Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-780/2025 23.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1993-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Nizami küçəsi 111, inzibati binada pasport qeydiyyatında olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 6,054 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə “qurudulmuş marixana” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 11 avqust 2025-ci il tarixdə saat 17:52-də həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsi, 10 nömrəli fərdi yaşayış evinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəgli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 6,054 qram çəkidə həmin narkotik vasitə “qurudulmuş marixana” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Bir neçə müddətdir ki, narkotik vasitə istifadəçisidir. Tanımadığı şəxslərdən şəxsi istifadəsi üçün narkotik vasitələr əldə edirdi. Lakin sonuncu dəfə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsi, 10 nömrəli fərdi yaşayış evinin yaxınlığında üzərində narkotik vasitə olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmışdır. İfadəsini tam təsdiq edir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Bakı şəhəri, 20 yanvar adlanan əraziyə gələrək orada olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı şəxslə tanış olmuş, həmin şəxslə danışıq zamanı narkotik vasitə istifadəçisi olduğunu başa düşüb həmin şəxsdən narkotik vasitə istifadəçisi olduğunu bildirib tanımadığı şəxsdən onun üçün pul müqabilində narkotik vasitə verməsini xahiş etmişdir, həmin şəxs də ona 60 (altmış) manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana bükümü vermişdir, həmin bükümü alıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 17 radələrində Sumqayıt şəhərinə gəlmişdir. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Çexov küçəsi, 10 nömərli fərdi yaşayış evinin yaxınlığında piyada hərəkət edən zaman 4 (dörd) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu saxlamış, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları olduqlarını deyib, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdirlər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefonla fasiləsiz video çəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üzərinə baxış keçirəcəklərini demiş, o, etiraz etməmiş, sonra, polis əməkdaşları ona özünü təqdim etməyini demişlər, o özünü təqdim edib Hüseynzadə likin Alim oğlu olduğunu demiş, daha sonra əməliyyat müvəkkili üzərinə baxış keçirməyə başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə, soruşmuş, o, üzərində narkotik vasitə olan "qurudulmuş marixuana bükümü olduğunu deyib əynində olan boz rəngli cins şalvarının sağ yan cibindan 01 (bir) adəd şəffaf rangli sellofanla bağlanmış bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümə vizual olaraq baxdıqda içərisində yaşıl rəngli bitki mənşəli, narkotik vasitə qurudulmuş marixunaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra polis əməkdaşı ondan həmin kütlənin nə olduğunu soruşmuş, o həmin kütlənin nəişə, yəni, narkotik vasitə qurudulmuş marixuana olduğunu demiş, daha sonra polis əməkdaşı ona üzərindən aşkar olunmuş narkotik vasitəni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, o, həmin narkotik vasitə qurudulmuş marixuana bükümünü tutulduğu tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar adlanan ərazidə olan zaman təsadüfən rastlaşdığı, əvvəllər tanımadığı şəxsdən 60 (altmış) manat pul müqabilində alıb öz istifadəsi üçun alıb üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan narkotik vasitə "qurudulmuş marixuanaya bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi ilə ölçüldükdə çəkisinin 6,30 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi cinayət əməlinə görə özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq barəsində 19 dekabr 2025-ci il tarixli amnistiya qərarının tətbiq edilməsini, cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadələri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokol, şəxsi axtarış keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında protokol və DVD disklərdə olan videogörüntülər, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaların rəyləri, əməliyyat tapşırığına verilmiş cavab, ilkin təhqiqat materialları və digər sübütlarla kifayət qədər təsdiq edilərək sübuta yetirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinə əlavə edilmiş Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-20/719 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” yazıları və imzalar olan sellofan bağlamadakı təmiz çəkisi - 6,054 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi 6,054 qram, təhqiqata sərf edildi 0,02 qram, qalıq 6,034 qram. Marixuana (kannabis) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinə əlavə edilmiş Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, “4931”sayh rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİODİLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 13 avqust 2025-ci il tarixli əşyaların maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 6,054 qram olan narkotik vasitə olan marixuana cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 6,034 qram çəkidə narkotik vasitə olan marixuana saxlanılmasından ötrü Sumqayıt ŞPİnin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 11 avqust 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrm etmə cəzasına məhkum edildikdən sonra Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli 7(010)-736 saylı qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 04 (dörd) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 13 avqust 2025-ci il tarixdə azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən və məhkəmə elektron sistemdən çxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidləin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Onun törətmiş olduğu cinayət əməli «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı bəndinin təsiri altına düşür. Məhkəmə Təqsirləndirilən şəxs ərizə təqdim edərək «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarına uyğun olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarın 1.16-cı bəndinə əsasən onun barəsində CM-nin 234.1ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 515.2-ci maddəsinə əsasən amnistiya aktının tətbiq edilməməsi və ya düzgün tətbiq edilməməsi haqqında məhkumun ərizəsinə amnistiya aktı və cinayət qanununun müddəalarına müvafiq olaraq cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılır. «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 24-cü hissəsinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Bunlara əsasən məhkəmə hesab edir ki, «Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, “Əməliyyat-axtarış tədbirinn keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə” aparılmasını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, tədqiqatdan sonra qalıq qalmış 6,034 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 110 ( yüz on) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 39.1.12, 43.3, 175.5, 321.2.1, 346, 347.1 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16-cı bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 6,034 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-780/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-780/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver