Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-765/2022 04.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlunun iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqlnda iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 09 iyul 2022-ci il tarixdə saat 19 radələrində BC kateqoriyalı, AEO12891 seriyalı sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “Opel Astra“ minik markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri Z.Hacıyev küçəsi ilə 30 km/saat surətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunları etməyib Z.Hacıyev küçəsi 20 ünvanında, “Bank of Baku”nun qarşısında olan yolun solundan sağına keçməkdə olan piyada, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilinin qabaq ön hissəsilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs başın küt travması, təpə-alın nahiyəsinin subdural hematoması, baş-beyinə qansızma, təpə nahiyəsinin yumşaq toxumaları altına qansızma, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ bud-çanaq oynağı nahiyəsinin və sol sağrı nahiyəsinin dərialtı hematoması, sağ dizin və sağ bazunun qançırları ilə müşaiyət edilən, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilən xəsarətlər alması nəticəsində ehtiyatsızlıqdan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “BC” kateqoriyalı sürücülük hüququ olduğunu və atası Vaqifə məxsus «Opel Astra» minik markalı, **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə ilə idarə edir. 09 iyul 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evdən Sumqayıt şəhəri Ordubad Marketə getmək üçün idarə etdiyi avtomobil ilə hərəkətə başlamış, Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsi ilə 30 km/saat surətlə hərəkətdə olduğu zaman sol tərəfdən ağaclıqdan bir nəfər piyadanın yolun hərəkət hissəsinə çıxdığını təxminən 15-20 metr məsafədən görüb sükanı sola çəkməklə əyləci basmış, lakin hadisədən yayına bilməyib həmin piyadanı avtomobilin ön hissəsi ilə vurmuş, piyada zərbənin təsirindən avtomobilin qarşısında yerə uzanmış, dərhal avtomobildən düşüb vurduğu piyadanı avtomobilə qoymuş və Sumqayıt şəhəri X12 Xəstəxanasına aparmış, sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmış, hadisə yeri müayinə olunmuş, fotoşəkillər çəkilərək bu barədə protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokol və sxem imzalarla təsdiq olunmuş, hadisə vaxtı heç bir bədən xəsarəti almamış, məhkəmətibbi ekspertizasının müayinəsindən keçməkdən imtina etmiş, vurduğu piyada qadını əvvəllər tanımamış, onunla, həmçinin ailə üzvləri ilə heç bir qərəzli münasibəti olmamış, hadisə vaxtı ayıq vəziyyətdə olmuş, həmin vaxtı diqqətini yayındıran hər hansı bir vasitədən istifadə etməmiş, Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsi ilə öz hərəkət zolağı ilə idarə etdiyi zaman həmin küçə ilə sol tərəfdən ağaclar olan hissədən piyadanın anidən yolun hərəkət hissəsinə daxil olduğunu görüb əyləci basmış, həmin piyadanı gec gördüyündən hadisənin qarşısını ala bilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını və ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, himayəsində 2 azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərdi ki, mərhum X2 arvadı olmuş, mərhum arvadı X5 09 iyul 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadıqları evdən qızı Gülnurəyə baş çəkmək üçün çıxmış, təxminən bir saat sonra ona sonradan adını bildiyi Elçin adlı şəxsin opel markalı avtomobil ilə Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsində piyada hərəkətdə olan arvadı X5 ehtiyatsızlıqdan vurmuş və Olqa bədən xəsarətləri aldığı üçün Sumqayıt şəhər TTYX-a apardığı deyilmiş, daha sonra arvadı X5 Bakı şəhəri X9 aparmışlar. 14 iyul 2022-ci il tarixdə arvadı X5 aldığı xəsarətlərdən həmin xəstəxananın reanimasiyasa şöbəsində ölmüş, hadisənin necə baş verməsi barədə dəqiq məlumatı olmamış, mərhum arvadı Olqanın meyitinin Məhkəmətibbi ekspertiza müayinəsindən keçdikdən sonra onlara təhvil verilmiş və Olqanı Sumqayıt şəhəri Corat qəsəbə qəbirislanlığında dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və onun sonuncuya qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 09 iyul 2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-də növbədə olan vaxtı Sumqayıt şəhəri Z.Hacıyev küçəsində “Bank of Baku”nun qarşısı ilə olan avtomobil yolunda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməsi, sürücünü vurduğu piyadanı Sumqayıt TTYXa aparması barədə məlumat alıb Sumqayıt şəhər X12 xəstəxanasına gəlmiş, “Opel Astra” markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Z.Hacıyev küçəsində yolun solundan sağına keçməkdə olan 1960-cı il təvəllüdlü piyada Zərərçəkmiş şəxs vurduğunu və onu dərhal xəstəxanya apardığını müəyyən etmiş, bundan sonra təhqiqatçı da xəstəxanaya gəlmiş, təhqiqatçı, həmçinin sürücü ilə birlikdə hadisə yerinə gedib baxış keçirilmiş, bununla bağlı da protokol tərtib edilmiş, həmin protokol hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmış, sürücü Təqsirləndirilən şəxslə sorğu zamanı Elçin ona mərhum piyadanı yolun sol tərəfindən ağacların arasından yolun hərəkət hissəsinə çıxdığını, onu gec gördüyü üçün hadisədən yayına bilmədiyini demişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının MTE və PA birliyinin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022ci il tarixli 91 №-li rəyindən görünür ki, 1960-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs Ampuluvnanın meyitinin məhkəmə tibbi ekspertizasına, Bakı şəhəri X10 tərtib etdiyi xəstəlik tarixinə, labarator müayinənin cavabına əsasən, ölüm haqqında qərardakı məlumtları nəzərə alıb və qərarda qoyulmuş şullara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Zərərçəkmiş şəxs Ampuluvnanın meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: Başın küt travması. Təpə-alın nahiyəsinin subdural hematoması. Baş-beyinə qansızma. Təpə nahiyəsinin yumşaq toxumaları altına qansızma. Ənsə nahiyəsinin əzilmiş- cırılmış yarası. Sağ bud-çanaq oynağı nahiyəsinin və sol sağrı nahiyəsinin dərialtı hematoması. Sağ dizin və sağ bazunun qançırları. 2.Qeyd edilən xəsarətlər küt əşya(əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddəti onun tibbi yardıma müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə həyat üçün təhlükəli olan AĞİR zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş haidə ilə birbağa səbəbli əlaqəlidirlər.
3. Zərərçəkmiş şəxs Ampuluvnanm ölümünüə səbəb almış olduğu başın küt travması nəticəsində təpə-alın nahiyəsinin sbdural hematoması və baş-beyinə qanzısma nəticəsində əmələ gəlmiş baş beynin kəskin travmadan sonrakı ödemi olmuşdur.
4. Zərərçəkmiş şəxs Ampuluvnanm ölümü Bakı şəhər X6 xx.xx.2022-ci il tarixdə saat 12:05-də baş vermişdir.
5. Zərərçəkmiş şəxs Ampuluvna xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Bakı şəhər X11 stasionar müalicə aldığından onun meyitindən kimyəvi müayinə üçün qan götürülməmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli 8/2322 №-li rəyindən görünür ki, “Opel Astra” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 09 iyul 2022-ci il tarixli, 3284 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2022-ci il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan AE 012891 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarında olan ACN seriyalı 363479 №li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Vaqif Əli oğludur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ƏN-İİİ № 328621 saylı etibarnamənin surətindən görünür ki, Vaqif Əli oğlu, “Opel Astra” minik markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair idarə etmək hüququnu 9 il 6 ay 5 gün müddətinə, yəni xx.xx.2024cü ilədək Təqsirləndirilən şəxs etibar etmişdir. İş materiallarında olan Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2022-ci il tarixli 016-302-6244-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AE012891 saylı «BC» kateqoriyalı on illik sürücülük vəsiqəsi almışdır. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər sırasında yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş 15 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı-xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X13 vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir tələb və ya şikayətinin olmadığını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan “Opel Astra” minik markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Vaqif Əliyevin sərəncamında saxlanılması nəzərə alınmışdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt Regional Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli (iş № 1(060)- 765/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1471/2022 saylı orderə əsasən vəkil Müdafiəçi Boris oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi Boris oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan “Opel Astra” minik markalı **-CP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Vaqif Əliyevin sərəncamında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Boris oğlunun göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Elçin Məmmədov