Məhkəmə qərarları › İş №1(060)-773/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-773/2025

30.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-773/2025 30.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, əvvəllər məhkum olunmamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nda yaşayan, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Sumqayıt Xüsusi Rabitə Şöbəsinin feldyegeri vəzifəsində işləmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatları dövlətə xəyanət əlamətləri olmadan yaymışdır. Belə ki, o, "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Sumqayıt Xüsusi Rabitə Şöbəsinin feldyegeri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq daxilində 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanununun 5.4.1-ci maddəsinə əsasən dövlət sirri hesab edilən məlumatlar olan “Tam məxfi” qrifli zərfi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinə təhvil verməli olduğu halda, həmin zərfi 26 aprel 2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verib, zərfin içərisindəki sənəddə olan məlumatların başqa şəxs tərəfindən oxunması ilə nəticələnən hərəkətlərə yol verməklə, dövlətə xəyanət əlamətləri olmadan dövlət sirri təşkil edən məlumatları qəsdən yaymışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, 2016-cı ildə Sumqayıt Musiqi Kollecini bitirmişdir. Bildirir ki, 2018-ci ilin iyul ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mərkəzi Xüsusi Rabitə idarəsinin Sumqayıt şəhər idarəsinin məxfi şöbəsinin feldyegeri işlədiyi müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Onun vəzifə səlahiyyətləri Sumqayıt şəhər idarəsinin məxfi şöbəsinə müxtəlif dövlət idarə, müəssisə və təşkilatlarından daxil olan sənədləri çeşidləyərək ünvanına çatdırılmasını təmin etmək, həmçinin həmin idarələrdən Respublikanın müxtəlif şəhər və rayonlarına gedən sənəd və məktubları Sumqayıt Mərkəzi Poçt idarəsinə çatdırmaq olmuşdur. Məxfi şöbə Sumqayıtın Mərkəzi Poçtunda yerləşmiş, həmin şöbənin rəisi Şahid2 olmuşdur. Şöbəyə daxil olmuş məktubları “Forma 11”-lə Şahid2 qəbul etmişdir. “Forma 11”-i həm Şahid2, həm də həmin sənədləri Mərkəzi Xüsusi Rabitə idarəsindən gətirən tanımadıqları əməkdaş imzalamışdır. O, gələn sənədləri ünvanına gedəcəyi dövlət təşkilatlarına uyğun olaraq çeşidləyib müvafiq dövlət təşkilatlarına apararaq “Forma 5”-lə təhvil vermişdir. Sumqayıt Xüsusi Rabitə şöbəsinə daxil olan sənədlərlə bağlı o, “Forma-5” reyestrini tərtib etdikdən sonra şöbə rəisi “təsdiq edirəm” hissəsini imzalamaqla reyestri təsdiq edir, həmin reyestrə sənədi çatdırdıqları təşkilatın nümayəndəsi qol çəkərək götürürmüş. Bundan başqa o, öz növbəsində həmin təşkilatların “Forma 1” sənədinə qol çəkərək müvafiq dövlət orqanının poçta gedən sənədlərini götürürmüş. Bütün ünvanlara sənədlər çatdırıldıqdan sonra həmin idarələrdən topladıqları sənədləri Mərkəzi Poçta gətirirmişlər. Bildirir ki, o, yalnız Sumqayıt şəhəri və Xızı rayonu üzrə sənədlərin ünvanına çatdırılması ilə məşğul olmuşdur. Belə ki, 26 aprel 2024-cü il tarixdə o, sənədləri çeşidləyərək Sumqayıt şəhər icra hakimiyyətinə çatıdırılmalı olan 06 ədəd sənədi aparıb Forma 5 reyestri üzrə həmin gün təhvil vermişdir. Lakin sənədi çeşidləmədə etdiyi səhvə görə üzərində “Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt Şəhər İdarəsi” sözləri yazılmış “tam məxfi” qrifli sənədi də səhvən Sumqayıt şəhər icra hakimiyyətinə Forma 5 reyestri üzrə təhvil vermişdir. Bildirir ki, şöbə rəisi Şahid2 zəng edərək onun Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt Şəhər İdarəsinə verilməli olduğu “tam məxfi” qrifli sənədi səhvən Sumqayıt şəhər icra hakimiyyətinə verdiyini bildirmişdir. Həmin sənəd Sumqayıt şəhər icra hakimiyyətinin dəftərxanasında açılaraq baxılmış və sənədin onlara gəlmədiyi müəyyən edilmiş, bundan sonra onun rəhbərliyinə və DTX rəhbərliyinə bu barədə məlumat verilmişdir. O, həmin sənədi yorğun olduğu üçün səhvən icra hakimiyyətinə vermiş, əvvəllər heç vaxt belə hal baş verməmişdir. O, işə qəbul olunan zaman “Tam məxfi” qrifli sənədlərlə işləmək üçün müvafiq yoxlamalardan keçmiş və işi ilə əlaqədar dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürmüşdür. O, sənədi dövlət orqanına təhvil vermək üçün aparmış feldyegerin həmin sənədin getdiyi dövlət orqanına mənsubluğunu üzərində olan qeydlər və möhürlərlə yoxlamalı olmasını, bundan sonra tam mənsubiyyətinə əmin olduqda sənədi həmin orqanın sənədlərlə işləyən müvafiq bölməsinin əməkdaşına Forma 5-lə təhvil verməli olmasını, əgər həmin sənəd feldyegerin getdiyi dövlət orqanına mənsub deyilsə, Forma 5 sənədinə qol çəkən kargüzarın sənədləri yoxlamalı olmasını və aid olmayan “tam məxfi” və “məxfi” qrifli sənədi feldyegerə onu açmadan qaytarmalı olmasını, eləcə də sənədi qəbul edən şəxsin bütün məktubları və sənədləri yoxlayaraq Forma 5-ə təhvil alması barədə qeyd və imza etməli olmasını bildirmişdir. Bildirir ki, törətdiyi əməldən səmimi peşmandır, yeni ailə həyatı qurmuşdur, bu səbəbdən ona yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamış, onunla heç vaxt hər hansı qaydada əlaqəsi ünsiyyəti və münasibəti olmamışdır. Belə ki, 25 aprel 2024-cü il tarixdə o, Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsindən həmin Xidmətin Sumqayıt şəhər idarəsinə ünvanlanmış “Tam məxfi” qrifli zərfi təhvil almışdır. Həmin zərfin sağ yuxarı küncünə “Tam Məxfi” qrifi vurularaq həmin Xidmətin Maliyyə idarəsinin əməkdaşı tərəfindən imzalanmış və zərfin orta hissəsində çatacağı ünvanı əl yazısı ilə “Sumqayıt Şİ” sözləri qeyd edilmişdir. Yazının qarşısında “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” mənsubiyyətini bildirən ştamp vurulmuşdur. Bununla yanaşı zərfin sol aşağı küncündə sənəd nömrəsi qeyd edilmiş, sağ aşağı küncündə isə göndərən idarənin adı “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Maliyyə İdarəsi” ştampı vurulmuşdur. Zərf hər üç tərəfdən sancaqla bərkidilmiş və üzərində hazırda nömrəsini xatırlamadığı “Zərflər üçün” möhürü ilə möhürlənmiş yapışqanlı qəbzlə bərkidilmişdir. Qeyd olunan zərf müvafiq reyestrlə xx.xx.2024-cü il tarixdə ona təhvil verilmişdir. Təhvil alma zamanı o, zərfə baxış keçirərək, düzgün zərfləndiyinə, həmçinin reyestrlə zərfin üzərində çatacağı ünvanın düzgün qeyd olunduğuna əmin olduqdan sonra reyestrin üzərində 19 nömrəli ştamp vurmuş və imza etməklə həmin zərfi təhvil almışdır. Bundan sonra digər göndərişlərlə birlikdə həmin zərfi də Mərkəzi Xüsusi Rabitə idarəsinə apararaq təhvil vermişdir. Həmin göndərişlər orada müvafiq formada çeşidlənəndən və postpaketlərə qoyulandan sonra isə aidiyyəti üzrə ünvanlara göndərilmişdir. Göndərişlərin postpaketlərə qoyulduqdan sonra yalnız təhvil verildiyi şöbə tərəfindən açıla bilməsini, möhürlənərək bağlanmış postpaketlərin yolda olan zaman açılmasının isə qeyri-mümkün hal olmasını bildirmişdir. Lakin qeyd olunan zərfin həmin vaxt konkret olaraq kim tərəfindən Sumqayıt Xüsusi Rabitə Şöbəsinə təhvil verilməsi barədə məlumatı olmamışdır. O, 25 aprel 2024-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsindən həmin Xidmətin Sumqayıt şəhər idarəsinə ünvanlanmış “Tam məxfi” qrifli zərfi təhvil alan zaman zərfin üzərində hər hansı məlumat düzgün qeyd olunmasaydı və ya üzərində olan yazılarda hər hansı anlaşılmazlıq olsaydı həmin zərfi qəbul etməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin iyun ayından işlədiyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində olan "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Sumqayıt Xüsusi Rabitə şöbəsində 2016-cı ildən rəis kimi çalışmışdır. İşlədiyi müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Onun vəzifə səlahiyyətləri "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Sumqayıt şəhər şöbəsinə müxtəlif dövlət idarə, müəssisə və təşkilatlarından daxil olan sənədlərin çeşidlənərək ünvanına feldyegerlər tərəfindən və şəxsən çatdırılmasını təmin etmək, həmçinin həmin idarələrdən müxtəlif şəhər və rayonlara gedən sənəd və məktubları Sumqayıt Mərkəzi Poçt idarəsinə çatdırmaq olmuşdur. Onun iş rejimi 1-5-ci günlər səhər saat 06:00-da başlamış, hər gün şöbənin feldyegeri Təqsirləndirilən şəxs evinin yaxınlığından şöbənin xidməti avtomobili ilə götürərək işə aparmışdır. Şöbəyə daxil olan məktubları “Forma 11 ”-lə qəbul edərək həm o, həm də həmin sənədləri Mərkəzi Xüsusi Rabitə idarəsindən gətirən əməkdaş imzalamışlar. Qeyd edir ki, onlar daima gələn sənədləri ünvanına gedəcəyi dövlət təşkilatlarına uyğun olaraq çeşidləmiş, feldyegerlərlə birlikdə müvafiq dövlət təşkilatlarına apararaq “Forma 5”-lə təhvil vermişlər. Belə ki, “Forma-5” gələn sənədlərin reyestri olmaqla feldyeger tərəfindən icra edilmişdir. Onlar yalnız Sumqayıt şəhəri və Xızı rayonu üzrə sənədlərin ünvanına çatdırılması ilə məşğul olmuş, digər rayonlara və şəhərlərə gedən sənədləri Mərkəzi Poçtda qablaşdıraraq “Forma 4” reyestrinə qeyd edilmiş sənədləri digər feldyegerlər aparırmışlar. Belə ki, 26 aprel 2024-cü il tarixdə o, işə getdikdən sonra Təqsirləndirilən şəxs çeşidlədiyi 6 ədəd sənədi və Forma 5 sənədi üzrə Sumqayıt şəhər icra hakimiyyətinə təhvil vermişdir. İcra hakimiyyəti, prokurorluq və polisin inzibati binaları poçta yaxın olduğu üçün Coşqun həmin orqanlara gedən sənədləri tək piyada halında aparıb vermişdir. Lakin Sumqayıt şəhər icra hakimiyyətinə sənədi təhvil verərkən Coşqun çeşidləmədə etdiyi səhvə görə üzərində “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt Şİ” sözləri yazılmış “tam məxfi” qrifli sənədi səhvən Sumqayıt şəhər icra hakimiyyətinə Forma 5 sənədi üzrə təhvil vermişdir. Onlar həmin gün işlərini başa vurub evə qayıtdıqdan sonra DTX Sumqayıt şəhər idarəsinin adını xatırlamadığı kargüzarı ona zəng edərək Dövlət Təhlükəsizliyi Xidməti Sumqayıt Şəhər idarəsinə verilməli olan “tam məxfi” qrifli zərfi onların səhvən Sumqayıt şəhər icra hakimiyyətinə verdiyini bildirmişdir. Həmin zərfə Sumqayıt şəhər icra hakimiyyətinin dəftərxanasında açılaraq baxılmış və daxilində olan “Tam məxfi” qrifli sənədin onlara gəlmədiyi müəyyən edilmişdir. Bundan sonra ona və DTX rəhbərliyinə bu barədə məlumat verilmişdir. Bu barədə Coşqunla danışdıqda o, yorğun olduğunu sənədin üzərini düzgün oxuya bilmədiyini buna görə də həmin səhvin baş verdiyini ona bildirmişdir. Bildirir ki, əvvəllər heç vaxt belə bir hal baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2003-cü ildən Sumqayıt şəhər icra hakimiyyətində müxtəlif vəzifələrdə işləmiş, 2020-ci ilin dekabr ayından Sumqayıt şəhər icra hakimiyyətinin Ümumi şöbəsində Vətəndaşların qəbulu və müraciətlərlə iş sektorunda müdir vəzifəsində çalışmışdır. Sektor müdiri olaraq onun vəzifəsi Sumqayıt şəhər icra hakimiyyətinə gələn şəxslərlə söhbət edib, müraciət səbəblərini aydınlaşdırmaq və onları aidiyyəti üzrə yönləndirmək, bundan başqa Sumqayıt şəhər icra hakimiyyətinə gətirilən daxilində sənədlər olan zərfləri reyestrə imza çəkib “Zərflər üçün” möhür vuraraq qəbul etməkdən ibarət olmuşdur. Daxil olmuş zərfləri Ümumi şöbənin müdirinə təhvil verib zərflərin açılmasını o həyata keçirmişdir. O, Təqsirləndirilən şəxs tanımış, onun çalışdığı Sumqayıt şəhər icra hakimiyyətinə ünvanlanan sənədləri daima feldyeger olaraq Coşqun gətirmişdir. Belə ki, 26 aprel 2024-cü il tarixdə Coşqun Sumqayıt şəhər icra hakimiyyətinə daxilində sənədlər olan müxtəlif zərflər və “Tam məxfi” qrifli zərfi gətirmiş, o da Sumqayıt Xüsusi Rabitə şöbəsi tərəfindən hazırlanmış reyestrə imza çəkib “Zərflər üçün” möhürü vuraraq həmin zərfi daxilində olan sənədlə birlikdə qəbul etmişdir. Halbuki, daima “Məxfi” və “Tam məxfi” qrifli sənədləri Sumqayıt şəhər icra hakimiyyətinin Məxfi şöbəsinin müdiri Şahid4 imza çəkərək qəbul etmişdir. Həmin gün Təqsirləndirilən şəxs “Məxfi” və “Tam məxfi” qrifli zərfləri gətirən zaman Şahid4 işdə olmadığından sonuncu “Məxfi” və “Tam məxfi” qrifli 02 ədəd zərfi müvafiq qaydada qəbul etməsini ondan xahiş etmişdir. O, da Təqsirləndirilən şəxsla öz xidməti otağına keçib “Məxfi” və “Tam məxfi” qrifli 02 ədəd zərfi ondan qəbul etmiş, elə həmin gün Şahid4 işə qayıdan kimi ondan həmin 02 ədəd zərfi təhvil alaraq məxfi otağa qalxmışdır. İşə yeni gəldiyi üçün Şahid4 ondan zərfləri təhvil aldıqdan sonra zərflərin üzərinə və haradan gəldiklərinə baxmamışdır. Qeyd edir ki, Coşqun əvvəllər də Sumqayıt şəhər icra hakimiyyətinə adi sənədlər, eləcə də “Məxfi” qrifli sənədlər gətirmiş, bu səbəbdən onun tərəfindən hər hansı səhvlik olmayacağını düşünmüş, eləcə də zərflərin sayının çox olması və icra hakimiyyətinə gələn vətəndaş sayının artması səbəbindən tələsdiyindən o, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsindən həmin Xidmətin Sumqayıt şəhər idarəsinə ünvanlanmış “Tam məxfi” qrifli zərfi üzərinə diqqətlə baxmadan qəbul etmişdir. Həmin zərfin üzərində əllə yazılmış “Sumqayıt Şİ” sözlərini o, “Sumqayıt ŞİH” kimi başa düşmüş, əllə yazılmış “Sumqayıt Şİ” sözlərinin qarşısında olan “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” ştampına diqqət yetirməmişdir. Əgər diqqətlə baxmış olsaydı həmin zərfi qəbul etmədən Təqsirləndirilən şəxs qaytarmış olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Sumqayıt şəhər icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. Eləcə də 2024-cü ilin yanvar ayından daxili əmrə əsasən Sumqayıt şəhər icra hakimiyyətində məxfi şöbənin müdiri vəzifəsində çalışmışdır. Məxfi şöbənin rəisi kimi onun vəzifəsi “Məxfi”, “Tam məxfi”, “Xüsusilə əhəmiyyətli” qrifi ilə gətirilən zərfləri imza çəkərək qəbul etməkdən ibarət olmuşdur. Bundan sonra daxil olmuş zərfləri açaraq içərilərində olan sənədləri müvafiq jurnalda qeydiyyata almaqla rəhbərliyi məlumatlandırırmış, sonradan icra başçısı həmin sənədi kimə yönəldirsə o da həmin sənədin icrasını nəzarətdə saxlayırmış. Bundan başqa “Məxfi”, “Tam məxfi”, “Xüsusilə əhəmiyyətli” qrifli sənədlərə yazılan cavabları da o, müvafiq qaydada qablaşdıraraq aidiyyəti qurumlara göndərmişdir. 26 aprel 2024-cü il tarixdə Sumqayıt şəhər icra hakimiyyətinin ümumi şöbəsinin hazırda adını xatırlamadığı əməkdaşı ona zəng edərək "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsinin əməkdaşının “Məxfi” və “Tam məxfi” qrifli 02 ədəd zərf gətirdiyini bildirmişdir. O, hazırda uzun müddət keçdiyi üçün səbəbini xatırlamadığını həmin vaxt işdə olmadığından sektor müdiri Şahid3ə zəng edərək ondan “Məxfi” və “Tam məxfi” qrifli 02 ədəd zərfi müvafiq qaydada qəbul etməsini xahiş etdiyini xatıladığını bildirmişdir. Şahid3 “Məxfi” və “Tam məxfi” qrifli 02 ədəd zərfi imza çəkərək qəbul etmiş və Sumqayıt Xüsusi Rabitə Şöbəsi tərəfindən hazırlanmış reyestrə təhvil alınma ilə bağlı “Zərflər üçün” möhürünü vurmuşdur. O, işə qayıdan kimi Şahid3 həmin 02 ədəd zərfi təhvil alaraq məxfi otağa qalxmış, həmin vaxt işə yeni gəldiyi üçün Şahid3 zərfləri təhvil alarkən zərflərin üzərinə və haradan gəldiklərinə baxmamış, məxfi otağa daxil olan kimi həmin zərflərin üzərindəki qeydləri tam oxumadan açmışdır, Belə ki, Şahid3 gündəlik sənədlərin qəbulunu həyata keçirməklə məşğul olduğundan və sənədlər qəbul edilərkən hər hansı yanlışlıq olacağını düşünməmişdir. “Tam məxfi” qrifli zərfi açarkən daxilində olan sənəddə “AVANS HESABATİ”, “DTX Sumqayıt şəhər idarəsi”, hazırda tam miqdarlarını xatırlamasa da müxtəlif xərclər və məbləğlər, təxəllüslər qeyd olunmuşdur. O, həmin qeydləri oxuyandan sonra sənədin Sumqayıt şəhər icra hakimiyyətinə deyil, Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər idarəsinə ünvanlandığını anlamış və həmin sənədi yenidən müvafiq qaydada zərfin daxilinə yerləşdirmişdir. Bundan sonra həmin tarixdə DTX Sumqayıt şəhər idarəsinin əməkdaşı ilə əlaqə saxlayaraq Sumqayıt şəhər icra hakimiyyətinə daxil olmuş “Tam məxfi” qrifli sənədin onların idarəsinə aid olduğunu bildirmiş, bir neçə dəqiqədən sonra həmin idarənin əməkdaşları təhvil-təslim aktı ilə yanına gəlmiş, o, sənədi həmin şəxslərə təhvil vermişdir. Həmin sənəd Sumqayıt şəhər icra hakimiyyətinə ünvanlanmadığı üçün bu barədə icra hakimiyyətində heç kimə heç nə deməmişdir. O, əsasən xidməti fəaliyyətləri ilə bağlı DTX Sumqayıt şəhər idarəsinə məktublar göndərməsini və həmin idarədən cavab məktubları almasını bildirmişdir. Həmin məktubların hamısı həmişə “Məxfi” qrifli olmuşdur. O, Sumqayıt şəhər icra hakimiyyətinin məxfi şöbənin müdiri kimi çalışdığı müddət ərzində DTX-nin hər hansı idarəsindən “Məxfi” və ya “Tam məxfi” qrifli sənədlərin Sumqayıt şəhər icra hakimiyyətinə daxil olmasının şahidi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən müəyyən edilmişdir ki, “Cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CMnin 284.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. (i.v.1-2); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 iyun 2025-ci il tarixdə, saat 16:05-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. (i.v.34-35); Təqsirləndirilən şəxs 02 iyul 2025-ci il tarixdə CM-nin 284.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 60-62); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 02 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 284.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı saat 10:55 radələrində ifadəsi alınmışdır. (i.v.69-72); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-331/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyun 2025-ci il tarixdən hesablanmışdır. (i.v.81-83); 03 iyul 2025-ci il tarixli zərfə baxış protokolu və həmin tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025ci il tarixli 9-2101 saylı məktubla istintaqa daxil olmuş 28-1707 saylı sənədin qablaşdırıldığı zərfə 03 iyul 2025-ci il tarixdə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, baxışı keçirilən zərfin arxa tərəfinin sağ yuxarı küncündə “Tam məxfi” qrifi yazılmış, həmin qrifin altında “Zərfləyib” sözü yazılaraq qarşısında imza çəkilmişdir. Bundan əlavə, həmin qrifin altında “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №35” möhürü vurulmuşdur. Zərfin sağ aşağı hissəsində “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Maliyyə idarəsi” ştampı, mərkəzi hissəsində isə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” ştampı vurulmuş, həmin ştampın yanında isə əllə, göy rəngli qələmlə “Sumqayıt Şİ” sözləri yazılmışdır. Zərfin sol yuxarı küncündə əllə, göy rəngli qələmlə “Sumqayıt ş”, sol aşağı küncündə isə əllə, göy rəngli qələmlə “28- 1707(2)” rəqəmləri yazılmışdır. Zərfin mərkəzi hissəsinin aşağı tərəfində “5587 Спецсвясь Баку” sözləri yazılmış kiçik ölçülü kağız yapışdırılmışdır. Zərf ön tərəfində bağlanan hər 3 tərəfindən sancaqla bərkidilmiş, üzərilərinə “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №35” möhürü vurulmuş dördkünc kağız yapışdırılmış, zərf həmin tarixdə ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınaraq təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.85-90); 30 iyun 2025-ci il tarixli 9-2101 (20/2/462) nömrəli məktubla istintaqa daxil olmuş ilkin materiallardan görünür ki, Azərbaycan Respublikası DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş 20/2/462 nömrəli məktubun qoşması olan xx.xx.2024-cü il tarixli 2109 nömrəli avans hesabatından olan çıxarışdan görünür ki, avans hesabatında əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin mənbələrinin təxəllüsləri, habelə bu fəaliyyətin maliyyələşdirilməsini açıqlayan göstəricilər qeyd olunmuş və həmin hesabat səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş 20/2/462 nömrəli məktubun qoşması olan xx.xx.2024-cü il tarixli 20/2/594 nömrəli xidməti araşdırmaya dair arayışdan olan çıxarışdan görünür ki, arayışda Təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsindən həmin Xidmətin Sumqayıt şəhər idarəsinə ünvanlanan zərfi xx.xx.2024-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təhvil verməsi, bununla bağlı X4 və X2 alınmış izahatların məzmunu, eləcə də həmin zərfin daxilində olan sənədin, yəni avans hesabatının məzmunu qeyd olunmuşdur. (i.v. 8-22) “Baxış keçirilməsi haqqında” xx.xx.2025-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi 1 ədəd qara rəngli “Xiaomi” markalı “Redmi Note 14S” modelli telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən telefon danışıqları, sms-lər, səs yazıları, fotoşəkillər, videoçəkilişlər müəyyən edilməmişdir. (i.v 93); DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 94) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən 21 iyul 2025-ci il tarixli 3- 39-9/1-2363/25 saylı məktubla istintaqa daxil olmuş Təqsirləndirilən şəxs barəsində əmrlərin surəti, vəzifə təlimatı və xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən 3 ay sınaq müddəti ilə Sumqayıt Xüsusi Rabitə Şöbəsinə əmək haqqı ştat cədvəlinə uyğun olaraq (Vİİ dərəcəli) feldyeger vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Ona xidmətlə bağlı vəzifəsinin öyrədilməsi Sumqayıt XRŞ-nin rəisi, xrx baş leytenantı Şahid2 həvalə edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən Sumqayıt Xüsusi Rabitə Şöbəsinin feldyegeri kimi sərbəst işə buraxılmış və ona xüsusi rabitə xidməti kiçik leytenantı rütbəsi verilmişdir. xx.xx.2025-ci il tarixli 58/k nömrəli əmrə əsasən, Sumqayıt xüsusi rabitə şöbəsinin feldyegeri, xrx baş leytenantı Təqsirləndirilən şəxs Sumqayıt şəhərində baş vermiş qayda pozuntusuna görə DTX-də başlanan cinayət işi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən işdən kənarlaşdırılmışdır. MXRİ-nin rayon (şəhər) Xüsusi Rabitə Şöbəsinin (Xüsusi Rabitə Məntəqəsinin) xüsusi tapşırıqlar üzrə feldyegerinin (feldyegerinin) vəzifə təlimatına əsasən, rayon (şəhər) XRŞ və XRM-nin xüsusi tapşırıqlar üzrə feldyegeri (feldyegeri) müəyyən edilmiş müddətdə təlimatda iştirak etməli, təlimatların, əmr və rəhbər sənədlərin tələblərini yaxşı bilməlidir, göndərişləri istiqamətlər üzrə müfəssəl çeşidləməli, reyestrlər və qaimələr tərtib etməli, öz imzasını qoymalı, yoxlamaq üçün şöbə rəisinə (məntəqə rəhbərinə) təqdim etməli, Forma 5 reyestr ilə yazılan ünvanın göndərişdə düzgün yazılmasını tutuşdurmalı, göndərişləri marşrut üzrə çeşidləməli, yenidən saymalı, çanta və ya sakvoyaja qoymalı, bir ünvana çoxlu göndərişlər olarsa onları ayrıca kisələrə yığmalı və möhürləməlidir. Təşkilata gəldikləri zaman göndərişdə təşkilatın ünvanının düzgünlüyünə əmin olduqdan sonra Forma 5 saylı reyestrdə yazı ilə tutuşduraraq göndərişləri adbaad xüsusi (məxfi) şöbəyə təhvil verməli, alıcıya göndərişləri yenidən saymağı və təşkilatın ünvanının düzgünlüyünü yoxlamasını təklif etməli, xüsusi rabitə şöbəsinə (məntəqəyə) qayıdan zaman Forma 5 saylı reyestr üzrə göndərişlərin düzgün çatdırılmasını yoxlamalıdır. Qeyd olunan vəzifə 10 təlimatına əsasən, feldyegerin göndərişlərin düzgün çeşidlənməməsinə və Forma 4, Forma 5 reyestrlərinə və Forma 11 qaimələrinə düzgün yazılmamasına görə, dövlət, hərbi və xidməti sirlərin qorunmasını təmin etmədiyinə görə cavabdehliyi (məsuliyyəti) vardır. Mərkəzi Xüsusi Rabitə İdarəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində təqdim edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə İdarəsinin Sumqayıt xüsusi rabitə şöbəsində feldyeger vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs üç ay sınaq müddətindən sonra ixtisas komissiyasının xx.xx.2018-ci il tarixli iclas protokolu ilə xüsusi rabitə xidməti kiçik leytenantı verilərək feldyeger kimi sərbəst işə buraxılıb. Sumqayıt XRŞ-nin feldyegeri Təqsirləndirilən şəxs işlədiyi 7 il ərzində xüsusi rabitə xidməti təlimatının tələblərinə və daxili intizam qaydalarına uyğun özünü nizam intizamlı, məsuliyyətli bir işçi kimi göstərmiş, əmr və göstərişlərə vaxtında əməl etmişdir və iş yoldaşları ilə səmimi münasibət yarada bilmiş, kollektivin rəğbətini qazanmışdır. Onun hərəkətlərində heç bir psixoloji dəyişikliklər müşahidə olunmamışdır. (i.v. 119-129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən istintaqa daxil olmuş 24 iyul 2025-ci il tarixli 3-39-9/1-2421/25 saylı məktubda Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmaması göstərilmişdir. (i.v.137) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən 31 iyul 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxfi” qrifli, 39m nömrəli məktubun və qoşması olan “Forma 3” vərəqənin məzmunundan olan çıxarışdan görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeli qurumu "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsinin Sumqayıt Xüsusi Rabitə Şöbəsinin feldyegeri Təqsirləndirilən şəxs “Tam məxfi” və “Məxfi” qrifli iş və sənədlərlə işləmək üçün buraxılışın və dövlət sirri təşkil edən məlumatları yaymamaq barədə öhdəliyin surətləri təqdim olunmuş, eləcə də “Forma 3” vərəqənin məzmununa görə Təqsirləndirilən şəxs Sumqayıt Xüsusi Rabitə Şöbəsinin feldyegeri vəzifəsinə təyin olunması ilə əlaqədar onun barəsində dövlət sirri təşkil edən məlumatların 2-ci forması üzrə müvafiq yoxlama tədbirlərindən keçirilməsi və həmin forma üzrə məlumatlara buraxılması təsdiqlənmişdir. Bundan başqa, həmin məktubla daxil olmuş “Forma 9” vərəqəsinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2018-ci il tarixdə Mərkəzi Xüsusi Rabitə idarəsi ilə “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 17 oktyabr tarixli 162 nömrəli qərarı ilə təsdiq edilmiş “Vəzifəli şəxslərin və vətəndaşların dövlət sirri təşkil edən məlumatlarla işləməyə 11 buraxılması Qaydası”nın tələbləri əsasında müqavilə bağlamış və işə qəbul edilərkən, öz xidməti fəaliyyətinə və vəzifə borcuna görə dövlət sirri ilə işləməyə buraxılacağı haqqında məlumatlandırılmasını, bununla əlaqədar olaraq dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş şərtlərlə könüllü öhdəlik götürməsini bildirmişdir. O, qeyd olunan vəzifə üzrə işə qəbul olunan zaman dövlət sirri təşkil edən məlumatların yayılmasına və ya belə məlumatlar təşkil edən sənədlərin və əşyaların itirilməsinə, həmçinin məxfilik rejiminin pozulmasına görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmiş, dövlət sirri haqqında qanunvericiliklə və onun pozulmasına görə məsuliyyəti nəzərdə tutan qanunvericiliklə tanış olmuşdur. (i.v. 155-156) Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat baş idarəsindən istintaqa daxil olmuş 22 avqust 2025-ci il tarixli 9-2730 nömrəli məktubdan görünür ki, Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin tapşırılması haqqında 25 iyul 2025-ci il tarixli qərarın icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs xarici xüsusi xidmət orqanları və ya onlarla məxfi əməkdaşlıq edən şəxslərlə əlaqələrinə dair məlumatların olmaması göstərilmişdir. (i.v.160) DTX İqtisadiyyatın əks-kəşfiyyat təminatı baş idarəsindən 03 sentyabr 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxfi” qrifli, 4/1963 nömrəli məktubun və qoşması olan ekspert komissiyasının 26 avqust 2025-ci il tarixli 4/5/4125m nömrəli “Məxfi” qrifli qərarının məzmunundan olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində İstintaq baş idarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dövlət sirri təşkil edən məlumatların yayılması faktı ilə bağlı daxil olmuş materiallara “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində məxfiləşdirilməli məlumatların geniş siyahısının hazırlanması üzrə” daimi ekspert komissiyası tərəfindən baxılmış, nəticədə onun tərəfindən yayılmış məlumatın “məxfi” dərəcəli dövlət sirrinə aid olması və dövlət təhlükəsizliyinə vurulan ziyanın ağırlıq dərəcəsinin “az ağır” olması barədə qərar qəbul edilmişdir. (i.v. 161) "xxxx" MMC-dən 13 avqust 2025-ci il tarixli 3-39-9/1-2646/25 saylı məktubla istintaqa daxil olmuş disk və 08 sentyabr 2025-ci il tarixli baxış protokoldan görünür ki, "xxxx" MMC-dən 13 avqust 2025-ci il tarixli 3-39-9/1-2646/25 saylı məktubla istintaqa daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törədərkən istifadəsində olan +**********05 saylı mobil telefon nömrəsindən 01 yanvar 2019-cu il tarixdən 30 iyun 2025-ci il tarixədək olan müddət ərzində aparılmış danışıqların və SMS yazışmalarının (antenalar göstərilməklə) kompüter açıqlamasının, həmin nömrələrin istifadə olunduğu cihazların İMEİ nömrələri, həmin nömrələr vasitəsilə mobil internetdən hansı antenaların (location) əhatə dairəsində istifadə edilməsi barədə məlumatların elektron formada əks olunduğu diskə 08 sentyabr 2025-ci il tarixdə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən ona istinad edilən 12 cinayət əməlini törətdiyi ərəfələrdə aparılmış danışıqların və istifadə olunmuş internetin əhatə dairəsinin cinayətin törədildiyi yer ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. (i.v. 162) Məhkəmə psixiatrik ekspertizasının 16 iyul 2025-ci il tarixli 2288 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun təsvir olunan əməli törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və onları idarə edə bilməməsinə səbəb olan psixi pozuntusu olmamışdır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 163-165); Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İqtisadiyyatın əkskəşfiyyat təminatı baş idarəsindən istintaqa daxil olmuş 19 sentyabr 2025-ci il tarixli 9- 3094 nömrəli məktubda əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin tapşırılması haqqında 25 iyul 2025-ci il tarixli qərarın icrası ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki dövrlərdə Təqsirləndirilən şəxs ona etibar edilmiş “məxfi”, “tam məxfi” və “xüsusi əhəmiyyətli” qrifli korrespondensiyaların daşınması zamanı hər hansı səhvə yol verməsinə və yanlış ünvanlara çatdırmasına dair məlumatların olmaması göstərilmişdir. (i.v. 175) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. (i.v 118); 18 may 2018-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən 3 ay sınaq müddəti ilə Sumqayıt Xüsusi Rabitə Şöbəsinə (Vİİ dərəcəli) feldyeger vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanılmışdır. xx.xx.2018-ci il tarixli əmrdən görünür ki, xx.xx.2018-ci il tarixdən feldyeger kimi sərbəst işə buraxılmış və ona xüsusi rabitə xidməti kiçik leytenantı rütbəsi verilmişdir. xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, o, DTX-də açılan cinayət işi ilə əlaqədar həmin tarixdə işdən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsindən istintaqa daxil olmuş 26 sentyabr 2025-ci il tarixli 3-39-9/1-3189/25 nömrəli məktubda Təqsirləndirilən şəxs ərazi poliklinikasının psixiatrik kabinetinə müraciət etməməsi və qeydiyyatda olmaması göstərilmişdir. (i.v.188) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində "xxxx" MMC-nin Mərkəzi Xüsusi Rabitə idarəsindən 03 oktyabr 2025-ci il tarixdə DTX İstintaq baş idarəsinə daxil olmuş “Məxfi” qrifli, 45m nömrəli məktubun məzmunundan olan çıxarışdan görünür ki, Mərkəzi Xüsusi Rabitə idarəsinin Sumqayıt xüsusi rabitə şöbəsinin feldyegeri Təqsirləndirilən şəxs tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli 47 nömrəli reyestrindən (F.5) çıxarış edilərək sənədlərin surətləri təqdim olunmuşdur. Həmin məktubun qoşması olan 110 nömrəli reyestrinin məzmunundan görünür ki, 25 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Maliyyə idarəsi DTX Sumqayıt şəhər idarəsinə ünvanlanan “Tam məxfi” qrifli, 28-1707(2) nömrəli zərfi Azərbaycan Respublikası Mərkəzi Xüsusi Rabitə idarəsinin əməkdaşına 5587 nömrəsi ilə təhvil vermişdir. 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərtib etdiyi 47 13 nömrəli “Forma 5” reyestrində həmin zərf DTX Sumqayıt şəhər idarəsinə ünvanlanmalı olduğu halda Sumqayıt şəhər icra hakimiyyətinə ünvanlanan zərf kimi qeyd olunmuşdur.(i.v. 194- 196); “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” 21 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 284.1-ci maddəsi ilə yeni məzmunlu ittiham elan edilməsi, Şahid2, Şahid3 və Şahid4 əməllərdə CM-nin 284-cü maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilməsi, “Xiaomi” markalı “Redmi Note 14S” modelli mobil telefon aparatı iş üçün əhəmiyyət kəsb etmədiyindən müdafiəçisi vasitəsilə yaxın qohumlarına qaytarılması qərara alınmışdır.(i.v 197-211). Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Belə ki, CM-nin 284.1-ci maddəsinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 07 sentyabr 2004-cü il tarixli “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunun 5.4-cü maddəsinə görə aşağıdakı göstərilənlər Kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində dövlət sirri hesab olunur: 5.4.1. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə və vasitələri, mənbələri, metodları, planları və nəticələri haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatları açıqlayırsa; 5.4.2. kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla konfidensial əsaslarla əməkdaşlıq edən və əməkdaşlıq etmiş şəxslər haqqında; 5.4.3. müvafiq icra hakimiyyəti orqanlarının əsasnamələrində göstərilən mühafizə olunan şəxslərin, qorunan obyektlərin və strateji obyektlərin təhlükəsizliyinin təmin olunmasının təşkili, qüvvə və vasitələri, metodları haqqında, habelə bu fəaliyyətin maliyyələşdirilməsinin göstəriciləri haqqında, əgər bu göstəricilər sadalanan məlumatlan açıqlayırsa; 5.4.4. şifrlənmiş, o cümlədən kodlaşdırılmış və məxfiləşdirilmiş rabitə sistemləri haqqında, şifrlər, şifrlərin işlənməsi və hazırlanması, onlarla təminat, şifrləmə və xüsusi mühafizə vasitələri haqqında, xüsusi təyinatlı informasiya-analitik sistemləri haqqında; 5.4.5. məxfi məlumatların mühafizəsi metodları və vasitələri haqqında; 5.4.6. dövlət sirrinin mühafizəsinin təşkili və faktiki vəziyyəti haqqında; 5.4.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi haqqında; 5.4.8. Azərbaycan Respublikasında dövlətin müdafiəsinin, təhlükəsizliyinin və hüquq mühafizə fəaliyyətinin təmin olunması ilə əlaqədar dövlət büdcəsinin xərcləri haqqında; 5.4.9. dövlətin təhlükəsizliyinin təmin olunması məqsədilə keçirilən tədbirləri açıqlayan kadr hazırlığı haqqında. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 284.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, barəsində verilmiş müsbət xasiyyətnamələri CM-nin 59.2-ci maddəsində əsasən yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. CM-nin 70-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublkası Konstitusiya Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır və humanizm prinsipini əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı çəkmədən də islah oluna bilər. Bu səbəbdən onun barəsində CM-nin 70-ci maddəsini tətbiq etməyi və ona təyin edilən cəzanı sınaq müddəti müəyyən etməklə şərti olaraq tətbiq etməyi məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməlklə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində yaşadığından onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməli və onun üzərinə həmin orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş üzrə maddi sübut – DTX Daxili təhlükəsizlik idarəsindən 30 iyun 2025-ci il tarixdə 9-2101 saylı məktubla istintaqa daxil olmuş 28-1707 saylı sənədin qablaşdırıldığı zərf, "xxxx" MMC-nin 06 avqust 2025-ci il tarixli, 18834 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd disk, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş 01 ədəd disk – ümumilikdə 02 ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsin həmin məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında maddi məsul rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar