Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-798/2022 09.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Abşeron ray., Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron ray., Novxanı kəndində qeydiyyatda olan Sumqayıt şəh., 19-cu məh., ev 10/19, m 10-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə 311.5 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib saxlamaqla üzərində daşımış, 24 avqust 2022- ci il tarixdə, saat 12:40 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində saxladığı 01 ədəd göy rəngli polietilen torbadakı qara rəngli polietilen bağlamanın içərisindən təmiz çəkisi 311.5 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, bir müddət narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında o, şəxsi işi ilə əlaqədər olaraq Sumqayıt şəhəri Corat qəsəbəsinə getmişdir. Orada olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, adını və ünvanını bilmədiyi şəxsdən 500 manata bir ədəd göy rəngli sellofan bağlamada qurudulmuş marixuana almış və Sumqayıt şəhərinə qayıtmışdır. Burada da işləri qurtarıb yaşadığı evə getmək istəmişdir. xx.xx.2022-ci il tarixdə, saat 12:40 dəqiqədə o, Sumqayıt şəhəri 19-cu məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişlər. Buna görə də onun üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət elmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmişlər və bir başa Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişlər. Polis bölməsində xidməti otaqların birində ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmişlər. O, sağ əlində saxladığı 01 ədəd sellofan bağlamanı təqdim elmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, sellofan torbanın içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır və onu bu gün Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 500 manata öz istifadəsi üçün almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəziyə qoyulub çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra narkotik vasitə olan qurudulmuş marixuananın ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və polis bölməsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olmamışdır. Hazırda əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, o cümlədən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və polis sahə rəisi, polis baş leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən Narkoloji Dispanserin yaxınlığında olması barədə daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 12:40-da əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 19-cu məhəllədə yerləşən Narkoloji Dispanserin yaxınlığında olan zaman əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görüb onu saxlamışlar, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş elmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət olunmuş. Təqsirləndirilən şəxs heç bir etiraz etməmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getmişdir. PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor- kriminalisti, polis mayoru X3 işlrkakı ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 tərəfindən Təqsirləndirilən şəxs videoçəkiliş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu 01 (bir) ədəd göy rəngli sellofan torbanı təqdim elmiş, həmin sellofan torba açılan zaman torbanın içərisində qara rəngli bağlamanın, həmin qara rəngli sellofan bağlama açılan zaman isə bağlamanın içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan “marixuana"-ya bənzər bitki kütləsinin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsinin “nəşə” olduğunu demişdir. Həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 500 manata aldığını və şəxsi istfadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli bağlamada olan qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilmiş və ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq elmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 24 avqust 2022-ci il tarixdə, saat 12:40 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. 25 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmiş və barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 24 avqust 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:40-da Sumqayıt şəhəri 19cu məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında olan zaman Sumqayıt ŞPJ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli "Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 13:£5- də PB-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X4 təqdim olundu, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etmiş, Təqsirləndirilən şəxs özü sağ əlində saxlamış olduğu 1 ədəd göy rəngli sellofan torbanı təqdim etdi. Həmin sellofan torba tərəfindən açıldı, sellofan torbanın içərisində 1 ədəd qara rəngli bağlamanın olduğu müəyyən edildi, həmin qara rəngli sellofan bağlama açılan zaman isə bağlamanın içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin bitki kütləsini Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 500 manata aldığını və üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş qara rəngli bağlamada olan qurudulmuş bitki kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin çəkisinin 490,0 qram olduğu müəyyən olundu və həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olundu və video çəkilişin müddəti saat 13:23-dan, 13:31dək davam etdi. Eyni zamanda şəxsi axtarış zamanı istifadə olunmuş “Panasonic” markalı videokamerada həkk olunmuş video çəkiliş diskə köçürüldü və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xidməti otağının əks etdirdiyi, video görüntünün əvvəlində 03 (üç) nəfər şəxsin mülki geyimli və bir nəfər polis əməkdaşının gündəlik geyim formasında olan şəxsi görmək olur. Həmin vaxt Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X5 orada olan Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakı ilə narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə əldə edilmiş məlumat əsasında saxlanıldığını izah etdiyi, həmçinin digər 03 (üç) nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Kərimxan Əsədovun dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, həmçinin Təqsirləndirilən şəxs hüququ və vəzifələrin izah edilməsi haqqında bildirşin verildiyi görünür. Bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra Təqsirləndirilən şəxs sağ əlində saxlamış olduğu 01 (bir) ədəd göy rəngli sellofan torbanı təqdim etmiş, həmin sellofan torba açılan zaman torbanın içərisində 01 (bir) ədəd qara rəngli bağlamanın, həmin qara rəngli sellofan bağlama açılan zaman isə bağlamanın içərisində yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan "marixuana"-ya bənzər bitki kütləsinin olduğunu görmək olurmuş. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yaşıl rəngli qurudulmuş, spesifik iyə malik bitki kütləsinin (nəşə) olduğunu demişdir. Həmin bitki kütləsini xx.xx.2022-ci il tarixdə, Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 500 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş göy rəngli sellofana bükülmüş yaşıl rəngli qurudulmuş, spesifik iyə malik narkotik vasitə olan "marixuanaya"-ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin 490.0 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalarla təsdiq edilmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/932 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində "Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bitki kütləsi" yazılar və imzalar olan üzəri skoçla bağlanmış göy rəngli polietilen torbadakı qara rəngli polietilen bağlamada təmiz çəkisi-311.5 qram bitki mənşəli küllə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5003 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 490.0 qram olan marixuana, tədqiqat və istintaq zamanı aparılmış bioloji ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 311.5 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntüsünü əks etdirən 01 ədəd DVD maddi sübut hesab edilmiş, tədqiqata sərf edilmiş hissəsi çıxarılmaqla qalıq qalmış - 311.45 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və 01 ədəd DVD diskdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs əldə etdiyi 01 ədəd göy rəngli polietilen torbadakı qara rəngli polietilen bağlamanın içərisindən təmiz çəkisi 311.5 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 311.45 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 25 avqust 2022-ci il tarixədək tutulub saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 311.45 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-798/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-798/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver