Məhkəmə qərarları › İş №1(060)-779/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-779/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-779/2023 06.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Ramazanova (Əzimova) Vüsalə Lətif qızının, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1981-ci il tarixdə Qubadlı rayonu, Başarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum ounmamış, Qubadlı rayonu, Başarat kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, X13 1005, bina 736, mənzil 59 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş ş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Ramazanova (Əzimova) Vüsalə Lətif qızına ödənilməsinə dair Qubadlı Rayon Məhkəməsinin 2(28)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(060)-32/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmasına və icra sənədindəki tələbləri icra etməsi üçün ona 17.01. 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək 5829,00 (beş min səkkiz yüz iyirmi doqquz) manat məbləğində aliment borcunu tələbkara ödəməməklə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, bununla da zərərçəkmiş şəxs Ramazanova (Əzimova) Vüsalə Lətif qızına qeyd olunan məbləğdə maddi ziyan vurmaqla yanaşı ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2010-cu ildə Ramazanova (Əzimova) Vüsalə Lətif qızı ilə ailə qurmuş, lakin nikahları rəsmilşdirilməmişdir. Birgə nikahdan 2 uşaqları 2011-ci il təvəllüdlü oğlu Camal İbadov və 2017-ci il təvəllüdlü oğlu Kamal dünyaya gəlmişlər. Lakin bu zaman həmçinin X6 ilə də ailə qurmuş və bu nikahları rəsmi qeydiyyatdan keçmişdir. Bu 2-ci nikahdan onun 3 uşağı vardır. O, özü icarəyə «Toyota-Prius» markalı avtomobil götürərək sərnişin daşımaqla məşğul olur və bununla ailəsini dolandırır. Qeyri-rəsmi nikahda olduğu Ramazonova (Əzimova) Vüsalə ondan aliment alınmasından ötrü məhkəməyə müraciət etmiş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə 130 (bir yüz otuz) manat, ümumilikdə 260 (iki yüz altmış) manat alimentin ondan tulularaq Zərərçəkmiş şəxs (Əzimovaya) ödənilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs (Əzimova) alimenti vaxtında ödəyə bilmədiyi üçün barəsində şikayətlər etmiş və icra məmurunun protokolu əsasında xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta üzrə işə baxılaraq 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda da işləyərək sərnişin daşımaqla məşğuldur, hər gün qazancı 10-18 manat olur, lakin yığılmış aliment borcunu tam şəkildə ödəməyə qazancı yetərincə deyildir. O, Sumqayıtda Məşğulluq idarəsinə iş üçün müraciət etməmiş, çünki orada, bildiyinə görə, işlər az əmək haqqı ilə olan işlərdir. Ona məlumdur ki, barəsində cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilmiş təqdimat əsasında bu ilin may ayı daxil olmaqla aliment borcu 5829,00 (beş min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. Hazırda aliment borcunu Ramazanova (Əzimova) Vüsalə Lətif qızına tam ödəmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Ramazanova (Əzimova) Vüsalə Lətif qızına 5829,00 (beş min səkkiz yüz iyirmi doqquz) manat məbləğində aliment borcunu tam ödəmişdir. Ona görə də, barəsində olan cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs Ramazanova (Əzimova) Vüsalə Lətif qızı ifadəsində göstərmişdir ki, 2011-cu ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuş, lakin nikahları rəsmilşdirilməmişdir. Birgə nikahdan 02 (iki) uşaqları var: xx.xx.2013-ci il təvəllüdlü oğlu Camal İbadov və xx.xx.2017-ci il təvəllüdlü oğlu Kamal. Lakin bu zaman Təqsirləndirilən şəxs ondan xəbərsiz olaraq həmçinin X6 ilə də ailə qurmuş və bu nikahı rəsmi qeydiyyatdan keçmişdir, ona isə bundan əvvəl söz vermişdir ki, nikahlarını rəsmiləşdirəcəkdir, yəni onu aldatmışdır. Bu nikahdan Təqsirləndirilən şəxs 03 (üç) uşağı vardır. İdris icarəyə «Toyota-Prius» markalı avtomobil götürərək sərnişin daşımaqla məşğul olur. Təqsirləndirilən şəxs onların 02 (iki) uşağına maddi cəhətdən yardım etmədiyi səbəbindən uşaqların saxlanılması üçün Təqsirləndirilən şəxs aliment alınmasından ötrü məhkəməyə müraciət etməyə məcbur olmuş və Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər uşağa görə 130 (bir yüz otuz) manat, ümumilikdə 260 (iki yüz altmış) manat alimentin Təqsirləndirilən şəxs tulularaq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhəri üzrə icra şöbəsində icra işi aparılmış, lakin Təqsirləndirilən şəxs alimenti vaxtında və yetərincə ödəmədiyi və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi səbəbindən icra məmurunun protokolu əsasında xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsində barəsində Azərbaycan Respublitkası İXM-nin 528.1-ci maddəsilə inzibati xəta üzrə iş baxılmış, nəticədə məhkəmə Təqsirləndirilən şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs etmiş, lakin Təqsirləndirilən şəxs bundan nəticə çıxarmamışdır. Ona məlumdur ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 2023-cü ilin may tarixli təqdimatına əsasən Təqsirləndirilən şəxs aliment borcu 5829,00 (beş min səkkiz yüz iyirmi doqquz) manat təşkil edir. Təqsirləndirilən şəxs bu borcu ödəməyə maddi imkanı var, belə ki, hazırda yaşadığı 2-ci ailəsini və oradakı 3 uşağını tam şəkildə maddi cəhətdən təmin edir. Tələbi ondan ibarətdir ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəsin, əks halda barəsində qanunla nəzərdə tutulmuş tədbirlər görülsün. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs Ramazanova (Əzimova) Vüsalə Lətif qızının xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan 5829,00 (beş min səkkiz yüz iyirmi doqquz) manat məbləğində aliment borcunu tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)- 443/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Camal İbadovun və xx.xx.2017-ci il təvəllüdlü Kamal İbadovun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa 130 (bir yüz otuz) manat olmaqla, hər ay cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Ramazanova (Əzimova) Vüsalə Lətif qızına verilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı borclu Təqsirləndirilən şəxs tərəfindən aliment müntəzəm şəkildə ödənilməmişdir. Aliment borcunu ödənilməsindən yayınan borclu Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-32 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmuşdur. Həbsdən çıxdıqdan sonra xx.xx.2023-cü il tarixdə borclu Təqsirləndirilən şəxs idarəyə dəvət olunaraq, tələbin icrası ilə bağlı ona 10 (on) gün yeni müddət verilmiş, təmin etməyəcəyi halda barəsində cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. İcraat zamanı borclu tərəfindən tələbkarın hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməli olan 7540 (yeddi min beş yüz qırx) manat aliment pulundan 1711 (bir min yeddi yüz on bir) manat ödəniş edilmiş, 5829 (beş min səkkiz yüz iyirmi doqquz) manat aliment borcu yaranmışdır. Eyni zamanda məhkəmə qərarının icrası üzrə tələbin məcburiliyi dəfələrlə həm şifahi, həm də rəsmi xəbərdarlıq formasında nəzərinə çatdırılmasına, inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, borclu İbadov X5 Rayon Məhkəməsinin 2(028)-443/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsini icra etməməkdə davam etməklə faktiki imkanlarından istifadə etməmiş və bu hərəkətləri ilə qərəzlilik nümayiş etdirmiş, sonuncunun əməlində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkibi vardır. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(060)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 130,00 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260,00 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulub Ramazanova (Əzimova) Vüsalə Lətif qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Qubadlı Rayon Məhkəməsinin 2(060)-443/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-32/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialının 16 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı və aktiv əmək müqaviləsi aşkar olunmamışdır. İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 05 (beş) azyaşlı uşaq vardır (xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X11, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X12). İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində himayəsində 05 (beş) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə aliment borcunu tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Ramazanova (Əzimova) Vüsalə Lətif qızına aliment borcunu tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar