Məhkəmə qərarları › İş №1(060)-79/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-79/2023

03.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-79/2023 03.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 67.1 və 69.3-cü maddələrinə əsasən 01 (bir) il 07 (yeddiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.3, 68.1.1- 1, 67.1, 69.3-cü maddələrinə əsasən 02 (iki) il 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 (altı) ay azaldılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 89 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 320,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq, üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Portağal” marketin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 01 (bir) ədəd sellofan bağlamanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 320,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Çerkassi küçəsi ilə hərəkət edən zaman bir avtomobil onun yanında dayanmış, avtomobilin içərisində oturan şəxs ona Elşəni tanıyıb-tanımadığını söruşmuş, həmin şəxsə cavab verməyə imkan tapmamış kimsə arxadan onu vurmuş və fiziki zor tətbiq etməklə onu avtomobilə əyləşdirmişlər. Onu Sumqayıt ŞPİ-nə gətirmişlər və orada ona psixi təsir göstərərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə razılaşmağını, əks təqdirdə 234.4.3-cü maddəsi ilə sənədləşdirmə aparılacağını bildirmişlər. O, saxlanılarkən üzərində narkotik vasitə olmadığını bildirdi. O da məcbur olub Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə razılaşmışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2013-cü ildən müxtəlif növ narkotik vasitələr qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Portağal” marketin yaxınlığında olarkən 02 (iki) nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq istifadə etməkdə və üzərində gəzdirilməsində şübhəli olduğuna görə saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nə getmişdir. ŞPİ-nə gəldikdən sonra özünə müdafiəçi seçməyi üçün ona Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o, həmin siyahıdan X1. Həmin vəkil ŞPİ-nə gəldikdən sonra xidməti otaqların birində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Səadət Qənbərov özünü təqdim etdikdən sonra o da özünü təqdim etmişdir. Sonra ona saxlanılmağının səbəbi izah edilmiş və onu saxlayan polis əməkdaşları özlərini təqdim etmişdir. Ona hüquqlarının müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman 01 (bir) ədəd cib dəsmalı, 02 (iki) manat pul və sağ əlində saxladığı sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim etmişdir. Ona ünvanlanan suallara cavab olaraq təqdim etdiyi sellofan bağlamanın içərisindəkinin narkotik vasitə “nəşə” olduğunu, 01 (bir) gün əvvəl Xızı rayonu ərazisində, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 140 (bir yüz qırx) manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin bağlama açıldıqda içərisindən yaşıl rəngli, narkotik vasitə marixuana aşkar edilmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Ona məxsus cib dəsmalı və 02 (iki) manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Həmin bağlama elektron tərəzidə çəkilmiş və aşkar edilmiş bitki kütləsi sellofanla birlikdə qablaşdırılaraq götürülmüşdür. Müdafiəçisinin suallarına cavab olaraq 2013-cü ildən narkotik vasitə istifadə etdiyini, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını bildirmişdir. O, saxlanılarkən, ŞPİ-nə gətirilərkən və ŞPİ-də olarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmişdir. Həmin narkotik vasitə olan marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olduğundan həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Çerkassi küçəsində “Portağal” marketin yaxınlığında o və CAŞ-nin kiçik inspektoru Şahid2 tərəfindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etmədən onlarla birlikdə ŞPİ-nə getmişdir. ŞPİ-də olarkən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulacağı bildirilib özünə müdafiəçi seçməyi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan hüquqlarını müdafiə etməsi üçün X1. Həmin vəkil Polis İdarəsinə gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Səadət Qənbərov özünü təqdim edib saxlanılan şəxsə də özünü təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edildikdən sonra Təqsirləndirilən şəxs saxlayan o və Şahid2 özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs sağ əlində saxladığı sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi sellofan bağlamanın içərisindəkinin “nəşə” olduğunu, 01 (bir) gün əvvəl Xızı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 140 (bir yüz qırx) manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin bağlama açıldıqda içərisindən yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilməmişdir. Həmin bağlama elektron tərəzidə çəkilmiş və sellofanla birlikdə qablaşdırılaraq götürülmüşdür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs 2013-cü ildən narkotik vasitə istifadə etdiyini, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə vermişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Səadət Qənbərov özünü təqdim edib saxlanılan şəxsə də özünü təqdim etməsini bildirir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilir. Şəxsi axtarışda iştirak edən polis əməkdaşları özlərini təqdim edir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 təqdim edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilir. Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif edilən zaman Təqsirləndirilən şəxs 01 (bir) ədəd cib dəsmalı, 02 (iki) manat pul və sağ əlində saxladığı sellofan torbanın içərisindən 01 (bir) ədəd qara rəngli sellofan bağlama çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq təqdim etdiyi sellofan bağlamanın içərisindəkinin “nəşə” olduğunu, 01 (bir) gün əvvəl Xızı rayonu ərazisində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 140 (bir yüz qırx) manata aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirir. Həmin bağlama açıldıqda içərisindən yaşıl rəngli, narkotik vasitə marixuanaya bənzər bitki kütləsi aşkar edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, lakin üzərindən hər hansı qanunsuz əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs məxsus cib dəsmalı və 02 (iki) manat pul iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır. Həmin bağlama elektron tərəzidə çəkildikdə çəkisinin 0,461 kiloqram olması müəyyən olunur. Aşkar edilmiş bitki kütləsi sellofanla birlikdə qablaşdırılaraq götürülür. Müdafiəçinin suallarına cavab olaraq Təqsirləndirilən şəxs 2013-cü ildən narkotik vasitə istifadə etdiyini, polis əməkdaşları tərəfindən təziqlərə məruz qalmadığını bildirir. Videoçəkiliş yekunlaşır. Qeyd edilən disk iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022ci il tarixli, 7/906 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 320,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 320,0 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq-319,9 qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 4704 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, 320,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 319,9 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-347/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 1221 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır İş materiallarında olan 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(105)-268/2019 nömrəli, xx.xx.2021-ci il tarixli, 1(105)-47/2021 nömrəli qərarlarından və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-790/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilərək 01 (bir) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 67.1 və 69.3-cü maddələrinə əsasən 01 (bir) il 07 (yeddiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.3, 68.1.1-1, 67.1, 69.3-cü maddələrinə əsasən 02 (iki) il 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü bəndinə əsasən çəkilməmiş cəzası 06 (altı) ay azaldılmış, həmin Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş 02 (iki) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylıl Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 (iki) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 320,0 qram olan narkotik vasitə qurudulmuş marixuanadan tədqiqatdan sonra qalıq qalmış 319,9 qram marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 72,00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə çəkilməmiş 02 (iki) ay 22 (iyirmi iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən həmin cəza təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 319.9 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72,00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar