Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-771/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2005-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan, barəsində nəzarət altına vermə haqqında iltizam qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 16:07-də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" plastik kartından istifadə edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nə məxsus ATM-nə daxil edib sonuncunun **********996213 nömrəli kartından 200 (iki yüz) manat məbləğində nağd pulu çıxardaraq Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-01-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə təxminən günorta radələrində Sumqayıt şəhəri 2-ci mikrarayon ərazisində atası Şahid1 və onunla qeyri rəsmi olaraq yaşayan Şahid2 ilə birlikdə gəzən zaman Aysel qabaqda “Beynəlxalq banka” aid bankomat görmüş və ona işarə etmişdir ki, onunla birlikdə atası Talehdən aralansın və bankomatın yanına getsin. Orada çox yaşlı bir kişi olmuş və Aysel ona yaxınlaşaraq kartdan pulu çıxartmağa köməklik etməyi təklif etmişdir. Həmin kişi kartını Ayselə vermiş və həmin karta aid gizli şifərini dedikdən sonra Aysel həmin kartı bankomata daxil edib gizli şifərini daxil etmiş və bankomatdan pulun çıxarılması üçün əməliyyatı təsdiqləmişdir. Həmin vaxt o, kişinin diqqətini yayındırsa da pul çıxan zaman Aysel kişiyə hesabda pul olmadığını bildirmişdir. Pul çıxan zaman isə Aysel ona işarə etmiş və o, bankomatdan çıxan 200 manat pulu götürmüşdür. Bundan sonra onlar həmin yerdən uzaqlaşmış və əldə etdikləri öz aralarında bölmüşlər. Lakin onlar kənarda dayanmış atası Talehə ilk öncə heç bir məlumat verməsələrdə, sonradan ona bankomatın yanında olan qoca kişinin kartından pulu gizli olaraq oğurladıqları barədə danışmışlar. Sonradan saxlanılarkən ona məlum olmuşdur ki, kartından pul oğurladıqları adamın ad soyadı Zərərçəkmiş şəxsdur. Hazırda onun ziyanı ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən də zərərçəkmiş şəxs onunla barışmaqdan imtina edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən onun təqaüd kartından 200 manat pul çıxarılmışdır. 5 aydan çox keçməsinə baxmayaraq ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində cəza təyin edilməsini xahiş edir. Eyni zamanda o, 89 yaşı olduğunu və səhhəti ilə əlaqədar hazırda yataq şəraitində olduğunu və gəzə bilmədiyini üçün hazırki cinayət işi üzrə işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində o, təqaüdünü almaq üçün Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq banka məxsus bankomata yaxınlaşmışdır. O, təqaüd kartını çıxardığı zaman tanımadığı bir qadın və bir cavan uşaq ona yaxınlaşıb ona bankomatdan pul çıxarmaqda köməklik etmək istədiklərini bildirmişlər. O, həmin şəxslərlə razılaşmış və kartını həmin qadına vermişdir. Qadın kartı bankomata daxil edib nəsə əməliyyat etmiş və kartı çıxarmışdır. Sonra o, yenidən əməliyyat etdikdən sonra kartı 550 manat pulla birlikdə ona qaytarmışdır. Həmin vaxt cavan uşaq bankomatın qarşısında dayandığı üçün o, keçirilən əməliyyatları dəqiq görməmişdir. Qadın kartı və pulu ona verdikdən sonra həmin uşaqla oradan uzaqlaşıb getmişlər. O, həmin qadından şübhələnmiş və buna görə də polis bölməsinə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin qadının adı Aysel, cavan uşağın adı isə Caviddir. Aysel Süleymanova kartı bankomata daxil edib əməliyyat aparanda o, pulun çıxarıldığını görməmişdir, çünki adının sonradan Cavid olduğunu bildiyi şəxs bankomatın qarşısında dayanmışdır. Bankomatdan səs gəldiyi üçün o, pulun çıxdığını təxmin etmişdir. Aysel ona kartı verdikdən sonra onlar çıxıb getmişlər. O, həmin şəxslərdən şübhə etdiyi üçün onların getdiyi istiqamətə baxıb onları arxasınca onları çağırmışdır. Lakin küçədə adam çox olduğu üçün eyni zamanda o, yüksək səslə qışqıra bilmədiyi üçün onlar onu eşitməmişlər və ona tərəf çevrilib baxmamışlar. O, onların iki nəfər olduğunu bilmişdir. Onların yanında başqa şəxs görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hazırki cinayət əməlini Təqsirləndirilən şəxslə bir törətmişdir. Lakin hazırki cinayət işindən onun barəsində olan cinayət işi ayrılmış və Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Belə ki, o xx.xx.2022-ci il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində qeyri rəsmi münasibətdə olduğu Şahid1lə və onun oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yol gedərkən yol kənarında Beynəlxalq Banka aid bankomatın yanında tanımadığı bir nəfər yaşlı şəxsin durduğunu görmüşdür. O, Cavidə işarə etmiş və dərhal həmin kişiyə yaxınlaşmışlar. Taleh isə kənarda qalmış və nə baş verdiyini bilməmişdir. O, adını sonradan bildiyi Saməddin adlı yaşlı kişiyə ona məxsus kartdan pul cıxarmağa köməklik etməyi təklif etmiş və həmin şəxs də razılaşaraq kartı ona vermişdir. Kişi kartı ona verərək şifrəni bildirmiş və o, kart bankomata daxil edərək oradan 200 manat pulun çıxarılması üçün bankomatın üzərində əməliyyat aparmışdır. Bundan dərhal sonra Samədinin başını qatmış və Təqsirləndirilən şəxs bankomatdan pulu götürməsini işarə etmişdir. Cavid pulu çıxartdıqdan sonra oradan dərhal uzaqlaşmış və o, da Saməddinə kartın hesabında pul olmadığını bildirərək kartı özünə qaytararaq oradan uzaqlaşmışdır. Əldə olunan pulu Cavidlə öz aralarında bölmüşlər. Lakin sonradan Talehə bankomatın yanında olan qoca kişinin kartından gizli pul çəkərək oğurladıqlarını bildirmişlər. Buna baxmayaraq onlar oğurladıqları puldan Talehə verməmişlər. O, Cavidin yetkinlik yaşına çatmayan şəxs olduğunu əvvəldən bilmiş, oğurladığı puldan Cavidə pul verəcəyini əvvəldən vəd vermişdir. O, Zərərçəkmiş şəxs kartından ikinci dəfə 550 manat pul çıxarmadığını və onun nə üçün bu məzmunda izahat verdiyini bilmir. O, əldə etdiyi pulla anasına dərman aldığını bildirdi. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuşdur. Ərizə ilə bağlı o, Şahid2 və Təqsirləndirilən şəxs tanıdığını, Şahid2 ilə qeyri rəsmi olaraq ər-arvad münasibətlərində olduğunu, Təqsirləndirilən şəxs isə onun oğlu olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində o, Aysel və Cavid Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən Beynəlxalq Banka aid bankomatın yaxınlığında olarkən bankomatın qarşısında yaşlı bir kişi olmuşdur. Aysellə Cavid həmin kişiyə yaxınlaşmışlar. O, isə kənarda dayanmışdır. O, onların bankomata yəni kişinin yanına niyə yaxınlaşdıqlarını bilməmişdir. Bir neçə dəqiqədən sonra Aysel və Cavid onun yanına qayıtmışlar. Onlar oradan uzaqlaşdıqdan sonra Aysel ona bildirmişdir ki, oradakı tanımadıqları kişinin bank kartından 200 manat pul oğurlamışlar. Aysel və oğlu oğurluq edəcəklərini ona əvvəlcədən bildirməmiş, həmçinin oğurladıqları puldan ona verməmişlər və onun bu oğurluqdan xəbəri olmamışdır. Həmin vaxt o, bankomatdan kənarda dayanmışdır. Zərərçəkmiş şəxs da Ayselin və onun oğlunun arxasınca qışqırıb onları çağırdığını eşitməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs primitiv şəxsdə emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən primitiv şəxsdə emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham elan olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs primitivlik, hövsələsizlik, inadkarlıq, impulsivlik, laqeydlik, özünü tənzimləmənin iradi çatışmazlığı, məqsədyönümlü olmamaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb ebə biləcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Lakin o, situasiyanı öz xeyrinə yönəldib danışa bilər. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şahid2 Azərbaycan Respublikası CM-nin 170.1, 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ayrılmış və ayrıca icraat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 16:07də Zərərçəkmiş şəxs məxsus elektron məlumat daşıyıcısı olan "xxxx" plastik kartından istifadə edərək, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən "xxxx" ASC-nə məxsus ATM-nə daxil edib sonuncunun **********996213 nömrəli kartından 200 (iki yüz) manat məbləğində nağd pulu çıxardaraq Zərərçəkmiş şəxs 200 (iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş üzrə obyektiv və subyektiv halların məcmusuna qiymət verərək məhkəmə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 17.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası hədi daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə onun islah edilməsini mümkün sayır. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində nəzarət altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarət altına vermə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin Sumqayıt filialı, № AZ 03TURA********************, VÖEN:**********) hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-771/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-771/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver