Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-762/2022 13.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci il tarixidə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 421 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üzərində saxlamış, 16 avqust 2022-ci il tarixdə, saat 17:30da, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, H.Əliyev prospekti, 2-ci mikrorayon ərazisində yerləşən ev 31/71-in yaxınlığındakı, “Mərcan” kafesinin qarşısında saxlanılaraq Pİ-nə gətirilmiş və Pİ-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əlində saxlamış olduğu 01 ədəd qara rəngli sellofana bükülmüş vəziyyətdə 421 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri H.Əliyev prospekti, 2-ci mikrorayon, ev 31/71-in yaxınlığında yerləşən, “Mərcan” kafesinin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİnə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİnə getmişdir. Pİ-nə getdikdən sonra, xidməti otaqların birində onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə otaqda polis forması geyimində olan Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru Zaur Cəfərov özünü təqdim etdikdən sonra ondan özünü təqdim etməsini xahiş etmişdir. O, özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yaşadığını, 2001-ci il təvəllüdlü olduğunu bildirmişdir. Ardınca təhqiqatçı, narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şüphəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini izah edib, şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etmişdir. Sonra təhqiqatçı, ondan üzərinə şəxsi axtarış keçirilməzdən öncə üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə vardırsa təqdim etməsini xahiş etmişdir. O, əlindəki qara rəngli sellofan bağlamanı təqdim edərək bağlamanın içərisində “nəşə” olduğunu, Bakı şəhərində, 20 yanvar ərazisində tanımadığı şəxsdən, 130 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra o, əlində saxladığı qara rəngli, sellofan bağlamanı təqdim edərək, masanın üzərinə qoymuş və təhqiqatçının sualını cavablandıraraq bağlamanın içərisində “ot”, yəni “nəşə” olduğunu bildirmişdir. Ardınca təhqiqatçı onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirmiş, ancaq onun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra ondan aşkar edilmiş həmin 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə kütlənin çəkisinin elektron tərəzinin ekranında 524 qram olması müəyyən edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi xüsusi qaydada qablaşdırılmış, qablaşdırma təhqiqatçı, o və müdafiəçi Nail Məmmədov tərəfindən imzalanmışdır. O və vəkil Nail Məmmədov şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi ilə bağlı şikayət və vasatətlərinin olmadığını bildirdikdən sonra o, vəkilin suallarını cavablandıraraq təqdim etdiyi narkotik vasitəyə bənzər ot kütləsini öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını və döyülmədiyini bildirmişdir. Ona qarşı psixi və ya fiziki zor tətbiq edilməmiş, heç bir hüququ pozulmamış, tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, bu ömründə ilk səhvidir, barəsində azadlıqdan məhumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat onun raportu vasitəsi ilə idarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da, əlavə edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, H.Əliyev prospekti, 2-ci mikrorayon ərazisində pusqu qurulmuş, təxminən saat 17:30-da Təqsirləndirilən şəxs H.Əliyev prospekti 2-ci mikrorayon, ev 31/71-nin yaxınlığındakı “Mərcan” kafesinin qarşısından keçdiyini görüb yaxınlaşaraq həmin şəxsi saxlamışlar. O və digər polis əməkdaşı özünü təqdim edərək, narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Daha sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirib, etirazının olubolmamasını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. Xidməti otaqlardan birində təhqiqatçı Zaur Cəfərov, hüquqlarını müdafiə etməsi üçün müdafiəçi seçməsi məqsədi ilə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin adlarının siyahısını saxlanılan şəxs Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkil siyahısında adı olan vəkil X1 hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Vəkil təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Öncə Sumqayıt ŞPİ-nin TŞnin təhqiqatçısı polis mayoru Zaur Cəfərov özünü təqdim etdikdən sonra saxlanılan şəxsdən də, özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yaşadığını, 2001-ci il təvəllüdlü olduğunu bildirmişdir. Ardınca təhqiqatçı, narkotik vasitələrin istifadəsində üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirildiyini izah edib, şübhəli şəxsin CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Sonra təhqiqatçı ondan və onun digər polis həmkarından özünü təqdim etmələrini xahiş etmişdir. Onlar növbə ilə özlərini təqdim edərək, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları-əməliyyat müvəkkili, polis leytenantı Şahid1, kiçik inspektor, Şahid2 olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin özünə aydın olduğunu bildirdikdən sonra təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili X4 təqdim etmiş və Təqsirləndirilən şəxs, Nail Məmmədov tərəfindən hüquqlarının müdafiə edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə üzərində daşınması qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə vardırsa təqdim etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs əlindəki qara rəngli sellofan bağlamanı təqdim edərək bağlamanın içərisində “nəşə” olduğunu, Bakı şəhərində, 20 yanvar ərazisində tanımadığı şəxsdən, 130 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı qara rəngli, sellofan bağlamanı təqdim edərək, masanın üzərinə qoymuş və təhqiqatçının sualını cavablandıraraq bağlamanın içərisində ot, yəni nəşə olduğunu bildirmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirmiş, ancaq sonuncunun üzərindən əlavə heç bir şey aşkar olunmamışdır. Bundan sonra təhqiqatçı, Təqsirləndirilən şəxs təqdim etdiyi, 1 ədəd qara rəngli polietilen sellofan bağlamanı açdıqda bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli qurudulmuş ot kütləsi aşkar edilmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs aşkar edilmiş həmin 1 ədəd polietilen sellofana bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli qurudulmuş ot kütləsini büküldüyü sellofanla birlikdə elektron tərəziyə qoyub çəkisini ölçdükdə kütlənin çəkisinin elektron tərəzinin ekranında 0,524 kiloqram, yəni 524 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin, qara rəngli polietilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsi məhkəmə ekspertiza mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış, qablaşdırma təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Nail Məmmədov tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkil Nail Məmmədov şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi ilə bağlı şikayət və vasatətləri olmadığını bildirdikdən sonra Təqsirləndirilən şəxs vəkilin suallarını cavablandıraraq təqdim etdiyi narkotik vasitəyə bənzər ot kütləsini öz istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən heç bir təzyiqə məruz qalmadığını, döyülmədiyini bildirmişdir. Sonra təhqiqatçı həmin, qara rəngli polietilen sellofana bükülmüş yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər ot kütləsinin məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini və müvafiq rəy alınaraq materiala əlavə ediləcəyini bildirərək video çəkilişin dayandırılmasını xahiş etmiş, bundan sonra video çəkiliş dayandırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17:30-da Sumqayıt şəhəri, H.Əliyev prospektində “Mərcan” kafesinin qarşısında saxlanılmışdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən “Mərcan” kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:30-da saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs ŞPİ-yə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” tipli videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 18:15-də Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü sağ əlində saxladığı qara rəngli sellofana bükülmüş bir ədəd bağlamanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim edilmiş bir ədəd bağlama açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngdə bitki mənşəli ot kütləsinin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan nəşə olduğunu, həmin narkotik vasitəni dünən Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 130 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını, özünün narkotik vasitələrin istifadəçisi olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli sellofana bükülmüş bir ədəd bağlamanın içərisindəki yaşıl rəngdə bitki mənşəli ot kütləsi ilə birlikdə tərəzi ilə qoyulub çəkilən zaman çəkisinin 0,524 kiloqram olduğu müəyyən olunmuşdur. X3 aşkar olunmuş qara rəngli sellofana bükülmüş bir ədəd bağlama içərisindəki yaşıl rəngli bitki mənşəli ot kütləsi ilə birlikdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə iclasında nümayiş olunmuş 01 ədəd diskdən Təqsirləndirilən şəxs 421 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək daşıması öz təsdiqini tapmışdır. İş materiallarında olan 7/897 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-bioloji eksprtizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 421,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 421 qram olmuş, aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 420,9 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana sübut kimi tanınmış və saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparıldığı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan 6 saylı MKS-nın xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 6 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 4704 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında davranışını, törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməsini nəzrə alaraq hesab edir ki, o həqiqətən törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etmiş və əməlindən peşmandır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 420,9 qram qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdə tutulmuş, 18 avqust 2022-ci il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 16 avqust 2022-ci il tarixdən 18 avqust 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1-i tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 420,9 qram qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-762/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-762/2022
13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver