Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-784/2023 29.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakları ilə, xx.xx.1987-ci ildə Qubadlı rayonu, Əfəndilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, çəkilməmiş 01 il 09 ay 03 gün azadlığın məhdudlaşdırılması cəzası qalan, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Azneftin qarajında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə verilən ittihamda qeyd olunur ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 22 iyun 2023-cü il tarixdə saat 13:20 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən Natavan kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə gətirildikdən sonra, üzərində aparılan şəxsi axtarış zamanı 34 (otuz dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qram, 0,009 qram, 0,014 qram, 0,009 qram, 0,011 qram, 0,015 qram, 0,010 qram, 0,015 qram, 0,013 qram, 0,011 qram, 0,012 qram, 0,011 qram, 0,013 qram, 0,008 qram, 0,012 qram, 0,011 qram, 0,010 qram, 0,011 qram, 0,011 qram, 0,003 qram, 0,014 qram, 0,012 qram, 0,012 qram, 0,014 qram, 0,012 qram, 0,011 qram, 0,012 qram, 0,015 qram, 0,010 qram, 0,013 qram, 0,014 qram, 0,012 qram, 0,008 qram, 0,012 qram, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroin əynində olan şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 22 iyun 2023-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 25 manat dəyərində narkotik vasitə heroin almış və yerində özü istifadə etmək məqsədi ilə xırda bükümlərə bölərək cibinə qoymuş, evə getmək istəyərkən saat 13:20 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Natavan” kafesinin qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitəni istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus narkotik vasitə heroini təqdim etmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmışdır. İlkin məhkəmə baxış iclasında polis əməkdaşları tərəfindən saxlanılan zaman təzyiqə məruz qaldığını bildirsə də, yanlış ifadə vermiş, çənəsində olan xəsarətin polis əməkdaşları tərəfindən saxlanılarkən yıxılması nəticəsində yaranmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Hər dəfə səkkiz büküm açaraq istifadə etmişdir. Narkotikin satışı ilə heç bir vaxt məşğul olmamışdır. Himayəsində qız övladı vardır. Əməlindən peşmandır. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində bildirdi ki, 22 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasənda əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 də iştirak etmişdir. 22 iyun 2023-cü il tarixdə, günorta radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Natavan” kafesinin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs də əynində olan şalvarının sağ yan cibində saxlamış olduğu içərisində ağ rəngli kağız bükümlər olan siqaretin üzlük sellofan bükümünü təqdim etmişdir. Həmin bükümlərə baxış keçirilərkən ümumi təxminən 34-35 ədəd bükümlərin içərisində tünd-qəhvəyi rəngli maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, bildirmiş ki, üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur, Sumqayıt şəhər, Corat qəsəbəsində tanımadığı şəxsdən almış, sonra da öz şəxsi dozasını müəyyən edib asanlaşdırmaq üçün ayrı-ayrı bükümlərə bölərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər elektron tərəziyə qoyularaq çəkilmiş və bükümlərin çəkisinin bir qram olduğu müəyyən edilmişdir. Götürülmüş bükümlərdə narkotik vasitə olan heroin bənzər maddə qablaşdırılib ekspertizaya göndəriməsi üçün möhürlənmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təzyiq göstərilməmiş, o da polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Avtovağzal ərazisində narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün yerinin müəyyən edilməsi məqsədi lə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qeyd olunmuşdur. İş materiallarında olan Sumqayııt şəhər Polis İdarəsi 3-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olduğundan əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid2 və Sumqayıt ŞPİ-nin KKTB-nin eksperti, polis mayoru X2 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Avtovağzal ərazisi, “Natəvan” kafesinin qarşısında xx.xx.2023-cü il tarixdə saat 13:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb ediməklə ona ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-248/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predmet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kağız bükümlər olan siqaretin üzlük sellofan bükümünü, həmin şalvarın arxa sağ cibindən kağız pul əskinaslarını, 1 ədəd əl dəsmalını çıxarıb təqdim etdi. Həmin bükümlər tərəfimdən tək-tək açılaraq içərisinə baxış keçirildi. Baxış keçirilərkən ümumi 34 (otuz dörd) ədəd bükümlərin içərisində tünd-qəhvəyi rəngli maddə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən içərisində 34 ədəd ağ rəngli kağız bükümlər olan siqaretin üzlük sellofan bükümündəki hər bir kiçik bükümlərin içərisində narkotik maddə "kakos" olduğunu, həmin maddələri xx.xx.2023-cü il tarixdə, səhər radələrində Corat qəsəbəsindən ümumilikdə 35 manat ödəməklə tanımadığı şəxsdən tam olaraq almış, sonra da öz şəxsi dozasını müəyyən edib asanlaşdırmaq üçün ayrı-ayrı bükümlərə bölərək, cəmi 34 ədəd büküm edib üzərində saxlamışdır. Üzərindən aşkar edilən büküm lərdəki narkotik maddə “kakosun” özünə msəxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində qəhvəyi rənlgi. toz şəkilli maddə olan kağzı bükümlərin hər biri ayrı-ayrılıqda və ümumi şəkildə elektron tərəziyə qoyularaq çəkildi. 1-ci büküm 0,03 qr, 2-ci büküm 0.04 qr. 3-cü büküm 0.06 qr, 4-cü büküm 0,06 qr, 5-ci büküm 0.05 qr, 6-cı büküm 0.07, 7-ci büküm 0,04, 8-ci büküm 0,06, 9-cu büküm 0.04 qr, 10-cu büküm 0.05 qr. 11- ci büküm 0.06 qr. 12ci büküm 0,04 qr, 13-cü büküm 0,06 qr, 14-cü büküm 0.05 qr. 15-ci büküm 0, 07 qr, 16-cı büküm 0,03 qr. 17-ci büküm 0,05 qr. 18-ci büküm 0.05 qr. 19-cu büküm 0,03 qr, 20-ci büküm 0,03, 21-ci büküm 0,05 qr. 22-ci büküm 0.04 qr, 23-cü büküm 0,05 qr, 24-cü büküm 0,05 qr, 25-ci büküm 0,05 qr, 26-cı büküm 0,06 qr, 27-ci büküm 0,06 qr, 28-ci büküm 0.04 qr. 29-cu büküm 0.05 qr. 30-cu büküm 0.05 qr. 31-ci büküm 0.03 qr. 32-ci büküm 0,04 qr. 33-cü büküm 0.04 qr. 34-cü büküm 0,03 qr olmaqla bütün bükümlərin ümumi çəkisi 1,83 qram oldu. Bundan sonra 34 ədəd bükümlər kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 59 manat pul və bir ədəd əl dəsmalı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarıldı. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/3496 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 34 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,012 qr., 0,009 qr., 0,014 qr., 0,009 qr., 0,011 qr., 0,015 qr., 0,010 qr., 0,015 qr., 0,013 qr., 0,011 qr., 0,012 qr., 0,011 qr., 0,013 qr., 0,008 qr., 0,012 qr., 0,011 qr., 0,010 qr., 0,011 qr., 0,011 qr., 0,003 qr., 0,014 qr., 0,012 qr., 0,012 qr., 0,014 qr., 0,012 qr., 0,011 qr., 0,012 qr., 0,015 qr., 0,010 qr., 0,013 qr., 0,014 qr., 0,012 qr., 0,008 qr., 0,012 qr., ümumi təmiz çəkisi 0,392 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 34 ədəd bükümdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,034 qram sərf edildikdən sonra 0,358 qram heroin qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 974 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli tapşırığa cavab məktubundan görünür ki, Sumqayıt ŞPİ-nin, İŞ-nin müstəntiqi, polis kapitanı Murad Bədəlov tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib etdilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilir ki, tapşırıqla əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticəsi olaraq müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən 22 iyun 2023-cü il tarixdə, saat 13:20 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Natavan” kafesinin qarşısında olan zaman narkotik vasitə üzərində gəzdirməkdə və istifadəsində şübhəli bilindiyi üçün saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və bölmədə olan xidməti otaqda üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 34 (otuz dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 0,392 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması əməliyyat yolu ilə müəyyən olunsa da, lakin onun narkotik vasitələri satdığı və ya satacağı şəxslərin əhatə dairəsini müəyyən elmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 34 (otuz dörd) ədəd bükümdə narkotik vasitə heroini kimdən və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamış, bu istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir, hər hansı bir məlumat əldə olunacağı təqdirdə əlavə olaraq məlumat veriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 550 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt ŞPİ-nin icraatında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli material üzrə xx.xx.2015-ci il tarixdə CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-202/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində olan məhkəmə hökmü idarənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə idarədə qeydiyyata götürülmüşdür. Cəzanın əvvəli xx.xx.2023-cü il tarix, cəzasının sonu xx.xx.2025-ci il tarixə hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Məhkəməsinin 4(060)-284/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən 03 ay həbs qətimkan tədbiri seçildiyi üçün cəza müddətinin axımı dayandırılmışdır. xx.xx.2023-cü il tarixədək ona təyin edilmiş cəzanın 02 ay 23 gün hissəsini çəkmiş, 01 il 09 ay 03 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan Qubdalı rayonu İcra Hakimiyyəti başçısının Həmzəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11-14/83 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün statusuna malikdir, ailə üzvləri həyat yoldaşı-xx.xx.1990-cı il təvəllüdlü X7 və qızı-xx.xx.2008-ci il təvəllüdlü X3 ibarətdir, ailə Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şosesi, Döngə 4, “Neftlayih” İdarəsinin binasında müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 22 iyun 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Azneftin qarajında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən "Natavan” kafesinin qarşısında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis leytenantı Emin Alışov tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 34 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddələr aşkar olunduğu, həmin bükümlərin büküm ilə birlikdə çəkisi 1.83 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığını görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 22 iyun 2023cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 35 manata aldığını, sonra da öz şəxsi dozasını müəyyən edib asanlaşdırmaq üçün ayrı-ayrı bükümlərə bölərək cəmi 34 ədəd edib üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən kağız pul əskinasları və 1 ədəd əl dəsmalı aşkar olunmuş, lakin iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə geri qaytarılmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 4158 saylı, xx.xx.2023cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1824 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlirəm ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Onda xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: 1. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. 2. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə yekun hissə: 1. X6 xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. 2. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. 3 və 4. X9 cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. 5. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. 6. X6 fərdi-psixi xüsusiyyətlərinə görə hadisə ilə əlaqədar özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,358 qram narkotik vasitə heroin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, cinayət işi üzrə dindirmə protokolları, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, həmin istintaq hərəkətlərinin aparılmasının qeydə alındığı bir ədəd DVD diskə köçürülmüş videogörüntü, götürülmüş maddi sübut, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji və məhkəmə-tibbi, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertiza rəyləri, ilkin təhqiqat materialları, eləcə də digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan sorğu vasitəsi ilə əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi Məhkumun Tibbi Kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs ilkin tibbi baxış zamanı zədə almadığını bildirmiş, baxış zamanı hər iki saidin ön səthində, qarnın ön divarında köhnə çapıqlar aşkar edilmiş, hal-hazırda şikayəti olmadığını bildirmişdir. İş materiallarında olan sorğu vasitəsi ilə əldə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin Tibbi Müayinənin Keçirilməsi və X4 Qeydiyyatı Kitabının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:15-də MSY-nə gətirilmiş, ilkin müayinə zamanı çənəsinin alt hissəsində yara, sol boynu şiş aşkar olunmuşdur, şikayəti yoxdur. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün 34 bükümdə olmasından başqa onun aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə əldə etməsini təsdiq edən sübut, ən əsası isə onun bu kimi fəaliyyətlə məşğul olub-olmamasına və ondan aşkar olunmuş narkotik vasitəni satmaq üçün hər-hansı istehlakçı ilə razılıq əldə etməsini və ya danışıqlar aparmasına dəlalət edən hər hansı dəlil mövcud deyildir. Qeyd edilməlidir ki, cinayət işi üzrə toplanmış və tədqiq edilmiş sübutlar təhlil edilərkən müəyyən olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitəni əldə etməsi ittihamını irəli sürərkən ittihamın əsasını təşkil edən sübut kimi yalnız narkotik vasitənin 34 bükümdə olmasına istinad etmiş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəsini əldə etməsini təsdiq edən hər-hansı əlavə sübut əldə edə bilməmiş, məhkəmə iclasında da Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təkzib etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı Şahid2 Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumat olmadığını, sadəcə istifadə etməsi barədə məlumatları olduğunu bildirmişlər. Bundan başqa iş materiallarından da görünür ki, xx.xx.2023-cü il tarixli “əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə” qərarda Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi barədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi zərurəti yaranmış və bu məqsədlə həmin tarixdə əməliyyat qrupu yaradılmışdır. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasının əməliyyat yolu ilə müəyyən olunsa da, onun narkotik vasitələri satdığı və ya satacağı şəxslərin əhatə dairəsini müəyyən etməyin mümkün olmadığını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 34 (otuz dörd) ədəd bükümdə narkotik vasitə heroini kimdən və nə vaxt əldə etməsini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirildiyini, lakin müsbət nəticə əldə etmək mümkün olmadığı qeyd olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatı təsdiq edəcək hər hansı sübut və ya mənbə aşkar edilməmişdir. Göründüyü kimi əməliyyat axtarış tədbirinin keçirilməsinə əsas olan ilkin məlumat məhz şəxsin narkotik vasitələrinin şəxsi istehlakı ilə bağlı olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbiri keçirilmiş, şəxs saxlanıldıqdan sonra onun üzərindən aşkar edilmiş bükümlərin sayı ilə ibtidai istintaq orqanı onun narkotik vasitənin satışı və ya satmaq niyyətinin olması qənaətinə gəlmişdir. Başqa hər hansı sübut işdə mövcüd deyildir. Hər hansı sübuta söykənməyən yalnız ehtimala əsaslanan fikir ilə şəxsə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilə bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin onun tərəfindən satış məqsədi ilə əldə edilməsini, eləcə də, məhz satış məqsədi ilə onun tərəfindən 34 ədəd ayrı-ayrı bükümlərə yerləşdirilməsini təsdiq edən mötəbər sübut aşkar edilmədiyi, habelə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını və ondan aşkar edilmiş narkotik vasitəni satmaq üçün istehlakçı müəyyən edilmədiyi, eyni zamanda onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut olmadığı üçün onun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi yol verilməzdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühim əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Müstəntiq tərəfindən sübutların qiymətləndirilməsi haqqında qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan Plenum qərarına istinad edilərək təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı olması qeyd olunsa da, məhkəmə araşdırması zamanı narkotik vasitənin xırda bağlamalara bükülməsindən başqa göstərilən digər xüsusatlar, həmçinin başqa hər hansı sübutun olması müəyyən edilməmiş, mövcud sübutlar isə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlinməsi üçün kifayət deyildir. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən əlavə, onda narkomaniya xəstəliyinin aşkar olunması, əvvəllər də narkotik vasitədən istifadəyə görə məhkum olunması onun narkotik maddələrin istifadəçisi olmasını bir daha möhkəmləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 34 bükümdə narkotik vasitə olan heroinin ümumi çəkisinin 0,392 qram olması və ən ağır çəkisi olan bükümünün qanunla müəyyən edilmiş şəxsi istehlak miqdarının yuxarı həddidən on dəfə aşağı çəkidə olması özünün istifadə etməsinə dair dəlil və mövcüd sübütları gücləndirir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təkzib olunsa da, sadalanan sübutlara əsasən onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı səhvən Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla sübuta yetirilir. Belə olan halda Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qismən əməlini etiraf etməsi və peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər eyni cinayət əməlini törətməsinə görə məhkum edilməsini, cəzası başa çatmadan yenidən qanunsuz olaraq narkotik vasitə istifadə etməsini onun əvvəlki cinayətə görə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının məhkumun tərbiyələndirilməsinə, yeni cinayətin törədilməsindən çəkinməsi məqsədinə nail olunmadığını göstərir və o, islah olunmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 09 ay 03 gün hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 0,358 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-784/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 12092023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 09 (doqquz) ay 03 (üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və kimyəvi ekspertiza nəticəsində qalıq qalmış 0,358 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-784/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-784/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver