Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-778/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştiraklarıilə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2021-ci il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1, 66.5, 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 43, mənzil 35 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını talamaq məqsədi ilə 06.09.2021-ci il tarixdə saat 01:56-da Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Sumqayıt şəhəri 5-ci məhəllə Azərbaycan prospektinde yerləşən “Ego” kişi salonuna plastik materialdan olan pəncərəsini öncədən özü ilə gətirdiyi dəmir parçası (zubil) ilə sıxıb açma yolu ilə qanunsuz daxil olaraq siyirmədə olan sonuncuya məxsus 1 ədəd 20 manat dəyərində içərisində 381 manat nağd pul olan qara rəngli pul qabını gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 401 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Uzun müddətdir ki, işsiz olduğundan və pulu olmadığına görə narkotik vasitə əldə edib istifadə edə bilməmişdir. Buna görə də 06.09.2021-ci il tarixdə oğurluq etmək qərarına gəlmiş və yaşadığı evdən “zubil” adlanan dəmir alət götürərək küçəyə çıxmışdır. Evdən çıxan zaman konkret olaraq hər-hansı bir yerdən oğurluq etmək fikri olmamış, fikirləşmişdir ki, Sumqayıt şəhəri ərazisində gəzib qapısı bağlı, sahibsiz bir ev və ya hər hansı bir yer gördüyü halda oradan oğurluq edəcəkdir. Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində piyada gedərkən “Ego” adlanan bər-bərxananın yanından keçən zaman həmin kişi salonunun işıqlarının sönmüş vəziyyətdə olduğunu, içəridə heç kimin olmadığını görmüş və həmin salondan oğurluq etmək qərarına gəlmişdir. Əvvəlcə salonun qapısının açıq olub-olmadığını yoxlamış, qapı bağlı olduğundan salonun plastik pəncərəsinə yaxınlaşmışdır. Pəncərədə olan toru əli ilə cırdıqdan sonra özü ilə götürdüyü zubilin (dəmir alət) köməkliyi ilə pəncərəni açmışdır. Sonra isə oradan içəri daxil olub otaqları axtarmağa başlamışdır. Qara rəngli bər-bər masasının şkafını açdıqda orada qara rəngli pul qabını görmüş, həmin pul qabının içərisində pul olduğunu düşünüb onu açmış və içərisində pul olduğunu görüb onu götürərək salona girdiyi yerdən çölə çıxmışdır. Çölə çıxandan sonra küçədə polislərin dayandığını görüb qaçmağa başlamışdır. Polislər isə onu təqib edərək ona çatıb saxlayanda o, onların əlindən çıxmağa çalışmış və nəticədə əynində olan köynəyinin düymələri qopmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra ondan həmin salondan oğurluq edib-etmədiyini soruşmuşlar. O, isə polislərə oğurluq etdiyini etiraf etmiş və oğurlamış olduğu pul qabı ilə birlikdə içərisindəki pulları, eləcədə zubili polislərə vermişdir. Daha sonra isə polis əməkdaşları onu Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə aparmışlar. Həmin salonda olan pul qabını açdıqdan sonra onun içərisində olan pulları saymış və 381 (üç yüz səksən bir) manat pul olduğunu görmüşdür. Həmin salondan başqa heç bir qiymətli əşya və ya pul oğurlamamışdır. “Ego” adlanan kişi salonundan başqa hər-hansı bir yerdən oğurluq etməmişdir. “Ego” adlanan kişi salonundan oğurluq edən zaman tək olmuş, onunla birlikdə orada heç kim olmamış, eləcə də həmin salondan oğurluq etməsi barədə heç kimə deməmişdir. Çünki bu barədə həmin salonun yanından keçən zaman ani olaraq qərar vermişdir. Əmlakı oğurlayan zaman onu heç kim görməmiş və müdaxilə etməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Sumqayıt şəhəri 5-ci məhəllə ərazisində yerləşən “Ego” adlanan kişi salonunu icarəyə götürüb orada bər-bərliklə məşğul olaraq ailəsini dolandırmışdır. Hər gün həmin salona saat 09 radələrində gəlib salonu açmış və saat 21 radələrində isə salonun qapı və pəncərələrini bağlayıb fəaliyyətini sonlandırmışdır. Həmişə olduğu kimi 05.09.2021-ci il tarixdə saat 09 radələrində bər-bər salonuna gəlib oranı açaraq işinə başlamış, saat 21 radələrində isə salonun qapı və pəncərələrini bağlayaraq yaşadığı evinə getmişdir. Evinə getməzdən əvvəl isə özünə məxsus qara rəngli pul qabının içinə 3 (üç) ədəd 100 (bir yüz) manatlıq, 4 (dörd) ədəd 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd 1 (bir) manatlıq olmaqla cəmi 381 (üç yüz səksən bir) manat pulu qoyub salonda olan işlədiyi qara rəngli bər-bər masasının sol tərəfdə yerləşən siyirməsinə qoymuşdur. Sonra isə salonun qapı və pəncərələrini bağlayıb evinə getmişdir. Həmin gün yaşadığı evdə olduğu zaman polis əməkdaşları ona məlumat verərək bildirmişlər ki, işlətdiyi kişi salonundan oğurluq edilmişdir. Bundan sonra salona gəlib baxdıqda özünə məxsus bir ədəd qara rəngli pul qabının içərisində olan 381 (üç yüz səksən bir) manat pul ilə birlikdə oğurlandığını görmüşdür. Sonra isə Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinə gedərək orada bu barədə ərizə yazmışdır. Polis bölməsində olan zaman ona məlumat verərək bildirmişlər ki, ona məxsus bir ədəd qara rəngli pul qabını və 381 manat pulu Təqsirləndirilən şəxs adlı şəxs oğurlamışdır. İcarə əsasında işlətdiyi “Ego” adlanan kişi salonundan oğurlanmış ona məxsus 1 ədəd qara rəngli pul qabını 20 manata almış, həmin pul qabının içərisindən isə ümumilikdə 381 manat pul olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 401 (dörd yüz bir) manat məbləğində maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona məxsus 1 ədəd pul qabından və 381 manat puldan başqa hər hansı bir əmlakı oğurlanmamışdır. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhər mühafizə idarəsinin polis nəfəri Şahid1 ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Mühafizə xidməti ilə əlaqədar olaraq Sumqayıt şəhərinin bəzi hissələrində yerləşən obyektlərdə, eləcədə 5-ci məhəllə ərazisində Azərbaycan prospektində yerləşən “Ego” adlanan kişi salonunda xüsusi mühafizə sistemi quraşdırılmışdır. Belə ki, elektron mühafizə sistemi quraşdırılmış obyektlərə kənardan hərhansı bir müdaxilə olunduqda, yəni qapısı, pəncərəsi zor tətbiq edilməklə açıldıqda və ya şüşələri sındırıldıqda həmin elektron mühafizə sistemi dərhal işə düşərək Sumqayıt şəhər mühafizə idarəsinə həyəcan siqnalı ötürür və həmin həyəcan siqnalı əsasında hadisə baş vermiş yerə getmişlər. 06.09.2021-ci il tarixdə saat 01:56-da “Ego” adlanan kişi salonundan mərkəzə həyəcan siqnalı daxil olmuş və nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə xidməti avtomobillə dərhal heyət başçısı Şahid2la birlikdə həmin salonun yanına getmişlər. Saat 01:58-də salonun yanına çataraq ətrafı müşahidə etməyə başlamışlar. Həmin vaxt salonun yanından səs eşidib baxanda salonun yan tərəfdə yerləşən pəncərəsinin açıq olduğunu və bir nəfər şəxsin qaçaraq oradan uzaqlaşmağa çalışdığını görmüşlər. Dərhal həmin şəxsin arxasınca qaçaraq onu saxlamışlar və nə üçün qaçdığını soruşanda həmin şəxs onlara bildirmişdir ki, “Ego” adlanan kişi salonundan pul qabı ilə birlikdə içərisində olan pulları oğurladığına görə qaçmışdır. Həmin şəxs qeyd edilən əmlkaları oğurlayan zaman görməmiş, sadəcə qaçarkən şübhələndikləri üçün arxası ilə qaçıb tutub saxlayan zaman şəxsin oğurluq etdiyi onlara məlum olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs oğurlamış olduğu qara rəngli pul qabını və bir ədəd “zubil” adlanan dəmir aləti onlara təqdim etmişdir. Bundan sonra onlar dərhal mərkəzə bu barədə məlumat vermiş və bir neçə dəqiqdən sonra Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin əməkdaşları onların yanına gələrək Təqsirləndirilən şəxs oğurladığı əşya ilə birlikdə polis bölməsinə aparmışlar. O, da 4-cü polis bölməsinə gələrək bu barədə bölmə rəhbərliyinə raportla müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Ego” adlanan kişi salonunun pəncərəsini həmin dəmir alətlə açaraq içəri daxil olmuş, oradan Zərərçəkmiş şəxs məxsus bir ədəd qara rəngli pul qabını və həmin pul qabının içərisində olan 381 manat pulu oğurlamışdır. Təqsirləndirilən şəxs saxladıqları zaman sonuncu orada tək olmuş, onun yanında və ya ətrafda başqa şəxs olmamışdır. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan bir ədəd qara rəngli pul qabı, 3 (üç) ədəd 100 (bir yüz) manatlıq, 4 (dörd) ədəd 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd 1 (bir) manatlıq olmaqla cəmi 381 (üç yüz səksən bir) manat pul əskinası Zərərçəkmiş şəxs sərəncamına və bir ədəd qırmızı rəngli tutacağı olan dəmir ling isə Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 oktyabr 2021-ci il tarixli 1(060)-559/2021 saylı hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 68.1.1-1, 66.5 və 69.3-cü maddələrinə əsasən 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin başlanğıcı 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 17.11.2021-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hakiminin göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin 1(060)-559/2021 saylı 27.10.2021ci il tarilxi hökmü 17.11.2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və hökmün surəti icra edilməsi üçün aidiyyəti qruma göndərilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 08.09.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 06.09.2021-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 02.12.2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd qara rəngli pul qabı, 3 (üç) ədəd 100 (bir yüz) manatlıq, 4 (dörd) ədəd 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd 1 (bir) manatlıq olmaqla cəmi 381 (üç yüz səksən bir) manat pul əskinası Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd qırmızı rəngli tutacağı olan dəmir ling hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli (iş № 1(060)-778/2021) qərarını icra edərək, 02 dekabr 2021-ci il tarixli 1544/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 27.10.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan bir ədəd qara rəngli pul qabı, 3 (üç) ədəd 100 (bir yüz) manatlıq, 4 (dörd) ədəd 20 (iyirmi) manatlıq, 1 (bir) ədəd 1 (bir) manatlıq olmaqla cəmi 381 (üç yüz səksən bir) manat pul əskinasının Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, bir ədəd qırmızı rəngli tutacağı olan dəmir ling hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün: Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-778/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-778/2021
08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver