Məhkəmə qərarları › İş №1(060)-799/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-799/2023

10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-799/2023 10.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hazırda barəsində olan başqa cinayət işi üzrə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 iyun 2019-cu il tarixdən başlayaraq alimentin miqdarı dəyişdirilərək 08 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alirnentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(105)-3586/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 3(060)-1572/2020 saylı və 10 noyabr 2021-ci il tarixli, 3(060)-3599/2021 saylı qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etairməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 5520.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə barəsində oan cinayət işi üzrə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır, yekun məhkəmə aktı qəbul edilməyib. O, Zərərçəkmiş şəxs ilə ilə 2012-cı ildə nikahların rəsmiləşdirməklə ailə həyatı qurmuş və evli olduğu müddətdə xx.xx.2013-cü il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. O, nikahda olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədikləri üçün ayrılmaq qərarına gəlmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi əsasında rəsmi boşanmış və həmin vaxtdan da uşaq anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və ondan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, alimentin miqdarı çox olduğundan qətnamədən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsinin əsasında yuxarıda qeyd olunan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilərək müəyyən edilən aliment məbləği qismən azaldılaraq ondan övladı Ayan Əhmədova yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü İcrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli və 10 noyabr 2021-ci il tarixli qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2023-cü tarixədək 5520,00 manat aliment borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, məşğulluq mərkəzi tərəfindən təklif olunan işlərin əməkhaqqısının az olması səbəbindən məşğulluq mərkəzindən təklif olunan islərdən imtina etmiş, əvvəllər sürücü işləmiş, aylıq gəliri 500,00-550,00 manat təşkil etmiş, indiki zamana qədər yaranmış aliment borcundan heç bir ödəniş etməmiş, hazırda da ödəniş etməyə imkanı yoxdur. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012cı ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və bu nikahdan xx.xx.2013-cü il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, qazancı 400-450 manat təşkil etmiş, həmin müddətdə Sumqayıt şəhərində birlikdə yaşamışdırlar. O, Təqsirləndirilən şəxs ilə yola getmədiyindən ayrılmmış və uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. O, isə uşağı tək başına saxlaya bilmədiyindən 2018-ci ildə ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Dava sonra Təqsirləndirilən şəxs apelyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında yuxarıda qeyd olunan Sumqayıt Şəhər Məhkəməsinin qanuni güvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilərək müəyyən edilən aliment məbləği qismən azaldılaraq Təqsirləndirilən şəxs övladı Ayan Əhmədova yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Yenidən həmin məhkəmənin 10.11,2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs 5640,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs ona ödənilməli olan aliment borcunun ödənilməsini tələb edərək, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5862/2019 saylı 09.07,2019cu il tarixli icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü Ayan Əhmədovanın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3586/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək, 120 manat müəyyən edilmişdir (xx.xx.2019-cu il tarixdə yeni icra vərəqəsi verilmişdir). İcra sənədləri üzrə müvafiq olaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsində başlanılmış icraat zamanı (icra məmuru Şahid1) aliment tələbi borclu Təqsirləndirilən şəxs tərəfindən təmin edilməmiş, sonuncu icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-1572/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-169/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İlkin icra sənədi Apellyasiya İnstansiya Məhkəməsində dəyişdirilərək, yeni icra vərəqəsi verildiyindən “İcra haqqında” Qanunun 20.1.4-cü maddəsinə uyğun olaraq icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə müvafiq icra sənədi üzrə icraata xitam verilmişdir. Digər icra sənədi üzrə tələbin icrası ilə bağlı görülmüş tədbirlər müsbət nəticə verməmiş, borclu Təqsirləndirilən şəxs məxsus tələbin yönəldilə biləcək əmlak və gəlirlər aşkar edilməmişdir. Məlumat vermədən yaşayış yerini dəyişdiyinə və olduğu yeri müəyyən etmək mümkün olmadığına görə icra məmuru tərəfindən Təqsirləndirilən şəxs axtarılması haqqında xx.xx.2021-ci il tarixdə qərar qəbul edilərək, icra olunması üçün Sumqayıt şəhər Polis idarəsinə göndərilmiş və orada axtarış işi açılmışdır. Axtarış tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə İcra idarəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetrimədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3599/2021 saylı xx.xx.2021 -ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. İcraat dövründə borclu Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi dəfələrlə tələb edilmiş, sonuncu izahatında işsiz olduğunu və borcu ödəyə bilməyəcəyini bildirmişdir. X3 7 saylı Ərazi məşğulluq mərkəzinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən işsiz kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu şəxs Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, tələbkarın qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. O, icra sənədi üzrə tələbin təmin edilməsi üçün bu və ya digər hərəkəti etməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməmişdir. Onun bu cür hərəkət və hərəkətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən edilən tələbləri tələbkarın xeyrinə qərəzli olaraq icra etməmədə ifadə olunur. Borclunun qərəzli hərəkət və ya hərəkətsizliyi nəticəsində qətnamə üzrə öhdəlik yerinə yetirilmədiyi üçün tələbkar müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması istiqamətində müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 5520 manat aliment borcu vardır. Məhkəmədə şahid Sumqayıt şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3586/2019 saylı iş üzrə qəbul etdiyi 15 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 11 iyun 2019-cu il tarixdən başlayaraq alirnentin miqdarı dəyişdirilərək 08 noyabr 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120,00 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Qeyd olunan qətnamə 30 oktyabr 2019-cu il tarixdə icraya yönəldilərək, həmin tarixdə verilmiş icra vərəqəsi 06 noyabr 2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən icraata başlanılması barədə qərar qəbul edilərək, borclu Təqsirləndirilən şəxs icranı 10 gün müddətində könüllü təmin etmək təklif olunmuşdur. Qeyd olunan qərar və qanunvericiliklə müəyyən olunmuş qaydada tərtib olunmuş bildiriş Təqsirləndirilən şəxs göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində Təqsirləndirilən şəxs qətnamənin icra olunmaması ilə bağlı izahat alınmasına və qətnamə ilə ondan tutulması qət olunmuş məbləğin könüllü ödənilməsinin təklif olunmasına baxmayaraq, sonuncu məhkəmə qərarının icrası ilə əlaqədar icra sənədi üzrə tələbi könüllü icra etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 3(060)- 1572/2020 saylı və 10 noyabr 2021-ci il tarixli, 3(060)-3599/2021 saylı qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. xx.xx.2021ci il və xx.xx.2022-ci il tarixlərdə Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən Təqsirləndirilən şəxs bildirişlər göndərilərək məhkəmə qətnaməsi üzrə olan borcunu 10 gün müddətində ödəməyi təklif olunmuş və əks halda barəsində toplanmış materialların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başalanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün etiraf edici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin materialları ilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsinə dair belə nəticəyə gəlir ki, onun törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, vurulmuş maddi ziyandan hər hansı bir məbləğdə ödəniş etməməsi, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli qərarı ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi A.Rzayevanın xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır və baxılır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı hazırki iş üzrə 10 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində həbs qətimkan tədbiri seçilməli və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan başqa cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə həbs qətimkan tədbiri seçilsin və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatında olan başqa cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar