Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-781/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızı katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində tanıdığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xaraketrik xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 4 il əvvəl tanımışdır. Belə ki, həmin vaxt Ruslan Sumqayıt şəhəri, Kotec qəsəbəsində kirayədə yaşayırmış. Həmin vaxtdan da onunla münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı ünvana getdiyi zaman Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən “Las Vegas” kafesinin yaxınlığında Ruslanı görmüşdür. Onunla söhbət etməyə başlamışlar. Söhbət zamanı da o Ruslandan təxminən 6 ay əvvəl borc verdiyi 70 manat pulu tələb etmişdir. Ruslanda hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman ona olan 70 manat borcunu ödəyəcəyini demişdir. Lakin o həmin vaxtdan Ruslanı görmədiyini, buna görə də pulun indi istədiyini bildirmişdir. Yenə də təkid edərək pulunu istəmişdir. Buna görə də Ruslan əsəbiləşmişdir. Ruslan da yüksək səslə imkanı olmadığını bildirərək onun ünvanına nalayiq ifadə işlətmişdir. Bundan sonra da o Ruslanın üzərinə getmişdir. Həmin vaxt da sağ əli ilə Ruslanın sol göz nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuşdur. Ruslan da onun barəsində polisə müracitə edəcəyini bildirmişdir. O da Ruslanı vurduğundan peşman olduğu üçün yaxınlaşıb üzr istəmək istəmişdir. Ruslan da yenidən yenidən ondan şikayət edəcəyini bildirmiş və oradan çıxıb getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs təxminən 4 il əvvəl tanımışdır. Belə ki, o həmin müddətdə Sumqayıt şəhəri, Kotec qəsəbəsində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs da qonşuluqda yaşamışdır. Həmin vaxtdan da Rəfaillə münasibətləri yaranmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində yaşadığı ünvana getdiyi zaman Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində yerləşən “Las Vegas” kafesinin yaxınlığında Rəfaili görmüşdür. Rəfaillə söhbət etməyə başlamışlar. Söhbət zamanı da Rəfail təxminən 6 ay əvvəl ondan borc aldığı 70 manat pulu tələb etmişdir. O da hazırda maddi imkanının olmadığını, imkanı olduğu zaman Rəfailə olan 70 manat borcunu ödəyəcəyini demişdir. Lakin Rəfail həmin vaxtdan onu görmədiyini, buna görə də pulunu indi istədiyini bildirmiş və yenə də təkid edərək pulunu istəmişdir. Buna görə də onu əsəbiləşdirmişdir. O da yenə imkanı olmadığını bildirərək Rəfailin ünvanına nalayiq ifadə bildirmişdir. Bundan sonra da Rəfail onun üzərinə gəlmişdir. Həmin vaxt da sağ əli ilə sol göz nahiyyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. O da Rəfailin barəsində polisə müraciət edəcəyini bildirmişdir. Rəfail də ona yaxınlaşıb üzr istəmişdir. O da Rəfaildənn şikayət edəcəyini bildirmiş və oradan uzaqlaşıb yaşadığı ünvana gəlmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1384 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sol göz qapaqları və gözaltı nahiyyənin qançır-şişkinliyi. Qeyd olunan xəsarət bərk küt əşyanın təsiindən yaranmışdır, müayinədən bir günə qədər olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə yumruql yetirilə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində 06.2010-cu il tarixdən narkomaniya diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2023-cü il tarixli, 297 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər MKTİB-nin fərdi sektor üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri ürə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və DİN-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Xzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 20 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67, 76.6.3, 93.1.4-cü maddəsi ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qərarı ilə 04 ay 12 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2017-ci ildə cəza müddəti başa çatmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri qeydə alınmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221-ci maddəsilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-781/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-781/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver