Məhkəmə qərarları › İş №1(060)-762/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-762/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-762/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Nuranə Əjdər qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şahid5 Ələsgər oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 05 iyun 2025-ci il tarixdə, saat 01:16 radələrində Sumqayıt şəhəri, Zülfü Hacıyev küçəsi, 9-cu mikrorayon ərazisində yerləşən “SKAL PUB” restoranının qarşısında, ictimai yerdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, cəmiyyət içində bərqərar olunan etik davranış qaydalarına riayət etməyərək öz şəxsiyyətini digər şəxslərdən üstün tutub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs sağ göz nahiyyəsindən bir dəfə yumruqla vurub ona “sağ gözətrafını əhatə edən qançırı, sağ gözün ağlı qişasının bayır bucağını əhatə edən yayılmış qansızması” ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hamısı birlikdə Skal Pub adlanan yerdə oturmuşlar. Bakıdan digər şəxslər də bir məsələ haqqında onlarla söhbət etmək üçün gəlmişlər. Söhbətləri yekunlaşdıqdan sonra çölə çıxmışlar. Bu zaman dostu Şahid3 ilə Ehtiram arasında mübahisə yaranmış, Ehtiram söyüş söydüyündən onu üz nahiyəsindən vurmuşdur. Ehtiramı öncədən tanıyır, onun qardaşı İntiqam ilə sinifyoldaşı olmuşdur. Hadisə gecə saat 12-dən sonra baş vermişdir. Həmin vaxt obyekt bağlandığından oradan çıxmışlar və ətrafda başqa müştərilər də olmuşdur. O, Ehtiramı vurduqdan sonra Ehtiram ona qarşılıq verməmiş, hadisədən sonra oradan uzaqlaşmışlar. Həmin vaxt demək olar ki, hamısı içkili vəziyyətdə olmuşdur. O, Ehtiramı söyüş söydüyünə görə vurmuş, xuliqanlıq niyyəti olmamışdır. Lakin özünü tam təqsirli bilir. Əməlindən peşmandır. Məhkəmədən barəsində amnistiya tətbiq edilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2026-cı il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirildiyi cinayət işi üzrə özünü tam təqsirli bilir, əməlindən peşmandır. Barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə elan edilmiş amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ADA universitetində cəmiyyət sədri işləyirmiş, həmin cəmiyyətin üzvlərindən birinin adı Anar olmuş, o, cəmiyyət tədbirləri ilə əlaqədar olaraq xarici ölkələrə səfərə getmiş, Anar telefon alqı-satqısı ilə məşğul olmuş, Anar qardaşı İntiqama BƏƏ-nin Abu-Babi şəhərinə gedərkən bilet pullarının yarısını özü verəcəyini və bunun müqabilində qayıdarkən hər adama 01 (bir) ədəd mobil telefonu gömrükdən keçirməyi xahiş etmiş, qardaşı bunu ona dedikdə razılaşmış, təşkilatçılığı Anar etmiş, onlar Anara hər biri 14 nəfər olmaqla 200 manat pul vermiş, Abu-Dabi şəhərinə getmişlər, lakin hava limanından keçərkən Anarla danışıqları baş tutmamış, sonradan Anarın ziyana düşdüyünü bilmiş, xx.xx.2025-ci il tarixdə evdən çıxıb qrup yoldaşı ilə birlikdə Bakı şəhərinə getmiş, bu zaman qardaşı İntiqam ona zəng edərək Anarın Bakıdan onun üzərinə çoxlu sayda adam gətirdiyini və telefonları keçirə bilmədiyi üçün ondan 8.000 manat pul tələb etdiyini bildirmiş, o, qardaşının yerini öyrənib birbaşa olaraq 10-cu mkr-da yerləşən “Kristal Abşeron” yaşayış kompleksinin qarşısına getmiş, binanın qarşısında Anar və yanındakı şəxslərlə birlikdə orada söhbət etmiş, daha sonra onlar 9-cu mkr-da yerləşən “Skal” puba gedib 2saata yaxın orada əyləşmiş, daha sonra söhbət böyüməsin deyə Anara pulda köməklik edəcəyini bildirmiş, bundan sonra sağollaşıb ayrılarkən orada olan Özgür və Kənan adlı şəxslər ona söhbəti niyə sonlandırdığını soruşmuş, o isə söhbətin qardaşı İntiqamın üzərində qurulduğu üçün bağladığını bildirmiş, içəridə olan zaman Özgür onunla kobud formada danışaraq onu təhqir etməyə başlamış, Anar bunu görüb onunla artıq onu razı salacaq şəkildə razılaşdığı üçün maşına yola salıb mindirmək istəyəndə Kənan qəfildən ona yaxınlaşıb sağ göz nahiyyəsiindən yumruq zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmış, qardaşım İntiqan onu qaldırıb maşına əyləşdirmiş və çıxıb getmişdilər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə bu barədə ərizə təqdim edərək nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə olunmuşdur. O, törətdiyi əmələ görə çox peşmandır və islah olmuşdur. Aralarında hər hansı konflikt mövcud deyil və ola da bilməz. Təqsirləndirilən şəxs tərəfindən ona kompensasiya ödənilmişdir. Bu səbəbdən heç bir şikayət və tələbi yoxdur. Ərizənin və qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlərinin yaxınlığında internetklubda dostu ilə əyləşmiş, qardaşı ilə məşq yoldaşı da onların yanına gəlirdilər. Onlar Anar adlı şəxslə Dubaya gedib-gəlirmişlər. Anar Dubaydan telefon və s. gətirir, onlar isə istirahət etmək üçün onunla birlikdə gedirmişlər. Sonuncu dəfə Anarın malları çox olmuş, ölkəyə keçməsi üçün onların hərəsinə bir telefon vermiş, lakin həmin teıefonları keçirməyə icazə verməmişlər, Anar ziyana düşmüş və onları günahlandırmışdır. Həmin vaxt o, başqa şəxsə bilet alınması üçün Anara pul vermişdi, Anar da həmin pulu qaytarmayacağını bildirmiş, o da qaytarmasa pulun sahibinin onu şikayət edəcəyini demişdir. Bu zaman Anar ona ondan 8-10 min manat pul alacağını demişdir. Daha sonra Anar ona zəng edərək biletin pulunu ona qaytarmaq üçün görüşmək istədiyini demiş, o da razılaşmışdır. Lakin sonradan görmüşdür ki, 3-4 maşın şəxs onun üzərinə gəlmişdir və ondan pulu istəyirlər. O da zəng edib qardaşı Ehtirama demiş, qardaşı da gəlmişdir. Bir az söhbət etmişlər, daha sonra polis əməkdaşları gəldiyindən həmin şəxslər oradan qaçıb getmişlər. Kənan onun sinifyoldaşı olmuşdur. Bu məsələdən sonra həmin şəxslər yenə zəng etmişlər ki, gəlirlər. Bu söhbəti eşidən oğlanların hamısını bir yerə yığışmış və Kənan da gəlmişdir. Kənanla gələn şəxslərdən ancaq Özgür adlı şəxsi tanımış, digər şəxsləri nə tanımış, nə görmüş, nə də həmin söhbət zamanı heç bir problemi olmamışdır. Danışıq zamanı ilk öncə o özü Anarla danışmış, telefonun keçirilməməsində onların günahının olmadığını izah etmiş, daha sonra söhbət böyümüş, qardaşı Ehtiram da, Özgür də, Kənan da həmin şəxslə danışmış, bundan sonra Anar onları Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Skal Pub adlı obyektə çağırmışlar. Onlar da həmin yerə getmiş və görmüşlər ki, həmin şəxslər içki içirlər, oturub söhbət etməyə başlamışlar. Söhbət zamanı söz mübahisəsi yaranmış, onlar bu məsələdə haqlı idilər və mübahisə yavaş yavaş həll olurdu. Bundan sonra Anar Özgür adlı şəxsi çölə çıxarmış, o da onların dalaşcağından narahat olub ardınca çıxmış, bu zaman onlar onu uzaqlaşdırmışlar və tək söhbət edəcəklərini demişlər. Daha sonra Kənan da çıxmış, söhbət etmişlər və içəri qayıtmışlar. İçəri qayıtdıqda Özgür onlara 8000 manatı verməli olduqlarını demişdir. O da heç bir günahının olmadığını, pulu verməli olmadığını bildirmiş, bu zaman Anar ona hər hansı bir yolla pulu ondan alacağını, ona problem yaşadacağını bildirmişdir. Bu zaman qardaşı Ehtiram Özgürə tərəfkeşlik etdiyini, çöldə çıxıb Anarla danışdıqdan sonra onları günahlandırdığını demiş, bu zaman Özgür də Ehtiramı çölə çıxarmış, əsəbi tonla onunla çöldə söhbət edəcəyini demişdir. O müdaxilə edərək Bakıdan gələn şəxslərin getməsini, daha sonra öz aralarında söhbət etmələrini demişdir. Bundan sonra çöldə Kənanla dayanıb söhbət etmiş, daha sonra Kənan aralanmış, Bakıdan gələn şəxslərdən biri ona söz deyən zaman Özgür söyüş söymüş, qardaşı Ehtiram da ona “sənsən” demiş, o, qardaşına yaxınlaşmaq istəyən zaman Kənanın Ehtiramı vurduğunu görmüşdür. Həmin vaxt Kənanla Ehtiram arasında heç bir mübahisə olmamış, bir-birilərinə heç bir söz deməmişlər. X2 dostu olduğu üçün Kənan belə bir hərəkət etmişdir. Qardaşı yerə yıxılmış, o, qardaşını qaldırmış, hərə bir tərəfə çəkilmişdir. O, daha sonra Özgürə nə üçün belə hərəkət etdiyini demiş, bu zaman Anar da söhbətin onun üzündən baş verdiyini bilib narahat olmuş və ona demişdir ki, o, Özgürə bu məsələni qaydasına qoyması üçün pul təklif etmiş, onu Dubaya aparacağını demişdir. O da inanmamışdır. Daha sonra polis bölməsində izahat verərkən Özgürün anası orada bildirmişdir ki, Özgür anasına onun üçün Dubaya bilet almasını ondan istəmiş, bir şəxs tapdığını, onu Dubaya aparıb gətirəcəyini demişdir. Kənan Ehtiramı üz nahiyəsindən vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsin xahişi ilə kafeyə getmişlər. Ona zərərçəkmiş şəxs tərəfindən bildirilmişdir ki, Anarın 800 manat borcu vardır və onu almaq lazımdır. Anar isə qeyd etmişdir ki, ona 4000 manat ziyan vurulmuş və onun heç bir borcu yoxdur. Onlar kafedən çıxıb getdikləri zaman zərərçəkmiş şəxs təhqiredici ifadələr işlətmişdir. İlkin olaraq o, sonuncuyu vurmaq istəmiş, lakin Kənan onu qabaqlamışdır. Belə ki, yanındakı şəxslər onu saxlayıb oradan kənarlaşdırılmış, o yenidən həmin yerə qayıtdıqda Kənan artıq Ehtiramı vurmuşdu. Əlavə olaraq bildirir ki, o, ərazidən kənarlaşdırıldığı üçün Kənanın zərərçəkmiş şəxsi necə vurmasını görə bilməmişdir. Qeyd olunan hadisə kafenin qarşısında baş vermiş və həmin zaman ətrafda təxminən 10-15 şəxs olmuşdur. Onun Etiramla münasibəti olmamışdır. İlkin və Kənanla məktəbin həyətində gözləmiş və Ehtiram tanışları gələrək Anarı vurmaq istədiklərini bildirmişlər. O, Ehtirama görə kafeyə getmiş, nəticədə sonuncu ilə mübahisələri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, tam olaraq hadisə barədə məlumatlı deyil. Hadisədən təxminən 20 gün sonra ona xəbər verilmiş və yalnız tərəflər arasında dava-dalaş olması barədə məlumatlıdır. Zərərçəkmiş şəxsi hadisədən sonra bir dəfə Sumqayıt Şəhər Polis İdarəsində görmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid5 elan edilmiş ifadəsindən görünür ki, o, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - Məhkəmə-tibbi ekspertizasının 808 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gözətrafını əhatə edən qançırı, sağ gözün ağlı qişasının bayır bucağını əhatə edən yayılmış qansızması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 1 günə olmaqla qərarda göstərilən xx.xx.2025-ci il tarixidə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. - Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də xx.xx.2025-ci il tarixdə saat 21:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt ŞPİ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023cü il tarixdə CPM-nin 40.3, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Füzuli Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.2.3-cü maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Füzuli Hərbi Məhkəməsinin 1-1(097)-210/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilmiş əməl həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə Təqsirləndirilən şəxs yenidən ittiham elan olunmuşdur. - Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1950 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs HƏR HANSİ PSİKİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMR, o, törətdiyi əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliyinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. O, öz hərəkətlərini dərk etmək və onları idarə emtək istidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqın da iltizam” qətimkan növü dəyişdirilərək həbslə bağlı olmayan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında 27 iyun 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinin təsiri altına düşür. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1—1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət t işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin onun barəsində amnistiya tətbiq edilməsi barədə ərizəsini və «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, o məsuliyyətdən azad olunmalı və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-762/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1776/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 110 (bir yüz on) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir.. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 5-ci bəndinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində olan iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 110 (bir yüz on) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərardan elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar