Məhkəmə qərarları › İş №1(060)-783/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-783/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-783/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittihamçı X5 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Əliyev Məmməd Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X9 ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Əliyev Məmməd Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X9 ərizəsini onunla əsaslandırdı ki, Əliyev Məmməd Süleyman oğlu xx.xx.2023-cü il tarixdə saat 14-15 radələrində ona məxsus Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən Mebel Evinə gələrək satıcı X3 guya onun borclu olduğunu bildirərək əvəzsiz olaraq iki mebel dəsti götürməyə çalışmışdır. O bu məqsədlə işçilərini mebelləri aparmaq üçün yük avtomobili ilə həmin ünvana gəlmişdir. X15 Süleyman oğluna mane olmağa çalışmışdır. Lakin M.S.X1 təhqir etmiş, onun ünvanına təhqirəramiz söyüşlər söymüşdür. X7 tərəfindən bu barədə məlumatlandırıldıqdan sonra dərhal, təxminən, 20-25 dəqiqəyə həmin ünvana gəlmiş, Əliyev Məmməd Süleyman oğluna heç bir borcu olmadığını bildirsə də, o onu nəlayiq sözlərlə təhqir edərək uzun müddət, 30 dəqiqə ərzində onu hədələməklə, ünvanına nalayiq sözlər demiş, həm Mebel Evinin daxilində, həm də həyətində xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Əliyev Məmməd Süleyman oğlu bununla kifayətlənməyərək instagram səhifəsində onu dələduz adlandıraraq əhalini ona məxsus “Dörd qardaş” Şadlıq evində mərasimlərin keçirilməsi ilə bağlı, eləcə də Mebel Evində mebel əşyalarının alınması ilə bağlı, həmçinin heyvandarlıq təsərrüfatından ərzaq mallarının alınmaması ilə bağlı əhaliyə müraciət etmişdir. Məhz bu səbəbdən də ona edilən sifarişlər nəinki azalıb, faktiki olaraq yoxdur. Bu səbəbdən də işçilərin hətta əmək haqqını belə ödəyə bilmir. Əliyev Məmməd Süleyman oğlu cəmiyyətdə qəbul edilmiş mənəvi-əlaqi dəyərlərə zidd şəkildə şərəf və ləyaqətini nəlayiq formada qəsdən alçaltmışdır, onu əhatəsində olan dostlarının, qohumlarının, tanışarının gözündə nüfuzdan salmışdır. Hazırda da cavabdeh instagram səhifəsində qanunsuz hərəkətlərini davam etdirir. Onun qanunsuz hərəkətləri nəticəsində böyük sarsıntı və izdirablar keçirmiş, sağlamlığını itirmişdir. Bu günlərdə yalnız həkim nəzarəti altında yaşayır. Səhhətindəki problemlərlə bağlı dəfələrlə təcili təxirə salınmaz tibbi yardım xidmətinə müraciət etmişdir. Əliyev Məmməd Süleyman oğlunun hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində cinayət əməlinin tərkibi vardır. Əliyev Məmməd Süleyman oğlu ünvan 3 ünvanında yerləşən 42 saylı mənzildə yaşayır. Şikayətdə göstərilən cinayətin törədilməsi halları həmin vaxtı orada olan X10, X7, X2, X6 məlumdur. Yuxarıda göstərilənlərə əsasən Əliyev Məmməd Süleyman oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş edirəm Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. İş materiallarından görünür ki, xüsusi ittihamçı şikayətində barəsində şikayət vermiş şəxs tərəfindən digər dəlilləri təsdiq edən sübutları şikayətdə hansı sənədlərlə, habelə hansı digər dəlillərlə təsdiq edən sübutlar əlavə etməmişdir. Buna görə də, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.7-ci maddələrinin tələblərini pozulmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Əliyev Məmməd Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Əliyev Məmməd Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar