Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-770/2023 05.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X9, ailəvi yataqxanada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə, saat 16:20 radələrində, “B1,B kateqoriyalı, BA404786 seriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota prius” markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nərimanov küçəsi 14-cü məhəllə ilə arxa istiqamətdə hərəkətdə olarkən “X10” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozub, yəni hadisə zamanı sürücü nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq öz hərəkəti istiqamətində yolu sol tərəfindən sağ tərəfə keçən piyada X1 avtomobilin arxa sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya sağ diz və sağ aşıq-baldır oynağının şişkİnliyi-qançırı-hemartrozu, sol kürəkaltı, sol budun və sol qaşüstü nahiyənin qançırı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, idarə etdiyi 2010-cu il istehsalı olan “Toyota Prius” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edirdi. xx.xx.2023-cü il tarixdə, saat 16:00 radələrində, o, Sumqayıt şəhəri, N.Nərimanov küçəsində, 14-cü məhəllə ərazisinin yaxınlığında, idarə etdiyi “Toyota Prius” markalı, **- UM-*** dövlət qeydiyyat nişanlı avtomobili avtomobil yolunun sağ tərəfində saxlamış, bir qədər sonra saat 16:20 radələrində avtomobili saxladığı yerdən 10-15 km/saat surətlə arxa tərəfə hərəkət etdirdikdə avtomobilin zərbə ilə maneəyə çırpıldığını hiss edib əyləci basaraq avtomobili dayandırmış, dərhal avtomobildən düşüb baxdıqda qadın piyadaçını vurduğunu, həmin qadının yerdə uzanmış vəziyyədə olduğunu görmüş və avtomobillə arxa istiqamətdə hərəkətdə olarkən, yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən qadın piyadanı görmədiyindən ehtiyatsızlıqdan həmin piyadanı vurduğunu başa düşmüşdür. Sonra adının Səbinə olduğunu bildiyi həmin qadını avtomobilinə əyləşdirib Sumqayıt şəhər TTYX-na aparmışdır. O, sonradan öyrənmişdir ki, idarə etdiyi avtomobillə vurduğu yolu piyada keçən qadın X3r. Hadisə xx.xx.2023-cü il tarixdə, saat 16:20 radələrində, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 14-cü məhəll, “Ağ çiçəyim” gül dükanının yaxınlığında baş vermiş, hadisəsinin baş vermə səbəbi onun avtomobili arxaya sürərəkən yolu keçən piyadaçını görməməsi olmuş, hadisə günü o, spirtli içki və ya bihuşedici maddə qəbul etməmiş, baş vermiş yol nəqliyat hadisəsi zamanı yalnız avtomobili ilə vurduğu şəxs xəsarət almış, hadizə zamanı o idarə etdiyi avtomobildə tək olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə təxminən saat 16 radələrində, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 14-cü məhəllə ərazisində avtomobil yolunun sol tərəfindən digər tərəfinə 14-cü məhəllə ərazisinə keçərkən, həmin avtomobil yolunda arxaya hərəkətdə olan, ağ rəngli Toyota Prius markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurub yerə yıxaraq təxminən 6 metr məsəfədə onu arxaya sürümüşdür. Sonra həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs avtomobildən düşüb ona yaxınlaşmış, ətrafda olan digər şəxslər onu yerdən qaldırıb Elsevərin avtomobilinə əyləşdirmişlər və Elsevər onu Sumqayıt şəhər TTYS-na aparmışdır. Həmçinin o, oğlu Fərid Mütəllimova zəng edib hadisə barədə məlumat vermiş və onun oğlu Fərid də, onlarla birlikdə TTYX-na getmişdir. O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra, Sumqayıt Hospitala gedib müvafiq tibbi müayinələrdən keçmiş və yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurub xəsarət yetirməsi nəticəsində aldığı xəsarətlərin müalicə olunmasına ümumilkdə 700 manat pul xərcləsə də təqsirləndirilən şəxs ümumiyyətlə onun səhhəti ilə maraqlanmamış, əksinə qaynanası onlarla telefonda çox pis danışmışdır. Zərərçəkmiş şəxs X4 təqsirləndirilən şəxslə barışmadığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin ödənilmədiyini, uzun müddət müalicədə olduğunu, indi də müalicəyə ehtiyacı olduğunu bildirərək sonuncunun barəsində qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilərkən, həmin diskdə qeydə alınmış video görüntülərdə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi Toyota Prius markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya hərəkət etdirən zaman, avtomobil yolunun keçən piyada X1 vurması müşahidə olunur. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 492 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ diz və sağ aşıq-baldır oynağının şişkinliyi-qançırı- hemartrozu, sol kürəkaltı, sol budun və sol qaşüstü nahiyənin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasma səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 10 iyul 2023- cü il tarixli, 8/1787 saylı rəyindən görünür ki, Toyota Prius markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı maşının sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarına əlavə olunmuş mobil notariat tətbiqi vasitəsi ilə elektron qaydada rəsmiləşdirilmiş nəqliyyat vasitələrinin istifadə edilməsinə dair etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2021-ci il tarixdə “B1,B” kateqoriyalı, BA404786 saylı, on illik sürücülük vəsiqəsi verilmiş və kompyuter bazasına əsasən sürücülük hüququndan məhrum edilənlər arasmda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Səhiyyə şöbəsinin Sumqayıt şəhər Rayonlararası Narkoloji Narkoloji Dispanserinin sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 12 aprel 2023-ci il tarixli, 2325 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs (xx.xx.2023-cü il tarixdə) alkoqol sərxoşluğu əlaməti olmayıb. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməməsi, zərərçəkmişin şikayətçi olması nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və o 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah olunsun. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-770/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-770/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver