Məhkəmə qərarları › İş №1(060)-791/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-791/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-791/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,441 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 avqust 2023-cü il tarixdə saat 18:30- da Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,441 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 50 (əlli) manat dəyərində 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamışdır. 14 avqust 2023-cü il tarixdə təxminən saat 18:30 radələrində yaşadığı evin yaxınlığında yəni, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, F.Qayıbov küçəsi, ev 18 ünvanının yaxınlığında olan zaman üç nəfər şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, onu narkotik vasitənin üzərində daşımağında, gəzdirməyində və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin, 2-ci PB-nə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. Orada xidməti otaqda onu ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o, da əynindəki şalvarının sağ yan cibindən özünə məxsus 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Polis Bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin yalnız istifadəçisi olmuş, satışı ilə heç vaxt məşğul olmamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-də polis baş leytenantı rütbəsində, əməliyyat müvəkkili vəzifəsində xidmət edir, 14 avqust 2023-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və kiçik inspektor, polis serjantı Şahid3 iştirak etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, F.Qayıbov küçəsi, yaşadığı evin yaxınlığında tərəflərindən saxlanılmış, ona özlərini təqdim edərək polis əməkdaşları olduğlannı bildirmişlər və onu PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla PB-nə gəlmişdir. Bundan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xidməti otaqda video çəkilişlə, polis əməkdaşlarının və müdafiəçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroİnə bənzər maddənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan '‘kakos” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə etmək mümkün olmamışdır. Əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini istifadə etmək məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin kiçik inspektoru, polis serjantı Şahid3 da Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntüdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin xidməti otağı əks etdirdiyi, video görüntünün əvvəlində 02 (iki) nəfər şəxsin mülki geyimli və 02 (iki) nəfər gündəlik geyim formasında olan polis əməkdaşını görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı X1 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər 02 (iki) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünmüşdür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın yan cibində saxlamış olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim etdi. Həmin sellofan büküm açılan zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edildi. Təqsirləndirilən şəxs ilə aparılan şifahi sorğu zamanı o, üzərindən aşkar olunmuş maddələrin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 (əlli) manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəzidə çəkilmiş, həmin maddə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Baxış zamanı heç bir vəsatət və şikayət daxil olmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 15 avqust 2023-cü il tarixli, 6/4369 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində "Azerbaycan Respublikası DİN..... oxunmur..” dairəvi möhür əksi və "...Saxlanılan şəxs: Təqsirləndirilən şəxs -imza. ...imza, Təhqiqatçı: T.Abdullayev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi 1,441 qram olan qəhvəyi rəngli tozşəkiİli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısf’na daxildir (İ siyahı). Qeyd: Heroinin təmiz çəkisi – 1,441 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 1,391qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X5" tərəfindən verilmiş məhkəmə-narkoloji ekpsertizasının 16 avqust 2023-cü il tarixli, 5246 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 1,441 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,391 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1 nömrəli MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. O, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidlər dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,441 qram narkotik vasitə olan heroindən tədqiqatdan sonra qalıq qalmış 1,391 qram narkotik vasitə olan heroin məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,391 qram narkotik vasitə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar