Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-77/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs hüquqi varisi Şahid1, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyət ilə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə və ya aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə 2022-ci ilin avqust ayının ortalarında tanışlarının vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşı kimi təqdim edərək, sonuncunun Goranboy rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş oğlu Xəzər Babayevin cinayət məsuliyyətindən azad olunmasını və ya həbslə bağlı olmayan cəza təyin edilməsini təmin edəcəyi adı ilə yalan vəd verib aldadaraq, həmin işin görülməsi müqabilində Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayının ortalarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən İqtisadiyyat və Humanitar Kollecinin yanında hadisə ilə bağlı başlanılmış cinayət işinin istintaqını aparan müstəntiqlə görüşəcəyi və ona qonaqlıq verəcəyi adı ilə 500 manat, 2022-ci ilin oktyabr ayının sonlarında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində Xəzər Babayevin barəsində Goranboy Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməməsini təmin edəcəyi adı ilə 2500 manat, 2022-ci ilin dekabr ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən İqtisadiyyat və Humanitar Kollecin yanında Xəzər Babayevin barəsində Gəncə Apellyasiya Məhkəməsində həbs qətimkan tədbiri seçilməməsini təmin edəcəyi adı ilə 6000 manat, 2023-cü ilin yanvar ayında Xəzər Babayevin Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra həmin ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarının hər birində təyin edilmiş məhkəmə iclaslarının keçirildiyi tarixlərdən 1-2 gün əvvəl Xəzər Babayevin həmin iclasda həbs olunmamasını təmin edəcəyi adı ilə müvafiq tarixlərdə, dəqiq tarixi istintaqa məlum olmayan günlərdə Xırdalan şəhəri, Nizami küçəsində yerləşən İqtisadiyyat və Humanitar Kollecinin yanında və ya Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən AAAF Park yaşayış kompleksinin ərazisində hər dəfə 3000 manat olmaqla cəmi 24000 manat, 05 sentyabr 2024-cü il tarixdə, dəqiq tarixi istintaqa məlum olmayan gündə X4 Ağır Cinayətlər Məhkəməsi tərəfindən həbslə bağlı olmayan cəza verilməsini təmin etmək adı ilə Sumqayıt şəhəri 2-ci kvartal ərazisində yerləşən parkda 12000 manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 45000 (qırx beş min) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd etmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, Zərərçəkmiş şəxs oğlu yol nəqliyyat hadisəsi törətmiş və 2022-ci ildə ona köməklik etməsi üçün dostu Rəşidin təkidi ilə onlara müəyyən qədər köməklik göstərmişdir. O, yalnız zərərçəkmiş şəxslərlə barışıq əldə etməkdə onlara kömək edəcəyini və əgər barışıq əldə olunarsa, cəzasının yüngülləşəcəyini demişdir. Birinci zərərçəkmişlə barışıq onun nüfuzundan irəli gələrək əldə edilmiş və ona şirinlik olaraq Zərərçəkmiş şəxs öz istəyilə 400 manat vermişdir. Barışıq əsnasında kömək məqsədi ilə zərərçəkmişə 500 manat qanpulu vermişdir. İkinci zərərçəkmişlə görüşdə zərərçəkmişlərdə onlara qarşı aqresiya olmuş, zərərçəkmiş şəxsə 2000 manat qanpulu verilmiş və onun köməkliyi ilə barışıq əldə edilmiş, bu zaman da ona 300 manat şirinlik verilmişdir. Bundan başqa, ona zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi üçün qazilərə qonaqlıq verilməsinə 2300 manat pul vermişdir. Zərərçəkmiş şəxs ona 4300 manat pulu qəbir üçün vermiş və qəbir də hazır edilib zərərçəkmişə təhvil verilmişdir. Lakin, üçüncü zərərçəkmiş şəxslə barışıq baş tutmadığı üçün Zərərçəkmiş şəxs ona 10000 manat pul verdiyini bildirmiş və geri qaytarmasını tələb etmişdir. O isə oğlu üçün xərclədiyini və zərərçəkmişdən gedib qəbir pulunu istəyə bilməyəcəyini bildirmiş və buna görə də şirinliklə birgə qəbir pulunu, yəni ümumilikdə 5000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır. O, Zərərçəkmiş şəxs 45000 manat məbləğində pul almamış, ona yalnız 400 və 300 manat şirinlik və 4300 manat qəbiri düzəltmək üçün pul verilmişdir. Zərərçəkmiş şəxs qəbir pulunu bütov deyil, hissə-hissə vermişdir. Zərərçəkmiş şəxs ona AAAF Park yaşayış kompleksinin yanında 6000 manat, 2023-cü ilin sentyabr ayının 5-də onunla görüşüb maşını sataraq 12000 manat verməsinin isə yalan olduğunu bildirmişdir. Həmçinin, ifadəsində 2023-cü ilin avqustunda Zərərçəkmiş şəxs ona verdiyi 5000 manatı bank vasitəsilə qaytardığını, bunu təsdiq edən qəbzinin də olduğunu qeyd etmişdir. Son söz olaraq məhkəmədən onun ziyalı olmasını, yetkinlik yaşına çatmayan qızının olmasını, ədalətli qərar qəbul edilməsini və barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə suala cavab olaraq istintaqın qərəzli aparıldığını, üzləşdirmə protokolunda 12000 manat almasını etiraf etmədiyini, müstəntiqin təhdidi ilə protokolu imzaladığını qeyd etmiş, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında vəkilin ona 45000 manatı boynuna almasa vəziyyətinin pis olacağını dediyi üçün həmin məbləğdə ziyanın ödənilməsi ilə bağlı qohumları ilə görüşməli olduğunu bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi və istintaqın qərəzli həyata keçirildiyini bildirməsi, özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, əvvəlki məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə oğlu X3 rayon ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. O, Xəzərə köməklik etmək üçün adam axtarmış, həmin ildə avqust ayının ortalarında Sumqayıt şəhərində yerləşən Oba marketdə satıcı işləyən qızı Şəbnəm ona rəfiqəsi Aynurənin dostu Rəşidin prezident aparatında işləyən Ramil adlı tanışı olduğunu bildirmiş və Xəzər üçün köməklik istəməyi təklif etmişdir. Bir neçə gündən sonra Sumqayıt şəhərində o, Şəbnəm, Rəşid və Aynurə görüşmüşlər. Bu zaman Rəşid Ramil barədə məlumat verərək yüksək vəzifədə işlədiyini, dindar olmasını, din xadimləri ilə oturub durduğunu bildirmiş və Ramilin telefon nömrəsini ona vermişdir ki, özü Ramillə danışsın. O, Ramilə zəng edərək Xəzərin məsələsi barədə məlumat vermiş, Ramil üz-üzə görüşüb daha ətraflı danışmağı təklif etmişdir. Bir neçə gündən sonra Abşeron rayonu Xırdalan şəhərində Ramil ilə görüşərkən Ramil məsələni 45000-50000 manata həll edə biləcəyini deyib əvvəlcə Goranboya gedərək hadisə ilə bağlı cinayət işinin istintaqını aparan müstəntiqlə görüşüb ona yeyib içmək verəcəyini deyərək bunun üçün 500 manat istəmişdir. O, razılaşıb Xırdalan şəhərində yerləşən AAAF Park kompleksinini ərazisində “Texnikomun yanı” adlanan yerdə Ramilə 500 manat pul vermişdir. Bir neçə gündən sonra Ramil ona zəng edib artıq müstəntiqlə görüşdüyünü deyib məsələnin həqiqətən ciddi olduğunu, zərərçəkmiş şəxslərlə barışıq etməyin vacibliyini bildirmişdir. O, bu işlə məşğul olmağa başlamış, təxminən 3-4 aydan sonra 2022-ci oktyabr-noyabr ayında dəqiq xatırlamadığı tarixdə Ramil ona zəng edib demişdir ki, Goranboy Rayon Məhkəməsində Xəzərin barəsində həbs qətimkan tədbir seçilməsi məsələsinə baxılacaq və Xəzərin həbs olunmaması üçün 2500 manat pul vermək lazımdır. O razılaşıb həmin gün Xırdalan şəhərində AAAF Park yaşayış kompleksində Ramillə görüşərək ona 2500 manat pul vermişdir. Bundan bir ay sonra Ramil yenidən ona zəng edib Xəzərin həbs olunması məsələsinə bu dəfə Gəncə Apellyasiya Məhkəməsində baxılacağını deyərək, oğlunun həbs olunmaması üçün 6000 pul verməli olduğunu bildirmiş və o, yenə də razılaşmış və Ramillə Abşeron rayonu Xırdalan şəhərində AAAF Park kompleksinin ərazisində «texnikomun yanı» adlanan ərzidə görüşüb ona 6000 manat pul vermişdir. Həqiqətən də Xəzər həbs olunmamışdır. Bundan sonra onun Ramilə inamı artmışdır. 2023-cü ilin yanvar ayında Xəzərin barəsində cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. 2023-cü ilin sentyabr ayınadək məhkəmədə iş aparılmışdır. Bu müddət ərzində hər ayda bir dəfə Xəzər məhkəməyə çağırılmış və hər dəfə iclas təyin oldunduğu tarixdən bir-iki gün əvvəl Ramil ona zəng edib növbəti iclasda Xəzərin həbs olunacağını deyərək, bunun olmaması üçün kimə isə verəcəyi adı ilə ondan 3000 manat istəmişdir. O da hər dəfə razılaşaraq 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarının hər birində, bir dəfə Ramillə Abşeron rayonu Xırdalan şəhərində AAAF Park yaşayış kompleksində görüşüb ona 3000 manat pul vermişdir. Növbəti dəfə Xəzəri sentyabr ayının 15-nə təyin edilmiş məhkəmə iclasına çağırıldıqdan sonra Ramil ona zəng edib görüşmüş və ona demişdir ki, artıq bu sonuncu iclas olacaq, 12000 manat verməlidir ki, məhkəmədə Xəzərə həbslə bağlı olmayan cəza təyin edilsin. O da inanaraq 2023-cü ilin sentyabr ayının 5-də özünə məxsus avtomobilini Sumqayıt şəhərində yerləşən avtomobil bazarında 12000 manata sataraq və həmin tarixdə Ramil ilə Sumqayıt şəhərində 1 və 2-ci kvartalların arasında yerləşən parkda görüşüb 12000 manatı Ramilə vermiş və Ramil ona bir daha vəd vermişdir ki, Xəzərə həbslə bağlı olmayan cəza veriləcəkdir. Nəhayət 15 sentyabr 2023-cü il tarixdə məhkəmə iclasında Xəzərə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, həbs olunmuşdur. O, iclasdan çıxıb Ramilə zəng edərək bu barədə bildirmiş və Ramilin təklif ilə onlar 3-4 gün sonra Sumqayıt şəhərində görüşmüşlər. Bu zaman Ramil Xəzərin cəzasının müddətini apellyasiya məhkəməsində azaldacağını, qalan müddəti isə Ali Məhkəmədə aradan qaldıracağını bildirib onu arxayın salmışdır. O da inanaraq bir neçə ay gözləmiş, nəticə olmadığını görüb Ramil tərəfindən aldadıldığını başa düşərək ondan pullarını istəməyə başlamışdır. Ramil isə guya onun üçün çoxlu işlər gördüyünü bəhanə gətirib pulu qaytarmaqdan imtina etmişdir. O, ümumilikdə Təqsirləndirilən şəxs 45000 manat məbləğində pul verdiyini, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və qəbir üçün ödənişlərin həmin məbləğə aid olmadığını, 45000 manatı yalnız Xəzərin həbs edilməməsi üçün ödədiyini bildirmişdir. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi vəsiqədə müxbir yazılmışdır. O, Təqsirləndirilən şəxs ilkin pulu müstəntiqlə görüşdən əvvəl, 12000 manatı isə axırıncı məhkəməqabağı vermiş, Təqsirləndirilən şəxsla votsap vasitəsilə əlaqə saxladığını, 5000 manat qaytarılması barədə qəbzin Təqsirləndirilən şəxs ondan borc olaraq 5000 manat aldığını və həmin pulun qaytarılması barədə olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid, eyni zamanda zərərçəkmiş şəxsin hüquqi varisi Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2022ci ilin iyul ayının sonlarında qardaşı Goranboy rayon ərazisində 2 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdi. Atası qardaşının tutulmamasına köməklik etmək üçün yaxşı əlaqələri olan adam axtarmış, o da bu barədə iş yoldaşı Aynurəyə bildirmişdir. Aynurə ona özünün Rəşid adında tanışı olduğunu həmin Rəşidin isə prezident aparatında işləyən Ramil adlı tanışı olduğunu demiş və bildirmişdir ki, bu adamın əlaqələri genişdir və bəlkə o qardaşının işinə köməklik edə bilər. O da bu barədə atasına söyləmiş və əvvəlcə o, Rəşid və Aynur Sumqayıt şəhərində görüşmüşlər. Rəşid Ramilin yüksək vəzifədə işlədiyini, dindar olmasını bildirmiş və telefon nömrəsini vermişdir ki, atası özü Ramillə görüşüb danışsın. Sonra atası Ramilə zəng etmiş və onunla birlikdə Xırdalanda Ramillə görüşmüşlər. Atası məsələ barədə Ramilə məlumat vermişdir. Ramil isə məsələni 45000-50000 manata həll edə biləcəyini və əvvəlcə Goranboya gedib hadisə ilə bağlı cinayət işinin istintaqını aparan müstəntiqlə görüşəcəyini deyib özünə yol pulu, yeyib içməyə 500 manat istəmişdir. Atası da Xırdalan şəhərində Ramilə 500 manat pul vermişdir. Bir neçə gündən sonra Ramil artıq müstəntiqlə görüşüb, zərərçəkənlərlə barışıq etməli olduğunu demişdir. Təxminən 3-4 aydan sonra Ramil atasına Xəzərin barəsində həbs qətimkan tədbir seçilməsinə Goranboy Rayon Məhkəməsində baxılacağını deyib qardaşının həbs olunmaması üçün 2500 manat pul istədikdə atası ona Xırdalan şəhərində 2500 manat pul vermiş, bir ay sonra Ramil yenidən Xəzərin həbs olunması məsələsinə bu dəfə Gəncə Apellyasiya Məhkəməsində baxılacağını deyib, məsələnin həll olunması üçün 6000 pul istəmiş və atası Abşeron rayonu Xırdalan şəhərində 6000 manat pul vermişdir. 2023-cü ilin yanvarında Xəzərin barəsində cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, 2023-cü ilin sentyabr ayınadək məhkəmədə işə baxılmış və bu müddət ərzində hər ayda bir dəfə Xəzəri məhkəməyə çağırmışlar. Hər dəfə iclas təyin oldunduğu gündən bir-iki gün əvvəl Ramil atasına zəng edib Xəzərin həbs olunmaması üçün 3000 manat istəmiş, atası da hər dəfə Ramilə yanvar, fevral, mart, aprel, may, iyun, iyul və avqust aylarının hər birində bir dəfə 3000 manat pul vermişdir. Növbəti dəfə Xəzəri sentyabr ayının 15-də məhkəməyə çağırmışlar. Ramil onun atasına zəng edib artıq sonuncu iclas olacağını deyib, Xəzərə həbslə bağlı olmayan cəza verilməsi üçün 12000 manat pul istəmişdir. Atası da maşınını Sumqayıt şəhərində yerləşən avtomobil bazarında sataraq Ramilə həmin günü Sumqayıt şəhərində 12000 manat pul vermişdir. 15 sentyabr 2023-cü ildə məhkəmə iclasında Xəzərə 6 il cəza təyin edilmiş və o, həbs olunmuşdur. Ramil əvvəlcə yalandan Xəzərin cəzasını apellyasiya məhkəməsində azaldacağını, qalan müddəti isə Ali Məhkəmədə çıxarıb azadlığa çıxaracağını bildirmişdir. Ancaq, sonradan Ramilin onları aldatdığını başa düşmüşlər. Ramil onun atasını aldadaraq 45000 manat pulunu ələ keçirmişdir. Atasından əlavə də özü də Ramilə pul verdiyini, iş yerində terminal vasitəsilə ona pul göndərdiyini bildirmiş, pulu istədikdə isə Ramil onu təhdid etmişdir. Həmçinin, ifadəsində hazırki işdə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə öldüyünü qeyd etmiş və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 onun iş yoldaşı və rəfiqəsidir. Təxminən 2022-ci ilin yay aylarında Şəbnəmin qardaşı Xəzər Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində iki nəfər ölmüş və Xəzər barəsində Goranboy PŞ-də cinayət işi başlanılmışdı. Şəbnəm həmin vaxtlar qardaşının törətdiyi əmələ görə həbs ediləcəyindən narahat idi. O, dostu Rəşidlə Şəbnəmin qardaşı barədə söhbət edərkən Rəşid özünün Ramil adlı tanışının olduğunu, Ramilin hansısa yüksək vəzifələrdə işlədiyini, bəlkə Ramin Şəbnəmin qardaşına köməklik edə biləcəyini bildirdikdə, o da bu barədə Şəbnəmə xəbər vermişdir. Şəbnəm isə rayonda yaşayan atası Ramizə zəng vuraraq bu barədə məlumat vermiş və təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Ramiz Sumqayıt şəhərinə gəlmiş, o, Rəşid, Şəbnəm və onun atası bir yerdə görüşmüşlər. X5 adlı şəxsi onunla tanış etməsini istədikdə Rəşid Ramilin telefon nömrəsini Ramizə vermişdir ki, özləri danışıb bir qərara gəlsinlər. Orada Ramiz özü Ramilin telefonuna zəng vurub danışmış, Ramil belə işlərin telefon vasitəsi ilə həll olunmadığını, onun özü ilə şəxsən görüşmək istədiyini bildirmiş və ertəsi gün Xırdalan şəhərində görüş təyin etmişlər. Ramizlə Şəbnəm onunla Rəşiddən Ramil ilə görüşə özləri ilə birlikdə getmələrini xahiş etsələr də, Rəşid getməmiş, o isə onlarla birlikdə Xırdalan şəhərinə gedib Ramillə görüşdə iştirak etmişdir. Ramiz Ramillə tanış olduqdan sonra ona oğlunun yol-nəqliyyat hadisəsi törətdiyini və onun həbs olunacağından qorxduğunu bildirmiş, Ramil Ramizi dinlədikdən sonra özünün Prezident barədə jurnallar dərc etdiyini və bu səbəbdən də Prezident Aparatında geniş əlaqələrinin olduğunu, onun oğluna köməklik edə biləcəyini, lakin bu işin ağır olması ilə əlaqədar ümumilikdə 50.000 manata yaxın pul lazım olacağını bildirdikdə Ramiz başqa çarəsinin olmadığını, olan-olmazını satıb oğlunu cəzadan qurtarmaq üçün nə lazımdırsa etməyə hazır olduğunu bildirmişdir. Ramil ona Goranboya gedib işlə tanış olub ona məbləğ barədə məlumat verəcəyini bildirmiş və daha sonra Ramizlə Ramil kənara çəkilib təklikdə söhbət etmişlər. Həmin vaxtdan sonra Ramiz və Ramil özləri əlaqə saxlamışlar və bəzən Ramil onların işlədikləri “Oba market” mağazasına da gəlib Şəbnəmlə kənarda nə barədəsə söhbət etmiş, getdikdən sonra isə Şəbnəm Ramilin yenə pul istədiyini bildirmişdir. O və X6 tanış etdikdən sonra onların başqa heç bir söhbətində iştirak etməmişlər. Yalnız 2023-cü ilin sentyabr ayının 5-də Ramiz Sumqayıt şəhərinə gəlib artıq məhkəmənin Xəzər barəsində hökm çıxaracağını və Ramilin Xəzər barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin etməməsi üçün ondan 12.000 manat pul istəməsindən, Ramizin həmin gün bazarda öz avtomaşını satdığından və daha sonra özü Ramillə Sumqayıt şəhərində görüşüb həmin pulu Ramilə verdiyindən məlumatlıdır. Lakin, bir neçə gündən sonra Şəbnəm ağlayaağlaya işə gələrək Ramilin onları aldadaraq 45.000 manatdan artıq pullarını almasına baxmayaraq qardaşına 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası verildiyini bildirmişdir. Bundan başqa onun heç nədən xəbəri yoxdur, yalnız onu bilir ki, hal- hazıra kimi də Ramil Ramizgilin pullarını qaytarmayıb. O, həmin söhbətə kimi Ramil adlı şəxsi tanımamış, onun harada işləməsi barədə heç bir məlumatı olmayıb və həmçinin də Ramiz Ramilə pul verərkən həmin prosesdə iştirak etməmişdir. Məhkəmədə suala cavab olaraq Ramilin zərərçəkmiş şəxslərin şikayəti olmasa işi həll edəcəyini dediyini, Ramizin Ramilə onun yanında pul vermədiyini, qızı Şəbnəmin dediklərindən atasının maşını satıb Ramilə pul verməsi barədə məlumatı olduğunu bilmişdir. Ramizin pul verməsini şəxsən görməsə də, qızı Şəbnəmin ödəmə terminalı vasitəsilə Ramilin kartına pul göndərməsini gördüyünü, Ramilin zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi üçün üç nəfər qadın tutduğunu və buna görə də Şəbnəmin 250 manat, qazilərlə yeyib-içməyə 300 manat göndərdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 3-4 ildir tanıyır, belə ki, həmin dövrlərdə o, Xırdalan şəhərində olarkən onunla təsadüfən bərbərdə tanış olmuş, onun ana tərəfinin Şahbuz rayonundan olduğunu öyrəndikdə Ramil özünün də Şahbuz rayonundan olduğunu və həm də Prezident aparatında çalışdığını, hansısa çətinliyi olsa əlinin hər yerə çatdığını, ona müraciət edə biləcəyini bildirmiş və ona telefon nömrəsini vermişdir. O da Ramilə minnətdarlığını bildirib ondan ayrılmışdır. Təxminən 2022-ci ilin avqust ayının əvvəllərində dost münasibətində olduğu Şahid2 ona zəng vuraraq işlədiyi “Oba market” mağazasında onun rəhbəri olan Şəbnəmin qardaşı Xəzərin Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətdiyini və həmin hadisə nəticəsində iki nəfərin öldüyünü, Xəzərə həbs olunmaması üçün kömək etmək lazım olduğunu bildirib onun bu işdə onlara kömək edə biləcək tanışının olubolmadığını soruşduqda o, fikirləşib bir cavab verəcəyini söyləmiş, daha sonra Ramil onun yadına düşmüş və bu barədə zəng vurub Aynurəyə məlumat vermişdir. Aynurə Şəbnəmə, Şəbnəm isə atası Ramizə zəng vuraraq bu barədə məlumat vermiş, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində Ramiz Sumqayıt şəhərinə gəlib Aynurədən onu özüylə görüşdürməsini xahiş etmiş və Şəbnəm, Ramiz, Aynurə və o, Sumqayıt şəhərində görüşmüşlər. Ramiz ondan onu Ramil adlı şəxslə tanış etməsini xahiş etmişdir. O isə Ramilin telefon nömrəsini verərək bu işə qarışmaq istəmədiyini bildirmiş, Ramizin özünün Ramilin telefonuna zəng vurub onunla görüşməsini xahiş etmişdir. Elə oradaca Ramiz Ramilin telefonuna zəng vurub özünü təqdim edərək problemi barədə ona danışdıqda Ramil belə işlərin telefon vasitəsi ilə həll olunmadığını, onunla şəxsən görüşmək istədiyini bildirmiş və onlarhəmin günün sabahı Xırdalan şəhərində görüş təyin etdilər. Ramiz, Aynurə və Şəbnəm onlarla birlikdə Xırdalana getməsini xahiş etsələr də, o, işinin olduğunu bildirib Xırdalana getməmişdir. Şəbnəm, Aynurə və Ramiz isə sabahı günü Xırdalan şəhərinə gedib Ramillə görüşmüşlər və Ramil Ramizə oğlunun məsələsini həll etməkdə ona köməklik edəcəyinə söz vermişdir. Lakin, aralarında hansı məbləğdən söhbət getdiyini və Ramizin ümumilikdə Ramilə hansı məbləğdə pul verməsindən onun xəbəri olmamışdır. Yalnız bəzən “Oba market” mağazasına Aynurənin yanına gedib Şəbnəmlə rastlaşdıqda ondan qardaşının işi barədə soruşmuş, Şəbnəm Ramilin az-az onlardan pullar aldığını, lakin hələ işin nəticəsinin olmadığını bildirmişdir. O, Ramil ilə görüşməmiş və bu barədə onunla söhbət etməmişdir. O, Ramizlə Ramili tanış etdikdən sonra onların başqa heç bir söhbətində iştirak etməmişlər. Yalnız 2023-cü ilin sentyabr ayında Şəbnəmin qardaşına məhkəmənin 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası verməsini və Ramizin ümumilikdə 50.000 manata yaxın Ramilə pul verdiyini, lakin Ramilin onların işini həll etmədiyini eşitmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.4-cü maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. (i.v. 1) Törədilmiş cinayət haqqında məlumatın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Qazax rayonu Xanlıqlar kəndində qeydiyyatda olan Zərərçəkmiş şəxs müraciəti əsasında taplanmış ilkin yoxlama materialı istintaq aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinə göndərilmişdir. (i.v. 26) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və həmin tarixdə zərərçəkmiş şəxs qismində dindirilmişdir (i.v.34-43) Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-218/2023 nömrəli hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək ona 5 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v. 61-65) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 40.2.2-ci maddəsinə əsasən xitam verilmişdir. (i.v.66-67) Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham xx.xx.2024-cü il tarixdə, saat 09:45-də elan edilmişdir. (i.v.69-70) Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.71-72) Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15:10-da Abşeron rayonu ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. (i.v. 75) Cinayət işinin ibtidai istintaqının təzələnməsi və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.76) Təqsirləndirilən şəxsin dindirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində dindirmə zamanı ifadə verməkdən imtina etmişdir.(i.v.92-93) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır.(i.v.99-103) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(060)-285/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 27 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (i.v.110-116) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, eyni zamanda üzləşmə zamanı Zərərçəkmiş şəxs ümumilikdə 45000 manat deyil, 12000 manat pul alması, habelə barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxıldığı qapalı məhkəmə iclasında qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş şəxslərin məzar daşlarının hazırlanmasına 10000 manat xərclənməsi, digər zərərçəkmiş şəxslərə notarial qaydada 2500 manat pul ödənildiyini, həmçinin Zərərçəkmiş şəxs vurduğu maddi ziyanın ödənilməsi məqsədi ilə 5000 manat pulu sonuncunun kart hesabına mədaxil etməsi barədə xüsusatlar işin faktiki hallarına uyğun gəlmədiyinə, iş materiallar ilə bir mənalı şəkildə təkzib olunduğuna və təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıdığına görə rədd edilmişdir. (i.v.127- 132) Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 521 nömrəli terminal vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 4098**********5199 nömrəli kart hesabına 5000 manat məbləğində pul köçürülmüşdür. AZ-İİ № 500900 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Şəhadətnamə xx.xx.2025-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosessual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 45000 manat məbləğində pul almadığı, təqsirini etiraf etməsi üçün ona qarşı təzyiq göstərildiyi barədə qeyd etdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o, məsuliyyətdən yayınmaq üçün belə ifadə vermişdir. Ona təzyiq edilməsi halı ilə bağlı hər hansı sübut məhkəmə iclasında təqdim edilməmiş və qeyd edilən hal təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi ziddiyyətli ifadələri ilə yanaşı, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları, üzləşdirmə protokolu və dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə də təsdiq edilir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 45000 manat məbləğində pul almadığını, ona yalnız 400 və 300 manat şirinlik və 4300 manat qəbir düzəltmək üçün pul verildiyini bildirsə də, ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə aparılmış üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona 400 manat yol xərcləri üçün, şirinlik kimi və xərclər üçün 400- 500, 800, 1000 manat, cəmi 4000 manat məbləğində könüllü pul verdiyini, 2023-cü ilin yay aylarında Zərərçəkmiş şəxs 12000 manat məbləğində pul aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı qeyd edilən ziddiyyətlə bağlı bildirmişdir ki, ona müstəntiq tərəfindən təzyiq edildiyi üçün üzləşdirmə protokolunu imzalamışdır. Lakin, qeyd edilən təzyiqin nədən ibarət olması, təzyiqin olması təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs onun barəsində həbs qətimkan tədbiri seçilərkən verdiyi izahatında “qəbrin düzəldilməsinə 10000 manata yaxın xərc çəkildiyini, notarial qaydada ev sahibinə 2500 manat məbləğində pul verildiyini, 45000 manat ziyanı ödəmək üçün pulu toparlaya bilsin deyə qohumları ilə görüşməli olmasını, məbləğin çox olduğunu” söyləməsi ilə əlaqədar ziddiyyətə münasibətdə müdafiəçisinin ona “45000 manatı boynuna almasa vəziyyətinin pis olacağını” söylədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs ali təhsilli şəxsdir, ona müdafiəçinin “45000 manat məbləğində ziyanı ödəməsi üçün qohumları ilə görüşməsi” barədə izahat verməsini və “təqsirini boynuna almasını” istəməsi məhkəməyə inandırıcı gəlmir və həmin halı təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, həmçinin, ibtidai istintaq zamanı üzləşdirmə protokolunda verdiyi ziddiyyətli ifadələri (ona qarşı müstəntiq tərəfindən təzyiq edilməsi, müdafiəçinin təkidi ilə “45000 manat məbləğində ziyanı ödəməsi üçün qohumları ilə görüşməsi” barədə izahat verməsi) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Aldatma dedikdə, özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək məqsədi güdən şəxs tərəfindən bilərəkdən həqiqətə uyğun olmayan, yalan məlumatların verilməsi, həqiqi məlumatların isə gizlədilməsi və ya qəsdən əmlakın ələ keçirilməsinə yönəlmiş başqa hərəkətlərin edilməsi (məsələn, alğı-satqı müqaviləsinin predmeti olan saxta əşyaların təqdim edilməsi, malın alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və sair) nəzərdə tutulur. Etibardan sui-istifadə isə özgənin əmlakını və ya əmlak hüququnu ələ keçirmək niyyətində olan şəxs tərəfindən əmlakın mülkiyyətçisi, əmlaka sahiblik edən və ya əmlak üzərində sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən sui-istifadə olunmasıdır. Etibardan sui-istifadə, həmçinin şəxsin əmlakı və ya ona olan hüququ əvəzsiz şəkildə ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı hallarda yaranmış olur. Nəzərə alınmalıdır ki, oğurluq və dələduzluq cinayətləri tövsif edilərkən talamanın predmeti olan əmlakın nədə ifadə olunmasına xüsusi diqqət yetirilməlidir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlaklarını (pullarını) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermiş, təqsirləndirilən şəxsin niyyəti əmlakları (pulları) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin əmlaklarının (pullarının) əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, həmin zərərçəkmiş şəxsə münasibətdə bu məqsəd və niyyətlərinə çatmışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünü ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə etməklə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halların olmamasını, vurulmuş ziyanın həcmini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə edən vəkilə dövlət büdcəsi hesabına xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hüquqi varisi Şahid1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 65 saata görə (50 saat göstərilmiş hüquqi yardıma görə 6 manatdan hesablanmaqla 300 manat, 15 saat göstərilmiş hüquqi yardıma görə 11 manatdan hesablanmaqla 165 manat) cəmi 465 (dörd yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs hüquqi varisi Şahid1 dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-77/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-77/2025
19.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver