Məhkəmə qərarları › İş №1(060)-78/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-78/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-78/2023 25.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Püsyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ı yaxınlığında yerləşən özünə məxsus işlətdiyi çay evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisi toxumlarını əkmiş, əkdiyi toxumlardan cücərmiş 14 ədəd çətənə bitkisi kollarını yetişdirmək məqsədi ilə mütəmadi olaraq suvarıb qulluq göstərməklə kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə, saat 18:28 radələrində Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşları tərəfindən həmin çay evinin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman xeyli miqdarda-14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi 90 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri əkilib kultivasiya edildikləri torpaqda kök üstündə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər narkotik maddə olan marixuana istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi, işlətdiyi çay evinin həyətyanı sahəsində çətənə kollarının əkib becərilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib 2-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etmədən polis bölməsinə gəlmiş, PB-də olan zaman xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Onun yaşadığı evin yaxınlığında özünə məxsus olan çay evinin həyətyanı sahəsində narkotik tərkibli bitki əkib becərməyi barədə PB-nə əməliyyat məlumatı daxil olduğu üçün ona çay evinin həyətyanı sahəsinə baxış keçirilməsi bildirilmiş, buna görə də polis əməkdaşları ilə birlikdə yaşadığı evin yaxınlığında yerləşən ona məxsus çay evinin həyatyanı sahəsinə getmişlər. Çay evinin həyətyanı sahəsinə baxış keçirilən zaman çay evinin qarşısında 14 (on dörd) ədəd müxtəlif ölçülü narkotik tərkibli bitki şitilləri aşkar edilmişdir. Yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus çay evinin həyətyanı sahəsindən başqa hər-hansı qanunla qadağan olunmuş əşya və yaxud maddi sübut aşkar olunmamışdır. Qeyd edir ki, ona məxsus çay evinin həyətyanı sahəsindən aşkar edilmiş çətənə kollarını o əkməmişdir. O yalnız orada gül əkmiş, orada narkotik vasitə olduğundan xəbəri olmamışdır. Narkotik vasitəni o əkməmiş, toxumu oraya düşmüşdür. Lakin narkotik vasitəni tanıdığını bildirmişdir. Əməlindən peşmandır. Uşaqları və nəvələri vardır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-PB-nin əməliyyat müvəkilləri, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsi barədə barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkilləri Şahid1 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Təqsirləndirilən şəxs məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:30-da əməliyyat qrupu ilə birlikdə saxlamışlar, özlərini təqdim edərək səxsi axtarış aparılması ücün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnə dəvət olunmuş, 2-ci PB-də xidməti otaqların birində həmin Bölmənin baş təhqiqatçısı X4 tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmiş, onun üzərindən hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyani sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğu bildirilən zaman sonuncu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkibbecərməsini etiraf etmiş və həmin yerə baxış keçirilməsinə dair etirazının olmadığını qeyd etmişdir. Bundan sonra çəkiliş onun işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilməsi üçün dayandırılmışdır. Bundan sonra, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində davam etdirilmişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 orada olan Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu X3 iştirakları ilə çəkiliş Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı sonuncu özü işlətdiyi çay evinin həyətində 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri əkib-becərdiyi aşkar olunmuşdur. 14 (on dörd) ədəd müxtəlif ölçülü köküstə yaş bitki şitilləri tərəziyə qoyulub şəkilən zaman ümumi çəkisinin 0,150 kiloqram olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar olunmuş 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-PB-nin əməliyyat müvəkili, polis baş leytenantı Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsi barədə barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu təşkil etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında xx.xx.2022-ci il tarixdə, saat 17:30-da əməliyyat qrupu ilə birlikdə saxlamışlar, üzərində səxsi axtarış aparılması ücün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə dəvət olunmuş, 2-ci PB-də xidməti otaqların birində həmin Bölmənin baş təhqiqatçısı Mətləb tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmiş, onun üzərindən hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğu bildirilən zaman sonuncu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib- becərməsini etiraf etmiş və həmin yerə baxış keçirilməsinə dair etirazının olmadığını qeyd etmişdir. Bundan sonra çəkiliş onun işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilməsi üçün dayandırılmışdır. Bundan sonra, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində davam etdirilmişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 orada olan Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu X3 iştirakları ilə çəkiliş Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində davam etdirilmişdir. Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilən zamanı sonuncu özü işlətdiyi çay evinin həyətində 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri əkib-becərdiyini bildirmişdir. Qeyd edilən ünvana aqronomun iştrakı ilə baxış zamanı həmin ünvandan 14 (on dörd) ədəd müxtəlif ölçülü köküstə yaş bitki şitilləri aşkar edilərək götürülmüş və həmin şitillər tərəziyə qoyulub şəkilən zaman ümumi çəkisinin 0,150 kiloqram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsindən aşkar olunmuş 14 (on dörd) ədəd köküstə yaş bitki şitillərinin ona məxsus olduğunu, öz istifadəsi üçün əkib-becərdiyini, ailə üzvlərinin və digər şəxslərin bundan xəbərsiz olduğunu bildirmişdir. Qeyd olunan şitillər Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 2ında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsi barədə barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:30-da əməliyyat qrupu ilə birlikdə saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli oldusunu bildirmişlər. Bundan sonra üzərində səxsi axtarış aoarılması ücün Tağıvev Asiman Vəzir oğlu Sumqayıt ŞPİ-nə dəvət olunmuş, o, heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. 2-ci PB-də xidməti otaqların birində həmin Bölmənin baş təhqiqatçısı, polis mayoru, X4 tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edilmiş, onun üzərindən hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyani sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğu bildirilən zaman sonuncu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyani sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib- becərməsini etiraf etmiş və həmin yerə baxış keçirilməsinə dair etirazının olmadığını qeyd etmişdir. Bundan sonra çəkiliş onun işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilməsi üçün dayandırılmışdır. Bundan sonra, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyani sahəsində davam etdirilmişdir. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 orada olan Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və Sumqayıt şəhər Yaşıllaşdırma İdarəsinin baş aqronomu X3 iştirakları ilə çəkiliş Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyani sahəsində yaşadığı mənzildə davam etdirilmişdir. Bu səbəbdən əməliyyat qrupu iştrakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçiriləcəyi bildirilərək sonuncuya bununla bağlı olaraq hər hansı bir etirazı olub-olmadığı sual olunmuş, həmin şəxs isə bu barədə heç bir etiraz və vəsatətinin olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış zamanı sonuncu özü işlətdiyi çay evinin həyətində 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri əkib-becərdiyini bildirmişdir. Qeyd edilən ünvana aqronomun iştrakı ilə baxış zamanı həmin ünvandan 14 (on dörd) ədəd müxtəlif ölçülü köküstə yaş bitki şitilləri aşkar edilərək götürülmüş və həmin şitillər tərəziyə qoyulub şəkilən zaman ümumi çəkisinin 0,150 kiloqram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsindən aşkar olunmuş 14 (on dörd) ədəd köküstə yaş bitki şitillərinin ona məxsus olduğunu, öz istifadəsi üçün əkib-becərdiyini, ailə üzvlərinin və digər şəxslərin bundan xəbərsiz olduğunu bildirmişdir. Bundan başqa işlətdiyi çay evinin həyətyanı sahəsində hər hansı əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsindən aşkar olunmuş 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai araşdırılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Yaşma bağlar amssivi ərazisində yaşadığı evin yaxınlığında xx.xx.2022ci il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olmuş hər hansı bir əşyanın olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirdim, onun üzərindən hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilmədi. Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğu bildirilən zaman sonuncu Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkibbecərməsini etiraf etdi və işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etmədi. Bundan sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilməsinə şikayət və tələbinin olmaması ilə bağlı ərizəsi qəbul edildi, sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün videoçəkiliş dayandırıldı. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olundu və videoçəkilişin müddəti saat 18:07-dən 18:16-dək davam etdi, videoçəkiliş onun işlədiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilməsi üçün dayandırıldı. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Sumqayıt şəhər, H.Zeynalabdin qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında Sumqayıt ŞPİ-nin 2- ci PB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:30-da saxlanılaraq Sumqayıt ŞPİnin 2-ci PB-yə gətirilmişdir. Sonuncunun üzərinə şəxsi axtarış keçirildikdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” koiiarı əkib-becərməsini bildirdiyi üçün xüsusi biliyə malik olan aqronom dəvət edildi və sonuncunun işlətdiyi çay evinin həyətyanı sahəsində baxış keçirilməsi üçün ünvana gedildi. Ünvanda inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 18:28-də Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsinə baxış keçirilərkən sonuncu özü işlətdiyi çay evinin həyətində 14 ( on dörd) ədəd köküstə yaş bitki şitilləri əkib-becərdiyini bildirdi. Qeyd edilən ünvana aqronumun iştirakı ilə baxış zamanı həqiqətən qeyd edilən ünvandan 14 (on dörd) ədəd müxtəlif ölçülü köküstə yaş bitki şitilləri aşkar edilərək götürüldü, həmin şitillərin çəkisini müəyyən etmək məqsədilə elektron tərəziyə qoyuldu. Həmin şitillər tərəziyə qoyulub çəkilən zaman ümumilikdə çəkisinin 0,150 kiloqram olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətindən aşkar olunmuş 14 (on dörd) ədəd köküstə yaş bitki şitillərinin ona məxsus olduğunu, öz istifadəsi üçün əkib-becərdiyini, ailə üzvlərinin və digər şəxslərin bundan xəbərsiz olduğunu bildirdi. Bundan başqa işlətdiyi çay evinin həyətyanı sahəsində hər hansı əhəmiyyət kəsb edən əşya, predmet, maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yerləşən işlətdiyi çay evinin həyətyanı sahəsindən akar edilmiş 14 (on dörd) ədəd köküstə yaş bitki şitilləri Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma idarəsi tərəfindən Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinə ünvanlanmış 39 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Yaşıllaşdırma idarəsinin baş aqronomu X3 iştirakı ilə Sumqayıt şəhəri Nizami küçəsi 19C, mənzil 6-da qeydiyyatda olan, H.Zeynalabdin qəsəbəsi, Xəzər küçəsi, ev 63 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, köküstə yaş 14 ədəd çətənə koluna bənzər aqrotexniki qulluq olunmuş bitki müəyyən edilmişdir. İş materiallarında olan 7/703 saylı, xx.xx.2022-ci il tarixli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində bir ədəd polietilen bağlamadakı sayı 14 (on dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi-90 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi - 90qram (l-14№li ob), tədqiqata sərf edildi- 0,28qram (hər obyektdən 0,02qram), qalıq-89,72 qram. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumilikdə 89,72 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan SSR CM-nin 143 (2-ci hissəsi), 15, 153 (2-ci hissəsi) və 38-ci maddələri ilə təqsirli bilinib barəsində Naxçıvan şəhər Xalq Məhkəməsinin xx.xx.1978-ci il tarixli hökmü ilə 05 (beş) il azadlıqdan məhrumetmə cəzası tətbiq edilmişdir. xx.xx.1982-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bundan başqa AR CM-nin 226-1 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib barəsində Bakı şəhər Əzizbəyov rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə 02 (iki) il azadlıqdan məhrumetmə cəzası tətbiq edilmişdir. xx.xx.1996-cı il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Bundan başqa AR CM-nin 132 və 127.1-ci maddələri ilə təqsirli bilinib barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə qazancından 10 faiz tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası tətbiq edilmişdir. Bundan başqa AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə qazancından 10 faiz tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzası tətbiq edilmişdir. xx.xx.2012-ci il tarixdə cəza çəkməkdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına ağ rəngli kağız zərfdə əlavə edilmiş gümüşü rəngdə 01 (bir) ədəd disk “HP” markalı kompyuterə daxil edildikdən sonra, kompyuterin “Windows Media”proqramı işə salındıqda diskin yaddaşında 01 (bir) ədəd “180814” adlı xx.xx.2022- ci il tarixdə çəkilmiş, 666 mb həcmində faylın olduğu müəyyən olunmuşdur. “180814” adlı fayla kompyuterin “maus” adlanan aləti vasitəsilə toxunduqda isə faylın yaddaşında 07 dəqiqə 39 saniyə davam edən, rəngli formatda, açıq işıqlı hava şəraitində çəkilmiş video görüntünün olduğu müəyyən olunmuşdur. Video çəkilişə baxdıqda Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 02 (iki) nəfər şəxsin mülki geyimli və iki nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olurmuş. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X4 orada olan Təqsirləndirilən şəxs və onun X2 iştirakı ilə qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və işlətdiyi çay evinin həyətyani sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünürmüş. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, onun üzərindən hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs işlətdiyi çay evinin həyətyani sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsində şübhəli olduğu bildirilən zaman sonuncu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzər küçəsində yaşadığı evin yaxınlığında işlətdiyi çay evinin həyətyanı sahəsində narkotik tərkibli “Çətənə” kolları əkib-becərməsini etiraf etmiş və həmin yerə baxış keçirilməsinə dair etirazının olmadığını qeyd etmişdir. Bundan sonra çəkiliş onun işlətdiyi çay evinin həyətyani sahəsinə baxış keçirilməsi üçün dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 520 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi oğlu-xx.xx.2002-ci il təvəllüdlü X8 oğlundan ibarətdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 519 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbəsində nümayəndəliyi tərəfindən verilmiş 34 saylı, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4105 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, şəxsi axtarışın keçirilməsi haqqında protokolun əks olunduğu CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013cü il tarixli Qərarında qeyd edilmişdir ki, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd etmişdir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi hadisə yerinə baxış keçirilməsi barədə protokoldan, baxış keçirilməsi barədə videogörüntüləri əks etdirən diskdən, ekspert rəyindən və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan sahədə güllərin arasında narkotik təbiətli çətənə (kannabis) bitkiləri əkmiş, yetişmə səviyyəsinə çatdırılması üçün ona qulluq (suvarma, alaq etmə, kübrə vermə və sair) göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs həmin bitkiləri əkmədiyini, onları görmədiyini bildirsə də məhkəmə onun bu ifadəsinə tənqidi yanaşaraq 14 (on dörd) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitklərinin onun tərəfindən görülməməsini qeyri-mümkün hesab edir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin əvvəllər narkotik vasitə istifadə etməsi, narkotik vasitəni tanıması barədə verdiyi ifadəni nəzərə alaraq həmin çətənə (kannabis) bitklərinin onun tərəfindən əkilməməsi, həmin bitkilərin orada olmasından xəbəri olmaması barədə verdiyi ifadəni inandırıcı hesab etmir və təqsirləndirilən şəxs tərəfindən bu cür ifadə verilməsini özünümüdafiə xarakteri daşıması kimi qiymtləndirir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,00 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqaqyıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 89,72 qram çəkidə əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-766/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 1500 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi ustafazadə Ruslan Əsabəli oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 2ını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün İş üzrə maddi sübut, Sumqaqyıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 89,72 qram çəkidə əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar