Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-777/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Boris oğlunun iştirakları ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində dəniz kənarında olan zaman orada olan Zərərçəkmiş şəxs arvadı X5 ilə cəmiyyətdə ümumi qəbul edilmiş davranış qaydalarına zidd hərəkət etdiklərini, yəni bir-birlərini qucaqlayaraq öpüşdüklərini görüb, sudan çıxdıqdan sonra Zərərçəkmiş şəxs kənara çağıraraq ona iradını və etdiyi hərəkətin düzgün olmadığını bildirdikdə, Zərərçəkmiş şəxs heç bir ədəbsiz hərəkətlər etmədiklərini demiş və bu mövzuda aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə yumruqla zərbə vuraraq, ona sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evlidir, 2 azyaşlı uşağı vardır, Yaşadığı ev dəniz kənarı yaxınlığında yerləşdiyindən yay aylarında çox vaxtı orada olur. Son vaxtlar maddi sıxıntıları olduğundan tez-tez əsəbi olur və sakitləşmək üçün dəniz kənarına gedib havasını dəyişir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində dəniz kənarında olan zaman, dənizdə suyun içərisində bir nəfər cavan oğlanla cavan qızın bir-birlərini qucaqlayaraq öpüşdüklərini görmüş, yaxınlıqda olmasa da, bir az aralıda dəniz kənarında bir neçə ailə və uşaqlar istirahət edirmişlər və dənizdə olan həmin cavan oğlanın hərəkəti ona pis təsir etmişdir. Bir qədər sonra onlar sudan çıxmışlar, o,həmin cavan oğlana sözü olduğunu deyərək kənara çağırmış, fikrində o olmuşdur ki, həmin oğlana bildirsin ki, etdiyi hərəkəti ayıbdır və o, da ailəsi ilə buralarda istirahət etməyə gəlir. Sonradan adını Xəyal bildiyi həmin cavan oğlana etdiyi hərəkətin düzgün olmadığını, ayıb olduğunu, burada ailə və uşaqların istirahət etməyə gəldiklərini deyərək irad tutmuş, lakin Xəyal əcəb elədiyini deyərək onun üstünə gələndə, o, əsəbləşib Xəyalın sifətinə yumruqla bir zərbə vurmuş, həmin vaxtı yaxınlıqdan keçən tanımadığı bir yaşlı kişi onlara irad tutmuş, o, da həmin yerdən uzaqlaşmışdır. Mübahisə dəniz kənarında baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, həmin vaxtı orada onlardan başqa heç kim olmamış və kənardan heç kim toplaşmamış, Xəyal ona heç bir xəsarət yetirməmiş, mübahisə vaxtı heç bir söyüş söyülməmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, özünü təqsirli bildiyini və cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, bina 21, mənzil 15-də yaşayır. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində arvadı X5 ilə birlikdə Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, dəniz kənarına istirahət üçün getmişlər. Onlar istirahət edən zaman bir nəfər tanımadığı, sonradan adını Rafail bildiyi şəxs ona yaxınlaşaraq söz soruşmaq üçün kənara çağırmışdır. O, Rafaillə birlikdə təxminən 10 metr uzaqlaşaraq söhbət etməyə başlamış, Rafail ondan niyə tərbiyəsizlik etdiyini soruşduqda, o, başa düşməyərək nə kimi tərbiyəsizlik etdiyini soruşmuş, Rafail isə öz cavabında, "siz niyə ələlə tutaraq dəniz kənarında gəzişirsiniz" demiş, o, da Rafailə "sən kimsən ki, mən heç bir tərbiyyəsizlik etmirəm, bura ictimai yerdir, insanlar ətrafda istirahət edir, heç kimə narahatlıq yaratmıram, mən arvadımla istirahət edirəm" deyə bildirmiş, həmin vaxtı Rafail gözlənilmədən onun sol gözünün altına yumruqla vuraraq ona xəsarət yetirmişdir. Daha sonra oradan keçən bir nəfər yaşlı adam onlara yaxınlaşaraq mübahisəni sonlandırmağa çağırmış və aralarındakı mübahisə sonlanmışdır. Daha sonra o, Ayişə ilə birlikdə yaşadıqları ünvana qayıtmışdır. Evdə baş vermiş hadisə barədə danışandan sonra qaynatası həmin şəxsin uzaq qohumluq əlaqələri olan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Mübahisə dəniz kənarında baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, mübahisə zamanı onlardan aralıda tanımadığı, istirahətə gələn şəxslər olmuş, mübahisə vaxtı səs-küy yaranmamış, kənardan heç kim gəlməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş maddi və mənəvi zərərin ödənildiyini, Təqsirləndirilən şəxs qarşı tələbi, iddiası və şikayətinin olmadığını bildirərək sonuncunun barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 12 avqust 2022-ci il tarixli, 1188 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözətrafı nahiyyənin qançırı, gözün ağlı qişasına qansızma. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Zərərçəkmiş şəxs ərizə verərək, Təqsirləndirilən şəxs qarşı şikayətinin olmamasını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığının nəzərə alınaraq sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmaqla, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödəməsini, zərərçəmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və ya tələbinin olmamasını və himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər polis idarəsinin İstintaq şöbəsinin müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli (iş № 1(060)- 777/2022) qərarını icra edərək, 30 sentyabr 2022-ci il tarixli 1493/2022 saylı orderə əsasən vəkil Müdafiəçi2 Boris oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi2 Boris oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Boris oğlunun göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-777/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-777/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver