Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-771/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1975-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi 01 ədəd kibrit qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,409 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,247 qram, ümumi təmiz çəkisi 0,656 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamini, 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 , 0,337 qram ümumi təmiz çəkisi 0,657 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroini və səthində narkotik vasitə heroin izləri olan 01 ədəd markası oxunmayan gümüşü rəngli elektron tərəzini üzərində saxlayaraq gəzdirmiş 12.06.2021-ci il tarixdə saat 16:30-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb PB-nə gətirilərək, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəxsi istifadəsi üçün saxladığı 01 ədəd kibrit qutusunun içərisində 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,409 qram, 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0,247 qram, ümumi təmiz çəkisi 0,656 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan şəxsi istehlak miqdarından artıq miqdarda metamfetamin, 02 ədəd şəffaf rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350, 0,337 qram ümumi təmiz çəkisi 0,657 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin və səthində narkotik vasitə heroin izləri olan 01 ədəd markası oxunmayan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o narkotik vasitələrin istifadəçisidir. 12.06.2021-ci il tarixdə təxminən saat 16:30 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, PB-nə getməkdən imtina etməmişdir. PB-də olan zaman onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, o, isə buna etiraz etməmişdir. PB-nin xidməti otaqlarının birində təkrar hansı səbəbdən saxlanılmağı bildirilməklə yanaşı şəxsi axtarış keçiriləcəyi bildirilərək, üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzini, 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu açılmış, içərisinə baxarkən kibrit qutusunda 3 ədəd şəffaf rəngli sellofan bükümlərin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş şəffaf rəngli sellofan bükümlər açılan zaman həmin bükümlərin ikisinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digər bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, həmçinin gümüşü rəngli siqaret kağızı bükümündə də ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos”, ağ rəngli kristal şəkilli maddələr isə “şüşə” olduğunu, aşkar olunmuş maddəni Bakı şəhəri Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün, elektron tərəzini isə istifadə etdiyi maddələri çəkmək üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 0,46 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 0,50 qram, həmin maddələr vizual olaraq eynilik təşkil etdiyi üçün birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,94 qram olduğu, aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli selofan ilə birlikdə çəkisinin birinin 0,46 qram, digərinin 0,50 qram, həmin maddələr vizual olaraq eynilik təşkil etdiyi üçün birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,93 qram olduğu olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunmuş tərəzidən narkotik vasitələrdən istifadə etdiyi zaman dəqiq çəkisini bilmək üçün və narkotik vasitəni istifadə etmək üçün aldığı zaman aldadılmaması üçün istifadə etmiş, narkotik vasitəni əldə etdiyi şəxsi əvvəlcədən tanımamış, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində təsadüfən tanış olmuşlar və həmin şəxsdən şəxsi istifadəsi üçün 30 manat dəyərində narkotik vasitə olan heroin və “şüşə” almış, təxminən 35-40 yaşlarında arıq bədən quruluşlu orta boylu bir nəfər olmuş, saxlanıldığı zaman və ya 1-ci PB-də ona qarşı hər hansı təzyiq göstərilməmiş, saxlanıldıqda və polis bölməsinə gəlməzdən əvvəl üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, əvvəllər idmanla məşqul olmasını, ilk dəfə olaraq cinayət törətməsini və oğlunun Vətən müharibəsi iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə” medalla təltif olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 12.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev-496 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlaması, daşıması və gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan və Sumqayıt ŞPİnin 1-ci PB-nin əməliyyat müvəkkili İdris Fərzəliyev və kiçik inspektoru Ramil Cəfərovdan ibarət əməliyyat qrupu yaradılaraq 12.06.2021-ci il tarixdə saat 16.30-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində piyada hərəkət edən zaman onu saxlamışlar, ona özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə dəvət etmişlər və o heç bir müqavimət göstərmədən onlarla birlikdə Sumqayıt şəhər polis idarəsinin 1-ci PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Həmin şəxsə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynindəki göy rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli markası olmayan elektron tərəzini, 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Təqdim edilmiş kibrit qutusu açılmış, içərisinə baxarkən kibrit qutusunda 3 ədəd şəffaf rəngli sellofan bükümlərin və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu müəyyən edilmişdir. Aşkar olunmuş şəffaf rəngli sellofan bükümlər açılan zaman həmin bükümlərin ikisinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digər bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin, həmçinin gümüşü rəngli siqaret kağızı bükümündə də ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos”, ağ rəngli kristal şəkilli maddələrin isə “şüşə” olduğunu, aşkar olunmuş maddəni Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını, şəxsi istifadəsi üçün, elektron tərəzini isə istifadə etdiyi maddələri çəkmək üçün üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin gümüşü rəngli siqaret kağızı ilə birlikdə 0,46 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə 0,50 qram, həmin maddələr vizual olaraq eynilik təşkil etdiyi üçün birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,94 qram olduğu, aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli selofan ilə birlikdə çəkisinin birinin 0,46 qram, digərinin 0,50 qram, həmin maddələr görünüşcə eynilik təşkil etdiyi üçün birlikdə tərəziyə qoyulub çəkilən zaman ümumi çəkisinin 0,93 qram olduğu olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və DİNnin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik maddə olan heroini Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr saxlaması və daşıması barədə onlara məlumat daxil olmuş və onlarda həmin şəxsin narkotik vasitələrin satışı ilə də məşğul olması barədə şübhə yaranmış, lakin, tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunsa da narkotik vasitələrin satışına dair hər hansısa dəlil aşkar olunmamışdır. Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması barədə onda əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin kiçik inspektor, polis serjantı Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd CD disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 12.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin və psixoturop maddə olan metamfetamin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.05.2021-ci il tarixli, 6/2405 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Saxlanılan şəxs (imza) K. Həsənzadə...” sözləri yazılmış zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,350 qr., 0,337 qr., ümumi təmiz çəkisi 0,687 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,409 qr., 0,247 qr., ümumi təmiz çəkisi 0,656 qram olan ağ rəngli kristal hissəçiklərindən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdar olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroinin ümumi təmiz çəkisi–0,687 qram, tədqiqata sərf edildi–0,100 qram, qalıq–0,587 qramdır. Metamfetaminin ümumi təmiz çəkisi–0,656 qram, tədqiqata sərf edildi–0,100 qram, qalıq– 0,556 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 09.07.2021-ci il tarixli, 2224 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 08.07.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İ-8029 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu X3 oğlu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olaraq törətdiyi cinayət əməlini etiraf etməsini və oğlu X3 oğlunun Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14.06.2021-ci il tarixli qərarla CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, həbsdən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,587 qram çəkidə narkotik vasitə olan heroin və 0,556 qram çəkidə psixoturop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 19.11.2021-ci il tarixli (iş № 1(060)-771/2021) qərarını icra edərək, 25 noyabr 2021-ci il tarixli 1499/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyataalınsın. İş üzrə maddi sübut olan bir ədəd “CD” disk cinayət işində saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,587 qram çəkidə narkotik vasitə olan heroin və 0,556 qram çəkidə psixoturop maddə olan metamfetamin məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-771/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-771/2021
30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver