Məhkəmə qərarları › İş №1(060)-794/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-794/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-794/2024 17.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverən qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştirakları ilə, Xüsusi ittiham qaydasında X6 nümayəndəsi və vəkili Müdafiəçi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 nümayəndəsi və vəkili Müdafiəçi xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır və şikayətdə qeyd edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi şəxs Rəhman Şahhüseynli keçmiş həyat yoldaşıdır. Rəhman Şahhüseynli ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 7 aprel 2021-ci il tarixli qərarı ilə Şahhüseynli Rəhmanla olan rəsmi nikahı pozulmuş və birgə nikahlarından dünyaya gəlmiş övladları onun himayəsinə verilmişdir. Sözügedən qətnamədən yuxarı instansiya məhkəmələrinə Rəhman Şahhüseynli tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi (11 aprel 2023-cü il tarixli qərar) tərəfindən qüvvədə saxlanılmışdır. Buna baxmayaraq, Şahhüseynli Rəhman qanuni qüvvəyə minmiş, Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qərarlarını icra etməkdən qəsdən və qərəzli şəkildə boyun qaçırır. Hətta, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən qərəzli şəkildə boyun qaçırdığı üçün İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həmin qərarı Bakı Apellyasiya Məhkəməsi dəyişdirmədən qüvvədə saxlamışdır. X9 bir sıra xuliqanlıq əməllərinə görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verdiyi Rəhman Şahhüseynli məhkəmə qərarı ilə onun himayəsinə verilmiş uşaqları (azyaşlı oğlu Nurlanı) ondan qaçırması azmış kimi, eyni zamanda saxta sənədlərə istinadlar edərək yalan olduğunu bilə-bilə, həqiqətə uyğun olmayan məlumatları yaymaqla ona böhtan atır. Belə ki, onun tərəfindən müxtəlif dövlət qurumlarına ünvanlanmış şikayət və ərizələrdə, polis idarəsində verdiyi ifadədə onun barəsində həqiqətə uyğun olmayan, saxta formada əldə etdiyi tibbi rəy və arayışlardan istifadə edərək şərəf, ləyaqətini ləkələyir və onu nüfuzdan salır. Belə ki, Rəhman Şahhüseynli tərəfindən elektron formada Ədliyyə Nazirliyi, İcra Baş İdarəsi, Ali Məhkəmə, Sumqayıt Şəhər Məhkəməsi, Ali Məhkəmənin Mülki Kollegiyasına ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətdən görünür ki, “psixiatrik xəstəliyi mötəbər arayışla təsdiqlənən belə bir qondarma ananın yanında saxlanılmasına dair sifarişlə, ənənəvi yollarla xx.xx.2021-ci il tarixdə qətnamə çıxarmışdır” cümləsi Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanlanmış 23 iyun 2023-cü il tarixli ərizədən görünür ki, “Qadının “psixiatrın nəzarətində davamlı müalicəsinin vacibliyi”nə dair Tibbi arayışı ... və bu kimi onlarla mötəbər sənəd, sübut və dəlillərin heç birini nəzərə almadan, sadalanlara hüquqi qiymət vermədən, ciddi pozuntulara yol verməklə qanunsuz və əsassız qərar çıxarmış Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını müəmmalı şəkildə qüvvədə saxlamışdır” cümləsi Rəhman Şahhüseynli tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayətdən görünür ki, “-psixiatrik xəstəliyi mötəbər arayışla təsdiqlənən belə bir qondarma ananın yanında saxlanılmasına dair sifarişlə, ənənəvi yollarla xx.xx.2021-ci il tarixdə qətnamə çıxarmışdır” cümləsi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərarın 24-cü abzasında “o evdə olan zaman əşyalar arasında Türkanın psixi pozuntu ilə əlaqədar mütəmadi olaraq ondan gizli şəkildə müalicə almasına dair dərman pereparatları tapmışdır” deməklə həqiqətə uyğun olmayan ifadə vermişdir. Daha sonra Şahhüseynli Rəhman saxta yollarla və müxtəlif vasitələrin hesabına əldə etdiyi barəmdə saxta olan rəy adı altında “HB Güvən Klinik” özəl tibb müəssisəsinin həkimi Ramil Əfəndiyev tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, X4 asteno nevrotik vəziyyət və deppressiv nevroz diaqnozu qoyularaq ambulator müalicə təyin edilərək pasiyenti sahə nevropatoloqunun və psixiatrın nəzarətində müalicə alması tibbən vacibdir. Halbuki, eyni tarixli xətləri fərqli olan eyni həkim tərəfindən yazıldığı göstərilən digər arayışda gərginlik tip baş ağrısı və asteno-nevrotik vəziyyət diaqnozu qoyulmuşdur. Həmçinin, qeyd edilmişdir ki, daxil olarkən şikayəti baş ağrılarıdır, ailəməişət zəminində yoldaşı tərəfindən zərbə aldıqdan sonra yaranıb. Daha sonra həkim Ramil Əfəndiyev Sumqayıt Səhər Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd etmişdir ki, onun tərəfindən pasivent X4 psixiatrik deyil, psixoloqun nəzarəti altında ümumi müavinə tövsiyə olunmuşdur. Qoyulan diaqnoza görə təyin edilən dərmanların heç biri psixotrop dərmanları əhatə etmir. Onun pasiyentə qoyduğu diaqnoz psixiatrik xəstəliklə baqlı deyil və özünün ixtisası psixiatr olmadığı üçün onun tərəfindən xəstəyə psixi pozuntusu olmağı barədə diaqnozun qovulması qeyri-mümkündür. Qeyd edir ki, X8 tərəfindən yumruq və ayaqla zərbələr almağı nəticəsində sağlamlığıma yüngül zərər vurulması Nərimanov RPİ-nin İŞ-nin 24 oktyabr 2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda öz təsdiqini tapmışdır. Bunun nəticəsində səhhətimdə problemlər yaranmış və nevropatoloq tərəfindən ona “Velaxin” və “Mirtazin” adlı dərmanlar yazılaraq ambulator müalicə təyin edilmişdir. Lakin tərəfindən bu preparatlar heç bir zaman istifadə olunmamışdır. X10 sağlamlığıma qəsdən zərər yetirməsi haqqında Nərimanov rayon Polis İdarəsinə müraciəti əsasında Rəhman barəsində icraata qəbul edilmiş cinayət işinin materiallarının araşdırılması zamanı öz istəyi ilə barəmdə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin rəyin nəticəvi hissəsində X1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmadığı qeyd olunmuşdur. X2 02 iyun 2017-ci il tarixdə nevropatoloq tərəfindən müayinə olunaraq ona müalicə təyin olunması onu göstərir ki, həmin tarixdə X7 hər hansı bir psixoloji gərginlik vəziyyəti keçirə bilərdi, lakin həmin tarixlərdə X7 mütəxəssis-psixiatr tərəfindən müayinə olunmadığına görə əvvəllər onda psixi xəstəliyin mövcud olması öz təsdiqini tapmır. Həmçinin, “HB Güvən Klinik” özəl tibb müəssisəsinin X7 barəsində eyni müayinə tarixi üçün verdiyi ziddiyyətli arayışlardan hər hansı xronik psixi xəstəlik əlamətləri təsvir olunmamış, həmin arayışlarda qoyulmuş diaqnozlar nevrotik səviyyədə olub, psixi xəstəlik səviyyəsinə çatmamışdır. X2 hadisə baş verən zaman, əvvəl yaxud hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmaqıllıq kimi psixi xəstəlik keçirməmişdir. X2 hər hansı tibi xarakterli müalicə tədbirlərinə ehtiyac yoxdur. Həmçinin, X2 Bakı şəhəri 03 nömrəli poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatda olmadığı müəyyən edilmişdir. Şahhüseynli Rəhmanın barəsində Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarda qeyd edilmiş, materialın araşdırılması çərçivəsində təyin edilmiş m əhkəm ə-psixiatrik ekspertizasının rəyindən göründüyü kimi məndə hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Şahhüseynli Rəhmanın istinad etdiyi və dayanmadan yaydığı tibbi arayışlar saxta olmaqla, həqiqəti əks etdirmir. Onun qanunsuz əməlləri nəticəsində həkim tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən arayışlar verilmişdir. Psixi xəstəliyimin olmaması ekspertiza rəyi ilə təsdiq edilməsinə baxmayaraq, Şahhüseynli Rəhman hələ də həmin saxta tibbi arayışlara istinad edərək onlardan əleyhinə istifadə etməklə və onları yaymaqla məşğuldur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyqaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Ali Məhkəmə Plenumunun 14 may 1999-cu il tarixli qərarına görə məlumat əxlaqı prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Şərəf - cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət - şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz - şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin m əhkəm ələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» 14 may 1999-cu il 7 saylı qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirmə başa düşülür. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi və vəkili Müdafiəçi şikayətin məzmununa uyğun ifadə verərək bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Vəkil Müdafiəçi çıxışında verilmiş suallara cavab olaraq xüsusi ittiham qaydasında şikayətin Türkan Qurbanova tərəfindən deyil, onun tərəfindən imzalanaraq məhkəməyə verildiyini bildirdi. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Rəhman Şahhüseynli bildirdi ki, o, keçmiş həyat yoldaşı Türkan Qurbanova barəsində kütləvi informasiya vasitələrində heç bir məlumat yaymamış, sadəcə həm məhkəmə həm də hüquq-mühafizə orqanlarında gedən mübahisələri ilə bağlı öz sübutlarını müvafiq orqanlara təqdim etmişdir. Əməlində heç bir cinayət tərkibi yoxdur. Qeyd olunanlara əsasən barəsində olan xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayətdə şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əlavə edilmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində göstərilən yuxarıda sadalananlar göstərilməlidir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikasının CPM-nin tələblərinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Cinayət mühakimə icraatında tərəflərin çəkişmə prinsipi cinayət mühakimə icraatında ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilməsini nəzərdə tutmaqla hər bir tərəfin məhkəmədə təmsil olunmasını və məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malik olmalarını ehtiva edir. Bu prinsipə görə ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyatini, cinayəti tərətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübüt edir, müdafiə tərəfi isə əksinə cinayət təqibi ilə bağlı iərəli sürülmüş ittihamı təkzib edir və ya CPM-də təsbit edilmiş digər funksiyaları yerinə yetirir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin xüsusi ittiham qaydasında şikayətinin məhkəmənin hazırlıq iclasında yoxlanılması zamanı şikayətin məzmununun Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bundan başqa cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığı, o cümlədən şikayətin əsassız olduğu, şikayət vermiş şəxslərin dəlillərini əks etdirən sübutların şikayətə əlavə edilmədiyini müəyyən edilmişdir. Belə ki, X6 nümayəndəsi və vəkili Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X5 CM-nin 147.1 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. CM-nin 147.1-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə,mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma-min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 148-ci maddəsinə görə Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmamin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəməyə daxil olan materialda Rəhman Şahhüseynlinin həqiqətən də Türkan Qurbanovanı təhqir (yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) etməsini təsdiq edəcək heç bir mötəbər sübut əlavə olunmamış, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edilməsi dəqiq qeyd olunmamışdır. Bundan başqa Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zəzər çəkmiş şəxsin şikayəti əsasında Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirlən şəxslə barışdıqda ona xitam verilir. İş materiallarından görünür ki, hazırkı həmin şikayət məhkəməyə Türkan Qurbanova tərəfindən deyil, onun etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən imzalanmaqla məhkəməyə təqdim etmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, faktiki əsaslar gətirilmədən ittiham irəli sürülmüş, müvafiq ittihamla ağlabatanlıqla əlaqələndirmək mümkün olmayan faktiki hallara (açıq-aşkar əsassız) istinad edilmişdir. Bundan başqa ittihamın irəli sürülməsi və şikayətdə irəli sürülmüş iddiaları təsdiq etmək üçün sübutlar gətirilməmiş və təqdim edilməmişdir Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293-cü, 302-ci və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar