Məhkəmə qərarları › İş №1(060)-767/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-767/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-767/2025 04.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 48/2, mənzil 69/1-də qeydiyyatda olan və yaşamış, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə mııəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0.957 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 11 iyun 2025-ci il tarixdə, saat 16:35-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 nömrəli yataqxananın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki şalvarın sol yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0.957 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. 2025-ci ilin iyun ayında Saray qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün bir büküm şüşə deyilən psixotrop maddə olan metamfetamini 25 manata almışdır. Həmin gün Sumqayıt şəhərində Ravil adlı şəxslə birlikdə 15-ci məhəllədə yerləşən 5 saylı yataqxananın yaxınlığında hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Üzərində axtarış aparılarkən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Əvvəllər də narkotik vasitə istifadə etdiyinə görə məhkum olunmuşdur. Çox tarixləri dəqiq xatırlamır. İstintaqda hər şeyi olduğu kimi göstərmişdir. İfadəsini tam təsdiq edir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 16:35-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 nömrəli yataqxananın yaxınlığında tanışı Ravil adlı şəxslə piyada hərəkət edən zaman onlara mülki geyimli şəxslər yaxınlaşıb onları saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onların qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərlərində gəzdirilməsində şübhəli olduqlarından saxlanıldıqlarını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkiliş aparmaqla üzərlərini yoxlayacaqlarını bildirmişlər. Bundan sonra ilk əvvəl üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyini təklif etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki şalvarının sol yan cibində saxladığı, polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 25 manat pul verərək, şəxsi istifadəsi üçün aldığı, şüşə adlanan, psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi psixotrop maddə götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar. Təqdim etdiyi psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1,03 qram olması müəyyən edilmiş, bundan sonra isə içərisi boş zərfə qablaşdırılaraq zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Müşfiq və Ravil adlı şəxslərin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, bununla bağlı əməliyyataxtarış tədbirləri həyata keçirmişlər. Həmin gün saat 16:35-də Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 nömrəli yataqxananın yaxınlığında Təqsirləndirilən şəxs və Ravil Cəfərovu saxlamışlar. Daha sonra onlara özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərlərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduqlarından saxlanıldıqlarını izah edib, onlara video çəkiliş aparmaqla üzərlərini yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs və Ravil Cəfərov buna etiraz etməmiş, bundan sonra ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə’' adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni saxlanılmamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu adını, soyadını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 25 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini, yanındakı Ravil Cəfərovun tanışı olduğunu, onun üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümə baxış keçirildikdə həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilmiş, sonra isə həmin büküm elektron tərəzidə çəkilmiş, içərisində ağ rəngli kristalşəkilli maddə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 1.03 qram olması müəyyən edildikdən sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılması üçün polis idarəsinə təhvil verilmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 24-25-ci vərəqəsində olan 11 iyun 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 73-75-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 13 iyun 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin əvvəli 23 iyun 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiəllarına əlavə edilmiş Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 7(5-96)-191/2026 saylı 19 yanvar 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik ili» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə çəkilməmiş azadlıqdan məhrum etmə cəzası 6(altı) ay azaldılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş üzərlərində heç bir markalarına yazısı olmayan, birincisinin yaddaşında 01 (bir) ədəd “İMG_9833” adlı. 728358 kb həcmində. 11 dəqiqə 11 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü olan diskə baxış keçirilərkən diskin yaddaşındakı video görüntünün Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 nömrəli yataqxananın yerləşdiyi ərazi və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində yataqxana binasının, torpaq və çınqıl örtüklü yolun, yolun sağ və sol hissəsində yerləşən divarın qarşısında üç nələr mülkü geyimli şəxslərin dayandığının göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra həmin şəxslərin yol ilə hərəkət edən iki nəfər şəxsə yaxınlaşraq onları saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxslərə təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 olduğunu bildirdiyi, daha sonra orda olan digər şəxslərdə özlərini təqdim etmələrini təklif etdiyi, bu təklifdən sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ- nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid4 olduğunu, ikinci şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 olduğunu, video çəkiliş aparan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid2 olduğunu bildirdikləri, bundan sonra ilk olaraq özünü təqdim edərək Şahid1 olduğunu bildirən şəxsin saxlanılmış şəxslərə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu, ikinci saxlanılmış şəxsin özünü təqdim edərək X6 olduğunu bildirdikləri, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxslərin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərlərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduqlarından xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldıqlarını bildirdiyi, daha sonra şəxsin saxlanılmış şəxslərin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra həmin şəxslərə üzərlərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərlərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etmələrini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxslərdən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin əynindəki şalvarın sol yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, "şüşə" adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni saxlanılmamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu adını, soyadını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 25 manat pul verərək aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, yanındakı şəxsin tanışı olduğunu, həmin şəxsin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün açılaraq içərisinə baxış keçirildiyi, həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddənin aşkar edildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 1,03 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxs Təqsirləndirilən şəxs üzərinin axtarıldığı, özünü təqdim edərək Müşviq İsmayılov olduğunu bildirən şəxsin üzəri axtarılarkən həmin şəxsin əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonun, kağız pul əskinaslarının və şəxsiyyət vəsiqəsinin aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, bundan sonra özünü təqdim edərək Şahid1 olduğunu bildirən şəxsin digər özünü təqdim edərək Ravil Cəfərov olduğunu bildirən şəxsin üzərində yoxlama aparılacağı bildirilərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi təklif etdiyi, bu təklifdən sonra özünü təqdim edərək Ravil Cəfərov olduğunu bildirən şəxsin əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “şüşə” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni bir neçə gün əvvəl Bakı şəhəri ərazisində olarkən təsadüfən tanış olduğu adını, soyadını, ata adını, eləcədə barəsində digər məlumatlarını bilmədiyi şəxsə 30 manat pul verərək, şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini, yanındakı şəxsin tanışı olduğunu, həmin şəxsin üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, həmin bükümün içərisindən ağ rəngli, kristalşəkilli maddənin aşkar edildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0.49 qram olmasının müəyyən edildiyi, daha sonra isə aşkar edilmiş bükümün içərisi boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxs Ravil Cəfərovun üzərinin axtarıldığı, özünü təqdim edərək Ravil Cəfərov olduğunu bildirən şəxsin üzəri axtarılarkən həmin şəxsin əynindəki şalvarın sol yan cibindən bir ədəd mobil telefonun aşkar edildiyi, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, sonda özünü təqdim edərək əməliyyat müvvəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi iiçün Sumqayıt ŞPİ-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş ikinci diskə baxış keçirilərkən diskin yaddaşında 01 (bir) ədəd, "2025061 1 190505L1 ] cidli, 558574 kb həcmində. 06 dəqiqə 13 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntünün olduğu, video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop tərkibli maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən 5 nömrəli yataqxananın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər maddənin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddəyə bənzər maddənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra baş təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin hüquq və vəzifələrini izah etdiyi, həmin şəxsə hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etdiyi, daha sonra baş təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələri təklif edildiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat miivvəkkili, polis baş leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid4 olduğunu, üçüncü şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 olduğunu, sonuncu şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞnin əməliyyat miivvəkkili, polis baş leytenantı Şahid2 olduğunu bildirdikləri, bundan sonra ilk olaraq özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 olduğunu bildirdiyi, müdafiəçinin iştirakına etirazının olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualı cavablandıraraq müdafiəçinin iştirakına etirazının olmadığını bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək təqdim edilmiş zərfə qablaşdırılmış içərindək psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini, onunla birlikdə saxlanılmış şəxsi tanıyıb tanımadığını, onunla birlikdə saxlanılmış şəxsin üzərində narkotik vasitə olmasından məlumatı olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü, onunla birlikdə saxlanılmış Ravil Cəfərovu xeyli müddətdir tanıdığını, Ravil Cəfərovun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmasından məlumatı olsada, Ravil Cəfərovun saxlanılmamışdan əvvəl onun üzərində, eləcədə özünün Ravil Cəfərovun üzərində psixotrop maddə olmasından məlumatsız olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonun, şəxsiyyət vəsiqəsinin, kağız və metal pul əskinaslarının, arxa sağ cibindən bir ədəd cib dəsmalının aşkar edildiyi, həmin şəxsin üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya predmetin aşkar edilmədiyi, daha sonra aşkar edilmiş cib dəsmalı, metal və kağız pul əskinaslarının, şəxsiyyət vəsiqəsinin araşdırma üzrə əhəmiyyət kəsb etmədiyi özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə izah edilərək özünə geri qaytarıldığı, aşkar edilmiş mobil telefonun isə araşdırma üzrə əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürüləcəyi özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə izah edildiyi, daha sonra baş təhqiqatçı tərəfindən təqdim edilmiş bir ədəd zərfə baxış keçirilməklə aşkar edilmiş mobil telefonla birlikdə götürüldüyü, bundan sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan içərində psixotrop maddə metamfetaminə bənzər maddə olan bükümün onun üzərindən aşkar edilib edilmədiyini, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni saxlanılmamışdan əvvəl şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirdiyi, sonda özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan videoçəkilişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəki işin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/467/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0.957 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi -0,957 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq -0.907 qram. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 31 oktyabr 2025-ci il tarixli 6820 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alman məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metafetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0.957 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, ümumi təmiz çəkisi 0.957 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra, qalıq 0.907 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən alınmış tələbnamədən və cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Xaçmaz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.3-cii maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4. 66.3 və 67-ci maddələri ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.4.3-cii maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssəsində cəza çəkir. Həbs etmənin əvvəlini xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Bundan başqa Təqsirləndirilən şəxsnın cəzası Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan “Konsitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə 19 dekabr 2025-ci il tarixə çəkilməmiş 01 il 02 gün azadlıqdan məhrumetmə cəzası 06 (altı) ay azaldılmışdır. Odur ki, Təqsirləndirilən şəxs CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli hökmü ilə təyin edilmiş cəza hazırki, hökm ilə təyin edilmiş cəzaya ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan mtetamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 23 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6820 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0957 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 ( altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 22 iyul 2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm ilə təyin edilmiş 1 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs cinayətlərin məcmüsü üzrə qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şəbhəli şəxs kimi tutulduğu 21 fevral 2025-ci ildən 23 fevral 2025-ci il tarixədək olan 2 gün,11 iyun 2025-ci ildən 13 iyun 2025-ci il tarixədək olan 2 gün, cəmi 4 gün, həmçinin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 7(5-96)-191/2026 saylı 19 yanvar 2026-cı il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində «Konstitusiya və Suverenlik ili» münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3.1-ci bəndi tətbiq edilməklə çəkilməmiş azadlıqdan məhrum etmə cəzasının 6 (altı) ay azaldılmış hissəsi, ümumilikdə 6 ay 4 gün, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müdətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,957 qram psixotrik maddə olan mtetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar