Məhkəmə qərarları › İş №1(060)-791/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-791/2025

19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-791/2025 19.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Xüsusi ittihamçı X9, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X2 iştirakları ilə, X4, xx.xx.1972-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, Qubadlı rayonu, Dondarlı ərazi dairəsi, Mirlər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, X2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X13 xüsusi ittiham qaydasında X2 barəsində şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayan X5, 25 noyabr 2025-ci il tarixdə "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Ziyəddin Mirsədizadə" adlı profillə "Facebook" sosial şəbəkəsində müxətlif qruplarda (kanallarda) və öz səhifəsində, onu təhqir etmişdir. Şikayətə əlavə olunmuş "Facebook" sosial şəbəkəsində ünvan 2 ünvanında yaşayan X3 "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Ziyəddin Mirsədizadə" adlı profillə yazdığı məlumatlardan çıxarışlardan da göründüyü kimi, sonuncu, onu kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq təhqir edir. X1 nümayiş etdirilən internet informasiya ehtiyatında paylaşdığı yazılarda peşəsi, ailə üzvləri barədə məlumatları dəqiq göstərməklə onun işgüzar nüfuzuna, o cümlədən, şərəf və ləyaqətinə ciddi mənəvi iztirablar çəkməklə müşaiət olunan ziyan vurmuşdur. Belə ki, ünvan 2 ünvanında yaşayan X5, "Facebook" sosial şəbəkəsində yaratmış olduğu "Ziyəddin Mirsədizadə" adlı profillə 25 noyabr 2025-ci il tarixdə yazaraq yaydığı məlumatların bir qismi aşağıdakı kimidir: I. “ZAQATALA REA1 XƏBƏR TV" kanalında (səhifəsində) - (şəhidən çıxarış şikayətə əlavə olunub) "salam dostlar peysər vəkil samir şərifov peysər. xalasi oqlu mamed nəsirov lift satişi ilə məşqul olur. bakliftin sonra rəisinə hakhesab eləməmiş təhfil verən bakliftin təhfil götürənin dalinca şəxsən mənim böyrümdə dəfələrlə deyib ki monqol öqlü monqol yedim daqitdim gəldi qol çəkdi götürdü sonra həmin rəis günahsiz tutuldu indi sözümün cani odur ki bu peysərlər öz namuslarinda ləkələr var xalasininda evini daqidirlar xalasida 8 dəfə cərrahiyə olub beyin ödemi keçirdib doktorlar dedi ki psixi problemlər olacaq vəziyyətindən istifadə edib əlində ovucunda olani alib yeməyə çalişirlar buda psixozdur" II. “zaqatala rea1 xəbər tv" kanalinda (səhifəsində) - (şəhidən çixariş şikayətə əlavə olunub) "peysər vəkil samir şərifov oz namusunda ləkələr var xalasininda evini daqidir xalaşi oğlu peysər mamed nəsirovla xatirlatim ki samir ovçular cuma parket cuma kafel cuma kimi taninan cumanin və kəmalənin oqludur qardaşi sərdar əlil arabasinda rayonun araliqinda gəzirdi xalasi qanqanin oqlu alik (əlinin) öqlü mameddir salyanin keçmiş icra hakimiyyətinin müavini işləmiş məsimənin qizi turandir salyanlilar taniyir kimdi bildirim ki samirin və mamedin boyunlari çooox yoqundur peşidirlər işləri peşələri xalalarin onun bunun kabinetlərinə göndərməkdir polislərdə məhkəmələrdə ambusmanda ailə uşaq komitəsində' milli məclisdə mediasiya təşkilatinda hamisi beziblər xatirlatim ki arzu çapix nəriman takai şoferi ticarətçi satici zapravşik nərimanin və mahizər müəllimənin qizidir." III. "ZaQaTaLa XəBəRLəRi" kanalında (səhifəsində) - (şəhidən çıxarış şikayətə əlavə olunub) "peysər vəkil samir şərifov öz xalasi arzunun evini daqidir." Bununla da Zaqatala rayonu, Yuxarı Tala kənd sakini X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə çıxış edən xüsusi ittihamçı X13 verdiyi şikayəti müdafiə edərək X2 şikayət verdikdən sonra da onu təhqir etməkdə davam etdiyini, onunla barışmağa, ondan üzrə istəməyə belə cəhd etmədiyini, əməlindən peşiman olmadığını, ona görə də onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X4 ona qarşı verilmiş xüsusi ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun telefou stolun üzərində olur. Onun evində çoxlu adamlar olur. Ona görə də kimin onun telefonundan istifadə edərək Samir Şərifovu sosial şəbəkələrdə təhqir etməsini deyə bilmir. Onun əməli Amnisitiya Aktının təsiri altına düşsə də özünü təqsirli bilmir. Ona görə də ümumiyyətlə işin ləğv edilməsini tələb edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 xüsusi ittihamçı X11 şərəf və ləyaqətini sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında alçaltması, onu təhqir etməsi cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Z.M.Mirsədizadənin cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, hazırki iş üzrə xüsusi ittihamçı təqsirləndirilən şəxslə barışmamış, məhkəmə baxışı zamanı çıxışında təqsirləndirilən şəxsə cəza verilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatlarında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdəq alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Lakin «Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.1-ci bəndinə əsasən yalnız böyük ictimai təhlükə törətməyən cinayət törəkdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilirlər. Həmçinin həmin qərarın 2.11-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas və əlavə cəza kimi cərimə cəzasına məhkum edilmiş şəxslər cəzadan azad edilir. Lakin, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 özünü təqsirli bilməyərək barəsində amnistiya tətbiq edilməsinə etiraz etmişdir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Ziyəddin Mirsədizadəyə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, daimi iş yerinin olmasını, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Ziyəddin Mirsədizadəyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-in 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitai verilməlidir. Odur ki müdafiə tərəfinin şəxsin barəsində cinayət təqibinə xitam verilməsinə dair razılığı olmadığından, Azərbaycan Respublikası CPM-nin 44.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 barəsində şəxsi cəzadan azad etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.12-ci maddsində nəzərdə tutulmuş halda- təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 44.2.2, 197- 198, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək ona 1000(min) manat məbləğində cərimə cəzası təyin edilsin. «Konstitusiya və Suverenlik İli» münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.1-ci, 2.11 və 5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X4 ona təyin edilmiş 1000 manat məbləğində cərimə cəzasından azad edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar