Məhkəmə qərarları › İş №1(060)-774/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-774/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-774/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, çilingər işləyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu məqsədlə xx.xx.2024-cii il tarixdə günorta saatlarında bir müddət əvvəl tanış olaraq qeyri-rəsmi münasibətdə olduğu Sumqayıt şəhəri, 9-cu mkr., Kristal Abşeron, bina 123B, mənzil 97-də yaşayan Zərərçəkmiş şəxs evində sonuncunun razılığı ilə olan zaman Zərərçəkmiş şəxs evdə mətbəxdə olmasından istifadə edərək qonaq otağında olan divanın altından içərisində Zərərçəkmiş şəxs məxsus 2000 manat və həmin günün məzənnəsinə uyğun olaraq 13,60 manat ekvivalentində 8 ABŞ dolları olan pul kisəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2.013,60 (iki min on üç manat altımış qəpik) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin dekabr ayında tik-tok sosial şəbəkəsində tanış olmuş, həmin vaxtdan sonra münasibətləri yaranmış, bir müddətdən sonra isə yaxın münasibətdə olmuşlar. Aysellə Bakı şəhərində görüşürmüşlər. 2024-cii ilin mart ayından sonra Ayselin Sumqayıt şəhəri, 9-cu mkr, Kristal ünvan 2 ünvanına gedib görüşürmüşlər. Münasibətləri yaxşı olmuşdur, Aysel özü də ailəsindən boşanmışdır. Elə zaman olurmuş ki, Ayselin evində qalıb gecələyirmiş. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ayselin evində olmuş, qonaq otağında divanda uzanmış, həmin vazxtı Aysel divanın üstünü qaldırmaq üçün ona durmağını demiş, o, durmuşdur. Ayselin divanın üstünü qaldırıb divanın altında saxladığı qırmızı rəngli pul kisəsini götürüb içərisindən pul götürdüyünü görmüşdür. Sonra Aysel pul kisəsini yerinə qoymuşdur. O, da divanda uzanmışdır. Maddi vəziyyəti çətin olduğu və birlikdə istədikləri kimi dincəlib gəzə bilmədikləri üçün Ayselin qonaq otağında divanın altında saxladığı pul kisəsindən pul götürmək və sonra imkanı olanda yerinə qoyması qərarına gəlmişdir. Ertəsi gün günorta saatlarında Ayselin evində olan zaman Asyelin mətbəxdə olduğundan istifadə edib qonaq otağında divanı qaldırıb altından Ayselin saxladığı qırmızı rəngli pul kisəsini götürüb içərisinə baxdıqda içərisində 2000 manat, 1 ədəd 5 və 3 ədəd 1- ümumi 8 ABŞ dolları pul olduğunu görüb pul kisəsi ilə birlikdə gizlincə götürüb gödəkcəsinin iç cibnə qoymuşdur. Ayselin bundan xəbəri olmamışdır. Bir qədər sonra Asyellə sağollaşıb evdən çıxmışdır. Evdən çıxdıqdan sonra pul kisəsini tullamış, içərisindəki 2000 manat və 8 ABŞ dolları isə özünə götürmüşdür. Bundan sonra həmin pullarla Aysellə birlikdə Bakı şəhərində müxtəlif restoranlara getmiş, Ayselin evinə bazarlıq etmiş və paltarına da xərcləmişdir. Ayselin ona xərclədiyi pulların onun evindən götürdüyü pullar olmasından xəbəri olmamışdır. Düşünürmüş ki, pulu olanda yerinə qoyar, ona görə də özünü bilməməzliyə qoymuşdur. xx.xx.2024-cü il tarixdə Aysel ona zəng edərək evindən pul oğurlandığını demiş, o heç nədemədən Ayselin evinə getmişdir. Aysel həmin pulu öz müalicəsi üçün saxladığını bildirmiş, o Ayselə təsəlli verib narahat olmamasını, lazımdırsa müalicəsi ilə bağlı 2000 manat pulu özü ödəyəcəyini demişdir. Lakin, bir neçə gün ərzində pul tapa bilməmiş, xx.xx.2024-cii il tarixdə Ayselin baş vermiş oğurluqla bağlı polisə şikayət etdyini bildikdən sonra tanışlarından borca 2000 manat qədərində 1200 ABŞ dolları pul tapıb bu barədə Ayselə demiş, Aysel pulu anasına verməyini demiş, o, da pulu Ayselin anasına vermişdir. O, zərərçəkmiş şəxsə dəymiş zərəri ödədiyini, peşman olmasını, iki azyaşlı uşağının olmasını və onlara aliment ödədiyini nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər ailəli olmuş, 2022-ci ilin may ayında ailəsindən başanmış, hazırda 5 yaşlı qızı ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr, Kristal Abşeron, bina 123B, mənzil 97- də yaşayır. 2-ci qrup əllilik təqaüdü və uşağına görə aliment alır. 2023-cü ilin dekabr ayında tik-tok sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonradan münasibətləri yaranmış, görüşürmiişlər, 2024-cii ilin aprel ayından etibarən sevgi münasibətləri yaranmış və görüşməyə başlamışlar. Ruslan onun yaşadığı evə gəlib görüşürmüşlər, bəzən gecəni onlarda qalırmış. Bu səbəbdən Ruslana etibarı yaranmışdır. xx.xx.2024-cii il tarixdə Ruslan evinə gəlmiş, axşam saatlarında evdə qonaq otağında divanda uzanmış, o, Ruslana divandan qalxmasını demiş və divanın altında saxladığı pul kisəsindən özünə pul qədər götürmüş və pul kisəsini divanın altına qoyub saxlamışdır. Ruslan həmin gün evinə qayıtmışdır. Ertəsi gün xx.xx.2024-cü il tarixdə axşam saatlarında Ruslan yenə də evinə gəlmiş, bir qədər evində qaldıqdan sonra çıxıb getmişdir. Bundan sonra Ruslanla yenə də görüşürmüş. xx.xx.2024-cii il tarixdə ona müalicəsi ilə bağlı pul lazım olmuş, divanın altına baxanda orada pul kisəsinin olmadığını aşkar etmiş, pul kisəsində 2000 manat və 8 ABŞ dollarını Ruslanın götürməsini başa düşmüşdür. Çünki evinə Ruslandan başqa gələn olmamışdır. O Ruslana zəng edərək evindən pul kisəsinin oğurlandığını demiş, Ruslan isə xəbəri olmadığını demişdir. Sonra Ruslanı evinə çağırmış və əgər pulunu götürübsə qaytarmasını demiş, lakin Ruslan boynuna almamış və ona birlikdə evi axtarmağını demiş, onu ələ alaraq lazımdırsa müalicəsi ilə bağlı ona özündən 2000 manat pul verəcəyini demişdir. O da Ruslana pulunu qaytarmağını demişdir. Lakin, bir neçə gündən sonra Ruslan ona müxtəlif bəhanələr gətirərək pulu qaytarmamış, bu səbəbdən də o, Ruslan barədə polisə şikayət etmişdir. Şikayət etdikdən bir neçə gün sonra Ruslan ona zəng edərək şikayət etməməyini və ona 1200 ABŞ dolları pul vermək istədiyini demişdir. O da Ruslanla görüşmək istəmədiyi üçün anası ilə görüşüb pulu pulu verməyini demişdir. Ruslan da onun anası ilə görüşüb 1200 ABŞ dolları vermişdir. Ruslanın onun evindən oğurladığı pulunu qaytarmasına baxmayaraq Ruslandan şikayətçidir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Fətəli xan Xoyski küçəsində yerləşən (əvvəlki 5 saylı xəstəxana) Nərimanov tibb mərkəzində uşaq yanıq şöbəsində xəstə baxıcısı işləyir. Zərərçəkmiş şəxs onun qızıdır, Sumqayıt şəhəri, 9-cu mkr, Kristal Abşeron, bina 123B. mənzil 97-də azyaşlı övladı ilə yaşayır. Bir müddət əvvəl Aysel Ruslan adlı şəxslə münasibət saxladığını ona demişdir. Bir dəfə də birlikdə görüşmüşlər. Ruslan Aysellə ciddi münasibətdə olduğunu demişdir. 2024-cü ilin iyun ayının əvvəl günlərində Aysel ona zəng edərək Ruslanın onun evində olduğu müddətdə evdən 2000 manat pulunu oğurladığını demişdir. O, da Ruslana zəng edərək götürdüyü pulu qaytarmasını, həmin pulu Aysel öz müalicəsinə xərcləyəcəyini söyləmişdir. Ruslan pulu qaytaracağına söz vermişdir. Sonradan bilmişdir ki, Aysel Ruslan barədə polisə şikayət etmişdir. Bir neçə gündən sonra Ruslan ona zəng edərək Ayselə çatası pulu vermək vermək istədiyini demiş, sonra da evinə gəlib ona 1200 ABŞ dolları vermişdir. O, da bu barədə Ayselə bildirmiş və birlikdə Sumqayıt ŞPİ- nin 3-cü PB-nə gəlmişlər. Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 53-cü vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 82-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. Cinayət işinin 61-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi zərəri ödəmişdir. Lakin, onunla barışmamış və ağır cəzanın verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki azyaşlı uşağı var. xx.xx.2016 və xx.xx.2017-ci il təvəllüdlü. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini və iki azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun 15 iyun 2024-cü il tarixdən 17 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və eksertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15 iyun 2024-cü il tarixdən 17 iyun 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək axtarışda olan şəxs kimi tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və eksertiza xərcləri yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar