Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-79/2022 09.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 145.2.4, 149.2.1, 150.2.1, 180.2.1 və 180.2.4-cü maddələrini ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.02.2010-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı ilə hökm dəyişdirələrək, qəti olaraq 06 il 06 ay azadlıqdan məhrumetmə cəzası məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, məh 19, ev 26a\18, mənzil 2-də qeydiyyat olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə 18.08.2021-ci il tarixdə saat 01 radələrində vət.Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20\54, mənzil 5 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinin həyətyanı sahəsinə, daha sonra isə evin mətbəxinin pencərəsinin açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olaraq oradan bir ədəd 100 (yüz) manat dəyərində 5 litirlik odun samovarı, dəyəri 150 manat olan bir ədəd dəm çayniki ilə birlikdə olan tefalı, dəyəri 50 manat olan bir ədəd hamam duşu və üzərində olan kiçik ölçülü duşu, dəyəri 45 manata olan bir ədəd tualet üçün duşu, dəyəri 100 manat olan bir ədəd laqondanı, dəyəri 55 manat olan bir ədəd direli gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 500 (beş yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkum olunmuş, 17.09.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Rəsmi iş yeri yoxdur, fərdi işlə məşğul olub ailəni dolandırır. Azadlığa çıxdıqdan sonra müxtəlif işlərdə işləmişdir. 2015-ci ildə ailə qurmuş və nikahdan qız övladı vardır. 18.08.2021-ci il tarixdə saat təxmnən 01 radələrində Sumqayıt şəhəri, 20-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evlərinin birinin yaxınlığından keçərkən görmüşdür ki, darvazasının rəngi getmiş, gümüşü rəngli, üzərində satılır yazısı olan bir həyət evi var və evin işıqları yanmır. Evdən oğurluq etmək qərarına gəlmişdir, əvvəlcə ətrafı müşahidə etmiş, evdə heç kimin olmadığına əmin olduqdan sonra isə hasardan aşıb ilk əvvəl evin həyətinə daxil olmuş, evin mətbəx hissəsinin plastik pencərəsini açmış, pencərədən içəri daxil olmuşdur. Mətbəxdən bir ədəd odun samovarı, bir ədəd dəm çayniki ilə birlikdə tefalı götürmüş, evin vanna otağından divara quraşdırılmış bir ədəd hamam duşunu və bir ədəd balaca duşu, bir ədəd tualet üçün duşu, sonra evin digər 3 otağını axtarmış, evdən bir ədəd laqonda, bir ədəd dreli götürmüş, bundan sonra ilk əvvəl evin pencərəsindən həyətə çıxmış, sonra isə həyətə daxil olduğu qaydada evin hasarından aşıb küçəyə çıxmışdır, sonra isə oradan uzaqlaşmışdır. Həmin əşyaları satıb əldə etdiyi pul vəsaiti ilə qızına ad günü şənliyi təşkil etməyi planlaşdırmışdır. Oğurladığı əşyaları bu məqsədlə yaşadığı evdə bir yerdə gizlətmişdir. Həmin əşyalardan evdə ailə üzvlərindən kiminsə xəbəri olmamışdır. Etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. Səhəri gün həmin əşyalardan bir ədəd samovardan və hamam duşlarından başqa digər əşyaları yəni bir ədəd dəm çayniki ilə birlikdə tefalı, bir ədəd dreli, bir ədəd laqondanı, bir ədəd tualet duşunu Sumqayıtda tanımadığı bir şəxsə cəmi 30 manata satmışdır. Təxminən 10 gündən sonra polis əməkdaşları onu polis bölməsinə dəvət edəndə oğurluq əməlini etiraf etmişdir, özündə olan mətbəxdən götürdüyü bir ədəd odun samovarını və bir ədəd hamam duşunu polisə təqdim etmişdir. Əməlindən peşmandır. Hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödədimişdir. Məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Puşkin küçəsi, məh 9, ev 4, mənzil 18 ünvanında qeydiyyatdadır, ünvan 1yır. ünvan 2 ona məxsusdur. Həmin evin həyəti ağ daşla hörülüb, darvazasının üstünün rəngi bir az gedib, gümüşü rənglidir, üzərində satılır yazısı vardır. Ev isə kürsülüdür, 3 otaqdan ibarətdir. Həmin mənzilin təmirini 6 aya yaxın müddətdir ki, bitirmiş, gündəlik olaraq həmin ünvanda yaşamır. Həmin evə axşamlar çay içmək üçün gedirmiş. 17.08.2021-ci il tarixdə saat 18 radələrində ailə üzvləri ilə birlikdə samovar çayı içmək üçün həmin ünvana getmişdir. Saat 23 radələridə həmin evdən işlərini yekunlaşdırıb çıxmışlar. Şəxsi işləri ilə əlaqədar 22.08.2021-ci il tarixədək həmin ünvana getməmişdir. 22.08.2021-ci il tarixdə saat 11 radələrində həmin ünvana gedən zaman evin mətbəx pencərəsinin açıq olduğunu görmüş, evə daxil olan zaman evdən bir sıra əşyaların oğurlandığını aşkar etmişdir. Həmin əşyalar bunlardır; mətbəxdə olan təxminən 1 ay bundan öncə aldığı cəmi dəyəri 150 manat olan 1 ədəd dəm çayniki ilə birlikdə olan tefal, 2 ay bundan öncə aldığı cəmi dəyəri 500 manat olan 1 ədəd 5 litr həcmdə samovar, sanitar qovşağında olan cəmi dəyəri 150 manat olan çimmək üçün nəzərdə tutulan hamam duşu və balaca duş, bir ədəd cəmi dəyəri 45 manata olan tualet üçün duş, 2 ay bundan öncə 100 manata aldığı 1 ədəd markasını dəqiq bilmədiyi laqonda, təxminən 2 ay bundan öncə 55 manata aldığı markasını bilmədiyi orta ölçüdə olan direl. Baş vermiş hadisə nəticəsində cəmi 1000 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsi ilə bağlı ona vurulmuş maddi zərər ödənildiyi üçün Təqsirləndirilən şəxs şikayətçi olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08.02.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir və bu səbəbdən şikayətçi deyildir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 23.09.2021-ci il tarixli 9/6573 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş 01 ədəd 05 litr tutumlu odun samovarının 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 100,0 manat, 01 dəst istifadədə olmuş böyük ölçülü duş üzərində olan kiçik ölçülü duşla birlikdə 50,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı X2 tərtib etdiyi 22.08.2021-ci il tarixli baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, vət.X1 məxsus Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 20\54, mənzil 5 ünvanında oğurluq hadisəsi baş vermişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı X2 tərtib etdiyi 28.08.2021-ci il tarixli təqdim etmə və götürmə barədə protokoldan göründüyü kimi, vət.Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs oğurladığı əşyalardan bir ədəd odun samovarını və bir ədəd hamam duşunu polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki,iş üzrə maddi sübut olan 01 ədəd samovar və 01 ədəd hamam duşu Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan hökmün surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 27.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 145.2.4, 149.2.1, 150.2.1, 180.2.1 və 180.2.4-cü maddələrini ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.02.2010-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Qərarı ilə hökm dəyişdirələrək, qəti olaraq 06 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 17.10.2014-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 317-2.1 maddələri ilə təqsirli bilinərək 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 17.09.2015-ci ildə azad olunmuşdur. Hazırkı cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu götürülməmiş və ya ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən himayəsində azyaşlı övladının olması, dəymiş zərəri könüllü olaraq ödəməsi və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 29.08.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 31.08.2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rəisə Rüstəmli tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmiş və o təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 31.08.2021-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Rəisə Rüstəmli tərəfindən Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək, Sumqayıt şəhər Pİ-nin X6 azad edilmişdir. İş materillarında olan Sumqayıt şəhər Məhkəməsinin 11.02.2022-ci il tarixli, 4(060)- 96-2022 saylı qərarından görünür ki, başqa cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materillarına əlavə edilmiş Sumqayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarıdna olan Sumqayıt şəhər 1 Saylı MKS tərəfindən verilmiş 3286 saylı, 31.08.2021-ci il tarixli arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı 24.10.1994-cü il təvəllüdlü X3 və 28.08.2016-cı il tarixli X4 ibarətdir. İş materillarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladı 28.08.2016-cı il təvəllüdlü X8 vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasıını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 09 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 samovarın və 01 ədəd böyük ölçülü duş üzərində olan kiçik ölçülü duşun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli (iş № 1(060)- 688/2021) qərarını icra edərək, 12 oktyabr 2021-ci il tarixli 1240 saylı orderə əsasən vəkil Müdafiəçi1 Yaqub oğlunı onun vəkili təyin etmişdir. Müdafiəçi1 Yaqub oğlu məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (byüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09.03.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış 01 samovarın və 01 ədəd böyük ölçülü duş üzərində olan kiçik ölçülü duşun Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-79/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-79/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver