuşlar. Eyni qayda ilə 04 (dörd) ədəd böyük və 01 (bir) ədəd nazik şivellerləri hasarın üstündən bayıra atmışlar. Daha sonra metal hissələr yığılan hasarın digər tərəfindəki hasardan atlanmışlar və orada olan 03 (üç) ədəd ağ və qırmızı rəngli müxtəlif ölçülü ağ dəmirdən olan boruları da oğurlayaraq avtomobilin yanına gətirmişlər. Dəmir boruları və şvellerləri Murada məxsus olan avtomobilin baqaj və damındakı yük yerinə yığmışlar. Daha sonra Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, «Kəndimiz» kafesinin ərazisində olan metal qəbulu məntəqəsinin yanına gedib avtomobili yüklü vəziyyətdə orada saxlamışlar. Metal qəbulu məntəqəsi bağlı olduğu üçün avtomobili orada qoyub evə getmişlər ki, səhər tezdən gəlib metalları metal qəbulu məntəqəsinə təhvil versinlər. Onlar avtomobili «Kəndimiz» kafesinə salarkən darvaza bağlı olmuşdur. Murad həmin yerə nəzarət edən gözətçini çağırmış və gözətçi darvazanı açmış, onlar avtomobili səhərə kimi burada saxlayıb sonra aparacaqlarını demişlər. Gözətçi bir söz demədən avtomobili içəri salmağa icazə vermişdir. Murada məxsus avtomobili həm oğurluğa gedəndə, həm də oğurluqdan qayıdanda o idarə etmişdir. O, avtomobili yüklü vəziyyətdə orada saxlayarkən açarı da avtomobilin üstündə qoymuşdur. Onlar hər ikisi günorta təxminən saat 12-13 radələrində avtomobili saxladıqları yerə metalı təhvil vermələri üçün gəlmişlər, lakin avtomobili yerində aşkar etməmişlər. Metal qəbulu məntəqəsinin işçiləri onlara bildirmişlər ki, avtomobili üstündəki yüklə birlikdə polis aparmışdır. Bundan sonra onların əraziyə baxan əməliyyatçı Murada zəng etmiş və onlar ikisi də 2-ci PB-nə gəlmişlər. Polis bölməsində izahatları alındıqdan sonra onları buraxmışlar. Əvvəllər heç vaxt oğurluq etməmiş, birinci dəfədir ki, ehtiyacı olduğu üçün Muradla birlikdə oğurluq etməyə getmişdir. O özü Murada ehtiyacı var, oğurluğa gedəndə onu da özü ilə aparmasını demişdir. Həmin oğurluğu o Muradla birlikdə törətmişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini və himayəsində azyaşı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır, onlar eyni məhəllədə qalırlar və uzun illərdir dostluq edirlər. xx.xx.2024-cü il tarixdə adını çəkdiyi dostu ilə oğurluq etmək qərarına gəlmişlər və onun idarə etdiyi ağ rəngli «QAZ-3110» markalı avtomobili ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində Bakı-Quba yolunun kənarında yerləşən «Superfosfat» zavodunun ərazisinə, yəni həmin zavodun yaxınlığında hər tərəfdən mişar daşları ilə hasarlanmış içərisində tikili olan əraziyə getmişlər. O avtomobili obyektin arxa hissəsində saxlamışdır. Avtomobili saxladığı yerdə hasara çıxaraq içəri baxdıqda görmüşdür ki, ərazidə heç kim yoxdur və hasarın küncündə üst-üstə təxminən 20-30 ədəd dəmir şivellerlər yığılıbdır. O həmin metal hissələri oğurlamaq üçün dostu Misirlə birlikdə hasardan aşıb içəri keçmişlər. Əvvəlcə o həmin metal hissənin bir başını qaldıraraq Misirin çiyninə qoymuşdur. Daha sonra həmin metalın digər başını metalların üstünə çıxaraq hasarın üstünə qoymuşlar. Daha sonra hər ikisi arxa tərəfdən itələyərək metal hissəni hasardan bayıra atmışlar. Eyni qayda ilə 04 (dörd) ədəd böyük və 01 (bir) ədəd nazik şivellerləri hasarın üstündən bayıra atmışlar. Daha sonra metal hissələr yığılan hasarın digər üzündəki hasardan atlanmışlar və orada olan 03 (üç) ədəd ağ və qırmızı rəngli müxtəlif ölçülü ağ dəmirdən olan boruları hasardan bayıra almışlar. Bundan sonra hasardan bayıra çıxaraq bayır tərəfə atdıqları dəmir boruları və şvellerləri ona məxsus olan avtomobilin baqaj və yük yerinə yığmışlar. Bundan sonra hər ikisi avtomobilə əyləşərək Bakı-Quba yolu ilə üzü Sumqayıt şəhəri istiqamətinə gedərək Sumqayıt döngəsinə çatmamış dəmiryol xəttində geriyə qayıdaraq arxa yolla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, «Kəndimiz» kafesinin ərazisində olan metal qəbulu məntəqəsinin yanına aparıb avtomobili yüklü vəziyyətdə orada saxlamışlar. Metal qəbulu məntəqəsi bağlı olduğu üçün avtomobili orada qoyub evə getmişlər ki, səhər tezdən gəlib Coşqun adlı metal qəbulu məntəqəsinə təhvil versinlər. Onlar avtomobili «Kəndimiz» kafesinə salarkən darvaza bağlı olmuşdur. O həmin yerə nəzarət edən gözətçini çağırmış və gözətçi darvazanı açmış, o avtomobili içəri salmışdır. O, avtomobili yüklü vəziyyətdə orada saxlayarkən açarı da avtomobilin üstündə qoymuşdur. Günorta saatlarında hər ikisi avtomobili saxladıqları yerə gəlmişlər ki, metalı təhvil versinlər. Lakin avtomobili yerində aşkar etməmişdir. Metal qəbulu məntəqəsinin işçiləri onlara bildirmişlər ki, avtomobilin üstündəki yüklə birlikdə polis aparmışdır. Bundan sonra onların əraziyə baxan əməliyyatçı ona zəng etmiş və onlar ikisidə 2-ci PB-nə gəlmişlər. Əvvəllər heç vaxt oğurluq etməmiş, sadəcə olaraq boş ərazilərdən dəmir qırıntıları toplayıb satmaq üçün təhvil vermişdir. Birinci dəfədir ki, ehtiyacı olduğu üçün Misirlə birlikdə oğurluq etməyə getmişdir. Misir özü ona əvvəlcədən ehtiyacı olduğunu, oğurluğa gedəndə onu da özü ilə aparmasını demişdir. Əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini və İİ Qarabağ müharibəsi iştirakçısının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən köhnə “Superfosfat” zavoduna məxsus 900 kv metr ərazi ona məxsusdur, xüsusi mülküdür. O, həmin ərazidə gələcəkdə “Skoç” sexi yaratmaq fikrindədir və hazırda da, orada təmir tikinti işləri gedir. Ərazi dörd tərəfli bağlıdır. Mişar daşları ilə hasara alınmışdır. Obyektdə hazırda özünün xüsusi olaraq mühafizəçisi olmasa da, “Superfosfat” zavodunun mühafizəçisi gecələr ərazini gəzir. O hər gün Sumqayıta işlərə nəzarət etmək məqsədilə gəlib-gedir. 24 mart 2024-cü il tarixdə səhər o işə gələndə bildirmişlər ki, ərazidən 05 (beş) ədəd şiveller oğurlanmışdır. Əraziyə baxanda məlum olmuşdur ki, oğurluq edən şəxslər obyektin daş hasarından içəri daxil olub oğurluq etmişlər. Çünki hasarda dəmirlərin izləri görünürdü. 25 mart 2024-cü il tarixdə də o 2-ci PB-yə ərizə ilə müraciət etmişdir. Oğurlanmış dəmirlər “Superfosfat” zavodundan qalma qalıntılardır. Əvvəllər dayaq məqsədilə istifadə olunmuşdular. Oğurlanmış şvellerlərdən dördü 4 metr, biri isə 5 metrdir. Bildiyi qədər bazarda onların bir metrəsi 40- 50 manat civarındadır. Ümumilikdə ona 1000 manat maddi ziyan dəymişdir. Ərazidən ona məxsus başqa heç nə oğurlanmamışdır. Hal-hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəyən maddi ziyan tamamilə ödənilmişdir, onlara qarçı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş maddi ziyanı tamamilə ödəmişlər onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara kömək edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.20224cü il tarixdən hal-hazıradək Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində yerləşən “Çayka” firmasında qeyri-rəsmi olaraq gözətçi işləyir. xx.xx.2024-cü il tarixdə saat 02-03 radələrində obyektin giriş hissəsindəki darvazanı bağlayıb əraziyə nəzarət etmişdir. Həmin vaxt ağ rəngli “QAZ-3110” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində metal yüklü və içərisində iki nəfər qapını açması üçün siqnal vermişlər. O, qapını açmağa gedərkən onlardan biri ona demişdir ki, maşını dayanacaqda saxlayır, səhər tezdən götürəndə ona bir manat pul verəcəkdir. O da etiraz etməmiş və darvazanın kilidini açıb avtomobili içəriyə buraxmışdır. Onlar avtomobili ərazidə olan boş yerdə saxlayıb getmişlər. Həmin gün səhər saat 07:00 radələrində o evə getmişdir. O evə gedənədək avtomobili orada saxlayan tanımadığı şəxslər hələ gəlməmişlər, avtomobildə orada olmuşdur. Həmin avtomobilin kimə məxsus olmasını, üsündəki metalların kimə aid olmasını, oğurluq olubolmamasını o bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus əmlakı oğurlayan Təqsirləndirilən şəxs1 tanımamış, lakin Təqsirləndirilən şəxs2 metal yığan şəxs kimi tanımış, əvvəllər onun işlədiyi metal qəbulu məntəqsinə tullantı metal gətirib təhvil vermişdir. Sonradan bilmişdir ki, yuxarıda adlarını çəkdiyi şəxslər hansısa ünvanda metal oğurlayıb gətirmişlər və metal yüklü avtomobili onun işlədiyi metal qəbulu məntəqəsinin yaxınlığında ona aid olmayan hissədə saxlayıb getmişlər. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları həmin ünvana gəlib, ondan avtomobilin və avtomobilin üstündəki metalın kimə məxsus olduğunu, bura nə üçün gətirdiklərini soruşmuşlar. O onlara həmin avtomobilin sahibini və üstündəki metalların kimə məxsus olduğunu, həmin avtomobili bura kimin nə üçün gətirib saxladığını bilmədiyini demişdir. Həmin avtomobili xx.xx.2024-cü il tarixdə saat 08:00 radələrində işə gələrkən görmüş, həmin metalları gətirən şəxsləri görməmişdir. Bir gün əvvəl axşam saatlarında o məntəqəni bağlıyıb evə gedərkən məntəqənin yaxınlığında hər hansı bir yüklü avtomobilin olduğunu görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən hal-hazıradək əmək müqaviləsi əsasında Bakı-Quba yolunun Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində «Azərtexnolayn» zavodu ilə üzbəüz ərazidə yerləşən «Superfosfat» zavodunda Mühafizə xidmətinin rəisi vəzifəsində işləyir. Əvvəllər «Superfosfat» zovodunun ərazisi olan, sonradan başqa şəxsə satılmış, hazırda Superfosfat zavodundan kənarda hasarın içərisində olan gələcəkdə «Skoç» zavodu kimi fəaliyyət göstərməsi nəzərdə tutulan və həmin zavoda məxsus metalların naməlum şəxs tərəfindən hasardan bayıra atılaraq oğurlanmasını müəyyən etmişdir. Həmin ərazi rəsmi olaraq onların xitməti əraziləri olmasada həmin ərazinin mühafizəçisi olmadığına görə onlar nəzarət etmişlər. Oğurlanmış metalları tapmaq üçün o yaxın ərazilərdə olan metal qəbulu məntəqələrini axtarmağa başlamışdır. Bir neçə metal qəbulu məntəqəsini axtarmış, nəticədə Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 2-ci Paralelni küçəsində yerləşən «Kəndimiz» kafesinin ərazisindəki metal qəbulu məntəqəsinə baxdıqda «Skoç» sexindən oğurldanmış metalları metal qəbulu məntəqəsinin sol tərəfində dayanan, sahibsiz, açarı üzərində olan, ağ rəngli, «QAZ- 3110» markalı, **-BJ-*** dövlət nömrə-nişanlı avtomobilin üzərində olduğunu aşkar etmişdir. Həmin avtomobilin damındakı yük yerində «Skoç» sexinə məxsus 4 (dörd) ədəd təxminən uzunluğu 250 sm və 01 (bir) ədəd həmin uzunluqda kiçik həcmli metallar olduğunu aşkar etmiş, yəni «Skoç» zavodundan ümumilikdə 5 (beş) ədəd qara metal oğurlanmışdır və beşinidə orada aşkar etmişlər. Avtomobilin arxa və dam yerindəki yük yerində əlavə 03 ədəd, yəni 02 ədədi ağ, 01 ədədi qırmızı olan dəmir borular da olmuş, lakin həmin borular «Skoç» zavoduna aid deyildir. Bundan sonra o xx.xx.2024-cü il tarixdə, saat 08:50 radələrində istifadəsində olan 077-552-01- 07 telefonu ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 018-65-02-02 nömrəsinə zəng edərək «Superfosfat» zavodunun yaxınlığında yerləşən «Skoç» zavodundan 5 (beş) ədəd metalların oğurlanması barədə məlumat vermişdir. Eyni zamanda sonradan onunla əlaqə saxlayan polis əməkdaşlarına oğurlanmış metalların yerini aşkar etdiyimi bildirib onları dəvət etmişdir. Polis əməkdaşlarının iştirakı ilə metal yüklü avtomobilə baxış keçirilmiş və hal şahidlərinin iştirakı ilə sənədləşdirilmişdir. Daha sonra həmin metallar avtomobillə birlikdə Sumqayıt şəhər Pİ-nin 2-ci PB-yə aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, həmin tarixdə barələrində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, naməlum şəx və ya şəxslər “Superfosfat” zavodunun yaxınlığında yerləşən gələcəkdə “Skoç” sexi kimi fəaliyyət göstərəcək sexin həyətində olan 05 (beş) ədəd metal hissələr hasardan bayıra atılmaqla oğurlanmışdır. Oğurlanmış metal hissələri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Kəndimiz” kafenin ərazisində yerləşən metal qəbulu məntəqəsinin yanında ağ rəngli “Qaz 3110” minik markalı, **-BJ-*** dövlət nömrə nişanlı avtomobilin yük yerində aşkar edilmiş, avtomobilin yük yerində 04 (dörd) ədəd hər birinin uzunluğu 04 (dörd) metr, eni 23 sm, içərisi boş kvadrat şəkilli şveller formalı dəmir hissələrinin, 01 (bir) ədəd uzunluğu 05 (beş) metr olan şvellerin, 02 (iki) ədəd ağ rəngli, 01 (bir) ədəd qırmızı rəngli, təxminən 20-30 sm hünfürlüyü olan dəmir boruların, 01 (bir) ədəd 120 sm uzunluğunda dəmir boruların, avtomaşının arxa yük yerində 01 (bir) ədəd kisədə aşkar edilərək avtomaşınla birlikdə 2-ci PB-nin həyətinə gətirilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2554/2024 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə müvafiq olaraq 2024-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 472,50 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - bir ədədi 90 manat 04 ədədi 360 manat dəyərində olan 04 metr uzunluğunda, 23 sm enində dəmir şveller; -112,5 manat dəyərində olan 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şivel. İş materiallarında olan cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 ədəd 04 metr uzunluğunda, 23 sm enində dəmir şveller, 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şivel saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan nikah şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində 01 (bir) azyaşlı uşaq vardır (xx.xx.2017-ci il təvəllüdlü X2 oğlu). İş materiallarında olan Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfində verilmiş 408 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Maral Göl üzrə gecəqonduda P.Babayev küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xaraktürizə olunur. İş materiallarında olan Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə Komitəsi tərəfində verilmiş 407 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi Maral Göl üzrə gecəqonduda P.Babayev küçəsində yaşayır və yaşayış yeri üzrə müsbət xaraktürizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının № İ-3425, İ-6697 və İ- 7670 nömrəli vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının № İ-42823 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Baş X3 tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsinin, Şahid3 və Şahid2 əməlində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkib əlamətləri olmadığından onların barəsində həmin maddələrlə cinayət işinin başlanılması rədd edilmiş, cinayət işi üzrə maddi sübut kimi tanınmış 04 ədəd 04 metr uzunluğunda, 23 sm enində dəmir şveller, 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şivel saxlanılması üçün Zərərçəkmiş şəxs, 20 sm diametr ölçüdə ağ rəngli dəmir borular və 01 Ədəd qırmızı rəngli 01 metr uzunluğunda, 20 sm diametr ölçüdə dəmir boruların saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özlərinin etirafedici ifadələrindən əlavə, şahidlərin ifadələri, baxış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onların əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar törətdiyi cinayətə görə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” və Azərbaycan Respublikasının Baş X3 tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini və törətdiyi əməli səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut 20 sm diametr ölçüdə ağ rəngli dəmir borular və 01 Ədəd qırmızı rəngli 01 metr uzunluğunda, 20 sm diametr ölçüdə dəmir borular hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. İş üzrə maddi sübut olan 04 ədəd 04 metr uzunluğunda, 23 sm enində dəmir şveller, 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şivel saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 761/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1494 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)- 761/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1495 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2i yaşayış evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2i yaşayış evini tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 04 ədəd 04 metr uzunluğunda, 23 sm enində dəmir şveller, 01 ədəd 05 metr uzunluğunda, 23 sm enində dəmir şveller saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut 20 sm diametr ölçüdə ağ rəngli dəmir borular və 01 Ədəd qırmızı rəngli 01 metr uzunluğunda, 20 sm diametr ölçüdə dəmir borular hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 oğluna Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar