Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-772/2022 30.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri. Nizami küçəsi 111-də qeydiyyatda olan və ünvan 1də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixidə saat 22 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında tanışı Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,889 qram çəkidə psixatrop maddə metamfetamini 20 (iyirmi) manat borc müqabilində əldə edib daşıyaraq üzərində saxlamış, 02 iyun 2022-ci il tarixində, saat 23:00-da Sumqayıt ŞPİ-nin NMB- nin əməkdaşlarının Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-ə gətirilmiş və Pİ-dəüzərinəşəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarının sol yan cibində saxlamış olduğu 01 ədəd “WİNSTON" markalı siqaret qutusunun içərisindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,889 qram çəkidə psixatrop maddə metamfelamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında tanıdığı Coşqun və lbrahim adlı şəxslərlə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb Coşqun və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı vəüzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Pİ-yə dəvət etdilər. Ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd “WİNSTON" markalı siqaret qulusunu təqdim etmişdir. Həmin siqaret qutusu açılmış, qutunun içərisində 1 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan “marixuana”, digər gümüşü rəngli kağız bükümü açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “ metamfetamin” olduğu müəyyən edilmişdir. Sorğu zamanı həmin maddələri saxlanılmamışdan öncə tanışı Coşqun adlı şəxsdən nisyə olaraq 20 manata aldığın bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağıza bükülmüş bitki kütləsinin ağ rəngli kağızla birlikdə çəkisi 0,59 qram, gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,06 qram olduğu müəyyən edilmiş və xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Azad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-cu il tarixdə, saat 23:00-da sonradan anket məlumatları bəlli olan Sariyev Azad Aydın oğlu tanışları Şahid1 və X2 ilə birlikdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında müəyyən olunaraq Azad və Coşquna narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanıldıqlarını bildirirək aidiyyatı üzrə Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən onlarla birlikdə İdarəyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı X11 özünü təqdim edərək, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək vəkili təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd «Vinston» markalı siqaret qutusunu təqdim etmiş, həmin siqaret qutusu açıldıqda içərisindən 01 ədəd ağ rəngli və 01 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu müəyyən edilmişdir. 01 ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana, digər 01 ədəd gümüşü rəngli kağızın içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Azad Sariyev üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuna və psixotrop maddə olan metamfetamini saxlanılmamışdan əvvəl tanışı Coşqun adlı şəxsdən nisyə olaraq 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuna və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Azad Sariyev saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı X7 və polis leytenantı Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə vermişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022ci il tarixdə, təxminən saat 23:00 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında olan tanıdığı Azad və İbrahim adlı şəxslər ilə birlikdə zaman polis əməkdaşları onlara yaxınlaşıb Azad və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onları Pİ-nə dəvət etmişlər, Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynimdə olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu mobil telefonları, hərbi bileti, sol yan cibində saxlamış olduğu 1 ədəd WİNSTON markalı siqaret qutusunu və 1 ədəd markası olmayan gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Həmin siqaret qutusu açılmış, qutunun içərisində 6 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli kağız bükümlərin, 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, 1 ədəd dərman konvalidinin olduğu müəyyən edilmişdir. Həmin bükümlər açılan zaman 6 ədəd ağ rəngli kağız bükümlərin hər birinin içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana" ya bənzər bitki kütləsinin, digər gümüşü rəngli kağız bükümü açılan zaman həmin bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan “ metamfetamin"ə bənzər maddənin, 1 ədəd şəffaf rəngli sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddənin, digər 2 ədəd şəfff rəngli sellofan bükümlərin hər birinin içərisində yaşıl rəngli bitki toxumlarının, dərman konvalidinin içərisində 4 ədəd üzərində “methadone" yazıları olan qəhvəyi rəngli həblərin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli maddələrin “patı”, qəhvəyi rəngli maddənin “kakos”, qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin “nəşə”, toxumların “nəşə toxumu” olduğunu, həmin maddələri srağagün İran vətəndaşının hesabına 80 manat pul ödəməklə, Xırdalan şəhəri ərazisində yolun kənarında götürdüyünü, həmin narkotik vasitələri həm şəxsi istifadəsi, həmdəki satmaq üçün əldə etdiyini, üzərindən aşkar olunmuş elektron tərəzi vasitəsilə narkotik vasitələrin çəkisini müəyyən etdiyini, saxlanılmamışdan bir neçə dəqiqə əvvəl onunla birlikdə saxlanılan Sariyev Azad Aydın oğluna da narkotik vasitə və psixatrop maddə satdığını bildirmişdir. Həmin vaxt üzərimdən aşkar olunmuş 6 ədəd ağ rəngli kağıza bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana” ya bənzər bitki kütlələri tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə hər birinin çəkisinin 0,41 qram, 0,54 qram, 0,64 qram, 0.66 qram, 0,65 qram, 0,60 qram, həmin bitki kütlələrinin ümumi çəkisinin 3,52 qram, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş yaşıl rəngli bitki toxumları tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütlələrinin ağ rəngli kağız ilə birlikdə hər birinin çəkisinin 0,98 qram, 0,60 qram həmin bitki kütlələrinin ümumi çəkisinin 1,59 qram gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkillimaddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0.13 qram, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 0,14 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏNnin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN- nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərimdən aşkar edilmiş ***-***-**-** nömrə ilə işləyən Mİ markalı mobil telefon və İphone 6 markalı mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmiş, hərbi bilet əhəmiyyət kəsb etdiyindən özünə geri qaytarılmışdır. Onun Azada 20 manat borcu olduğundan narkotik vasitəni verdikdə həmin borcun silindiyini bildirmişdir. O saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək tanımadığı bir neçə şəxsə narkotik vasitə satmış, lakin, həmin şəxsləri tanımamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında xx.xx.2022-ci il tarixdə saat 23:00-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ********* sayıə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Sariyev Azad Aydın oğlu ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı Azad Sariyev ifadəsində göstərdiyi xüsusatları Şahid1 üzünə qarşı demiş, sonuncu da onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Sariyev Azad Aydın oğlunun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və əzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Sariyev Azad Aydın oğluna üzərinə səxsi axtarış keçiriləcəyi bıldirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən :anunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Sariyev Azad Aydın oğlu özü əynində olan qara rəngli cins şalvarın sol an cibində saxlamış olduğu 1 ədəd VİNSTON markalı siqaret qutusunu təqdim etdi. Həmin siqaret qutusu tərəfimdən açıldı, qutunun içərisində 1 ədəd ağ rəngli və 1 ədəd gümüşü rəngli •ağız bükümlərin olduğu müəyyən edildi. Həmin bükümlər açılan zaman ağ rəngli kağız oükümün içərisində qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana" .a bənzər bitki kütləsinin, digər gümüşü rəngli kağız bükümü açılan zaman həmin bükümün gərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan " metamfetamin’ə bənzər maddələrin :'duğu müəyyən edildi. Sorğu zamanı Sariyev Azad Aydın oğlu üzərindən aşkar olunmuş ağ rəngli kristal şəkilli "addələrin “metamfetamin”, qurudulmuş yaşıl rəngli spesifik iyə malik bitki kütləsinin "ot" : duğunu, həmin maddələri saxlanılmamışdan öncə tanışı Coşqun adlı şəxsdən nisyə olaraq 12 manata aldığını bildirdi. Həmin vaxt Sariyev Azad Aydın oğlunun üzərindən aşkar olunmuş 1 ədəd ağ rəngli kağıza bükülmüş qurudulmuş yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan "marixuana" ya rənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin ağ rəngli kağız ilə ' ıkdə çəkisinin 0,59 qram, gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 1,06 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 7/567 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş təmiz çəkisi 0,38 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf edildikdən sonra 0,36 qram marixuana qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3105 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №124» dairəvi möhür əksi olan «Şübhəli şəxs Sariyev А.» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə 0,889 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in İ siyahısına daxildir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 746 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 2016 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında həyat yoldaşı-1987-ci il təvəllüdlü X4, atası-1964-cü il təvəllüdlü Sarıyev Aydın Həsrət oğlu və anası ilə birlikdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mübət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Sariyev Azad Aydın oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 237.1-ci maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Salyan rayon Məhkəməsinin qərarına əsasən AR MM xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü Bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-369/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə müəssisəsinin 105 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək cəza müddətini çəkmiş və cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Azad adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, saxlaması və satması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-cu il tarixdə, saat 23:00-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən 5 saylı yataqxananın qarşısında müəyyən olunaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və orada xidməti otaqların birində videoçəkiliş aparılmaqla baş təhqiqatçı Elsevər Quliyev sonradan anket məlumatları bəlli olan Sariyev Azad Aydın oğluna özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. Azad Sariyev da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Azadın üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl baş təhqiqatçı Elsevər Quliyev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Tahir Abbasov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 01 ədəd «Vinslon» markalı siqaret qutusunu təqdim edir. Həmin siqaret qutusu açıldıqda içərisindən 01 ədəd ağ rəngli və 01 ədəd gümüşü rəngli kağız bükümlərin olduğu müəyyən edilir. Həmin bükümlər açılan zaman 01 ədəd ağ rəngli kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana, digər 01 ədəd gümüşü rəngli kağızın içərisində psixotrop maddə olan metamfetamin aşkar olunur. Sorğu zamanı Azad Sariyev üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuna və psixotrop maddə olan metamfetamini saxlanılmamışdan əvvəl tanışı Coşqun adlı şəxsdən nisyə olaraq 20 manata şəxsi istifadəsi üçün aldığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuna və psixotrop maddə olan metamfetamin tərəzidə çəkilərək, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş üzərində ***-***-**-** saylı mobil telefon nömrə olan «Samsunq» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ona qaytarılmayaraq götürülür. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3938 saylı, xx.xx.2022ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hao-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkal olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq Sumqayıt şəhər Polis İdarəsinə gələrək özünü istintaqa təqdim etdiyindən cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan əlavə məhkəmə-kimyəvi ekspertizasının 6/4609 saylı, xx.xx.20222-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksləri olan «6/3105...3 iyun 2022-ci il...» sözləri soyad və imza qeyd edilmiş və «6/3106 03 iyun 2022-ci il...» sözləri soyadlar və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan: -bir ədəd bükümdə təmiz çəkisi 0,839 qram olan metamfetamin ilə bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,102 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma barədə” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,34 qram narkotik vasitə qurudulmuş marixuana, 0,809 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,34 qram narkotik vasitəqurudulmuş marixuana, 0.809 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon aparatı iş üzrə sübut əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmayaraq sonuncunun ailə üzvlərinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Salyon rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldımışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsinin 105 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək cəza müddətini çəkmiş və cəza müddətinin sona çatması ilə əlaqədar azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalından həbs olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,34 qram narkotik vasitə qurudulmuş marixuana, 0,809 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının dəyəri 72 (yetmiş iki) manat və 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-772/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1499 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,34 qram narkotik vasitə qurudulmuş marixuana, 0,809 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının dəyəri 72 (yetmiş iki) manat və 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-772/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-772/2022
30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver