Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-79/2024 28.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və ünvan 2şamış, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(060)-738/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin iş üzrə hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 26 iyun 2023-cü il tarixdə saat 22:10-da Sumqayıt şəhəri, 2-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən “Nizami” kinoteatrının qarşısında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ticarət köşkünün yanında olan zaman, köşkün daxilində piştaxtanın üzərində içərisində siqaretlər olan qutunu görüb, həmin qutunu talamaq qərarına gələrək, Zərərçəkmiş şəxs başının qarışmasından istifadə edib, qanunsuz olaraq saxlanc yeri hesab olunan ticarət köşkünün giriş qapısından köşkdəki piştaxtanın üzərindən içərisində hər biri 3 manat 90 qəpik olmaqla cəmi 35 manat 10 qəpik dəyərində 9 ədəd qara qalın Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 27 manat 30 qəpik dəyərində 7 ədəd qara nazik Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 31 manat 20 qəpik dəyərində 8 ədəd ağ qalm Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 35 manat 10 qəpik dəyərində 9 ədəd ballı kompakt Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 39 manat dəyərində 10 ədəd nazik ballı Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 39 manat dəyərində 10 ədəd sadə nazik Sobranie markalı, hər biri 3 manat 90 qəpik olmaqla cəmi 42 manat 90 qəpik dəyərində 11 ədəd göy nazik Sobranie markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 46 manat 80 qəpik dəyərində 13 ədəd kent 4 nazik markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 43 manat 20 qəpik dəyərində 12 ədəd kent 4 nazik mentol markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 28 manat 80 qəpik dəyərində 8 ədəd kent 8 markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 7 manat 20 qəpik dəyərində 2 ədəd kent 4 qalm markalı, hər biri 2 manat 80 qəpik olmaqla cəmi 11 manat 20 qəpik dəyərində 4 ədəd kompakt LD markalı, hər biri 2 manat 80 qəpik olmaqla cəmi 28 manat dəyərində 10 ədəd nazik LD markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 18 manat dəyərində 5 ədəd sarı uzun Davidovv markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 10 manat 80 qəpik dəyərində 3 ədəd boz uzun Davidovv markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 14 manat 40 qəpik dəyərində 4 ədəd kompakt göy Davidovv markalı, hər biri 3 manat 60 qəpik olmaqla cəmi 36 manat dəyərində 10 ədəd nazik Davidovv markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 10 manat dəyərində 4 ədəd qalm Rothmans markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 25 manat dəyərində 10 ədəd mentol Rothmans markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 20 manat dəyərində 8 ədəd boz Pallmall markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 20 manat dəyərində 8 ədəd ağ Pallmall markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəıui 30 manat dəyərində 12 ədəd qalm göy Vinçester markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 22 manat 50 qəpik dəyərində 9 ədəd qalm boz Vinçester markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 17 manat 50 qəpik dəyərində 7 ədəd göy nazik Vinçester markalı, hər biri 2 manat 50 qəpik olmaqla cəmi 12 manat 50 qəpik dəyərində 5 ədəd boz nazik Vinçester markalı, hər biri 2 manat olmaqla cəmi 26 manat dəyərində 13 ədəd boz Viceroy markah, hər biri 2 manat 20 qəpik olmaqla cəmi 8 manat 80 qəpik dəyərində 4 ədəd kompakt Classic markah, hər biri 1 manat 80 qəpik olmaqla cəmi 7 manat 20 qəpik dəyərində 4 ədəd qara Vant markah, hər biri 1 manat 80 qəpik olmaqla cəmi 7 manat 20 qəpik dəyərində 4 ədəd Bakı markah, hər biri 1 manat 80 qəpik olmaqla cəmi 12 manat 60 qəpik dəyərində 7 ədəd göy Argo markah, hər biri 2 manat olmaqla cəmi 20 manat dəyərində 10 ədəd boz nazik Golden gate markah, hər biri 2 manat olmaqla cəmi 8 manat dəyərində 4 ədəd kompakt Keno markah, hər biri 2 manat olmaqla cəmi 22 manat dəyərində 11 ədəd boz nazik Magna markalı, hər biri 2 manat olmaqla cəmi 14 manat dəyərində 7 ədəd göy kompakt Magna markah, hər biri 2 manat olmaqla cəmi 48 manat dəyərində 24 ədəd qara nazik Magna markah siqaretlər olan qutunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 825 mant 30 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o azadlıqda olarkən daimi yaşayış yeri olmamış, parklarda gecələmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısından keçdiyi zaman yaxınlıqda yerləşən köşkdə işləyən qadının siqaretləri karton qutuya yığdığını görmüş, həmin siqaretləri oğurlamaq qərarına gəlmiş, buna görə də orada dayanıb qadının fikrinin yayınmasını gözləmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra qadının köşkün içərisində üzünü əks tərəfə çevirərək iş gördüyündən istifadə edib köşkün içərisində qapının qarşısında piştaxtanın üzərində olan içərisində müxtəlif markalı siqaretlər olan karton qutunu götürmüş və tez şəkildə oradan uzaqlaşmışdır. Həmin qadın onun siqaretləri götürdüyünü görməmişdir. Yolda hara gedəcəyini düşündükdə tanışı Elman yadına düşmüş və sonuncunun yaşadığı ünvana getmişdir. Elmanın yaşadığı evə gəldikdə, sonuncu ilə görüşmüş və orada Elman ondan əlində olan qutu ilə bağlı maraqlandıqda bir nəfər üçün iş gördüyünü, əvəzində ona siqaret verdiyini demiş və Elman da bir söz deməmişdir. Elmanın evində olarkən o, bahalı siqaretləri ayırmış və başqa sellofan torbaya yığmışdır. Digər siqaretləri isə Elmanın evində saxlamışdır. Götürdüyü həmin bahalı siqaretləri satmaq üçün Elmanla birlikdə həyətə düşmüşlər. Yaxınlıqda yerləşən qarajların yanında PPX əməkdaşları onları görmüş, yaxınlaşdıqları zaman onun əlində siqaretlərin olduğunu görmüşlər. Sorğu zamanı o, polis əməkdaşlarına siqaretləri oğurladığını demişdir. Bundan sonra da onları araşdırma aparılması məqsədi ilə aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. O, oğurluq edərkən ətrafda kənar şəxs olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materiallarında olan video görüntülər və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisədən öncə təxminən 3 ay imiş ki, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 2-ci mkr ərazisində yerləşən Nizami kinoteatrının qarşısında olan ticarət köşkündə icarə əsasında fəaliyyət göstərirmiş. Köşk gecə saatlarında fəaliyyət göstərmədiyi üçün o, köşkü bağlayıb getməmişdən əvvəl hər gün siqaretləri yığıb özü ilə yaşadığı ünvana aparırmış. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində köşkdə olduğu zaman siqaretləri yığmağa başlamış, bu zaman o, 9 ədəd qara qalın Sobranie markalı, 7 ədəd qara nazik Sobranie markalı, 8 ədəd ağ qalın Sobranie markalı, 9 ədəd ballı kompakt Sobranie markalı, 10 ədəd nazik ballı Sobranie markalı, 10 ədəd sadə nazik Sobranie markalı, 11 ədəd göy nazik Sobranie markalı, 13 ədəd kent 4 nazik markalı, 12 ədəd kent 4 nazik mentol markalı, 8 ədəd kent 8 markalı, 02 ədəd kent 4 qalın markalı, 4 ədəd kompakt LD markalı, 10 ədəd nazik LD marklı, 5 ədəd sarı uzun Davidovv markalı, 3 ədəd boz uzun Davidovv markalı, 4 ədəd kompakt göy Davidovv markalı, 10 ədəd nazik Davidovv markalı, 4 ədəd qalın Rothmans markalı, 10 ədəd mentol Rothmans markalı, 8 ədəd boz Pallmall markalı, 8 ədəd ağ Pallmall markalı, 12 ədəd qalın göy Vinçester markalı, 9 ədəd qalın boz Vinçester markalı, 7 ədəd göy nazik Vinçester markalı, 5 ədəd boz nazik Vinçester markalı, 13 ədəd boz Viceroy markalı, 4 ədəd kompakt Classic markalı, 4 ədəd qara Vant markalı, 4 ədəd Bakı markalı, 7 ədəd göy Argo markalı, 10 ədəd boz nazik Golden gate markalı, 4 ədəd kompakt Keno markalı, 11 ədəd boz nazik Magna markalı, 7 ədəd göy kompakt Magna markalı, 24 ədəd qara nazik Magna markalı siqaretləri yığaraq qutuya yığmış və köşkün içərisində qapının qarşısında piştaxtanın üzərinə qoymuşdur. Üzünü çevirib içəridə işlərini görməyə davam etmiş, təxminən 1-2 dəqiqə sonra geri döndüyü zaman siqaretləri yığdığı qutunu görməmiş və oğurlandığından şübhələnmiş, köşkün müşahidə kameralarının görüntülərinə baxmış və bu zaman da naməlum şəxsin siqaretləri yığdığı qutunu oğurladığını görmüş, buna görə də polisə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində dəyəri 36,9 manat 9 ədəd qara qalın Sobranie markalı, dəyəri 28.7 manat 7 ədəd qara nazik Sobranie markalı, dəyəri 32,8 manat 8 ədəd ağ qalın Sobranie markalı, dəyəri 36,9 manat 9 ədəd ballı kompakt Sobranie markalı, dəyəri 41 manat 10 ədəd nazik ballı Sobranie markalı, dəyəri 41 manat 10 ədəd sadə nazik Sobranie markalı, dəyəri 45,1 manat 11 ədəd göy nazik Sobranie markalı, dəyəri 48,75 manat 13 ədəd kent 4 nazik markalı, dəyəri 45 manat 12 ədəd kent 4 nazik mentol markalı, dəyəri 30 manat 8 ədəd kent 8 markalı, dəyəri 7,5 manat 02 ədəd kent 4 qalın markalı, dəyəri 12,4 manat 4 ədəd kompakt LD markalı, dəyəri 31 manat 10 ədəd nazik LD markalı, dəyəri 18,75 manat 5 ədəd sarı uzun Davidovv markalı, dəyəri 11,25 manat 3 ədəd boz uzun Davidovv markalı, dəyəri 12,40 manat 4 ədəd kompakt göy Davidovv markalı, dəyəri 30 manat 10 ədəd nazik boz Davidovv markalı, dəyəri 11 manat 4 ədəd qalın Rothmans markalı, dəyəri 27,5 manat 10 ədəd mentol Rothmans markalı, dəyəri 22 manat 8 ədəd boz Pallmall markalı, dəyəri 22 manat 8 ədəd ağ Pallmall markalı, dəyəri 33 manat 12 ədəd qalın göy Vinçester markalı, dəyəri 24,75 manat 9 ədəd qalın boz Vinçester markalı, dəyəri 19,25 manat 7 ədəd göy nazik Vinçester markalı, dəyəri 13,75 manat 5 ədəd boz nazik Vinçester markalı, dəyəri 27,10 manat 13 ədəd boz Viceroy markalı, dəyəri 8,8 manat 4 ədəd kompakt Classic markalı, dəyəri 9,2 manat 4 ədəd qara Vant markalı, dəyəri 8 manat 4 ədəd Bakı markalı, dəyəri 14 manat 7 ədəd göy Argo markalı, dəyəri 24 manat 10 ədəd boz nazik Golden gate markalı, dəyəri 8 manat 4 ədəd kompakt Keno markalı, dəyəri 25,3 manat 11 ədəd boz nazik Magna markalı, dəyəri 16,1 manat 7 ədəd göy kompakt Magna markalı, dəyəri 55,2 manat 24 ədəd qara nazik Magna markalı siqaretlər oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 878 manat 40 qəpik maddi ziyan dəymişdir. Köşkə kənar şəxslərin girişi qadağandır, köşk satışı qarşısında olan kiçik pəncərə vasitəsilə aparıldığıüçün köşkün giriş qapısından içəri daxil olmaq qadağandır. Daha sonra zərərçəkmiş şəxs ərizə təqdim edərək ona dəymiş zərərin tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmamasını bildirmiş və bu halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Sumqayıt şəhər polis idarəsinin Postpatrul xidməti tağım 1-ci bölüyünün polis nəfəri vəzifəsində işləyir. 26 iyun 2023-cü il tarixdə saat 22:30 radələrində xidmət yoldaşı Əliqadir Əhmədovla birlikdə 91-44 çağırışlı avtopatrulda Sumqayıt şəhərinin Sülh küçəsində xidmətdə olduqları zaman Sumqayıt şəhəri 2-ci mikrorayon “Nizami” kinoteatrının yanındakı köşkdə oğurluq hadisəsinin baş verməsi ilə bağlı məlumat almış, dərhal hadisə yerinə gəlmişlər. Orada müşahidə kameralarına baxdıqda oğurluq hadisəsini törətmiş şəxsi görüb, həmin ərazidə xidmət aparan zaman 2 nəfər şübhəli şəxsi görüb onlara yaxınlaşdıqda, həmin şəxslərdən birinin müşahidə kameralarında gördükləri şəxsə oxşadığı üçün onların hər ikisini Sumqayıt ŞPİnin 4-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməmiş, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gəlmişlər. Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs və Şahid2 Nur- Məmməd oğlu olması müəyyən olunmuşdur. Bölmədə olarkən Təqsirləndirilən şəxs oğurluq etdiyini etiraf etmiş və sonra o, baş verənlərlə bağlı bölmə rəisinin adına raport yazmış, sonra isə xidməti ərazilərinə qayıdıb xidmətlərini davam etdirmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuşdur. 5 ildir ki, narkotik vasitə istifadəçisidir, narkomaniya xəstəliyindən əziyyət çəkir. Sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində yaşadığı ünvanda olduğu zaman tanışı Samir əlində karton qutu ilə yaşadığı ünvana gəlmiş, o, qutunun içərisinə baxdığı zaman müxtəlif markalı siqaretlər olduğunu görmüş və Samirdən bu barədə soruşduqda, sonuncu gördüyü iş müqabilində həmin siqaretləri ona verdiklərini bildirmişdir. O da bir söz deməmiş, lakin Samirin dediklərinə də inanmamışdır. Samir özü ilə gətirdiyi sellofan torbaya həmin qutunun içərisində olan bahalı marka siqaretləri yığmış və satacağını bildirmişdir. Samir siqaretləri yığdıqdan sonra ona da birlikdə gəlməyi təklif etmiş və onlar aşağı düşmüşlər. Samir nisbətən ucuz olan siqaretləri isə qutunun içərisində yaşadığı ünvanda saxlamışdır. Aşağı düşdükdən sonra 2ci mkr ərazisində qarajların yanı ilə piyada hərəkət etdikləri zaman PPX əməkdaşları onları görüb yaxınlaşmışlar. Samirin əlində siqaretləri görüb şübhələnmişlər və onları araşdırma aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. PB-də o, Samirin siqaretləri oğurladığını öyrənmişdir. O, heç bir oğurluq etməmişdir. Yaşadığı ünvanda saxlamış olduğu siqaretləri də polis bölməsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən ona oğurluq edəcəyi barədə məlumat verməmişdir. Lakin sonradan o, həmin siqaret qutularının oğurluq olmasını bölmədə öyrənmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq 4-cü PB-nə gətirilmişdir. Cinayət işinin 31-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 81-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müvvəqqəti saxlama yerindən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş. Cinayət işinin 26-27-ci vərəqələrində olan təqdim etmə və götürmə barədə 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 yaşadığı ünvan 4 ünvanından 2 ədəd «Kent» markalı, 10 ədəd «Rothmans» markalı, 10 ədəd «Golden Gate» markalı, 19 ədəd qalın «Vinçester» markalı, 12 ədəd nazik «Vinçester» markalı, 20 ədəd qalın «Magna» markalı, 13 ədəd «Viceroy» markalı, 7 ədəd «Argo» markalı, 10 ədəd qalın «Magna» markalı, 4 ədəd «Classic» markah, 8 ədəd «PallMall» markalı, 4 ədəd nazik «LD» markalı, 4 ədəd «Bakı» markah, 4 ədəd qalın «Rothmans» markalı, 4 ədəd «Vant» markah, 4 ədəd «Keno» markalı, 1 ədəd «Sobranie» markalı siqaretlər götürülmüşdür. Cinayət işinin 65-ci vərəqəsində olan 27 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokol araşdırılarkən, həmçinin 66-cı vərəqəsində olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər qara rəngli gödəkcə, qara rəngli şalvarda olan şəxs (Təqsirləndirilən şəxs) köşkün yanında dayanmış, köşkün giriş qapısı açıq olmuş və içəridə bir nəfər qadın (Zərərçəkmiş şəxs) olmuşdur. Təqsirləndirilən şəxs ətrafa baxmış, daha sonra köşkün içərində olan qadının başının qarışıq olmasını görüb, köşkün giriş qapısına yaxınlaşaraq əllərini içəri salıb köşkdə piştaxtanın üzərində olan qutunu götürüb oradan uzaqlaşmışdır. Həmin vaxt köşkdəki qadın onu görməmişdir. Daha sonra köşkdə işləyən qadın piştaxtanın üzərindəki qutunu axtarmışdır. Baxış zamanı hadisənin 26 iyun 2023-cü il tarixdə saat 22:10-da baş verməsi müəyyən edilmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 9/7197 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 ədəd qara qalın Sobranie markalı siqaretin 2023cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd qara nazik Sobranie markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd ağ qalın Sobranie markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd ballı kompakt Sobranie markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd nazik ballı Sobranie markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd sadə nazik Sobranie markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd göy nazik Sobranie markalı siqaretin 2023- cü ilin iyun ayına orta bazar qiyməti 3,9 manat, 1 ədəd kent 4 nazik markalı siqaretin 2023- cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd kent 4 nazik mentol markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd kent 8 markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd kent 4 qalın markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd kompakt LD markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,8 manat, 1 ədəd nazik LD markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,8 manat, 1 ədəd sarı uzun Davidovv markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd boz uzun Davidovv markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd kompakt göy Davidovv markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd nazik Davidovv markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 3,6 manat, 1 ədəd qalın Rothmans markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd mentol Rothmans markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd boz Pallmall markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd ağ Pallmall markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd qalın göy Vinçester markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd qalın boz Vinçester markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd göy nazik Vinçester markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd boz nazik Vinçester markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,5 manat, 1 ədəd boz Viceroy markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat, 1 ədəd kompakt Classic markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2,2 manat, 1 ədəd qara Vant markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 1,8 manat, 1 ədəd Bakı markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 1,8 manat, 1 ədəd göy Argo markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 1,8 manat, 1 ədəd boz nazik Golden gate markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat, 1 ədəd kompakt Keno markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat, 1 ədəd boz nazik Magna markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat, 1 ədəd göy kompakt Magna markah siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat, 1 ədəd qara nazik Magna markalı siqaretin 2023-cü ilin iyun ayına orta bazar qiyməti 2 manat müəyyən edilir. Cinayət işinin 121-ci vərəqələrində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 131-143-cü vərəqələrində olan 12 oktyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi və Şahid2 evindən götürülmüş ümumilikdə 180 ədəd siqaret maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə tanış olduqdan sonra zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır. Cinayət işinin 160-cı vərəqəsində olan qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış ümumilikdə 180 ədəd siqaret Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Ağır Cinayətlərə X2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 332.2.1 və 332.2.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; 2) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən ona 05 il 08 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən CM-də edilmiş xx.xx.2017-ci il tarixli dəyişikliklərə əsasən cəzası 06 ay azaldılmış, üzərində qəti olaraq 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Ağır Cinayətlərə X2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(091)-41/2009 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 332.2.1, 332.2.3 və 330-cu maddələri ilə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü müddələri ilə əmlakı müsadirə edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 332.2.1 və 332.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, 330.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli 1(060)-428/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli 1(060)-428/2014 saylı hökmü Cinayət Məcəlləsinin qüvvədə olan normalarına uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. Cinayət işinin 104-105-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(060)-738/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı 30 avqust 2023cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinə əsasən saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa X2 məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 19-cü bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin Qərarın 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. İndiki halda müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə aid siqaretləri köşkün içərisində olan piştaxtanın üzərindən, kənar şəxslərin daxil olmasına icazə verilməyən hissəsindən, yəni saxlanc yeri hesab edilən yerdən gizli olaraq talamaqla oğurlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(091)-41/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3, 332.2.1, 332.2.3 və 330-cu maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.3-cü müddələri ilə əmlakı müsadirə edilməklə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 332.2.1 və 332.2.3-cü maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, 330.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq əmlakı müsadirə edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmçinin o, Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli 1(060)- 428/2014 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş 02 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə ona qəti olaraq 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli 1(060)-428/2014 saylı hökmü Cinayət Məcəlləsinin qüvvədə olan normalarına uyğunlaşdırılaraq Təqsirləndirilən şəxs təyin edilmiş 05 il 08 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası 05 il 02 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(091)-41/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1, 332.2.3 və 330-cu maddələri ilə yanaşı, həmin Məcəllənin 182.2.1 və 182.2.3-cü maddələri ilə də, yəni ağır cinayətə görə məhkum edilmiş, həmin hökm üzrə çəkilməmiş cəzası Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2014-cü il tarixli hökmü ilə təyin edilmiş cəzaya Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən birləşdirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin vaxtdan 6 il keçmədən hazırki cinayət əməli törədilsə də Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə X2 Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli 1(091)-41/2009 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə məhkum edilməsi onun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu olduğu dövrdə olmuş və cinayət digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusuna qarşı törədilmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.3-cü maddələri ilə tövsif edilsə də, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin normalarına əsasən Təqsirləndirilən şəxs əməli Məcəllənin 332.1-1-ci maddəsi ilə tövsif edilməlidir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət isə az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında 1 may 2020-ci il tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.74.3-cü bəndinə əsasən Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 332.1-1 maddə əlavə edilmişdir: 332.1-1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin xeyli miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, həmçinin hazırda da azadlıqdan məhrum etmə növündə cəza çəkməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(060)-738/2023 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesblanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. . “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(060)- 738/2023 saylı hökmü çıxarılmazdan əvvəl törətdiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona cəza təyin edilməli, həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət işinin materiallarında Təqsirləndirilən şəxs barəsində tutma protokolu 27 iyun 2023-cü il tarixdə tərtib edilsə də, onun faktiki olaraq 26 iyun 2023-cü il tarixdən saxlanılması iş materialları ilə müəyyən edilmişdir. Belə ki, cinayət işinin 12-ci vərəqəsində olan Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq 4-cü PB-nə gətirilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(060)-738/2023 saylı hökmünə əsasən 30 avqust 2023-cü il tarixdən hesablamalı, onun barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İş üzrə maddi sübut kimi tanınmış 180 ədəd siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(060)- 738/2023 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 180 ədəd siqaretin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-79/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-79/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver