Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-782/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vumuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində Sumqayıt şəh., 5-ci mkr, yat 8/12, 88 saylı mənzilin önündə dəhlizdə qonşusu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun saçlarından tutub başını aşağıya əyərək sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmaqla ona burun sümüklərinin burunla tənəffüsü pozmayan xətti sınığı, burunun qançırı xəsarətlərinin yaranması ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid xəsarət və üst dodağın qançırı xəsarətinin yaranması ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, Məxmər onlarla qonşuluqda yaşayır. Onunla əvvəllər hər hansı ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində işdən evə gəldikdən sonra bacısı Simarə ona bildirmişdir ki, Məxmərlə qardaşı qızı Zeynəb həmin gün həyətdə onu saxlayıb guya onun Məxmərə kinayəli ifadə işlətməsi səbəbilə irad bildirmişdir. Həmçinin həmin vaxt Məxmər bacısına qarşı nalayiq ifadə işlətmiş, bu səbəbdən o, əsəbləşərək söhbət etmək üçün Məxmərgilin yaşadığı mənzilə gedib qapını döymüş, qapını Məxmər özü açmışdır. Məxmərdən bacısına qarşı nalayiq ifadə işlədib-işlətmədiyini soruşduqda Məxmər onunla kobud formada danışmışdır. Bu zaman o, əsəbləşərək Məxmərin saçlarından tutub başını aşağıya doğru əyib sifət nahiyəsinə yumruq zərbəsi ilə bir dəfə vurmuşdur. Bundan sonra Məxmərin səsinə qardaşı qızı Zeynəb də qapıya gəlmişdir. Məxmər onun barəsində polisə şikayət edəcəyini dedikdən sonra Məxməri buraxıb evlərinə geri qayıtmışdır. Sonradan məlumatı olmuşdur ki, Məxmər onun barəsində polisə şikayət etmişdir. Həmin münaqişə Məxmərglin yaşadığı mənzilin giriş qapısının önündə baş vermiş və 2 dəqiqə davam etmişdir. Baş vermiş həmin münaqişə zamanı orada o, Məxmər və qardaşı qızı Zeynəbdən başqa hər hansı şəxs olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxsdən etdiyi hərəkətə görə bir daha üzr istədiyini bildirir. Hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, özünü təqsirli bildiyini qeyd edərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Siyarə onunla eyni yataqxanada yaşayır. Simarə bir neçə dəfə məhəllədə onun yanından ötüb keçərkən ona qarşı kinayəli ifadələr işlətmişdir. 22.08.202-ci il tarixdə saat 20 radələrində o, qardaşı qızı Şahid ilə marketdən gələrkən həyətdə Simarə ilə rastlaşmışdır. Onlar Zeynəb ilə qərara gəlmişdir ki, Simarə ilə söhbət edərək bir daha xoşagəlməz hərəkətlərə yol verməməsini bildirsinlər. O, Simarəyə irad bildirib belə xoşagəlməz hərəkətlərə yol verməməsini bildirsələr də, Simarə onlara məhəl qoymamış, onun ünvanına lüzumsuz ifadələr işlətmişdir. Daha sonra onlar yoluna davam edərək yaşadığı evə gəlmişdir. Təxminən 20 dəqiqə sonra mənzilinin qapısının döyülməsini eşidib açdıqda Simarənin bacısı Siyarənin gəldiyini görmüşdür. Siyarə onlarla mübahisə edərək guya onun bacısı Simarəyə qarşı nalayiq ifadə işlətdiyini bildirmişdir. O, Simarəyə belə bir söz demədiyini söylədikdə Siyarə onun saçlarından tutub başını aşağıya doğru əyərək sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi ilə vurub buraxmışdır. Onun sifət nahiyəsindən qan axmağa başlamışdır. Həmçinin həmin vaxt onun əlindən çıxmaq istədikdə sol qol nahiyəsi divara çırpılmış, nəticədə həmin nahiyəsindən də xəsarət almışdır. O, Siyarəyə barəsində polisə şikayət edəcəyini bildirdiyindən Siyarə uzaqlaşıb getmişdir. Zeynəb ona köməklik edib qanı saxlamağa çalışmış və 102 xidmətinə zəng edib bu barədə şikayət etmişdir. Hadisə zamanı orada yalnız qardaşı qızı Şahid olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid anoloji izahat verərək Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan AR SN-nin MTE və PAB X5 xx.xx.2024-cü il tarixli, 1452 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: burun sümükərinin burunla tənəffüsü pozmayan xətti sınığı, burunun, üst dodağın, sol saidin qançırı. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə burunla tənəffüsü pozmayan xətti sınığı, burunun qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aiddir. Üst dodağın, sol saidin qançırı xəsarətinin yaranması ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.16-18). Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan ərizələrdən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. ( i.v.19-20) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v.40) İş materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.62) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvələr CM-nin 73.2-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəməsini, onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” 25 iyul 2022-ci il tarixli qərarına görə CM 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. Məhkəmədə Təqsirləndirilən şəxsə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR NK-nin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilsin və cinayət məsuliyyətindən azad edilsin. Vəkil Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-782/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-782/2024
17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver