Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-797/2025 11.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-mülki iddiaçı : Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1998-ci ildə Siyəzən rayonu Gil-Gil çay qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu Gilgilçay qəsəbə Ə/D, Gilgilçay qəsəbəsi, P.Rəhimov küçəsi ev 4-də qeydiyyatda olan, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 53 mənzil 62-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, nəqliyyat vasitəsini idarə edən şəxs kimi yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə saat 17:30-da Bl, B, C1,C kateqoriyalı, BD002585 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi "Kamaz 5511 yük" markalı **-TB-*** qeydiyyat nişanlı yük avtomobili ilə Sumqayıt şəhəri Qurd Dərəsi bağlar «kanal qırağı, 18 saylı marşrutun yolu» istiqamətindən Novxanı kəndi istiqamətində 35-40 km/saat sürətlə hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda, bunlara əməl etməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozmaqla sağ tərəfdən «17 saylı marşrutun yolu» deyilən küçə istiqamətindən «kanal qırağı, 18 saylı marşrutun yolu»na bitişən əsas yol istiqamətində hərəkətdə olan velosipedçi Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncunun sol budun sümüyünün, sağ bud sümüyünün və sağ kiçik incik sümüyünün qapah yerdəyişən sınığı, sol baldır sümüklərinin açıq yerdəyişən sınığı, sol diz qapağının xüsusi bağının qopması, sol incik sümüyünün posttravmatik neyropatiyası, döş qəfəsinin küt travması, sağ 7-8 qıbırğaların qapah sınığı, AKBT, baş beynin yüngül dərəcəli əzilməsi, sağ çənə sümüyünün kəllə arasına keçən xətti sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək İfadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 18 radələrində idarə etdiyi <<Kamaz>> markalı **-TB-*** avtomobililə Sumqayıt şəhəri «qurd dərəsi» bağlar kanal qırağı deyilən yoldan Sumqayıt şəhəri, Novxanı kəndi istiqamətində 45-50 km surətlə hərəkətdə olan zaman təxminən 65 metr məsafədə hərəkət etdiyi əsas yola bitişik sağ tərəfdəki yoldan bir neçə nəfər velosipedçinin sürüb əsas yola yaxın saxladıqlarını görüb surətini aşağı, yəni 35-40 km.surətə endirmiş və hərəkətini davam etdirib həmin uşaqlara çatmışdır. Uşaqlara çatan zaman onlar tərəfdən, yəni sağ tərəfdən onun hərəkət yoluna bitişik istiqamətində digər 1 nəfər cavan oğlan velosipedçinin hərəkət etdiyini, həmin velosipedin «sepinin» çıxdığını və saxlaya bilməyib idarə etdiyi <«Kamaz>> markalı avtomobilin qarşısına çıxdığını görüb tez əyləci basıb avtomobilin sükanını yolun sol tərəfinə burmuşdur ki, velosipedçiyə dəyməsin, lakin velosipedçini vurmuşdur. həmçinin az qala qarşısından gələn digər avtomobilə də təhlükəli vəziyyət yaratmışdır. Velosipedçini vurduqdan sonra təxminən 10-12 metr məsafədə saxlamış, tez avtomobilən düşüb velosipedçinin yanına qaçıb gəlmişdir. velosipedçi asfaltda uzanmış və huşsuz vəziyyətdə olduğundan dərhal təcili tibbi yardıma zəng etmişdir. Təcili tibbi yardım gəlmiş və xəsarət alan velosipedçini xəstəxanaya aparmışdır.Həin vaxt maşın yüklü vəziyyətdə olmuş, vurduğu uşağı 1-2 metr məsafədən görmüşdür. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Xəstənin müalicəsi üçün atası tərəfindən həmin vaxt 2000 manat dərhal ödənmişdir. Özü 44 günlük vətən müharibəsində iştirak etmişdir. Daha sonra təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək döyüş əməliyyatlarında iştirak etdiyini, mülki iddianı qəbul etmədiyini, zərərçəkmiş şəxsin müalicəsi üçün 2600 manat pul ödədiyini, özünü təqsirli bilmədiyini nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ğlunun Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları və digər istintaq materialları ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs(mülki iddiaçı) kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində dayısı oğlu Nihad, dostları Tunar və Gülağa ilə birlikdə nənəsinin yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi bağlar yaşayış massivində torpaq yolla «17 saylı marşrutun yolu» deyilən küçə ilə «18 saylı marşrutun yolu» deyilən yola bitişik yola tərəf velosiped sürmüşlər. O, Nihad, Tunar və Gülağanın arxasıyca sürmüşdür. «18 saylı marşrutun yolu»na çatanda artıq heç nə yadımda deyil. Xəstəxanada ayılanda ona dedilər ki, velosipedddə olarkən yoldan keçən «Kamaz» markalı avtomobil onu vurub, lakin həmin an aldığım xəsarətlər səbəbindən yadında deyil.dayısı oğlu və digər dostları ondan qabaqda, o isə onların arxasınca getmişdir.Həmin vaxt velosipedin sepi çıxmamışdır, həmjdə velosiped əl ilə saxlanılır, sep çıxsa belə velrsipedin dayanmasına təsir etmir. Təqsirləndirilən şəxs onun müalicəsi üçün ümumilikdə 2600 manat pul vermişdir.Verdi mülki iddiada 17000 manat müalicəsinə çəkilən xərclə bağlıdır.Verdiyi mülki iddiasının tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025ci il tarixdə saat 17:30 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs, qonşuları Şahid4 və Şahid3 ilə birlikdə hər biri sürdüyü velosipedlərlə yaşadıqları ərazidə torpaq yolla «17 saylı marşrutun yolu» deyilən küçə ilə <<18 saylı marşrutun yolu» deyilən yola bitişik, yəni kanal qırağı deyilən asfalt yola doğru asta surətlə hərəkət blər.Tunar onlardan əvvəl irəlidə sol tərəfdə Sumqayıt şəhəri istiqamətində yolun torpaq hissəsi ilə sürüb getmiş, O və Gülağa əsas asfalt yola çatmağa az qalmış soldan Sumqayıt şəhər istiqamətindən Novxanı kəndi istiqamətinə «Kamaz>>> markalı maşının gəldiyini görüb yola çatmağa az qalmış dayanmışlar. Həmin vaxtı Elgün də velosipedlə onların arxasınca onlardan təxminən 3 metr sağ yan tərəflə gəlib bizim dayandığımız yerdən bir qədər irəlidə «Kamaz>> markalı yük maşınının hərəkətdə olduğu yola çıxmışdır. Həmin anda «Kamaz>> markalı yük maşını Elgünü velosipedlə birlikdə vuraraq təxminən 10-15 metr irəliyə aparıb dayanmışdır.. Sonra «Kamaz» markalı maşının sürücüsü maşından düşərək Elgünə yaxınlaşmış, o və digər uşaqlar da Elgünə yaxınlaşmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım gəlib Elgünü xəstəxanaya aparrmışdır.Elgün sırada 3-cü gəlmiş, onlardan 2-3 saniyə sonra gəlib dayanmışdır.Elgün onlardan çox az məsafədə irəlidə dayanmışdır.Elgün təkərin yarısı qədər onlardan irəli çıxmışdır.Onlar Kamazı buraxıb yolun sağına dönmək üçün dayanmışlar.Dəqiq bilməsədə Kamazın sürətli gəldiyini hiss etmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 Qurban oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində qonşuları Zərərçəkmiş şəxs, Şahid4 və Şahid2 ilə birlikdə hər biri velosipedlərlə yaşadıqları ərazidə torpaq yolla <17 saylı marşrutun yolu» deyilən küçədən «18 saylı marşrutun yolu>>> deyilən, yəni kanal qırağı deyilən asfalt yola doğru asta surətlə hərəkət etmişlər. Tunaronlardan əvvəl irəlidə sol tərəfdə Sumqayıt şəhəri istiqamətində yolun torpaq hissəsi ilə sürüb getdi. O və Nihad kanalqırağı əsas asfalt yola çatmağa az qalmış soldan Sumqayıt şəhəri istiqamətindən Novxanı kəndi istiqamətində «Kamaz» markalı maşının gəldiyini görüb yola çatmağa az qalmış dayanmışlar. Həmin vaxtı Elgün də velosipedlə onların arxasınca onlardantəxminən 3 metr sağ yan tərəflə gəlib onların dayandığı yerdən bir qədər irəlidə «Kamaz>>> markalı maşının hərəkətdə olduğu yola çıxıb dayanmışdır.. Həmin anda «Kamaz» markalı yük maşını Elgünü velosipedlə birlikdə vuraraq təxminən 10-15 metr irəliyə aparıb dayanmışdır.. Sonra <<Kamaz>> markalı maşının sürücüsü maşından düşərək Elgünə yaxınlaşmış,o və digər uşaqlar da Elgünə yaxınlaşmışlar. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım gəlib Elgünü xəstəxanaya aparmışdır.Onlar dayanandan 102 saniyə sonra Kamaz Elgünü vurmuşdur.Kamazı uzaq məsafədən görüb dayanmışlar.Kamazı təxminən 40-50 metr məsafədən görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 şahidlər Şahid2 və Şahid3 Ramil oğlu ilə eyni məzmunlu ifadəl vermişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2007ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğludur. Hadisə olan gün Sumqayıt şəhəri Qurd Dərəsi bağları yaşayış massivində yaşayan qaynanasgilə qonaq getmişlər. Elgün nənəsinin məhəlləsində yaşayan qonşu uşaqlarla velosiped sürməyə getmişdir.Həmin gün saat 17:30 radələrində qaynı Cavidin arvadı Gülnara zəng gəlib Elgünün velosipedlə olarkən yoldan keçən «Kamaz» markalı avtomobil tərəfindən vurulduğu bildirmişdir. Dərhal hadisə yerinə qaçıb şadisə yerinə 5-6 dəqiqəyə çatmışlar. Hadisə yeri Sumqayıt şəhəri Qurdə Dərəsi bağları yaşayış massivi, «kanal qırağı» deyilən asfalt yolu üzərində idi, Elgünün asfaltın üzərində huşsuz, baş və ayaq nahiyələrinin qanlı vəziyyətdə olduğunu görmüşdür. Ətrafına yığışan məhəllə uşaqları dedilər ki, yoldan keçən «Kamaz>> markalı avtomobil Elgünü yolun kənarında velosipedlə dayanmış vəziyyətdə vurub 10 metr sürümüşdür. Elgünün başı yarılmış və hər iki ayağı sınmış vəziyyətdə olmuşdur. Hadisə yerindən bir az aralıda Elgünü vuran «Kamaz>>> markalı avtomaşın dayanmış vəziyyətdə idi, sürücüsünü orada görməmişdir.. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlib Elgünü Sumqayıt şəhər mərkəzi xəstəxanaya aparmışdır. Elgün orada reanimasiya şöbəsində 1 gün qaldı. Ertəsi gün vəziyyəti ağır olduğu üçün Sumqayıt Hospitalına təxliyyə olunmuşdur. Elgünün xəsarət almasında günahkar olan «Kamaz» markalı **-TB-*** qeydiyyat nişanlı avtomobilin sürcüsü Təqsirləndirilən şəxs və yaxın qohumları Elgünün ağır keçən müalicə və əməliyyatların xərclərini çəkməkdə heç bir təşəbbüs göstərməmişlər, özlərini haqlı çıxarmağa çalışmışlar. Ona görə də hadisəni törətmiş Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs yaxınları tərəfindən 2600 manat ödənilmişdir.Başqa ödəniş olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025cı ıl tarixli, 930 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində bədəni üzərində sol bud sümüyünün, sağ bud sümüyünün və sağ incik sümüyünün qapalı yerdəyişən sınığı,sol baldır sümüklərinin açıq yerdəyişən sınığı,sol diz qapağının xüsusi qapağının qopması,sol incik sümüyünün posttravmatik neyropatiyası, döş qəfəsinin kut travması, sağ 7-8 qabırğaların qapalı sınığı, AKBT, baş beyin yüngül dərəcəli əzilməsi, sağ ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığından ibarət xəsarətlər aşkar edilmişdir.Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdır, Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən 27.04.25-ci il tarixində YHN-sı zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığına AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/1910 nömrəli rəyindən görünür ki, Kamaz 5511 markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisəsinin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərindən ‘;Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Cinayət işinin materiallarından görünür ki, Şahid2 ifadəsi hadisə yerində yoxlanılarkən, sonuncu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha dəqiqliklə göstərmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol tərtib edilmiş, həmçinin yol nəqliyyat hadisəsi baş vermiş yerin fotoşəkillləri və sxemi çəkilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə istintaq eksperimenti keçirilərkən velosipedçi Şahid2 «Kamaz» markalı avtomobilin sürücüsünün görüş məsafəsinə daxil olduğu yerdən velosipedçi Zərərçəkmiş şəxs vurulma yerinə qədər olan məsafənin 12 metr olması və həmin məsafəni 05,30 saniyəyə qət etməsi, bundan sonra da eyni istintaq hərəkəti 2 dəfə də təkrar olunduğu və həmin məsafəni velosipedçi Nihad Əliyevin hər dəfə 06,00 saniyəyə qət etməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli 3- 13-16-8/22911/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə «BC» kateqoriyalı BD002585 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edənlər sırasında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Narkoloji Dispanserindən daxil olmuş 2569 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20:45-də sərxoş deyildir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarından görünür ki, 14 oktyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-in 263.1-1-ci maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 20 fevral 2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış, 30 dekabr 2020-ci il tarixdə ehtiyata buraxılmış, 2-ci Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak etməmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia verərək Təqsirləndirilən şəxs 19478 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumuna göörə 148,43 manatın alınıb ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş Sumqayıt Hospitala ödəniş edilməsi barədə qəbzlər və dərman vasitələrinin alınmasına dair qəbzlərlə verilən mülki iddiada göstərilən məbləğ uyğunluq təşkil edir. Müdafiəçi tərəfindən zərərçəkmiş şəxsin müalicəsi üçün nə qədər vəsait ödənilməsi barədə Sumqayıt Hospitaldan alınmış 27 fevral 2026-cı il tarixli məktubdan da görünür ki, Zərərçəkmiş şəxs 28 aprel 2025-ci ildən «Sumqayıt Hospital» MMS klinikasına qəbul olunmuşdur Pasientin ambulator və stasionar müalicə üçün cəmi 17098 AZN ödənilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən onun müalicəsi üçün 2600 manat pul ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 183.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanadək mülki iddiasına əlavələr və dəyişiklik etməyə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs –mülki cavabdeh Təqsirləndirilən şəxs verilmiş mülki iddiaya görə 16878 manat, dövlət rüsumuna görə 148,43 manat alınaraq mülki iddiaçıya ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, istintaq ekperimenti, ifadənin yerində yoxlanıloması protokolları və digər iş materialları ilə onun yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını məntəqə tipli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün bu hissədə icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, təqsirləndirilən şəxs–mülki cavabdeh Təqsirləndirilən şəxs verilmiş mülki iddiaya görə 16878 (on altı min səkkiz yüz yetmiş səkkiz) manat, dövlət rüsumuna görə 148,43 manat alınaraq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-797/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-797/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver