Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-787/2025 16.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs “X3” MMC-nin tabeliyindəki “Sənayecihaz” Elmi İstehsalat müəssisəsinə tanışları vasitəsi ilə qaynaqçı kimi işə düzəldilməsində köməklik edəcəyini yalan vəd verib aldadaraq, 24 sentyabr 2024-cü il tarixdə sonuncu tərəfindən yaşadığı ünvanda yəni, ünvan 2 ilə "xxxx" ASC-nə məxsus 4169-7388-7362-9368 nömrəli bank kartının bank hesabından, 4127- 2081-0443-1357 nömrəli bank kartının bank hesabına göndərilmiş 500 manatı, 2025-ci ilin fevral ayının əvvəllərində Sumqayıt şəhəri, Koroğlu prospekti ərazisində yerləşən Dədə- Qorqud şadlıq sarayının qarşısında aldığı 500 manatı, ümumilikdə 1000 manat məbləğində pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs maddi zərər vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2015-ci ildən “Azərtexnoline” şirkətində Zərərçəkmiş şəxsla birlikdə qaynaqçı işləmiş, şirkətdən təxminən 2019-cu ildən çıxsa da, onunla daimi olaraq ünsiyyəti olmuşdur. Qeyd etmişdir ki, Emil təxminən 2023-cü ilin noyabr ayında Azərtexnoline şirkətində işdən çıxmış və həmin il X4 şirkətinə işə düzəlmiş, amma işlədiyi yerin əməkhaqqısından narazı olmuşdur. O, həmin müddətdə “X3” MMC-nin “Sənayecihaz” Elmi İstehsalat müəssisəsində qaynaqçı işləmişdir. Həmin müddətdə onun işlədiyi müəssisə qaynaqçı axtarmışdır. O, həmin müəssisədə 2 ildir işlədəyindən və onun sözü ilə Emili qaynaqçı düzəldəcəklərindən əmin olmuşdur. Buna görə də 2024-cü ilin sentyabr ayının əvvəllərində Emilə zəng edərək onu işlədiyi “X3” MMC-nin “Sənayecihaz” Elmi İstehsalat müəssisəsinə qaynaqçı vəzifəsinə düzəldə biləcəyini, ilk öncə müdriyyətlə danışmalı olduğunu və daha sonra xəbər edəcəyini demişdir. Qeyd etmişdir ki, bu işlə bağlı heç kimlə danışmamışdır. Bir gündən sonra Emilə zəng etmiş, müdriyyətin razı olduğunu və 1000 manata onu işə düzəldə biləcəyini demişdir. Düşünmüşdür ki, onsuzda müəssisəyə qaynaqçı axtarılır və Emili işə götürəcəklər, pul da ona qalacaq. Emil ona zəng edərək 1000 manatı tam verə bilməyəcəyini, işə düzələndən sonra ilk ayın maaşını verəcəyini bildirmişdir. İlk öncə razılaşmamış amma səhəri gün razılaşmış, səhəri gün yəni xx.xx.2024-cü il tarixdə Emilə zəng edərək müdriyyətlə razılığa gəldiyini və 500 manatı indi, 500 manatı isə işə düzələndən sonra verəcəyini demişdir. Onlar razılaşmış və xx.xx.2024-cü ildə Emil onun kart hesabına 500 manat pul göndərmişdir. Bu prosesin 02 ay vaxt alacağını, digər 500 manatı işə çıxanda yəni dekabr ayında verəcəyini demişdir. 2025-ci ilin yanvar ayının 15-də Emil ona zəng edərək işinin niyə hələ də düzəlmədiyini soruşduqda, o, ona biraz səbirli olmağını, müdriyyətin xaricdə səfərdə olduğunu demişdir. 2025-ci ilin təxminən fevral ayında o, Emilə zəng edərək pulun müdriyyətə tam çatmadığını və 500 manatı da verməli olduğunu, pulu verəndən bir həftə sonra işə çıxacağını bildirmişdir. Emil ona 500 manatı Sumqayıt şəhəri, Koroğlu prospekti, Dədə- Qorqud şadlıq sarayının qarşısında vermiş, orada ancaq Emil və o olmuşdur. Daha sonra müəssisədə qaynaqçı vakansiyası bağlanmış və Emili işə düzəldə bilməmişdir. Emildən aldığı 1000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və Emili işə düzəltmək üçün heç kimə pul verməmişdir. O, özünü təqsirli bildiyini, zərərçəkmişlə barışdığını, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Zərərçəkmiş şəxs ilə barışdığını, dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxslə birlikdə 2015-ci ildən “Azərtexnoline” şirkətində qaynaqçı işlədiyini bildirmişdir. Mehman şirkətdən təxminən 2019-cu ildən çıxmış, işdən çıxmasına baxmayaraq onların mütəmadi olaraq ünsiyyətləri olmuşdur. O, 2023-cü ilin noyabr ayında “Azərtexnoline” şirkətindən işdən çıxmış və həmin ilin dekabr ayında X4 şirkətinə işə girdiyini bildirmişdir. Amma işlədiyi yerin əməkhaqqısından narazı olduğu üçün daha yaxşı maaşlı iş axtarmışdır. 2024-cü ilin sentyabr ayının əvvəllərində Mehman ona zəng edərək hal-əhval tutmuş və işsiz olduğunu bildiyi üçün onu “X3” MMC-nin “Sənayecihaz” Elmi İstehsalat müəssisəsinə qaynaqçı vəzifəsinə işə düzəldə biləcəyini demişdir. O, bu təklifə razılıq vermiş və Mehman ona əvvəlcə müdriyyətlə danışmalı olduğunu və daha sonra xəbər edəcəyini demişdir. Bir gün keçdikdən sonra Mehman ona zəng edərək müdriyyətin də razı olduğunu və 1000 manata onu işə düzəldə biləcəyini demiş, o, Mehmana o qədər pulunun olmadığını amma işə düzələndən sonra ilk ayın maaşını verəcəyini bildirmişdir. Mehman onunla razılaşmamış, səhəri gün yəni xx.xx.2024-cü il tarixdə ona zəng edərək müdriyyətlə onun barəsində razılığa gəldiyini və 500 manatı indi 500 manatı isə işə düzələndən sonra verəcəyini demişdir. O, Mehmanla razılaşmış və xx.xx.2024-cü ildə Mehmanın göndərdiyi hesaba 500 manat pul göndərmişdir. Mehman ona işə düzəlmək prosesinin 02 ay vaxt alacağını, digər 500 manatı işə çıxanda yəni dekabr ayında verəcəyini demişdir. 2024-cü ilin dekabr ayının ortalarında o, Mehmana zəng etmiş və ona işlə bağlı bir xəbər çıxmadığını soruşduqda Mehman görüşmək istədiyini demişdir. Həmin gün Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən “Qayalı” marketin qabağında görüşmüş, ona zavodun müdriyyətinin Azərbaycanda olmadığını, silah sərgisi üçün xarici ölkədə səfərdə olduğunu və işin ancaq yeni il bayramından sonra düzələ biləcəyini demişdir. Bayramdan sonra yəni 2025-ci ilin yanvar ayının 15-də o, yenə Mehmana zəng edərək işinin niyə hələ də düzəlmədiyini soruşduqda, Mehman ona birazda səbirli olmağını məsləhət görmüş, fevral ayında Mehman ona zəng edərək pulun müdriyyətə tam çatmadığını və 500 manatı da verməli olduğunu, pulu verəndən bir həftə sonra işə çıxacağını demişdir. O, Mehmana pulu Sumqayıt şəhəri, Sumqayıt şəhəri, Koroğlu prospekti, Dədə-Qorqud şadlıq sarayının qarşısında vermiş, orada ancaq Mehman və o, olmuşdur. Pulu verdikdən bir həftə sonra Mehmana zəng edərək işinin nə yerdə qaldığını soruşduqda Mehman ona hələdə müdriyyətin sərgidən qayıtmadığını demişdir. Hazırda ona dəyən ziyan tam ödənilmiş, təqsirləndirilən şəxlə barışmış, bu səbəbdən cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənildikən sonra ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid da zərərçəkmiş şəxslə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlərdən görünür ki: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.( i.v 1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 14 oktyabr 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20 dəqiqədə CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. ( i.v 41); Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixdə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.48-49); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 16 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v. 57-58); “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 21); Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X2 dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 59-60); “Götürülmə aparılması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqların əks olunduğu 01 ədəd diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (i.v.62-63); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 20); İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 4169-7388-7362-9368 nömrəli bank kartı vasitəsilə 4127-2081-0443-1357 nömrəli bank kartının hesabına 500 manat mədaxil edilmişdir. (i.v.12); “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 noyabr 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına verilməsi növündə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməllərində CM-nin 178.2.1, 180.2.1, 180.2.4, 181 və 29, 312-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət təqibinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs səs yazılarını əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış, qərarın surətinin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməsi qərara alınmışdır. (i.v 67-70); İş materiallarında olan 16 dekabr 2025-ci il tarixli ərizələrdən və əlavə olunmuş qəbzdən görünür ki, CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, sonuncunun Təqsirləndirilən şəxsa qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur”. CM-nin 178.1-ci maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. 305.1-ci maddəyə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. 305.2.Cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını və zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsini nəzər alaraq hesab edir ki, Təqsirləndirilən şəxsun CMnin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Vəkil Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-787/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-787/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver