Məhkəmə qərarları › İş №1(060)-796/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-796/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-796/2023 04.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X15 müdafiəçisi və nümayəndəsi Müdafiəçi, Təqsirləndirilən şəxs X11, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Gürcüstan Respublikası, Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 Məmməd Süleyman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı X25 şikayətini onunla əsaslandırmışdır ki, X21 25 mart 2023-cü il tarixdə saat 16:22 radələrində ona məxsus ünvan 2 ünvanında yerləşən Mebel Evinə gələrək satıcı X12 guya onun borclu olduğunu bildirərək əvəzsiz olaraq iki mebel dəsti götürməyə çalışmışdır. O bu məqsədlə işçiləri ilə birlikdə mebelləri aparmaq üçün yük avtomobili ilə həmin ünvana gəlmişdir. X3 mane olmağa çalışmış, lakin M.S.X2 təhqir etmiş, onun ünvanına təhqiramiz söyüşlər söymüşdür. X18 tərəfindən bu barədə məlumatlandırıldıqdan sonra dərhal, təxminən 20-25 dəqiqəyə həmin ünvana gəlmiş, X16 heç bir borcunun olmadığını bildirsə də o, onu nalayiq sözlərlə təhqir edərək uzun müddət - 30 dəqiqə ərzində onu hədələməklə, ünvanına nalayiq sözlər deməklə həm Mebel Evinin daxilində, həm də həyətində qanunsuz hərəkətlərini davam etdirmişdir. O, X22, X6, X8, X14, tanımadığı 2 müştərinin yanında onu “var-yoxunun ağzını s**** pulunu alacağam, görərsiniz ağzınızı s**** pulumu alacağam, hara lazımdırsa pulumu verib, o pulu sizə doğuzduracağam.” deyə təhqir etmiş və bu hərəkətləri ilə ona mənəvi ziyan vurmuşdur. X11 hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində cinayət əməlinin tərkibi vardır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X25 məhkəmə iclasında şikayətinə uyğun ifadə verərək qeyd olunanların nəzərə alınaraq, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs X21 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 4 ildir Alxan adlı şəxsə mebel verdiyini və onun dəyəri olan 5400 (beş min dörd yüz) manat məbləğində pulunu ala bilmədiyini demişdir. 1-ci dəfə 4000 (dörd min) manat məbləğində mebel vermiş, onlar da sabah toydu pulu verəcəklərini bildirsələrə də, 4 ildir pulu ala bilməmişdir. Daha sonra noyabr ayında Alxan adlı şəxsin işçisi Fərid onun yanına gəlmiş, köhnə borclarını verəcəklərini bildirmiş, yeni müştəri olduğunu, mebel verməsini və pulunun səhərisi gün toydan sonra veriləcəyini bildirmişdir. O da inanaraq mebeli vermiş, lakin səhərisi gün mebelin pulu verilməmiş, soruşduqda isə Alxan müəllimin müalicəyə getdiyini, qayıtdıqda pulu verəcəyini demişdir. Bir neçə gün sonra avtomobillə gedən zaman Alxan adlı şəxsi görmüş, Fəridə zəng edərək Alxan adlı şəxsin burda olduğunu, onu aldatdıqlarını bildirmiş, Alxanın telefon nömrəsini istəmiş, Fərid isə telefon nömrəsini verməmişdir. O, mağazada işləyən Minə adlı xanımdan Alxan adlı şəxsi telefon nömrəsini almış, 25 mart 2023-cü il tarixdə ona zəng edərək saat 15:00 radələrind mağazada olmağını və pulunu qaytarmasını demişdir. Alxan isə ona borcu olmadığını və nə istəyirsə eləməsini bildirmişdir. O, həmin gün saat 15:00 radələrində mağazaya gəlmiş, Alxana zəng edərək mağazada olduğunu demişdir. Həmçinin mağazada ona məxsus mebel olduğu üçün işçiləri və maşınla gələrək mebelini aparmaq istəmiş, mağazada 2 ədəd divan olduğunu görmüş və 5400 (beş min dörd yüz) manat məbləğində borcun əvəzinə həmin divanların ona verilməsini təklif etmişdir. Lakin onlar onun təklifinə etiraz etmişlər. O, mağazada olanda Minə adlı xanış Alxan adlı şəxsə zəng edərək onun gəldiyini və mebelləri aparmaq istədiyini bildirdi. Alxan adlı şəxs mağazaya gəlmiş, o ona borcun əvəzinə divanların verilməsini bildirmiş, əgər pulu verməsələr Prezidentə müraciət edəcəyini bildirmiş, bu zaman onu təhqir etməyə başlamışlar və yumruqla vurmuşlar. O, DİN-nin 102 zəng xidmətinə zəng etmiş və bu baədə Sumqayət ŞPİ-nin 5-ci PB-də araşdırma aparılmışdır. Sonra Məcnun adlı şəxs onun yanına gəlmiş, şikayət etməməsini, ona 1 ay vaxt verməsini və ona olan borcu alıb qaytaracağını bildirmiş, lakin 1 ay keçdikdən sonra o, Alxan adlı şəxsin mebelin pulunu qaytarmaq istəmədiyini demişdir. Sonra o, sosial şəbəkədə öz səhifəsində Prezidentə müraciət edərək ona qarşı dələduzluq edildiyini, DİN-nin 102 zəng xidmətinə 22 dəfə zəng etməsinə baxmayaraq şikayət etdiyi şəxsdən heç izahat da alınmadığını bildirmişdir. O, nalayiq ifadələr işlətmədiyini bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində Məmməd ona zəng edərək mebellərin pulunun verilməsini, ödənilmədiyi təqdirdə mağazadan başqa mal götürəcəyini demişdir. Malları Məmməddən onun tərəfindən götürüldüyünü, müştəriyə verdiyini, pulları müştəridən ala bilmədiyini və bu barədə Qobustan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirdi. Məmməd mağazaya gələn zaman o, orada olmamış, ona zəng olunaraq Məmmədin mağazaya gəldiyini və pulun əvəzinə başqa mal aparmaq istədiyini dedilər. O, tez mağazaya gəlmiş və mağazada Məmməd tərəfindən Alxanın ünvanına nalayiq ifadələr işlədildiyinin şahidi olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, 2011-ci ildən həmin mağazada işləyir. Həmin gün o, mağazada tək olan zaman saat 15-16 arası Məmməd adlı şəxs mağazaya gələrək Alxan müəllimi soruşmuş, mağazada olmadığını bildirmiş, bu zaman Məmməd ona işçi qüvvəsi və maşınla gəldiyini, mağazada olan 2 ədəd bahalı divan və kreslonu aparacağını demişdir. O, Məmmədə həmin malların başqa şəxsə mənsub olduğunu və malları apara bilməyəcəyini bildirmişdir. Bu zaman o, Alxan müəllimin həyat yoldaşına zəng vuraraq Məmmədin mağazaya gəldiyini və malları aparmaq istədiyini demişdir. Məmməd nalayiq ifadələr işlədirdi. Alxan müəllim mağazaya gəlmiş, Məmmədə nə istədiyini soruşmuş, Məmməd isə mebelləri aparacağını bildirmiş, Alxan müəllim də ona başqasının malları olduğunu və apara bilməyəcəyini bildirdi. Bu zaman Məmməd Alxanın ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 və X9 da şahid X8 ifadəsinə oxşar ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli arayışından görünür ki, təqsirləndirilən şəxs X21 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, təqsirləndirilən şəxs X11 himayəsində 03 (üç) azyaşlı uşaq vardır. İş materiallarında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X21 və X15 qarşılıqlı şikayət ərizələri əsasında toplanmış materialda cinayət hadisəsi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 6(060)-80/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X15 şikayəti təmin olunmuş, Sumqayıt ŞPİnin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı qanunsuz hesab edilməklə X11 hərəkətlərində CM-nin 221.1 və ya İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin olub-olmaması hissəsində araşdırılma aparılması məqsədi ilə həmin qərar ləğv edilərək, qərarın surəti yenidən araşdırma aparılmasının təmin edilməsi üçün Sumqayıt Şəhər Prokurorluğuna göndərilmişdir. İş materiallarında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayevin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, X11 əməlində Azərbaycan Respublikası CM-nin 221.1 və Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmadığı üçün aparılmış araşdırmanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X21 tərəfindən X19 təhqir, yəni kütləvi çıxışda şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayətində ittiham etməsinə xüsusi ittihamçı tərəfindən irəli sürülən dəlillərə münasibət bildirərək belə hesab edir ki, həmin dəlillər əsaslıdır və məhkəmə araşdırması zamanı tədqiq olunmuş və biri digərini tamamlayan mötəbər sübutlarla açıq-aşkar təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı xüsusi ittihamçı və şahidlərin ifadələrindən müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs X4 çıxışda X20 nalayiq söyüşlərlə təhqir etməklə sonuncunun şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində hər kəsin fikir və söz azadlığı hüququ təsbit edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 10-cu maddəsində də nəzərdə tutulur ki, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında fikir və söz azadlığı kimi, hər kəsin şərəf və ləyaqətinin müdafiə hüququna da eyni qaydada təminat nəzərdə tutmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxs X21 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə isə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (dostlarının, tanışlarının və s.) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə. idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin mənasına görə, təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Aparılmış məhkəmə istintaqı zamanı X11 mağazada kütləvi çıxışda X20 nalayiq ifadələrlə təhqir etməsi sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş xüsusi ittihamçının, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən,cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə təqsirləndirilən şəxs X11 himayəsində 03 (üç) azyaşlı uşağı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmədə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxs X16 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə, cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, X17 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və cəzanın məqsədi ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X16 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 350, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqsirləndirilən şəxs X16 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar