Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-773/2023 22.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Zəngilan rayonu İçəri Müşlan kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 8 saylı yataqxana otaq 16A-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 10 mart 2023-cü il tarixdə, təxminən saat 18 radələrində qardaşı Şahid3 etibarnamə ilə istifadəsində olan texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes benz E280” markalı, **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “BC” kateqoriyalı, AE 048980 seriyalı sürücülük vəsiqəsi əsasında Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Mərmər sexinin yaxınlığında 50 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yolun hərəkət hissəsinin sağ tərəfi ilə onunla eyni istiqamətdə piyadanın hərəkətdə olmasını nəzərə almalı və həmin piyadadan təhlükəsiz yan məsafə seçərək hərəkətini davam etdirməli olduğu halda bunları etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda qanunun tələblərinə riayət etməyərək həmin məhəllədə Mərmər sexinin qarşısı ilə eyni istiqamətdə, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkətdə olan piyada, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sağ ön hissəsi ilə ehtiyatsızlıqdan vurmaqla sonuncunun kəskin subdural hematoma, sağ təpə sümüyünün sınığı, sağ gözətrafının hematoması ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarət yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, qardaşı Şahid3 baş etibarnamə əsasında Mercedes Benz E280 minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edir. 10 mart 2023-cü il tarixdə saat 07 radələrində qardaşı Məhəmməddin etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E280 minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə əvvəllər sürücü işlədiyi Bismak MMC-dən qayıdarkən Sülh küçəsi istiqamətində təxminən 50 km/saat sürətlə hərəkətdə olarkən yolun sağı asfalt hissənin kənarı, yolun hərəkət hissəsi ilə hərəkətdə olan piyadanı görmüş və əyləc sıxmağa vaxtı olmadığından ehtiyatsızlıqdan piyadanı arxa hissəsindən avtomobilin ön sağ hissəsi ilə vurmuşdur. Hadisə baş verən zaman qardaşı avtomobilin arxa oturacağında yatılı olmuş, heç biri hər hansı xəsarət almamışdır. Həmin vaxt işdən çıxdığından və yorğun olduğundan diqqətini yolda saxlaya bilməmiş və piyadanı diqqətsizliyindən görməmişdir. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş maddi ziyanı ödəmişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmışdır. Nəzərə alınmasını, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri “ATS Food” şirkətində ekspeditor vəzifəsində çalışır. 10 mart 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən mərmər sexinin yaxınlığında o, işlədiyi müəssisədən çıxıb Sumqayıt şəhəri, Sülh küçəsi istiqamətində asfalt yolda piyada hərəkətdə olarkən arxadan gələn, tanımadığı avtomobil onu vurmuş, zərbənin təsirindən huşunu itirmişdir. Bundan sonra gözünü xəstəxanada açmışdır. Həmin gün onu ilk öncə TTYX-ya, axşam saatlarında isə Bakı şəhərində yerləşən “Bona Dea” klinikasına aparmışlar. Həmin klinikada o, martın 27-nə kimi stasionar müalicə almışdır. Aldığı xəsarətlər səbəbindən müalicə vaxtı baş nahiyəsindən 1 dəfə beyin əməliyyatı olunmuş, 2-ci əməliyyat isə həkimlərin məsləhəti ilə sonraya planlaşdırılmışdır. Hal-hazırda isə həkim nəzarəti altında ev şəraitində müalicələri davam edir. Zərbənin təsirindən şok vəziyyətində olduğundan hadisə barədə bildikləri yalnız bunlardan ibarətdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xtam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsnın xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Mercedes Benz E280 minik markalı **-NC- *** dövlət qeydiyyat qeydiyyat nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 10 mart 2023-cü il tarixdə saat 07 radələrində qardaşı Orxan onun etibarnamə əsasında idarə etdiyi Mercedes Benz E280 minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə işlədiyi Bismak MMC-dən qayıdan zaman özü təzyiqi aşağı olduğu üçün və yorğun olduğundan avtomobilin arxa oturacağında yatmış, avtomobili qardaşı Orxan idarə etmiş, hadisə baş verdikdən sonra oynamışdır. Hadisə yeri Sumqayıt şəhəri 76-cı məhəllə ərazisindən Sülh küçəsi istiqamətində olmuş, qardaşı onun sahibliyində olan avtomobillə ehtiyatsızlıqdan piyadanı vurmuşdur. Bundan sonra onu Sumqayıt şəhəri TTYX-a aparmışlar. Xəstəxanada piyadanın xəstəxana xərclərini qarşılamışlar. Hadisə nəticəsində özü xəsarət almamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ DYPŞ-nin inspektoru, polis baş serjantı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 10 mart 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-də növbədə olan vaxtı Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən mərmər sexinin yaxınlığında avtomobilin piyadanı vurması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb dərhal Sumqayıt şəhər TTYX-ya getmiş, TTYX-ya çatanda “Mercedes Benz E280” minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin piyadanı ehtiyatsızlıqdan vurmasını müəyyən etmişdir, piyada Zərərçəkmiş şəxs xəsarət aldığından ondan hadisə barədə elə də məlumat ala bilməsə də, başa düşmüşdür ki, o, yolun hərəkət hissəsinin sağı ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil onu vurmuşdur. Bundan sonra sürücü və təhqiqatçı ilə hadisə yerinə gəlmiş, hadisə yerinə baxış keçirilmiş, bununla bağlı da protokol tərtib edilmişdir. Həmin protokol hal şahidləri və digər iştirakçılar tərəfindən imzalanmışdır. Hadisə zamanı avtomobildə hər hansı sərinişin olmadığını, yalnız sürücü olduğunu müəyyən etmişlər. Sonradan öyrənmişdir ki, piyada yolun sağ tərəfindən yolun hərəkət hissəsinə doğru 2 metr məsafə ilə hərəkətdə olmuş, sürücü həmin piyada ilə eyni istiqamətdə hərəkətdə olarkən piyadanı ehtiyatsızlıqdan vurmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarında olan 1518 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AE 048980 nömrəli, BC kateqoriyalı, xx.xx.2019-cu il tarixli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz E280” minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X3 məxsusdur. İş materiallarında olan ƏN-Vİ № 480467, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 “Mercedes Benz E280” minik markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququnu etibarnamə üzrə Şahid3 vermişdir. Həmin etibarnamədə sonuncunun üçüncü şəxslərə avtomobili idarə etmək etmək üçün etibarnamə vermək səlahiyyəti təsbit edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Tsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1358 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 8, otaq 16a ünvanında məskunlaşmış, ailə tərkibi atası- 1969-cu il təvəllüdlü Məmmədov Savalan Məhəmməd oğlu, anası-1958-ci il təvəllüdlü X2 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 931 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “kəskin subdural hematoma, sağ təpə sümüyünün sınığı, sağ gözətrafının hematoması” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsindən həmin Məcəllənin 263.1-1ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2114 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz E280 markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb olunduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati icraatın açılması rədd edilmiş, iş üzrə «Mercedes Benz E280 minik» markalı **-NC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahiblərinin sərəncamında saxlanılması nəzərə alınmışdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəl edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs əməli tam sübuta yetirilir və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublaksı Konstitusiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli Plenum qərarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, ikiobyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün qərarın surəti Sumqayıt şəhər Polis İdarəsinə göndərilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-773/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 1132 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğu üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-773/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-773/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver