Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-764/2025 09.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Qubadlı rayon, İşıqlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, məhəllə 47, ev-11, mənzil 13-də yaşayan, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azaqdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hal-hazırda cəza çəkən, “barəsində başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tanışı X3 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə sonuncunun istifadəsində olan “Samsung” markalı mobil telefon avadanlığına quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,668 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində üstü örtülü dayanacağın arxa tərəfində Yaşıldərə adlanan ərazidə olan yerdə gizlətməklə yerləşdirərək ünvanı Rəvan Həmidovun istifadəsində olmuş “Samsung” markalı mobil telefon avadanlığına quraşdırılmış “Whatsapp” proqramla konum vasitəsi ilə göndərmiş xeyli miqdarda psixotrop maddə metamfetamini həmin yerdən götürərək üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 19:35 radələrində Sumqayıt ŞPİnin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 saylı orta məktəbin həyətində saxlanılaraq, üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən həmin bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə, psixotrop maddə aludəçisidir. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində tanışları Rəvan Həmidov və Mətanət Bayramova ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 saylı orta məktəbin həyətində olarkən polis əməkdaşları yaxınlaşıb onları saxlamış və nədə şübhəli olduqlarını bildirib videoçəkiliş ilə üzərlərinə baxış keçirtmişlər. O, baxış zamanı əynində olan şalvarın cibindən bir büküm metamfetamin və bir ədəd mobil telefon aşkar edilərək götürülmüş və büküm elektron tərəzidə çəkilmiş, sonra həmin büküm qablaşdırılmışdır. Bundan sonra onu polis idarəsinə dəvət etmiş, idarədə olarkən ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmiş, o, üzərində qanunsuz hər hansı əşyanın olmadığını bildirmişdir. Qeyd edir ki, saxlanılarkən üzərindən aşkar edilmiş bükümün içərisində olan patı olmuş, həmin bükümü günorta saatlarında saxlanılarkən yanında olan Rəvan adlı şəxslə birlikdə İran İslam Respublikasının vətəndaşının vatsap ani mesajlaşma sistemində Rəvana göndərilmiş olan məkan (konum) üzrə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində üstü örtülü dayanacağın arxa tərəfində həyət evləri olan yerdən götürmüşlər. Həmin bükümlərdən birini Rəvanın, digərini özü götürdüyünü, qarşılığında 130 manat pul ödədiklərini, bükümləri götürdükdən sonra yaşadığı evdə heç kim olmadığından gedib birgə həmin evdə üzərlərində olan psixotrop maddəni istifadə etmək qərarına gəldiklərini, yolda olan zaman Mətanətin ona zəng edərək özündə patı olduğunu və istifadə etmək üçün yer axtardığını, bu zaman ona evinin boş olduğunu və tanışı Rəvanla birlikdə olduğunu, daha sonra birgə evə getmək üçün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 saylı orta məktəbin həyətində görüşdüklərini, saxlanılan zaman Mətanətin və Rəvanın üzərində psixotrop maddə olduğundan məlumatlı olduğunu, habelə üzərindən aşkar olunmuş bir ədəd Samsung markalı mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu bildirmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilmiş, əlavə olaraq heç bir qanunsuz əşya aşkar olunmamış, mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, psixotrop maddə istifadə etdiyini etiraf edir, onun həmin psixotrop maddəni almaqda məqsədi özü istifadə etmək olmuş, psixotrop maddəni satmaq niyyəti olmamışdır. Eyni zamanda qeyd etmişdir ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir il on bir ay iyirmi altı gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş. Sağ ayağında qandal olmuş, lakin iki üç ay olar ki, həmin qandal ayağından çıxarılmış, səbəbi də texniki nasazlıq olmuş, yəni iki üç ay olar ki, qandal ayağında yoxdur, hətta xx.xx.2025-ci il tarixdə saat 19 radələrində polis əməkdaşları tərəfindən saxlanılan zaman qandal üzərində olmamış. O hər ay bir dəfə Sumqayıt şəhərindəki probasiya şöbəsinə gedib imza edib çıxıb gəlir. Həmçinin qeyd etmişdir ki, İran vətəndaşı konumu tanışı Rəvanın istifadəsində olan mobil telefona atmış, həmin konumla psixotrop maddəni Rəvanla birlikdə ifadəsində qeyd etdiyi ünvandan götürmüşlər, o, İran vətəndaşının adını bilmir, onun heç telefon nömrəsini də bilmir, ilk dəfə idi ki, İran vətəndaşından psixotrop maddə alır. Rəvan həmin İran vətəndaşını nə vaxtdan, haradan tanıdığını da bilmir, heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19.35 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 saylı orta məktəbin həyətində Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər, saxlamaqda məqsədlərini, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmiş, İlqar etiraz etməmiş, sonra sonuncuya üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda o, əynində olan şalvarın cibindən bir sellofan bükümü və mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra həmin kütlə videoçəkilişlə elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən olunaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs sonra müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübutla birlikdə Sumqayıt ŞPİ-nə gətirmişlər. İdarədə ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Sonuncunun üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında təhqiqatçıya təqdim olunmuş, təqdim edilən həmin zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, eyni zamanda mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikdən sonra elan edilərək tədqiq edilmiş Şahid1 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrindən onların Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdikləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 sentyabr 2025-ci il tarixdə (saat 16:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 sentyabr 2025-ci il tarixdə, saat 19:35 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 23); Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 56-57); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 65-66); Təqsirləndirilən şəxs 08 sentyabr 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X4 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.67-68); “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və ona əlavə edilmiş DVD diskə baxış keçirilməsi barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 19.35 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 28 saylı orta məktəbin həyətində saxlanmış, polis əməkdaşları özlərini təqdim edərək saxlanılma səbəbi izah edilmiş, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirilmişlər. O, etiraz etməmiş, ondan üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda sonuncu əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və üzərində ***-***-**-** saylı mobil nömrə olan bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bildirmişdir ki, həmin kütlə “patı” deyilən psixotrop maddə metamfetamindir, bir bükümdə olan kütləni həmin gün günorta saatlarında saxlanılan zaman yanında olan Rəvan adlı şəxslə birlikdə İran İslam Respublikasının vətəndaşının vatsap ani mesajlaşma sistemində Rəvana göndərilmiş olan məkan (konum) üzrə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində üstü örtülü dayanacağın arxa tərəfində həyət evləri olan yerdən iki ayrı-ayrı büküm halında götürdüklərini, qarşılığında 130 manat pul ödədiklərini bildirmişdir. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 0,80 qram olması müəyyən olunmuş, ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nə gətirmişlər. İdarəyə gəldikdən sonra təhqiqatçı tərəfindən videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış psixotrop maddəyə bənzər kütlə videoçəkiliş altında onu idarəyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmiş, eyni zamanda Samsunq markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. (i.v 9; 71); “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun üzərində ***- ***-**-** saylı nömrənin olması müəyyən olundu. Baxış zamanı həmin mobil nömrəyə gələn və gedən SMS-lərdə iş üçün əhəmiyyət kəsb edən hər hansı mətn müəyyən olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin almaq üçün mobil telefondan heç vaxt istifadə etmədiyini bildirmişdir. (i.v.79); İş materiallarında olan qəbzdən görünür ki, mobil telefon, telefonda olan mobil nömrə ilə birlikdə Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v.80); Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 20/812 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 124 ” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs; patı 0,80 qr; \imza\ Təqsirləndirilən şəxsB; 1. /imza/ Şahid3; 2. /imza/ Şahid2; 3. /imza/ Şahid4; Tərtib etdi: /imza/ Şahid1” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,668 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.( i.v. 44-47); Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5630 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 111-112); AR Səhiyyə Nazirliyi MTE PBŞ-nin xx.xx.2025-ci il tarixli 1414 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. (i.v. 73-75); İş materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Asudə Ağayeva, xx.xx.2009-cu il təvəllüdlü Aysunə Ağayeva, xx.xx.2011-ci il təvəllüdlü Sevinc Ağazadə, xx.xx.2012-ci il təvəllüdlü X7 Ağayevin övladlarıdır. (i.v.82-83); Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs psixotrop maddələr daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü müddəsi nəzərə alınmaqla 02 il müddətə azadlığın məhdudlaşması cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı tutulduğu ümumilikdə 04 gün müddət təyin edilən cəzadan çıxılmış və o, qəti olaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v.116-120); Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şöbədə qeydiyyata götürülmüş, xx.xx.2025-ci il tarixə azadlığın məhdudlaşdırılması növündə cəzasının 01 il 07 ay 29 gün hissəsini çəkmiş, 03 ay 27 gün hissəsi çəkilməmiş qalmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 10 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir, məhkəmə-kimyəvi ekspertizasının 07 sentyabr 2025-ci il tarixli 20/812 saylı rəyi və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 5630 saylı rəyi, MTE-nin xx.xx.2025-ci il tarixli 1414 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0,618 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir.(i.v. 122-127); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM144-146). CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya” əsasən metamfetaminin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdarın minimum həddindən yuxarı miqdar hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində biri azyaşlı olmaqla 04 övladının olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göründüyü kimi Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 246/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum edildiyi 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törəmişdir. Bu səbəbdən ona CM-nin 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azdlıqdan məhrumetmə cəzası təyin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hökmlərin məcmusu üzrə qismən birləşdirilməli və ibtidai istinaq zamanı tutulduğu müddət təyin edilən cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarının xeyli miqdarın minimum həddindən bir neçə dəfə çox olmasını, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəl də eyni məzmunlu cinayət əmli törətdiyinə görə hazırda cəza çəkdiyini, lakin islah olunmadığını habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Belə ki, ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, yenidən qəsdən eyniməzmunlu az ağır cinayət törətmişdir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 09 dekabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, və onun xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,618 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” videogörüntüləri əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(060)-246/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi, yəni 03 (üç) ay 27 (iyirmi yeddi) günü iki günə bir gün hesabı ilə hesablanaraq 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxsa 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 sentyabr 2025-ci il tarixdən 08 sentyabr 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 09 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə təyin edilsin və xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində “F19x2” diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,618 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” və “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” videogörüntüləri əks etdirən 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-764/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-764/2025
09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver