Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-768/2024 05.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində birgə yaşadıqları, Sumqayıt şəhəri, BTZ bağları ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sol çiyin nahiyyəsindən sərinkeşlə vuraraq, ona “sol çiyinüstü nahiyyənin dərialtı hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, 1996-cı ildə Güllərlə ailə həyatı qurmuş, lakin rəsmi nikahları yoxdur. 4 övladları var, lakin üç övladı yetkinlik yaşına çatdığı üçün ayrı yaşayır, oğlu Röyal onlarla yaşayır. Təxminən 2 aydır ki, Güllər Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən plastik qablar sexində fəhlə işləyir. Belə ki, xx.xx.2024-cü il tarixdə təxminən 08:00 radələrində Güllər işə getmiş və axşam saat 20:00 radələrində işdən çıxmalı olmuşdur. Lakin həmin gün axşam Güllər evə qayıtmamış və mobil telefonu işləmədiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Güllər işdən evə gəlmiş, saat təxminən 15:00 radələrində ikisi evdə olan zaman sonuncudan gecə harada olduğunu soruşmuş, Güllər ona kobud cavab verərək, bunun ona heç bir aidiyyatı olmadığını bildirmişdir. O, əsəbiləşərək evdə olan sərinkeşlə onun başına və sol çiyin nahiyəsinə vurmuşdur. Bundan sonra Güllərin ondan polisə şikayət etdiyini bilmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda heç kəs olmamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, 1996-cı ildə Elmanla ailə kimi birlikdə yaşayır, rəsmi nikahları olmasa da 4 övladları var. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 15:00 radələrində Elmanla birgə yaşadıqları evdə tək olduqları zaman sonuncu yuxudan ayılıb, gecə harada olmasını soruşmuş, o, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən plastik qablar sexində fəhlə işlədiyi üçün gecə növbəsində qaldığını bildirmişdir. Elman ona inanmamış, onu əxlaqsızlıqda ittiham edərək, evdə olan sərinkeşlə onun başından, əllərindən və sol çiyin nahiyyəsindən vurmuşdur. Bundan sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gəlmiş və Elman tərəfindən döyülməsi barədə şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Elman ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan AR SN-nin MTE və PAB X4 xx.xx.2024-cü il tarixli, 1379 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sol çiyin nahiyyəsinin dərialtı hematoması və sağ əlin İİ barmağınındırnaq falanqasınn sıyrığı. Qeyd oluan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir gün qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir.(i.v.18-21). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.12-13) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.53) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.55-56) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə CM-nin 128-ci maddəsi ilə məhkəməyə verilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə barəsində olan cinayət işi icraata zəzərəçəkmiş şəxslə barışdığına görə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı xx.xx.2014-cü il tarixdə qəbul edilmiş, xx.xx.2017-ci il tarixli “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” Qanun isə 29 yanvar 2018-ci il tarixdə qüvvəyə minmişdir. CM-nin 10.4-cü maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun qüvvəyə minməmişdən öncə törətmiş olduğu əmələ görə həmin Qanuna əsasən cəzadan azad edilməsi, hazırkı vəziyətdə onun vəziyətini ağırlaşdırmamalı, Zərərçəkmiş şəxs ilə barışdığı üçün o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-768/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-768/2024
05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver