Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-765/2023 01.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Daşkəsən rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 ay 03 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə, xx.xx.2023-cü il tarxdə saat 17:30 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində yerləşən fərdi yaşayış evinə qanunsuz olaraq hasardan aşma yolu ilə daxil olaraq, həyətdən tapdığı lomla evin pəncərəsini sındıraraq qanunsuz evə daxil olaraq uşaq otağında olan güzgülü dolabın üst rəfindən 140 (yüz qırx) manat məbləğində 01 (bir) ədəd “Samsung” markalı “Galaxy Buds 2” modelli qulaqcığı, 300 (üç yüz) manat məbləğində 01 (bir) ədəd “Hoffman” markalı 32 düymlü televizoru, mətbəxdən 200 (iki yüz) manat məbləğində 01 (bir) ədəd Türkiyə istehsallı “Casper Nirvana NB” markalı “CN.İNTİ 380” kodlu notebooku, yataq otağında olan dolabın üzərindən ümumilikdə 680 (altı yüz səksən) manat məbləğində, 585 əyarlı, hər biri 4 qramlıq olmaqla, 02 (iki) cüt qızıl sırğanı, 50 (əlli) manat məbləğində 10 qramlıq 01 (bir) ədəd gümüş sepi, 200 (iki yüz) manat məbləğində 01 (bir) ədəd 4 qramlıq, gümüşlə qızılın qarışığı olan klonu götürüb aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1570 (bir min beş yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 17:30 radələrində Sumqayıt şəhəri dəmiryol yük həyəti ərazisində piyada gəzərkən orada olan həyət evlərinin birinin darvazasından biri yaşlı, biri cavan və biri uşaq olmaqla 3 nəfər şəxs çıxıb darvazanı bağlayıb getdiklərini görmüşdür. Təxminən 5 dəqiqə sonra hasardan keçərək həmin evin həyətinə daxil olmuşdur. Evin giriş qapısını açmağa çalışmış, lakin qapını aça bilməyib həyətdə olan lomla evin pəncərəsinin şüşəsini sındırıb evə daxil olmuşdur. Evdən işlənməmiş qutunun içində olan televizor və bir ədəd notebook-u adapteri ilə birlikdə götürmüşdür. Təxminən 10 dəqiqə evin içərisində olduqdan sonra evə girdiyi pəncərədən çıxmışdır. Televizoru tanımadığı şəxsə 150 manata, notebook-u da digər bir tanımadığı şəxsə 70 manata satmışdır. Qızıl zinət əşyalarından və qulaqcıqdan onun xəbəri yoxdur. Əldə etdiyi pulu misli mərc oyununda futbol oyununa qoymuş və uduzmuşdur. İbtidai istintaq zamanı işi uzanmasın deyə fərqli ifadə vermişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Hal-hazırda əməlindən peşmandır. Himayəsində azyaşlı övladı vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, Daşkəsən rayonu Quşçu kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. İşin mahiyyəti üzrə bildirmiş ki, “misli” mərc oyununda oyunlara hesab yazmaq üçün ona pul lazım olduğu üçün arada-sırada oğurluqlar edir. Belə ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən zavodların birində iş axtarmaq üçün zavoda müraciət etmişdir. Zavodun adı yadında deyil. Zavoddan çıxdıqdan sonra saat təxminən 17:30 radələrində Sumqayıt şəhəri dəmiryol yük həyəti ərazisində piyada gəzərkən orada olan həyət evlərinin birinin darvazasından biri yaşlı, biri cavan və biri uşaq olmaqla 3 nəfər şəxs çıxıb darvazanı bağlayıb getdiklərini görmüşdür. Təxminən 5 dəqiqə sonra hasardan keçərək həmin evin həyətinə daxil olmuşdur. Evin giriş qapısını açmağa çalışmış, lakin qapını aça bilməyib həyətdə olan lomla evin pəncərəsinin şüşəsini sındırıb evə daxil olmuşdur. Evdə otaqların birindən 1 ədəd qulaqcıq qutusunu görüb açmış və içində qulaqcıq olduğunu görüb qulaqcığı götürüb cibinə qoymuşdur. Daha sonra evdə yataq otağında dolabın üzərində olan 2 cüt qızıl sırğa, 1 ədəd gümüş sep və 1 ədəd klon götürüb cibinə qoymuşdur. Bundan başqa evdən işlənməmiş qutunun içində olan televizor və bir ədəd notebook-u adapteri ilə birlikdə götürmüşdür. Təxminən 10 dəqiqə evin içərisində olduqdan sonra evə girdiyi pəncərədən çıxmışdır. Sonra darvazanı açıb küçəyə çıxmışdır. Oradan piyada Bakı- Sumqayıt yoluna çıxmış və yoldan keçən taksi ilə Bakı şəhərinə getmişdir. Bakıda Şamaxinka kimi tanınan yerdə olan kafelərdən birinə girmişdir. Orada televizoru tanımadığı şəxsə 300 manata, notebook-u da həmin kafedə digər bir tanımadığı şəxsə 60 manata satmışdır. Qızıl zinət əşyalarını isə yadında qalmadığı qızıl mağazasında 200 manata satmışdır. Əldə etdiyi pulu misli mərc oyununda futbol oyununa qoymuş və uduzmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində olan evindən anası Tamella və qızı Ayla ilə birlikdə çıxıb Bakı şəhərində olan evinə getmişlər. Üzərindən bir neçə saat keçdikdən sonra saat 21:37 radələrində onlarla qonşuluqda yaşayan bibisi oğlu Rahil ona zəng edərək həyətin dəmir darvazasının açıq olduğunu bildirmiş və evdə olub-olmadıqlarını soruşmuşdur, Rahilə evdə olmadıqlarını bildirmiş və oğurluq olmasını hesab edib əlini heç bir şeyə vurmamasını ondan xahiş etmişdir. Daha sonra baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məlumat verdikdən bir qədər sonra isə həmin yerə gəlmişdir. Gəldikdən sonra polis əməkdaşlarının iştirakı ilə həyətə keçdikdən sonra evə yaxınlaşarkən evin pəcərəsinin şüşəsinin sındırıldığını aşkar etmişdir. Evin qapısını açıb içəri keçərkən evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Uşaq otağına keçərkən güzgülü dolabın üst rəfin içərisində olan işlənməmiş 1 ədəd “Samsung” markalı “Galaxy Buds2” modelli qulaqcığın qutusunun açıq və içərisinin boş olduğunu görüb, həmin qulaqcığın oğurlandığını bilmişdir. O, həmin vaxt həyəcanlı olduğu üçün təkcə bir ədəd qulaqcığın oğurlandığını hesab edib ərizə ilə müraciət edərək qulaqcığın oğurlandığını qeyd etmişdir. Polis əməkdaşları getdikdən sonra evə yenidən baxış keçirən zaman uşaq otağında qutusunda yerə qoyduğu “Hoffman” markalı 82 dioqanallı işlənməmiş televizorun, mətbəxdə stolun üzərinə qoyduğu “Casper” markalı notebookun, həmçinin yataq otağında şkafın üzərində qoyduğu ümumilikdə 700 manat məbləğində 585 əyarlı, hər biri 4 qramlıq olan 2 cüt qızıl sırğanın, 80 manat dəyərində 10 qramlıq gümüş sepi, 200 manat məbləğində 4 qramlıq, 1 ədəd gümüşlə qızılın qarışığı olan klonun yerində olmadığını aşkar etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Şikayətçidir, ziyanın ödənilməsini tələb edir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə işlədiyi kafeyə bir nəfər şəxs əlində bir ədəd televizor və bir ədəd noutbook ilə gəlmiş və satmaq istədiyini bildirmişdir. Kafedə işləyən Məzahir adlı şəxs həmin şəxsdən şəxsiyyət vəsiqəsinin sürətini almaqla televizoru xatırlamadığı qiymətə almışdır. Həmin zaman onlara məlum olmuşdur ki, həmin şəxs X4r. O da həmin şəxsdən bir ədəd noutbook-u 70 manata almışdır. O, noutbooku, həmçinin də Məzahir televizoru alan zaman həmin əşyaların haradan əldə etməsi barədə soruşmuş, Adnam Qəhrəmanov isə özünə məxsus olduğunu, maddi ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. X2 noutbooku oğurluq yolu ilə əldə etməsindən heç bir məlumatı olmamış və həmin noutbooku istintaq zamanı təqdim etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs müraciəti ilə tanış olmuşdur. Təxminən 3 aydır ki, Bakı şəhəri, Yasamal rayonu Şamaxinka adlanan ərazidə Qonaq kabab evi adlı kafeni icarə əsasında işlədir. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində işlətdiyi kafedə olan zaman bir nəfər 25-30 yaşlarında olan kişi cinsli şəxs əlində qutuda olan televizorla və noutbookla kafeyə gəlmişdir. Kafedə oturub çay içdikdən sonra əlində gətirdiyi televizoru və notebooku pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən televizorun oğurluq olub-olmamasını soruşduqda həmin şəxs televizoru kreditlə götürdüyünü, özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən televizorun qiymətini soruşduqda o, 350 manata təklif etmişdir. O, isə həmin televizoru 300 manata almağı təklif etmişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra o, həmin şəxsə 300 manat pul ödəyib televizoru almışdır. Həmçinin həmin şəxsdən şəxsiyyət vəsiqəsini tələb edərək telefonla şəklini çəkib özündə saxlamışdır. Həmin zaman ona məlum olmuş ki, həmin şəxs xx.xx.1990-cı il təvəllüdlü X4r. Həmçinin notebookuda onun işlədiyi kafedə işləyən Kifayət adlı qadına xatırlamadığı qiymətə satmışdır. Üzərindən bir neçə gün keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə polis əməkdaşları icarə işlətdiyi kafenin yanına gələrək maraqlandıqda o, həmin şəxsin televizoru gətirib ona satdığını bildirmişdir. Həmin polis əməkdaşları onu PB-nə dəvət etmişlər və o, buna etiraz etməyərək PB-nə gəlmişdir. Polis əməkdaşları işlətdiyi kafeyə gəldikdən sonra ona məlum olmuş ki, aldığı televizor oğurluq imiş. Televizorun oğurluq olması barədə əvvəlcədən bilsəydi həmin televizoru almazmış. Həmçinin polis əməkdaşları onu polis bölməsinə dəvət edən zaman aldığı “Hoffman” markalı televizoru götürüb bölmədə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan əşyanın təqdim edilməsi və götürülməsi haqqında protokollardan görünür ki, Şahid1 aldığı 01 ədəd “Hoffman” markalı 32 düyümlü televizoru və Şahid2 aldığı 01 ədəd Türkiyə istehsalı “Casper Nirvana NM” markalı “CN.1NTİ380” kodlu notebooku təqdim etmişlər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-234/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli hökm dəyişdirilmiş və CM-nin 177.2.3, 177,2.4, 67.1, 69.3-cü maddələrinə əsasən qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan başqa barəsində Binəqədi rayon Polis İdarəsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi vardır. Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-230/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 1(105)-230/2021 saylı qərarı ilə Azərbaycan Respublikası CMnin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 67.1 və 69.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş X6 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 02 il 03 ay 28 gün hissəsi 6 ay azaldılmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 1021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən X1 Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli hökmü ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qərarı və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla ona qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 10 (on) ay 03 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü Qəhramanlı Nərminə və xx.xx.2021-ci il təvəllüdlü Qəhrəmanlı Kamran adlı övladları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə olan video yazı 6.14 (altı dəqiqə on dörd saniyə) dəqiqədən ibarətdir. Video yazısında saat 17:50 radələrində naməlum bir nəfər şəxsin sağ çiyninin üzərində bir ədəd qara rəngli karton qutuda olan televizoru apardığı müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5677 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına 01 ədəd “Hoffman” markalı 32 düyümlü televizorun və 01 ədəd Türkiyə istehsalı “Casper Nirvana NB” markalı “CN.İNTİ380” kodlu notebookun orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 500,00 manat, təqdim edilməyən 03 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 870,0 manat müəyyən edilir. Qərarda qeyd edilən və cədvəlin 4-cü sırasında göstərilən zərgərlik məlumatının əyarı məlum olmadığından qiyməti müəyyən etmək mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Malların adı və markalanma Ümumi Bir Ümumi göstəriciləri miqdarı ədədinin qiyməti (ədədlə) qiyməti (manatla “Hoffman” markalı 32 düyümlü 1 300 ) 300, televizor ,00 00 Türkiyə istehsalh “Casper Nırnava 1 200 200, NB” markalı “CN.İNT1380” kodlu ,00 00 notebook Cəmi 500, 00 “Samsung” markalı, “Galaxy Buds 2” 1 140 140. modelli qulaqcıq ədəd .00 00 585 əyyarlı, 02 (iki) cüt qızıl 8 85 680. sırğa 1 ədəd gümüş sep qramlıq 10 manat 5.0 00 50.0 qramlıq 0 0 1 ədəd gümüşlə qızılın qarışığı olan 14 0 klonun qramlıq Aydın deyil Cəmi 870. 00 İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavələr və dəyişikliklər edilərək ona həmin məcəllənin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, Şahid1 və Şahid2 barəsində Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə 01 ədəd "Hoffman" markalı 32 düyümlü televizor, 01 ədəd Türkiyə istehsalı "Casper Nirvana NM" markalı "CN.İNT1380" kodlu notebook və cinayət işinin materiallarına əlavə edilmiş TŞ kameralarından götürülmüş fotoşəkillərin və videogörüntülərin köçürüldüyü 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ona məxsus bir ədəd televizor və bir ədəd notebook ona geri qaytarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ittihamda göstərilən əşyaların bir qismini oğurlamadığı barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar iş materialları ilə tam təkzib olunmaqla öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmır, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 1021/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş 10 ay 03 gün azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, sınaq müddəti ərzində hazırkı cinayəti törətdiyinə görə məhkəmənin qərarı ləğv edilməli və əvvəlki hökmlə çəkilməmiş cəza hazırda təyin ediləcək cəzaya hökmlərin məcmusu qaydasında birləşdirilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər talama cinayətinə görə məhkum edilməsi, cəzası başa çatmadan yenidən oğurluq etməsi onun əvvəlki cinayətə görə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına və hazırda cinayətin residivi hesab edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərarı ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya tətbiq edilərək 06 ay azaldıldıqdan sonra çəkilməmiş qalan 10 ay 03 gün azadlıqdan məhrumetmə cəzası hökmlərin məcmusu üzrə bu hökmlə təyin olunan cəzaya qismən birləşdirilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan 01 (ədəd) ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-765/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1384 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda təyin edilmiş cəza Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının “8 Noyabr-Zəfər Günü” münasibətilə amnistiya tətbiq edilərək 06 ay azaldıldıqdan sonra çəkilməmiş qalan 10 ay 03 gün azadlıqdan məhrumetmə cəzası ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-765/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-765/2023
01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver