Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-768/2022 14.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri, Bakı-Quba avtomobil yolunun yol çiyni hissəsində, Sumqayıt Texnologiyalar Parkı adlanan zavodun yaxınlığında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində baş vermiş mbahisə zamanı Zərərçəkmiş şəxs sifətinə, bədəninin müxtəlif nahiyyələrinə qəsdlə yumruq və təpiklə vuraraq Zərərçəkmiş şəxs sol almacıq nahiyyəsinin göz ətrafını tutan qançırı, gözünün ağlı qişasına qansızma, alt çənənin sağ yarısının, sol bazunun, sol budun qançırı, sağ dirsəyin sıyrığından ibarət, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində idarə etdiyi VAZ 2106 markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisində Azərsun zavodunun yaxınlığında dayanmışdır, 3 nəfər şəxs ona yaxınlaşıb onları aparmağını istəmişdir, o da adam gözlədiyindən apara bilməyəcəyini bildirmişdir. Bu zaman onlardan biri sərxoş olduğundan onunla mübahisə etməyə başlamış, onu nalayiq ifadələrlə söymüşdür. Amma həmin üç nəfərdən biri mübahisəni sonlandıraraq uzaqlaşmışdır. Onunla mübahisə edən şəxs ona bildirmişdir ki, gözləsin gələcəkdir. O müştərilərini götürüb ünvana aparmış, sonra həmin yerə qayıtdıqda həmin bir nəfər şəxs ona yaxınlaşmışdır, içkili olduğundan onu ünvanına aparmaq istəmiş, dava etmək, onu döymək fikri olmamışdır. Həmin şəxs avtomobilə əyləşdikdə yenə nalayiq ifadələr işlətməyə başlamış, o da əsəbiləşib yolda STP zavodun qarşısında avtomobili saxlayıb onunla mübahisə etmiş, mübahisə zamanı onu bir dəfə yumruqla vurmuşdur. Sonra söhbət edib barışmışlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, özünü təqsirli bilir, zərərçəkmiş şəxslə barışmışdır, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə spirtli içki qəbul etmişdir. Saat təxminən 20:30 radələrində o qardaşı Mənsur və əmisioğlu Vüsalla birlikdə Vüsalın yaşaığı evə piyada gedirmişlər, Azərsun zavod tərəfə gedərkən yolda VAZ2106 markalı avtomobilin dayandığını görüb taksi olub-olmadığını soruşmuş, o da taksi sürücüs olduğunu demiş, o avtomobilə əyləşmək istədikdə əyləşməmələrini, aparmayacağını bildirmiş, o da əgər taksi sürücüsüsənsə və dayanmısansa niyə apara bilməyəcəyini soruşmuş, beləcə mübahisələri düşmüşdür. Onlar yola düzəlib əmisioğlu Vüsalın evinə getmişlər. O bir neçə dəqiqə orada dayanıb geri qayıtmışdır. Avtomobil yoluna qayıtdıqda VAZ 2106 markalı avtombilin orada dayandığını görmüş, avtomobilni sürücüsü 1 manata Sumqayıta apardığını bildirmiş, o da avtomobilə əyləşib biraz qabaqda düşəcəyini bildirmişdir. O düşəcəyi yerə çatdıqda sürücü avtomobili saxlamamış, o içkili olduğundan avtomobilin bayaq mübahisəsi düşən şəxsin avtomobili olduğunu bilməmişdir. O düşəcəyi yerdə saxlamadıqda həmin şəxs olduğunu bilmişdir. Biraz da getdikdən sonra STP zavodun qarşısında sürücü avtomobili saxlayaraq onun oturduğu tərəfə keçmiş, qapını açaraq onu avtomobildən çıxarıb döyməyə başlamışdır. Həmin şəxs təpiklə sifətinin sol nahiyyəsindən, sol qolundan və sol qıçının bud tərəfindən bir neçə dəfə vuraraq onu döymüşdür. O da ona cavab olaraq bir neçə yumruq atsa da ona dəyməmiş, içkili olduğundan səndəlləmişdir. Sonra sürücü ona israrla barışıq təklif etmiş, onlar barışmışlar və sürücü onu yaşadığı evə gətirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 1428 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol almacıq nahiyyəsinin göz ətrafını tutan qançırı, gözün ağlı qişasına qansızma, alt çənənin sağ yarısının, sol bazunun, sol budun qançırı, sağ dirsəyin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir.(i.v 15-16) İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 3 nömrəli xəstəxananın xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur.(i.v 23) İş materiallarında olan DİN-nin xx.xx.2022-ci il tarixli arayışından və DİN-nin BƏSİİnin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 3669 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur.(i.v 25) İş materiallarında olan Sumqayıt şəhər Xəzri MKS-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 28) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i.v 37-39) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-768/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-768/2022
14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver