Məhkəmə qərarları › İş №1(060)-8/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-8/2021

07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-8/2021 07.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, ali təhsilli, rəsmi işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B.Niftəliyev küçəsi, ev 1, mənzil 24-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, 01 aprel 2014-cü il tarixli əmrlə «xxxx» MMC-nin Bakı nümayəndəsinin rəhbəri kimi təyin edilməklə vəzifəli şəxs olaraq tamah məqsədi ilə rəsmi sənəd hesab edilən X30 istismara verilməsi və istsmardan çıxarılması barədə aktlara yalan məlumatlar yazmış, 01 dekabr 2015-ci ildə həmin vəzifədən azad olunduqdan sonra kassa aparatlarının qeydiyyata salınması və çıxarılması barədə istifadə etməsi üçün saxta sənədlər tərtib etmiş, özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə, yəni dələduzluq yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, o, zavod nömrəsi 207667 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Hafiz Abdullayevin adına rəsmiləşdirilməsi barədə 18 fevral 2014-cü il tarixli, 43997 №-li aktda düzəlişlər etməklə 00208874 №-li kassa aparatının Bakı şəhəri, Xəzər rayonunda fəaliyyət göstərən geyim mağazasının sahibi Mətanət İmanovanın adından qeyddiyyatdan çıxarmaqda aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 18 fevral 2014-cü ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 35 ay ərzində aldığı 210 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 17 aprel 2014-cü il tarixli, 006650 №-li aktla adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00170880 №-li olan Teymur Xidiyevin adına rəsmiləşdirilmiş kassa aparatını 12 aprel 2014-cü il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 00204729 №-li aktla Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən tikinti materialları mağazasının sahibi X31 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 17 aprel 2014-cü ildən 12 aprel 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 12 ay ərzində verilən 78 manat pulu, 12 aprel 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 186 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 30 may 2014-cü il tarixli, 7494 №-li aktla Zaur Əliyevin adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00171703 №-li olan kassa aparatını 13 iyun 2014-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən obyektə X1 adına 00752 №-li aktla rəsmiləşdirməklə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 30 may 2014-cü ildən 01 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 18 ay ərzində verilən 108 manat pulu, 00174232 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə 03 sentyabr 2014 tarixli, 9629 №li aktda zavod № qrafasında olan 00174232 rəqəminin yerinə 02 fevral 2015-ci ildə Binəqədi rayonunda fəaliyyət göstərən obyektin sahibi Taleh Mahmudovun adına rəsmiləşdirilmiş 00208642 kassa aparatının nömrəsini yazmaqla həmin saxta aktla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən obyektin sahibi M.Əliyevin adına 02 fevral 2015-ci ildə qeydiyyata salmaqla kassa aparatının qeydiyyata düşməsinə görə aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 02 fevral 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 108 manat pulu, 00210724 zavod nömrəli kassa aparatına verilmiş 07 fevral 2015-ci il tarixli 12397 №-li aktda zavod nömrəsini müvafiq qrafada pozub həmin aktda zavod nömrəsini 00209677 edərək həmin kassa aparatını ünvan 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyev Samirin adına qeydiyyata almaqla kassa aparatının qeydiyyatına görə aldığı 35 manat, kassa aparatına xidmət göstərməyə görə 07 fevral 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, zavod nömrəsi 00211452 №-li olan kassa aparatını 27 fevral 2016-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi ev 41-də fəaliyyət göstərən mağazaya Emin Quliyevin adına 007535 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 07 may 2015-ci ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 9 ay ərzində verilən 54 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 27 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 114 manat pulu, 00210838 zavod nömrəli kasa aparatının «xxxx» MMC-nin adına istismara verilməsi barədə 28 aprel 2015ci il tarixli aktda müvafiq qrafada zavod nömrəsini pozaraq yerinə 147088 rəqəmini yazaraq həmin nömrəli kassa aparatının Bakı şəhəri, Yasamal rayonu, Xiyabani 35D ünvanında yerləşən obyektin sahibi Axundov Samir adına istismara verilməsi barədə tərtib edərək aparatın qeydiyyata salınmasına görə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 aprel 2015-ci il tarixdən 2017-ci ilin dekabr ayına kimi 31 ay ərzində hər ay 6 manat olmaqla aldığı 186 manat pulu, 00213331 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə ünvan 3 ünvanında yerləşən obyektin sahibi Abdulla Nəbiyevin adına rəsmiləşdirilmiş 27 may 2015-ci il tarixli, 014657 №-li aktda 00213331 zavod nömrəsini pozaraq onun yerinə 00239834 zavod nömrəsini yazaraq həmin nömrəli kassa aparatını qeyd edilən ünvandla yerləşən Abdulla Nəbiyevin adına qeydiyyata salmaqla kassa aparatının qeydiyyata alınmasına görə görə aldığı 35 manat , kassa aparatına xidmət göstərməyə görə 27 may 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 30 ay ərzində aldığı 180 manat pulu, 09 dekabr 2014-cü il tarixli 10918 №-li aktla Binəqədi rayonunda fəaliyyət göstərən mağazanın sahibi X5 adına qeydiyyata salınmış 00209985 №-li kassa aparatını qeydiyyatdan çıxarmaq üçün Suraxanı rayonu Bülbülə qəsəbəsi, S. Bəhlulzadə ev.85 ünvanında yerləşən obyektin sahibinin adına rəsmiləşdirilmiş 00202893 zavod nömrəli kassa aparatının istismardan çıxarılması barədə 27 iyul 2015-ci il tarixli 4935 saylı aktda zavod nömərsini pozub saxtalaşdıraraq 00209985 zavod nömrəli kassa aparatını Şirin İsmayılovun adından qeydiyyatdan çıxarılması barədə aldığı 35 manat pulu və 27 iyul 2015-ci il tarixdən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi aldığı 204 manat pulu, 00204729 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 12 sentyabr 2015-ci il tarixli, 006239 nömrəli aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ev 1-də fəaliyyət göstərən obyektin sahibi X13 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 12 sentyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 27 ay ərzində aldığı 162 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 005512 №-li aktda düzəlişlər etməklə akta 00214451 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Xırdalan yolunda mağazanın sahibi X6 adına quraşdırılması barədə 12 oktyabr 2015-ci ildə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 12 oktyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 25 ay ərzində aldığı 150 manat pulu, 00172356 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 27 noyabr 2014-cü il tarixli, 007231 nömrəli aktla qeydə alınmış kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni 14 noyabr 2015-ci ildə ********* edərək qeyd edilən kassa aparatını Sumqayıt şəhəri, 29-cu məhəllədə fəaliyyət göstərən mağazanın sahibi X32 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq və aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 14 noyabr 2015-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 23 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 05 may 2015-ci il tarixli, 8909 №-li aktla Fəxrəddin Kərimovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00172702 №-li olan kassa aparatını 18 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Sumqayıt şəhərində fəaliyyət göstərən mağazaya, hüquqi şəxs Sumqayıt Çoxsahəli Məişət Xidmətinin adına 006640 №-li aktla qeydiyyata salmaqla aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 05 may 2015-ci ildən 18 noyabr 2015-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 6 ay müddətində verilən 36 manat pulu, 18 noyabr 2015-ci ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 23 ay ərzində aldığı 138 manat pulu, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində fəaliyyət göstərən mağazanın sahibi Anar Allahverdiyevin adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 007489 №-li aktda düzəlişlər etməklə akta 00171124 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Novxanı qəsəbəsində fəaliyyət göstərən ağac satışı mağazasının sahibi X14 adına quraşdırılmasına dair 18 noyabr 2015-ci ildə barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 18 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat pulu, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Turan Əlməmmədovun adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 18 noyabr 2015-ci il tarixli, 007536 №-li aktda düzəlişlər etməklə akta 00211836 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Xırdalan şəhərində fəaliyyət göstərən mağazanın sahibi Elçin Bəkirovun adına quraşdırılması barədə məlumatlar yazmaqla aktın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 18 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat 23 ay ərzində aldığı 138 manat pulu, zavod nömrəsi 00215387 olan nəzarət kassa aparatını 18 noyabr 2015-cil tarixli 7537 nömrəli aktda düzəliş etməklə Nəsimi rayon R.Məmmədov ev.27 ünvanında yerləşən Əlibəyov Sədullanın adına 08 mart 2016-cı il tarixdə 00212903 zavod nömrəli qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 08 mart 2016-cı il tarixindən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 20 ay ərzində aldığı 120 manat pulu, zavod nömrəsi 172060 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 20 noyabr 2015-ci ildə 007525 №-li aktda düzəlişlər etməklə akta 00209733 №-li zavod nömrəli kassa aparatının Abşeron rayonu, Qobu qəsbəsində fəaliyyət göstərən marketin sahibi Mətanət Mövlayevanın adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 20 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, Binəqədi rayonu, Sulutəpə Qəsəbəsi R.Allahverdiyev küçəsində fəaliyyət göstərən ət mağazasına, Hafiz Abdullayevin adına tərtib olunmuş zavod nömrəsi 00207667 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 30 dekabr 2013-cü il tarixli, 004397 №-li aktda olan məlumatları dəyişərək həmin nömrəli akta 23 noyabr 2015-ci ildə 00208874 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən geyim mağazasının sahibinin adına məlumatlar yazaraq aktın qeydiyyata düşməsi aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 30 dekabr 2013-cü ildən 23 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 24 ay ərzində verilən 138 manat pulu, 00173174 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə aktda qeyd edilən zavod nömərsini 25 noyabr 2015-ci ildə pozmaqla onunu yerinə 00179174 zavod nömrəsini yazıb Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi, ev.14, mənzil 14-də yerləşən obyektin sahibi Əlisultanov Nazimin adına qeydiyyata salaraq aktın qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 25 noyabr 2015-ci il tarixindən 2017-ci ilin dekabr ayına hər ay 6 manat olmaqla 12 ay ərzində aldığı 150 manat pulu, zavod nömrəsi 215070 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Nemət Əhmədovun adına rəsmiləşdirilməsi barədə 25 noyabr 2015-ci il tarixli, 7227 №-li aktda zavod nömrəsini ağardıb pozmaqla onun yerinə 00297502 yazaraq həmin nömrəli kassa aparatının Bakı şəhəri, Yasamal rayonunda fəaliyyət göstərən kafenin sahibi X7 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 25 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına hər ay 6 manat olmaqla 24 ay ərzində kimi aldığı 144 manat pulu, zavod nömrəsi 00215070 olan nəzarət kassa aparatının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində fəaliyət göstərən obyektin sahibi Nemət Əhmədovun adına rəsmiləşdirilməsi barədə olan 25 noyabr 2015-ci il tarixli, ******* №-li aktda düzəlişlər edərək həmin akta 00207502 zavod nömrəli aktın Bakı şəhəri, Yasamal rayonu, D. Bünyatzadə küçəsində fəaliyyət göstərən kafenin sahibi X23 adına istismara verilməsi barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, 25 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, 28 mart 2014-cü il tarixli, 006018 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Vaqif Xudayevin adına quraşdırılmış zavod nömrəsi 00170411 olan nəzarət kassa aparatının Qabil Əsgərovun adından istismardan çıxarılması barədə 26 noyabr 2015-ci il tarixli, 00419 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 mart 2014-cü ildən 26 noyabr 2015-ci ilədək hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 20 ay ərzində aldığı 120 manat pulu, 00215065 zavod nömrəli nəzarət kassa aparatının Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən mağazanın sahibi Marta Jukovskayanın adına rəsmiləşdirilməsi barədə 28 noyabr 2015-ci il tarixli, 007668 akta düzəlişlər etməklə həmin akta 00210884 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsində fəaliyyət göstərən qarşışıq mallar mağazasının Elgün Mahmudovun adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu,kassa aparatına xidmət göstərməyə görə 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, STXM-nin nümayəndəsi olan Ağasəf Tərlanovun tərtib etdiyi Bakı şəhəri, Nəsimi rayonu, 00213458 zavod nömrəli kassa aparatının qeydiyyatdan çıxarılmasına dair 05 noyabr 2015-ci il tarixli, 4344 saylı aktda zavod nömrəsini ağardıb düzəliş etməklə saxtalaşdıraraq həmin nömrənin yerinə 03 sentyabr 2014-cü ildə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən dönərxananın sahibi Elşad Xəlilovun adına olan 00 172505 kassa aparatının nömrəsini yazaraq həmin nömrəli kassa aparatının qeydiyyatdan çıxması barədə 02 dekabr 2015-ci il tarixdə 4344 №-li saxta akt tərtib etməklə kassa aparatının qeydiyyatdan çıxarılmasına görə aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 05 noyabr 2015-ci ildən 02 dekabr 2015-ci ilə kimi olan dövr ərzində hər ay 6 manat olmaqla 2 ay ərzində aldığı 12 manat pulu, zavod nömrəsi 00209902 olan nəzarət kassa aparatının istismara verilməsi üçün 29 noyabr 2014-cü il tarixli, 111215 №-li aktla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən Fikrət Soltanovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatının qeydiyyatdan çıxarılması barədə 08 dekabr 2015-cı il tarixdə, 004632 №-li saxta akt tərtib edərək aktın qeydiyyata çıxarılması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 29 noyabr 2014-cü ildən 08 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 13 ay ərzində verilən 78 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 02 iyun 2015-ci il tarixli, 006703 №-li aktla Səbuhi Əhmədovun adına rəsmiləşdirilmiş, 27 oktyabr 2015 tarixili 7225aktla qeydiyyata salnmış 00215013 zavod nömrəli kassa aparatının həmin nömrəsində düzəliş edərək onu 00215246 nömrəsi edib 28 noyabr 2015 ci il tarixdə Nəsimi rayonu, R. Z.Səfərov küçəsində yerləşən Alfa Ritm MMC nin adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsinə görə 35 manat, kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi aldığı 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00215246 №-li olan kassa aparatını 28 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007225 aktla Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət göstərən tibb mərkəzinin sahibi hüquqi şəxs Alfa Ritm tibb mərkəzinin adına adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 02 iyun 2015-ci ildən 28 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 5 ay ərzində verilən 30 manat pulu, 28 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 12 iyun 2015-ci il tarixli, 15529 №-li aktla Babək Hüseynovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00211558 №-li olan kassa aparatını 30 noyabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007562 aktla Sumqayıt şəhəri, 9-ci mikrorayonda fəaliyyət göstərən mağazanın sahibi Əfsanə Mustafayevanın adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 iyun 2015-ci ildən 30 noyabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 5 ay ərzində verilən 30 manat pulu, 30 noyabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00214717 olan nəzarət kassa aparatının istismara verilməsi 15 sentyabr 2015-ci il tarixli, 006352 №-li aktla Bakı şəhəri, Xətai rayonunda fəaliyyət göstərən mağazaya, Kivi MMC-nin adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 08 dekabr 2015-ci ildə çıxararaq həmin gün Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən mağazanın sahibi Nərgiz Nağıyevanın adına qeydiyyata salaraq, aktın qeydiyyata salınması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 15 sentyabr 2015-ci ildən 08 dekabr 2015-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 3 ay ərzində verilən 18 manat pulu, 08 dekabr 2015-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 18 fevral 2014-cü il tarixli, 5628 №-li aktla Elmar Tağıyevin adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00208928 №-li olan kassa aparatını 09 dekabr 2015-ci il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007851 aktla Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən mağazaya X24 adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 18 fevral 2014-cü ildən 09 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 22 ay ərzində verilən 132 manat pulu və 09.12.15-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 005196 №-li aktla 00208394 zavod nömrəli kassa aparatının X20 Sumqayıt şəhəri, 29-cu məhəllədə yerləşən çayxanasına quraşdırılmasına 10 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 21 sentyabr 2015-ci il tarixli, 006517 №-li istismara verilməsi barədə aktla Aslan Abbasovun adına qeydə alınmış zavod nömrəsi 00215458 №-li olan nəzarət kassa aparatını 18 dekabr 2015-ci il tarixdə, 007079 №-li saxta aktla yenidən Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən Aslan Abbasovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 70 manat pulu və 21 sentyabr 2015-ci ildən 18 dekabr 2015-ci ilədək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay üçün 6 manat olmaqla 3 ay ərzində aldığı 18 manat pulu, 18 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, 00205065 zavod nömrəli kassa aparatının istismara verilməsi barədə tərtib olunmuş 07 dekabr 2015-ci il tarixli, 007852 nömrəli aktda kassa aparatının zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib ********* etməklə həmin tarixdə Sumqayıt Ş. Bakı Quba yolu Ünvanında yerləşən obyektin sahibi Musayev Qadirin adına rəsmiləşdirməklə və 11 aprel 2016-cı ildə tərtib etdiyi 5752 №-li saxta aktla qeydiyyatdan çıxararaq sonuncudan aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 07.12.2015-c ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 010417 №-li aktla 00214327 zavod nömrəli kassa aparatının X21 Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində mağazasına quraşdırılmasına dair 19 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 19 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, X30 istismara verilməsi barədə 15 dekabr 2014-ci il tarixli 10189 №-li aktla Bakı şəhəri, Yasamal rayonu Əhməd Cəmil küçəsi ev 51591z-də fəaliyyət göstərən çay evinə quraşdırılmaqla Şahin İsmayılovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00174488 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 04730 №-li aktla 23 dekabr 2015-ci ildə qeydiyyatdan çıxarmaqla buna görə aldığı 35 manat pulu və 15 dekabr 2014-cü ildən 23 dekabr 2015-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 12 ay ərzində verilən 132 manat pulu, Sumqayıt şəhəri, 17-ci mikrorayonda fəaliyyət göstərən obyektin sahibi Aslan Abbasovun adına 00215458 nömrəli kassa aparatının istismara verilməsi barədə 30 dekabr 2015-cil tarixli, 006517 №-li aktda dəyişiklik edərək 00166834 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Mehmandarov küçəsi ev 84-də fəaliyyət göstərən kafeyə, Zahid Azayevin adına istismara verilməsi barədə akt saxta akt tərtib etməklə aparatı Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxmasına görə vergi ödəyicisndən aldığı 70 manat və kassa aparatına xidmət göstərməyə görə 30 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, STXM-nin digər nümayəndəsi tərəfindən tərtib edilmiş X30 istsmardan çıxarılması barədə 004460 №-li aktla zavod nömrəsi 00173193 olan kassa aparatının nömrəsinin qarşısına əlavə 0 rəqəmi əlavə etməklə X33 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 1, mənzil 5-də fəaliyyət göstərən mağazasına 01 yanvar 2016-cı ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində ********* nömrə ilə qeydiyyata saldıqdan sonra həmin kasa aparatının 27 fevral 2016-cı ildə istsmardan çıxarılması barədə saxta akt tərtib edərək aktın qeydiyyata düşməsinə və çıxarılmasına görə aldığı 70 manat və və 01 yanvar 2016-cı ildən 27 fevral 2016-cı ilə kimi 12 ay ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla aldığı 72 manat pulu, 21 may 2015-ci il tarixli, 15134 №-li aktla Sadiq Əsgərovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00212746 olan nəzarət kassa aparatını həmin şəxsin adından çıxararaq 15 yanvar 2016-cı il tarixli, 8079 №-li akta dəyişiklik etməklə Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi ev D-də fəaliyyət göstərən X15 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla sonuncudan aktın qeydiyyata çıxması üçün sonuncudan aldığı 35 manat, 21 may 2015-ci ildən 15 yanvar 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat kassa aparatına 8 ay ərzində xidmət göstərməyə görə verilən 48 manat pulu, 15 yanvar 2016-cı ildən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat və aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 016335 №-li aktda 15 yanvar 2016-cı ildə düzəlişlər etməklə akta 00173477 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Suraxanı Hövsan qəsəbəsində fəaliyyət göstərən çayxanın sahibi X10 adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 15 yanvar 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 007535 №-li aktı saxtalaşdıraraq həmin aktla 16 yanvar 2016-cı il tarixli, 00214814 №-li kassa aparatını Bakı şəhəri Yasamal rayonu, Ə.Rəcəbli küçəsində fəaliyyət göstərən mebel salonuna, Müseyib Dadaşovun adına rəsmləşdirilməklə sonuncudan aldığı 35 manat pulu, manat kassa aparatına xidmət göstərməyə görə hər ay 6 olmaqla 2017-ci ilin dekabr ayına kimi 22 ay ərzində aldığı 132 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 17 aprel 2014-cü il tarixli, 6436 №-li aktla Narid Novruzovun adına qeydiyyata salınmış zavod nömrəsi 00170397 olan kassa aparatını 02 fevral 2016-cı il tarixli, 7970 nömrəli aktda dəyişiklik etməklə X34 adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla aktın qeydiyyata düşməsi və çıxması üçün 70 manat, 17 aprel 2014-cü ildə 02 fevral 2016-cı ildək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla, 21 ay ərzində verilən cəmi 126 manat pulu, 02.02.16-cü ildən hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 21 ay ərzində aldığı 126 manat pulu, 04 fevral 2016-cı il tarixli 008079 №-li saxtalaşdırdığı kassa aparatının istismara verilməsi barədə aktla 00211479 №-li nəzarət kassa aparatını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ ev 36, mənzil 8-də fəaliyyət göstərən obyektə Əzimzadə Baxşeyiş adına rəsmiləşdirib Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla aktın qeydiyyata çıxması üçün aldığı 35 manat pulu, 04 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi 22 ay müddətində kassa aparatına xidmət göstərməyə görə hər ay 6 manat olmaqla aldığı 132 manat və aktın qeydiyyata düşməsi üçün sonuncudan aldığı 35 manat pulu, nəzarət kassa aparatlaranın istismara verilməsi barədə 12 yanvar 2015-ci il tarixli 11586 №-li aktla Bakı şəhəri,Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində fəaliyyət göstərən Elmir Bağırzadənin adına rəsmiləşdirilmiş zavod nömrəsi 00209634 olan kassa aparatının qeydiyyatan çıxarılması barədə 16 fevral 2016-cı il tarixli, 004460 №-li saxtalaşdırılmış akt tərtib edərək cəmiyyətdən aldığı 35 manat pulu və 12 yanvar 2015-ci ildən 16 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 13 ay ərzində verilən 78 manat pulu, 00207309 zavad nömrəli nəzarət kassa aparatının istismara verilməsi barədə 21 dekabr 2013-cü il tarixli, 003771 №-li aktla Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi C.Cabbarlı küçəsi ev 9, mənzil 38-də fəaliyyət göstərən obyektə X8 adına rəsmiləşdirilmiş, həmin nömrəli kassa aparatını 10 may 2016-cı il tarixdə tərtib etdiyi 003373 №-li saxtalaşdırılmış aktla Ruslan Ağayevin adından qeydiyyatdan çıxarmaqla aparatın qeydiyyat çıxarılmasına görə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 21 dekabr 2013-cü ildən 10 may 2016-ci ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 29 ay ərzində verilən 174 manat pulu, 00171179 zavod nömrəli kasssa aparatının Fiziki şəxs olan Vüqar Süleymanovun adına rəsmiləşdirilməsi barədə 26 iyun 2014-cü il tarixli, 006935 nömrəli aktın müvafiq qrafalarında olan rəqəmləri və zavod nömrəsini ağartmaqla kassa aparatının nömrəsini 20 fevral 2014-cü il tarixdə Bakı şəhəri, Suraxanı raoynunda fəaliyyət göstərən obyektin sahibi Rəşad Azməmmədovun adına rəsmiləşdirilmiş 00208981 zavod nömrəli kassa aparatının ünvan 6 ünvanında fəaliyyət göstərən mağazanın sahibi X22 adına qeydiyyata salmaqla kassa aparatının qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 20 fevral 2014-cü il tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 33 ay ərzində hər ay 6 manat olmaqla aldığı 198 manat pulu, 21 oktyabr 2014-cü il tarixli, 10451 №-li aktla fiziki şəxs Gülşən İbrahimovanın adına rəsmiləşdirilmiş zavod nömrəsi 00172284 olan nəzarət kassa aparatını 12 yanvar 2016-cı il tarixli 8079 №-li kasa aparatının istismara verilməsi barədə akta dəyişiklik etməklə Bakı şəhəri, Nəsimi rayonun Mərdanov Qardaşları küçəsi ev 38/40, mənzil 45-də fəaliyyət göstərən ərzaq mağazasına, İmran Dəmirovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata saldırmaqla İmran Dəmirovdan aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat, 21 oktyabr 2014-cü ildən 12 yanvar 2016-cı ilə kimi olan dövr üçün Gülşən İbrahimovadan hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə aldığı 15 ay ərzində aldığı cəmi 90 manat pulu, 12 yanvar 2016–cı ildən İmran Dəmirovdan hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi 23 ay ərzində aldığı 138 manat pulu, STXM-in digər nümayəndəsi tərəfindən tərtib edilmiş 00214685 №-li zavod nömrəsi olan nəzarət kassa aparatının istismara verilməsi barədə 12 yanvar 2016-cı il tarixli, 008079 nömrəli aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən ərzaq mağazasının sahibi Pərviz Əsədullayevin adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq və sonradan qeydiyyatdan çıxararaq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 yanvar 2016-cı ildən 26 aprel 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 4 ay ərzində verilən 24 manat pulu və hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 26 aprel 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 18 ay ərzində aldığı 108 manat pulu, 00214477 zavod nömrəli kassa aparatının Bakı şəhəri, Nəsimi rayonunda fəaliyyət obyektinin sahibi Taryel Abbasovun adına 20 oktyabr 2015-ci il tarixli, 7079 №-li istismara verilməsi barədə aktda düzəliş edərək yuxarıda göstərən zavod nömrəsini zavod № qrafasında 00147985 rəqəmi edərək həmin nömrəli kassa aparatının X35 Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mağazasına quraşdırılmasına dair 01 fevral 2016-ci il tarixdə saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 01 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu ,01 dekabr 2015-ci il tarixli, 007731 №-li istismara verilmə barədə aktla Mübariz Əhmədovun adına qeydə alınmış zavod nömrəsi 00172356 №-li olan nəzarət kassa aparatını 01 fevral 2016-cı il tarixli, 008089 №-li saxta aktla Sumqayıt şəhəri, 2-ci mikrorayonda fəaliyyət göstərən mağazanın sahibi Səbuhi Əhmədovun adına Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və 01 dekabr 2015-ci ildən 01 fevral 2016-cı ilədək olan dövr ərzində kassa aparatına xidmət göstərməyə görə hər ay üçün 6 manat olmaqla 3 ay ərzində aldığı 18 manat pulu, 01 fevral 2016-cı ildən dan 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 21 ay ərzində aldığı 126 manat pulu, 005016 №-li aktla 00172086 zavod nömrəli kassa aparatının X2 adından istsmardan çıxarılması barədə saxtalaşdırılmış akt tərtib edərək Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mağazasına quraşdırılmasına dair 01 fevral 2016-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 01 fevral 2016-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 06 mart 2014-cü il tarixli, 5577 №-li aktla Ceyhun Quliyevin adına rəsmiləşdirilmiş, 00208637 №-li zavod nömrəsi olan kassa aparatını 02 fevral 2016-cu il tarixdə tərtib etdiyi kassa aparatının istismara verilməsi barədə 007257 nömrəli saxta aktda həmin zavod nömrəsinin qarşısına 0 rəqəmi əlavə edib həmin nömrəni ********* edərək qeyd edilən kassa aparatını Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 52-də yerləşən İnternet kluba, Zeynal Zeynalovun adına Azərbaycan Respublikası Vergilər nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 02 fevral 2016-cı ildən 01 iyun 2016-ci ilə kimi olan dövr ərzində hər ay 6 manat olmaqla 04 ay ərzində verilən 24 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 24 iyul 2014-cü il tarixli, 8790 №-li aktla Elçin Məmmədovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00173597 №-li olan kassa aparatını 09 fevral 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nəsimi rayonu, R.Axundov küçəsi ev 1411, mənzil 12-də fəaliyyət göstərən xidmət obyektinə, hüquqi şəxs «xxxx» MMC-nin adına 007535 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması və düşməsi üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 24 iyul 2014-cü ildən 09 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla, 19 ay ərzində verilən 114 manat pulu, 09 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi olan dövrdə 21 ay ərzində aldığı 126 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 27 fevral 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 19 ay ərzində aldığı 114 manat pulu, 27 avqust 2015-ci il tarixli, 005819 №-li aktla Bakı şəhəri, Yasamal rayonu, D.Bünyatzadə küçəsi ev 5-də fəaliyyət göstərən gözəllik salonuna X25 adına rəsmiləşdirilmiş zavod nömrəsi 00214327 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 24 fevral 2016-cı il tarixli, 004460 №-li saxta akt tərtib etməklə kassa aparatının qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 27 avqust 2015-ci ildən 26 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 6 ay ərzində verilən 36 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 19 dekabr 2014-cü il tarixli, 11911 №-li aktla Rizvan Bayramovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00211161 №-li olan kassa aparatını 12 fevral 2016-cu il tarixdə tərtib etdiyi kassa aparatının qeydiyyatdan çıxarılması barədə 004630 nömrəli saxta akt tərtib edib Bakı şəhəri, Xətai rayonu, İ.Nəbi küçəsi ev 30-da fəaliyyət göstərən kafeyə Yasəmən Babayevanın adına quraşdırılmış qeyd edilən kassa aparatını qeydiyyatdan çıxarmaqla aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 19 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 15 ay ərzində verilən 90 manat pulu, 16 mart 2014-cü il tarixli, 004630 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi X48 adına quraşdırılmış zavod nömrəsi 00170350 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 13 fevral 2016-cı il tarixli, 004630 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 16 mart 2014-cü ildən 13 fevral 2016-cı ilədək olan dövr ərzində ona verilən hər ay 6 manat olmaqla 23 ay ərzində 138 manat pulu, 11 avqust 2014-cü il tarixli, 009308 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi Həmzə Mikayılovun adına quraşdırılmış zavod nömrəsi 00174485 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 14 fevral 2016-cı il tarixli, 004663 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 11 avqust 2014-cü ildən 14 fevral 2016-cı ilədək olan dövr ərzində ona hər ay 6 manat olmaqla 19 ay ərzində verilən 114 manat pulu, Bakı şəhəri Suraxanı rayonu, Yeni yaşayış sahəsində fəaliyyət göstərən mağazanın sahibi Elçin Mürsəlovun adına rəsmiləşdirilmiş nəzarət kassa aparatının istismara verilməsi barədə 010197 №-li aktda 14 fevral 2016-cı il tarixdə düzəlişlər etməklə akta 00213010 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsində fəaliyyət göstərən mağazanın sahibi X9 adına quraşdırılması barədə məlumatlar yazmaqla akın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, 14 fevral 2016-cı il tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı 126 manat pulu, zavod nömrəsi 00214976 olan nəzarət kassa aparatının istismara verilməsi barədə 007535 №-li akta düzəlişlər etməklə 16 fevral 2016-cı il tarixdə tərtib etdiyi həmin nömrəli akta əlavə 0 rəqəmi əlavə etməklə onu ********* rəqəmi edərək həmin zavod nömrəli kassa aparatını Bakı şəhəri, Nəsimi rayonun, N.Yusifbəyli küçəsi ev 2-də fəaliyyət göstərən gözəllik salonunun sahibi İslam Rəcəbovun adına rəsmiləşdirmiş və həmin nömrəli kassa aparatının qeydiyyatdan çıxarılması barədə 10 may 2016-cı il tarixdə 007537 №-li akt tərtib etməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 16 fevral 2016-cı ildən 10 may 2016-cı ilədək hər ay 6 manat olmaqla 3 ay ərzində verilən 18 manat pulu, 31 iyul 2014-cü il tarixli, 004460 №li aktla Bakı şəhəri, Binəqədi rayonu, X86 küçəsində çay evinə, X43 adına quraşdırılmış zavod nömrəsi 00173042 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 24 fevral 2016-cı il tarixli, 004460 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 31 iyul 2014-cü ildən 24 fevral 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla ona verilən 114 manat pulu, 04 dekabr 2014-cü il tarixli, ******* №li aktla Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən mağazanın sahibi Gündüz Əzimovun adına quraşdırılmış zavod nömrəsi 00209897 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 27 fevral 2016-cı il tarixdə saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 04 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 14 ay ərzində ona verilən 84 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 016335 №-li aktda düzəlişlər etməklə akta 204836 №-li zavod nömrəli kassa aparatının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən mağazanın sahibi X16 adına quraşdırılması barədə 15 dekabr 2016-cı ildə məlumatlar yazmaqla aktın qeydiyata düşməsi üçün aldığı 35 manat pulu, hər ay 6 manat kassa aparatına xidmət göstərməyə görə 15 dekabr 2015-ci ildə 2017-ci ilin dekabr ayına kimi 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00209897 olan nəzarət kassa aparatının istismara verilməsi 04 dekabr 2014-cü il tarixli, ******* №-li aktla Bakı şəhəri, Suraxanı rayonunda rayonunda fəaliyyət göstərən mağazanın sahibi Gündüz Əhmədovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 27 fevral 2016-cı il tarixdə sataxaşdırdığı aktla çıxararaq aktın qeydiyyatdan çıxarılması barədə aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 04 dekabr 2014-cü ildən 27 fevral 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 26 ay ərzində verilən 156 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 008879 №-li aktla 00211736 zavod nömrəli kassa aparatının Tahir Xudayevin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mağazasına quraşdırılması barədə 01 mart 2016-cı il tarixli saxtalaşdırılmış akt tərtib etməklə sonuncudan aktı qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, 01 mart 2016cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 03 dekabr 2015-ci il tarixli, 007735 №-li aktla X4 adına rəsmiləşdirilmiş zavod nömrəsi 00164438 №-li olan kassa aparatına dair məlumatları dəyişdirməklə 01 mart 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış 007735 №-li aktla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mağazaya, Səyavuş Fərzəliyevin adına rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 03 dekabr 2015-ci ildə 01 mart 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 3 ay ərzində ona verilən 18 manat pulu, 01 mart 2016-cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat omaqla, 21 ay ərzində aldığı 126 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 28 may 2015-ci il tarixli, 15538 №-li aktla Taleh Sultanovun adına rəsmiləşdirilmiş zavod nömrəsi 00212903 №-li olan kassa aparatını 01 mart 2016-cı il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində fəaliyyət göstərən mağazaya, X17 adına 00735 №-li aktla rəsmiləşdirməklə aktın qeydiyyata düşməsi və çıxması üçün aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 28 may 2015-ci ildən 08 mart 2016-cı ilə qədər olan dövr ərzində 10 ay ərzində hər ay 6 manat olmaqla verilən 60 manat pulu, 08 mart 2016-cı ildən kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi, hər ay 6 manat olmaqla 21 ay ərzində aldığı aldığı 126 manat pulu, nəzarət kassa aparatlaranın istismara verilməsi barədə 03 iyun 2015-ci il tarixli 13355 №-li aktla Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 37-də fəaliyyət göstərən Zemba MMC-nin adına rəsmiləşdirilmiş zavod nömrəsi 00211862 olan kassa aparatının qeydiyyatan çıxarılması barədə 03 mart 2016-cı il tarixli, 004460 №-li akt tərtib edərək cəmiyyətdən aldığı 35 manat pulu və 03 iyun 2015-ci ildən 03 mart 2016-cı ilə qədər olan dövrdə 10 ay ərzində hər ay 6 manat olmaqla verilən 60 manat pulu, 12 oktyabr 2015-ci il tarixli, 006704 №li aktla Bakı şəhəri, Yasamal rayonu, H.B.Zədabi küçəsində fəaliyyət göstərən mağazanın sahibi Vahid Hüseynovun adına quraşdırılmış zavod nömrəsi 00215117 olan nəzarət kassa aparatının istismardan çıxarılması barədə 09 mart 2016-cı il tarixli, 004660 №-li saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 12 oktyabr 2015-ci ildən 09 mart 2016-cı ilədək 6 ay ərzində ona verilən 30 manat pulu, 07.01.2015-ci il tarixdə 00211297 zavod nömrəli kassa aparatına verilmiş 12437 saylı aktı saxtalaşdıraraq kassanın zavod nömrəsini dəyişdirərək qarşısına 0 rəqəmi artırıb ********* etməklə 7535 saylı aktla Nərimanov rayonu, R. Yusifbəyli küçəsində yerləşən Rəcəbov İslamın adına qeydiyyata saldıqdan sonra 10 mart 2016-cı il tarixdə həmin zavod nömrəli kassa aparatını 7537 saylı saxta aktla qeydiyyatdan çıxartmaqla kassa aparatının qeydə alınmasına və çıxarılmasına görə aldığı 70 manat pulu, kassa apartına xidmət göstərməyə görə 10 mart 2015-ci ildən 10 mart 2016-cı ilədək hər ay 6 manat olmaqla 12 ay ərzində aldığı 72 manat pulu, 35 manat, kassa aparatına xidmət göstərməyə görə 19 mart 2016 tarixdən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 007575 №-li aktı 00208079 zavod nömrəli kassa aparatının Çiçək Qəmbərovanın Bakı şəhəri, Suraxanı rayonu, Zığ yolu ünvanında yerləşən mağazasına quraşdırılması barədə 12 aprel 2016-cı il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aldığı 35 manat pulu, 12 noyabr 2016-ci ildən dan kassa aparatına xidmət göstərməyə görə 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 20 ay ərzində aldığı 120 manat pulu, nəzarət kassa aparatının istismara verilməsi barədə 02 dekabr 2015-ci il tarixli, 7664 №-li aktla Arzu Orucovun adına rəsmiləşdirilmiş, zavod nömrəsi 00214948 №-li olan kassa aparatını 14 iyun 2016-cu il tarixdə tərtib etdiyi saxtalaşdırılmış aktla Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən obyektə Rəfail Məmmədovun adına 8879 №-li aktla rəsmiləşdirməklə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyata salaraq aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu və 14 iyun 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 17 ay ərzində aldığı 102 manat pulu, nəzarət kassa aparatlarıın istismara verilməsi barədə 005196 №-li aktla 00147910 zavod nömrəli kassa aparatının Rauf Quliyevin Sumqayıt şəhəri, 10-cü mikrarayonda yerləşən çayxanasına quraşdırılmasına dair 19 dekabr 2015-ci il tarixli saxtalaşdırılmış akt tərtib edərək sonuncudan aktın qeydiyyata düşməsi üçün aldığı 35 manat pulu, 19 dekabr 2015-ci ildən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 24 ay ərzində aldığı 144 manat pulu, zavod nömrəsi 00211235 olan nəzarət kassa aparatının istismara verilməsi 26 yanvar 2015-ci il tarixli,12416 №-li aktla Bakı şəhəri, Suraxanı rayonunda, fəaliyyət göstərən mağazanın sahibi Nurlan Həsənovun adına rəsmiləşdirilmiş qeyd edilən nömrəli kassa aparatını sonuncunun adından 11 may 2016-ci ildə çıxararaq həmin gün Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən mağazanın sahibi Tamilda Süleymanovun adına qeydiyyata salaraq, elə həmin gün 007876 №-li tarixli kassa aparatının qeydiyyatdan çıxarılması barədə saxta akt tərtib edərək aktın qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aldığı 70 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 26 yanvar 2015-ci ildən 11 may 2016-cı ilə qədər olan dövr ərzində hər ay 6 manat olmaqla 16 ay ərzində verilən 96 manat pulu, zavod nömrəsi 00172282 olan nəzarət kassa aparatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən mebel mağazasına X26 adına rəsmiləşdirilmiş 24 oktyabr 2014-cü il tarixli, 010414 №- li aktda düzəliş edərək qeyd edilən kassa aparatının 19 may 2016-cı ildə qediyyatdan çıxarılması barədə saxta akt tərtib etməklə aktın qeydiyyatdan çıxması üçün aldığı 35 manat pulu və kassa aparatına xidmət göstərməyə görə 24 oktyabr 2014-cü ildən 19 may 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla ona 19 ay ərzində verilən 114 manat pulu, 07.02.2015 tarixli 12228 №-li aktla Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsi ev 15-də fəaliyyət göstərən Əbülfəz Qasımzadənin adına rəsmiləşdirilmiş 00210616 zavod nömrəli kassa aparatına verilmiş aktda zavod nömrəsini pozaraq onu yerinə 00171105 zavod nömrəsi yazıb 02 iyun 2016-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, R. Axundov 15/3 ünvanında yerləşən obyektin sahibi Oruc Ələsgərovun adına qeydiyyata salaraq aktın qeydiyyata düşməsinə görə aldığı 35 manat pulu, kassa aparatına xidmət göstərməyə görə 02 iyun 2016-cı il tarixindən 2017-ci ilin dekabr ayına kimi hər ay 6 manat olmaqla 17 ay ərzində aldığı 102 manat pulu, Sumqayıt şəhəri 1-ci mikrorayonda yerləşən, 00212797 zavod nömrəli kaasaya verilmiş 07 dekabr 2015-ci il tarixli, 4460 №-li aktla C.Xəndan ev.50D 8MKR ünvanında yerləşən saylı qeydiyyatdan çıxma aktında düzəliş etməklə 24 iyul 2016-cı ildə, Yasamal R. Dadaş B. Ev 8 ünvanında yerləşən Məmmədov Turalın adından 00214327 zavod nömrəli kassa aparatını qeydiyyatdan çıxardaraq aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat pulu və hər ay 6 manat olm 24 iyul 2016-cı ildən 2017-ci ilin dekabr ayına kimi 16 ay ərzində aldığı aqla 96 manat pulu, Sumqayıt Çox sahəli məişət xidməti müəssisəinin adına STXM-nin nümayəndəsi Q.Məmmədova tərəfindən tərtib olunmuş 00172702 zavod nömərli olan kassa aparatının istismardan çıxarılması barədə 07 avqust 2016-cı il tarixli, 008839 №-li akt yuxarıda göstərilən aparatın nömrəsinin qarşısına 0 rəqəmi əlavə etməklə nömrəni ********* edərək 05 avqust 2014-cü ildə istismara verilmiş kassa aparatını 07 avqust 2016cı il 008839 №-li aktla qeydiyyatdan çıxarmaqla aktın qeydiyyatdan çıxarılması üçün aldığı 35 manat və kassa aparatına xidmət göstərməyə görə 05 avqust 2014-cü ildən 07 avqust 2016-cı ilədək olan dövr ərzində hər ay 6 manat olmaqla 24 ay ərzində verilən 144 manat pulu vahid niyyətlə cəmisi «X87» MMC-nin hesabına keçirməyərək cəmiyyətə xeyli miqdarda - 13.656 (on üç altı yüz əlli altı) manat ziyan vurmaqla dələduzluq etmiş, vəzifə saxtakarlığı törətmiş və saxta sənəd tərtib etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 313 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü CM-in 178.2.4 və 313 maddələri ilə təqsirli bilməyərək, yalnız həmin məcəllənin 320.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o nə «X87» MMC-yə, nə də ki, “xxxx” MMC-yə qarşı heç bir dələduzluq etməmiş, həmin cəmiyyətlərin etibarından sui istifadə etməmiş, onları aldatmamış, əmlaklarını və əmlak hüquqlarını ələ keçirməmişdir. Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri barədə, yəni əmək müqaviləsi olmadan xeyli sayda işçi işlədib vergidən yayınması halı ilə əlaqədar onun şikayətlərinə əsasən «X87» MMC və “xxxx” MMC-də vergi yoxlamaları keçirilərək həmin cəmiyyətlərdə külli miqdarda vergidən yayınma faktları müəyyən edilmiş, bununla bağlı cinayət işi qaldırılmış, büdcədən yayındırılmış vergi məbləği dövlət büdcəsinə ödətdiriləndən sonra məhkəmə qərarı qəbul edilmişdir. Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini o ifşa etdiyinə görə R.Nagıyev ona qarşı qarayaxma kampaniyası təşkil edərək hazırki saxta ittihamlarla dolu cinayət işinin məhkəməyə göndərilməsinə nail olmuşdur. Nəzarət–kassa aparatlarının satışı, istismarı, qeydiyyatı, serviz xidmətinə dair tələblər onun işlədiyi dövrdə qüvvədə olan “Nəzarət– kassa aparatlarının istismarı Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə tənzimləndiyi halda Zərərçəkmiş şəxs özündən yeni qaydalar icad edərək nəzarət–kassa aparatının qeydiyyatdan çıxarılması və qeydiyyata salınması üçün verilən akta görə hər vergi ödəyicisindən 50-70 manat pul tələb etmiş, faktiki olaraq həmin aktları onlara satmışdır. Heç bir müqavilə olmadan minlərlə satılan həmin aktlara görə yığılan pulların vergisi isə Zərərçəkmiş şəxs diktəsi ilə fəaliyyət göstərən «X87» MMC və “xxxx” MMC-də qara mühasibatlıq olduğundan Dövlət Büdcəsinə ödənilməmişdir. Zərərçəkmiş şəxs hər akta görə 50-70 manat pul tələb etdiyindən vergi ödəyicilərinin narazılığı olduğuna görə o, məcbur olub bir neçə aktda bəzi düzəlişlər etmişdir. İşlədiyi dövrdə nəzarət–kassa aparatlarının texniki serviz xidmətinə görə yığılan pulları o özündəki kitablara imza etdirməklə Zərərçəkmiş şəxs özünün təyin etdiyi şəxslərə təhvil vermişdir. Qaydalara əsasən nəzarət kassa aparatı vergi ödəyicisinə satıldıqdan sonra aparat həmin şəxsin mülkiyyətinə keçir. Həmin şəxs onu aldıqdan sonra ondan öz istədiyi kimi istifadə edir. Kassa aparatları Vergilər Nazirliyində tərtib edilmiş kassa aparatlarının istsmara verilməsi barədə aktla qeydiyyata alınır. Həmin akt onun işlədiyi dövrdə adətən həmin kassa aparatını vergi ödəyisinə satan şəxs tərəfindən doldurulmuş, həmin şəxs tərəfindən elektron qaydada qeydiyyata alınmışdır. Ona təqdim olunan kassa aparatlarının istismara verilməsi barədə olan aktlardan əksəriyyəti onun tərəfindən tərtib edilmiş, lakin aktda qeyd edilən vergi ödəyicilərini tanımamış, onların fəaliyyət göstərdikləri obyektlərdə heç vaxt olmamış və onlara məxsus kassaya texniki servis xidməti həyata keçirməmiş, həmin ödəyicilərlə bu və ya digər əlaqəsi olmamışdır. Onlardan heç vaxt aylıq abunə haqqı almamışdır. «X87» MMC-də müəyyən olunmuş qaydaya görə, hər bir şəxs özünün satdığı kassa aparatlarına xidmət etmişdir. O, digər şəxslər kimi kassa aparatlarının satışı ilə məşğul olmuş, onun tabeçiliyndə faktiki olaraq heç bir rəsmi işçi olmamışdır, rəsmi sənədlərdə mütəxəssis kimi keçən Zərərçəkmiş şəxs o, başqaları kimi hesabat vermişdir. «X88» MMC-nin rəsmi sənədlərdə direktoru Şahin Bağırov, «xxxx» MMC-nin direktoru Telman Quliyev olmuş, Zərərçəkmiş şəxs formal olaraq onların adlarını direktor kimi yazdırmışdır. Faktiki olaraq hər iki cəmiyyətin rəhbəri Zərərçəkmiş şəxs olmuşdur. Təzə kassa satılanda aktın «NKAnın istismardan çıxma tarixə olan fiskal hesabatı qrafasında manat sözünün qarşısında 0 rəqəmi yazılır. Əgər kassa aparatı birindən alınıb digərinə satılırsa, aktın həmin qrafasında kassanın çekində olan fiskal göstəricisi yazılır, təbiidir ki, kassa aparatı istifadə olunduğundan onun yaddaşı sıfır ola bilməz və yaddaşda olan rəqəm müvafiq qrafada yazılır. İstintaq zamanı ona təqdim olunan bəzi X30 istismara verilməsi barədə aktların kserosurətlərində olan düzəlişlərin və digər yazıların onun tərəfindən icra edilməsini bildirmişdir. Həmin düzəlişlərin edilməsinin səbəbi Zərərçəkmiş şəxs ona X30 istsmara verilmə və istismardan çıxarılma aktlarını verməməsi olmuşdur. Çünki həmin aktlara görə Zərərçəkmiş şəxs əvvəldə göstərdiyi kimi 50-70 manat pul istəmiş, vergi ödəyicisi və ya mühasibi onu tanıdığı üçün onların qeydə alınmasını ondan tələb etmişlər. O, da vergi ödəyicisini yola vermək üçün köhnədən onda olan yazılmış aktların üzərində ağardıb düzəliş edərək həmin vergi ödəyicisinə və ya onun mühasibinə həmin aktı yazıb vermişdir. Həmin aktın yazılması üçün heç kimdən pul almamışdır. Bundan sonra onun həmin şəxslərlə heç bir əlaqəsi olmamış və onlara texniki servis xidməti göstərməmiş, buna görə də onlardan pul da almamışdır. İstintaq zamanı ona təqdim olunan xeyli aktlar isə onun tərəfindən yazılmamış, orada adları qeyd edilən vergi ödəyiciləri ilə onun heç bir əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs aktları qanunsuz olaraq satması bəzi ona təqdim olunan aktların aşağı hissəsində özünün yazdığı qeydlərlə təsdiq olunur. Onun işlədiyi dövrdə aktlarda düzəliş edilməsindən Zərərçəkmiş şəxs məlumatı olmuş, o, işdən çıxandan sonra da həmin aktlarda qeyd edilən fiziki şəxslərdən hər ay 6 manat olmaqla Zərərçəkmiş şəxs işçilləri tərəfindən abunə haqqı alınmışdır. Yazılmış aktın idarədə qalan nüsxəsində orada işləyən Qənirə Məmmədova tərəfindən aktın bir tərəfində göndərilib sözü yazılmış, həm də üstəgəl işarəsi qoyulmuşdur. Əgər belə aktlar onun özünün razılığı olmadan ağardılsaydı, onda Zərərçəkmiş şəxs aktın qeydiyyata alınması üçün göndərilməsinə razılıq verməzdi. Ağardılan aktların bəziləri Zərərçəkmiş şəxs özünün göstərişi ilə nə vaxtsa yazılmış, pulu «X87» MMC-yə ödənilmiş aktlardır. Qalan aktları o, işdən çıxandan sonra Zərərçəkmiş şəxs ona müraciət etmiş vergi ödəyicisinə akt verməkdən imtina etdiyinə görə yazmışdır, buna görə heç kimdən pul almamış, heç kimi aldatmamışdır. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi və onun düzəliş etməyini ehtimal etdiyi X30 aktlarının əsli deyil, yalnız surətləri istintaqa təqdim olunmuşdur. O, dəfələrlə həmin aktların əsillərinin təqdim olunmasını tələb etmiş, lakin həmin sənədlərin əsli təqdim olunmamışdır. İşlədiyi dövrdə Zərərçəkmiş şəxs təyin etdiyi şəxslərə özündəki kitaba imzalatdırmaqla nəzarət kassa aparatlarına servis xidmətinə görə yığılan külli miqdarda pul təhvil vermişdir. Həmin pulların Zərərçəkmiş şəxs təyin etdiyi şəxslərə ödənilməsini təsdiq edən jurnalları o istintaq vaxtı müstəntiqə təqdim etsə də, qeyd edilən məsələ araşdırılmadan ona nəzarət kassa aparatlarına servis xidmətinə görə yığılan pulların mənimsənilməsinə görə əsassız ittiham verilmişdir. Zərərçəkmiş şəxs vergidən yayınmaq məqsədilə MMC-nin işini qara mühasibatlıqla həyata keçirtdiyindən yığılan pulların qeydiyyatını gizlətmişdir. Təqsirləndirilən şəxs qeyd olunanları nəzərə almaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 313-cü maddələri ilə barəsində bəraət hökmü çıxarılmasını, həmin Məcəllənin 320.1-ci maddəsi ilə isə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, «X88» MMC 2006-cı ildə təsis olunmuşdur. Cəmiyyətin hüquqi ünvanı Gəncə şəhəridir. Cəmiyyətin direktoru olan Şahin Bağırov onu 2006-cı ilin sonlarında ərazi nümayəndəliyi üzrə idarə heyətinin sədri təyin etmişdir. Cəmiyyət əsasən bütün respublika üzrə kassa aparatlarının təmiri və satışı ilə məşğul olmuşdur. Cəmiyyətin işçiləri işə Şahin Bağırov tərəfindən təyin edilmişdir. X49 və qeyriləri Bakı şəhəri üzrə kassa aparatlarının servis xidməti üzrə nümayəndə vəzifəsində işləmişlər. Şahin Bağırov onlarla xidməti müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən onlar aylıq sahibkarlıq subyektlərindən yığılan xidməti haqlarının 5 faizi həcmində gəlir əldə etmişlər. Aylıq yığdıqları xidmət pullarını «xxxx» MMC-nin işçisi X18 təqdim etmişlər. O, da öz növbəsində yığılan pulları Şahin Bağırova göndərmişdir. Hər bir obyektdən 6-10 manat xidmət pulu yığılmışdır. “xxxx» MMC-nin işçisi olan Qənirə Məmmədova cəmiyyətlər arasında olan xidməti müqaviləyə əsasən onların əməkdaşları tərəfindən yığılan xidmət haqqlarını Şahin Bağırova göndərilməsinə köməklik göstərmişdir. Təqsirləndirilən şəxs «xxxx» MMC-nin işçisi olmaqla «X88» MMC-yə məxsus bəzi sənədləri saxtalaşdırdığına görə cəmiyyətdən uzaqlaşdırılmış və bu barədə polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən xxxx MMC-dən alınaraq satılan kassa aparatlarına əsasnaməyə uyğun olaraq qeydiyyata düşmək üçün STXM-nin qeydiyyata düşmə aktı verilmişdir. Lakin Azər bu aktları onlara məlum olmayan kassa aparatlarını qeydiyyata salmaq üçün istifadə etmişdir. Həmişə nəzarət kassa aparatını qeydiyyata salmaq üçün işçiyə verilən qeydiyyata düşmə aktının başqa bir kassa aparatında istifadə olunmaması üçün onlar tərəfindən akta qeydiyyata düşəcək kassa aparatının zavod nömrəsi və istehsal tarixi əvvəlcədən yazılmışdır. Azər tamah məqsədi ilə təzə kassaya verilmiş aktları təkrar qeydiyyat üçün istifadə edib bu pulları və ödəyicilərin ödəməli olduqları abunə pullarını mənimsəmişdir. Azər əlində olan eyni bir aktda saxtakarlıq edərək həmin nömrəli bir neçə kassa aparatını qeydiyyata salmışdır. Azər tərəfindən saxtalaşdırılmış aktlarda eyni nömrəli aktların hər biri başqa-başqa vergi ödəyicisinə yazılmışdır. Lakin Azər tərəfindən yazılmış həmin aktlar aktın nömrəsi, möhür saxlanılmaqla bu aktlar başqa vergi ödəyicilərinə tamah məqsədi ilə yazılmışdır. Bu aktların surətləri Vergilər Nazirliyinə vergi ödəyicilərinin şəxsi vərəqindən yollandığı üçün orada qalmışdır. Aktın əsli vergi ödəyicinə verilməli idi. Aktların əsli onlarda yoxdur, həmin aktların əsilləri Vergilər Nazirliyində olmalıdır. Azər aktın əslindən saxtarkalıq edib akt yaratdığından onların əslini əldə etmək mümkün olmamışdır. Ekspert rəyində qeyd edilən aktlardan biri də 8389 №-li aktdır, həmin akt hüquqi şəxs olan Sumqayıt Çox sahəli Məişət müəssiəsinin adında olmuş 172702 №-li NKA aparatının qeydiyyatdan çıxarılması barədədir, aktın əslində NKA-nın qeydiyyatdan çıxarılma tarixi 04.08.2016, ksersurətində 10.08.2016-cı il göstərilmişdir. Bu akt onlar tərəfindən yazılmış, abunəçinin xidmət puluna borcu olduğundan və həmin pulu ödəmədiyi üçün bu akt Vergilər Nazirliyinə göndərilməmişdir. Sonradan bu aktın surətini götürən Azər aktın tərtib edilmə vaxtını düzəliş etməklə dəyişdirərək bu aktı vətəndaşa yazaraq kassa aparatını qeydiyyatdan çıxarmışdır. Onlara müraciət edən ödəyicini qeydiyyatdan çıxarmaq üçün təqdim edilən kassa aparatının və əslnində olan zavod nömrəsini yazmaqla kassa aparatını qeydiyyatdan çıxarmışlar. Lakin vergi Nazirliyindən belə bir kassanın qeydiyyatda olmadığı məlumatı aldıqdan sonra Vergilər Nazirliyindən aktların surətini alan zamanı məlum olmuşdur ki, Azər bu kassa aparatının zavod nömrəsini dəyişərək 00172702 əvəzinə ********* nömrəsi yazıb aktı saxtalaşdırmış və bu kassanı qeydiyyata salmışdır. Azər öz əməllərini ört-basdır etmək üçün xəlvəti olaraq 2016-cı ilin avqust ayında bu kassanı qeydiyyatdan çıxarmışdır. Bununla Azər 00172702 №-li kassa aparatının xidmət pulunu yığıb idarəyə verməmiş, sonradan bu kassa aparatını qeydiyyatdan çıxarmaq üçün akt almaq əvəzinə bu kassa aparatının zavod nömrəsini dəyişmiş və saxta sənədlərlə bu kassanın qeydiyyata salmış, sonradan isə saxta aktla qeydiyyatdan çıxarmışdır. Eyni qaydada digər- Fəxrəddin Kərimovun adına rəsmiləşdirilmiş aktı da saxtalaşdırmışdır. X19 aldığı kassa aparatını qeydiyyatdan çıxarmaq üçün Azərə vermiş, Azər də qeydiyyatdan çıxarma pulunu onlara ödəməmək üçün həmin kassanı qaytarmayaraq başqa vergi ödəyicisinə aktda zavod nömrəsini dəyişməklə satmış və saxta aktla qeydiyyata salmışdır. Aktın təkrar qeydiyyata salınması üçün ödəyicidən 35 manat pul alınır. NKA xidmətə götürüləndə bu kassa aparatı işlədiyi dövrdə xidmət pulunu ödəmək şərti ilə təmənnasız təmir edilir. Onların idarəsi özünü maliyyələşdirən idarə olduğu üçün hər bir təkrar qeydiyyata düşən kassadan 35-50 manat xidmət pulu alınmışdır. Lakin hər kassa aparatının vəziyyətindən və sairədən asılı olaraq əlavə ödənişlər də alınması mümkündür. Hər bir kassa aparatını qeydiyyata salmaq üçün onun qeydiyyata salma prosedurasından başqa MMC bu kassanın qeydiyyata düşmə, düşmənin cavabı və sairə əməliyyatlar üçün əlavə 10 manat ödəniş almışlar. Ümumiyyətlə bütün bu işlərə görə cəmi 35 manat alınmışdır. Eyni qayda qeydiyyatdan çıxma zamanı bütün bu əməliyytarla əksinə təkrar olunur və bu əməliyyatlara görə də 35 manat pul alınır. Əməklərinin xidmətinin nəticəsi olaraq bu əməliyyatlar üçün 35-50 manat pul almışlar. Nəzarət kassa aparatını təkrar qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq üçün vergi ödəyicilərindən alınan 35-50 manatla bağlı «X88» MMC ilə vergi ödəyicilərinin arasınada bəzi müqavilələr olsa da, hamısı ilə müqavilə olmamışdır. Həmin müqavilələr olmasa da Təqsirləndirilən şəxs verilən ittihamda göstərilən məbləğlər «X88» MMC-yə çatmalı idi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs «X88» MMC-yə vurulan ziyanın məhz 13.656 manat olmasının nə ilə təsdiq olunmasına münasibət bildirərkən qeyd etmişdir ki, həmin məbləğ saxtalaşdırılan aktların sayı, audit rəyi ilə təsdiq olunur. Qeyd edilən məsələ ilə bağlı Təqsirləndirilən şəxs məhkəməyə Azərbaycan Respublikasının Auditorlar Palatasının 02-52 saylı, 06 iyun 2018-ci il tarixli məktubunu təqdim etmiş, həmin məktubu istintaq orqanına da təqdim etdiyini bildirməklə Zərərçəkmiş şəxs istinad etdiyi audir rəyinin ləğv edilərək qüvvədə olmadığını bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verilən ittihamlarda təqsirli bilinərək cəzalandırılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X61 ifadəsində göstərdi ki, o, 2015 ilin noyabr ayında Sumqayıt şəhəri, 29-cu məhəllədə dönərxana işlətmişdir. O, həmin dönərxanaya aldığı “Merkcury” markalı nəzarət kassa aparatını İlqar adlı şəxsdən 180 manata almışdır. İşlədiyi dövrdə ayda 6-7 manat serviz xidməti haqqını İlqara ödəmişdir. Bir müddət sonra sahənin polis əməkdaşı ona demişdir ki, işlətdiyi kassa aparatında problem var. Onun problemdən məlumatı olmamış, çünki halal pulunu verib kassa aparatını almışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, ona nə serviz haqqı, nə də kassa aparatının qeydiyyata salınması və ya çıxarılması ilə əlaqədar pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X62 ifadəsində göstərdi ki, o 2013-2014-cü illərdə EUROHOME mağazalar şəbəkəsində mağaza işlətmişdir. Həmin müddətdə Təqsirləndirilən şəxs tanımışdır. Onun işlətdiyi mağazaya Təqsirləndirilən şəxs kassa aparatı quraşdırmışdır. Mağazaya quraşdırılan kassa aparatına görə 235 manat pulu o nağd olaraq Azərə ödəmiş, həmçinin kassa aparatına servis xidmət haqqı olaraq ona hər ay 6 manat xidmət haqqı ödəmişdir. Bəzi vaxtlarda kassa aparatına servis xidmət haqqı olaraq aylıq 6 manat xidmət haqqını keçəl bir oğlana, sonradan Əzimxan kimi tanıdığı şəxsə ödəmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X63 ifadəsində göstərdi ki, o təxminən 2014-cü ilin sonlarında icarə əsasında kiçik sahibkar kimi işlətdiyi çayxana üçün «Merkuri 130 F» markalı nəzarət kassa aparatını özünü «Mercuri Servis»in əməkdaşı kimi təqdim etmiş Xətai adlı şəxsdən 235 manata pulunu bir neçə dəfəyə vermək şərti ilə nisyə almışdır. Lakin bir müddət sonra həmin çayxananı işlətmək ona sərf etmədiyindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış və aldığı kassa aparatını işlətməmişdir. Eyni zamanda həmin NKA-nın pulundan qalıq borcu kimi 50 manatı qaldığından müştəri çıxdığı halda satması üçün qeyd edilən şirkətin əməkdaşı kimi tanıdığı Təqsirləndirilən şəxsna vermişdir. Lakin sonralar Azər onunla görüşüb rəhbərliyi tərəfindən barəsində şər və böhtanla dolu şikayətlər edildiyini bildirib, ona satdığı kassa aparatına görə qalıq borcu olan 50 manat pulu alaraq NKA-nı isə onun özünə qaytarmışdır. Verilən suallara cavab olaraq Simur İmanov bildirmişdir ki, aldığı kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, təxminən 2014cü ilin payız aylarında Müşviqabad qəsəbəsi ərazisində özü üçün inşa etdirdiyi tikilini plastik qapı-pəncərə sexi kimi fərdi sahibkar qismində işlətməyə başlayanda özünü «xxxx» MMC-nin əməkdaşı kimi təqdim etmiş Azər adlı şəxslə tanış olmuş və sonuncudan işlətdiyi obyektə qoymaq üçün bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatını pulunu dörd dəfəyə ödəməklə cəmi 190 manata almağa razılaşmışdır. Lakin həmin vaxt özünün VÖEN-i olmadığından NKA-nı həmin vaxt onunla birgə çalışan və VÖEN-i olan qaynı oğlu Fikrət Soltanovun adına qeydiyyata salmışdır. Sonra özünə VÖEN açdırmış və aldığı aparatı ünvan 11 ünvanında yerləşən ofisə aparıb Azərə təhvil verərək öz adına saldırmağı xahiş etmişdir. Azər də kassa aparatını alıb bir müddət özündə saxlamış və sonra da o obyektdə olmadığından arvadı Gülşənə təhvil vermişdir. Uzun müddət sonra o, kassa aparatını qeydiyyatdan çıxarmaq üçün yuxarıda qeyd edilmiş ünvanda yerləşən «Merkuri Servis»in ofisinə gəldikdə oranın direktoru kimi özünü təqdim etmiş Zərərçəkmiş şəxs adlı şəxs onun istifadəsində olan kassa aparatının oğurluq olduğunu, onun adına Təqsirləndirilən şəxs tərəfindən saxta aktla qeydiyyata salındığını, onun kassa aparatını isə başqasına satdığını bildirib Azərin əməlləri barədə Binəqədi RPİ-nin İŞ-nə şikayət etməyi təklif etmişdir. O, da bununla bağlı Azərə öz iradını bildirdikdə sonuncu öz növbəsində Zərərçəkmiş şəxs şikayət edərək ona şər və böhtan atdığını bildirmişdir. Verilən suallara cavab olaraq Rəfail Məmmədov bildirmişdir ki, aldığı kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X44 ifadəsində göstərdi ki, təxminən 8-9 il əvvəl qaynı X109 rayonunda Məzahir Rüstəmov küçəsində 9 mərtəbəli yaşayış evinin zirzəmisindəki “Elit” çay evini icarəyə götürüb işlətmişdir. Qaynının qeydiyyatı Bakı şəhəri olmadığına görə, VÖEN onun adına qeydiyyata alınmışdır. Həmin ərəfədə Vergilər İdarəsinin adını xatırlamadığı nümayəndəsi obyektə gəlib nəzarət kassa aparatı almağın vacibliyini bildirərək onları Rüfət adlı şəxslə tanış etmişdir ki, kassa aparatını həmin şəxsdən alsınlar. Onlar da həmin şəxsdən 270 manata “Mercuri 130F-01” markalı nəzarət kassa aparatı almış, eyni zamanda həmin şəxslə kassa aparatına texniki servis xidməti üçün ayda 6 manat ödəmək şərtilə müqavilə bağlamışlar. 4-5 il qaynı göstərilən qaydada Rüfətlə əməkdaşlıq etmişdir. Sonradan kassa aparatının prosessorunun dəyişməsi adı ilə kassa aparatını servisə aparıb qaytarmamışlar. Servisin əməkdaşlarının təklifi ilə bu barədə ərizə vermişlər. Aldıqları kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç vaxt heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, o 2014-cü ildə Bakı şəhəri Günəşli qəsəbəsində icarəyə çayxana götürüb işlətmişdir. Təxminən 2014-cü ilin iyun ayında Xətai adlı şəxslə aralarındakı şifahi razılığa əsasən «Merkuri 130 F» markalı nəzarət kassa aparatını (NKA) pulunu üç dəfəyə ödəməklə cəmi 150 manata almağa razılaşmış və ilkin ödəniş kimi 50 manat nağd pul vermişdir. Təxminən 4-5 ay sonra aldığı aparata görə yenə də 50 manat ödəmiş və borcu kimi qalan 50 manatı isə obyekti bağlandığından verə bilməmişdir. Borcu qaldığından Xətai həmin kassa aparatını ondan götürüb işlədiyi ofisə təhvil vermiş, o özü isə obyekti artıq bağlandığından NKA-nı adından çıxarmaq üçün ünvan 11 ünvanında yerləşən ofisə getmişdir. Orada ondan 72 manat abunə borcu və NKA-yə görə 50 manat qalıq borcunu istəmişlər, lakin o, imkanı olmadığından borcunu verə bilmədiyini deyib ofisdən getmişdir. Sonradan bu problemini Təqsirləndirilən şəxsna bildirdikdə sonuncu ilə görüşüb birlikdə həmin ofisə getmişlər, bu zaman orada işləyən Qənirə adlı qadın Təqsirləndirilən şəxs söyüb təhqir edərək onları ofisdən qovmuşdur. Elə o vaxtdan da NKA rəsmi onun adında qalsa da faktiki olaraq onun mülkiyyət hüququ pozulmuş, kassa aparatı ona qaytarılmamışdır. Sonradan təxminən 2017-ci ilin qış aylarında tanımadığı adamın onun adından Binəqədi RPİ-yə şikayət etdiyini bilmiş və bununla bağlı istintaqa çağrılıb izahat verməli olmuşdur. Verilən suallara cavab olaraq Mahirə Abdullayevə bildirmişdir ki, kassa aparatını aldığı gündən NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X72 ifadəsində göstərdi ki, o, 2015-ci ilin dekabr ayının əvvəllərində ünvan 12 ünvanında yerləşən «Günaydın» kafesini icarəyə götürüb işlətmişdir. Obyektdə ondan əvvəl istifadə olunun «Merkuri 130F-01» markalı nəzarət kassa aparatını əvvəlki icarəçilərdən 250 manata almışdır. Təqsirləndirilən şəxs «Merkuri Servisin» Z.Bünyadov prospekti ev 11B ünvanındakı servisin işçisi kimi tanımışdır. Aldığı kassanı Azər ondan təhvil alıb bir neçə gün ərzində 02.12.2015-ci il tarixdə onun adına qeydiyyata saldırmışdır. Təxminən bir ay işlədikdən sonra sərf etmədiyi üçün obyekti sahibinə təhvil vermiş və kassa aparatını adından qeydiyyatdan çıxarmaq üçün yenidən «Merkuri Servisin» Z.Bünyadov prospekti ev 11B ünvanında yerləşən ofisinə müraciət etmişdir. Orada kassanı Azərlə razılaşıb 60 manata ona satmışdır. Sonradan ona məlum olmuşdur ki, «Merkuri Servisin» direktoru Zərərçəkmiş şəxs onun kassasının oğurlanması barədə ondan xəbərsiz olaraq polisə şikayət edib. Lakin o bu barədə izahat verib bildirmişdir ki, kassasını könüllü olaraq özü Azərə satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o «X88» MMCdə operator vəzifəsində işləmiş, iş yeri Bakı şəhərinin Binəqədi rayonunda yerləşmişdir. Onun həmin şirkətdə vəzifəsi operator olsa da, telefon zənglərinə cavab verməkdən əlavə həmin şirkətdə kassir işləyən Qənirə xanım işlərini çatdıra bilməyəndə ona kömək etmiş, Qənirə işdə olmayanda isə sonuncunu əvəz etmişdir. Həmin ofisdə o, Azər və Qənirə birlikdə işləmişlər. Azər əsasən Binəqədi rayonunda fəaliyyət göstərən kassa aparatları ilə məşğul olmuş, Bakı şəhərinin digər rayonlarına Azad, Əzimxan, Xətai və Eldəniz adlı şəxslər baxmışdır. Həmin şəxslər ərazidən pulları yığıb Azərə vermiş, Azər də həmin pulları şirkətin xəzinəsinə təhvil vermişdir. Azər ayda 4000 manata yaxın şirkətin xəzinəsinə abunə haqqı ödəyirdi. Azərin saxta aktlara görə kimdənsə pul almasını görməmişdir. Tarixi yadında qalmadığı bir gün Azərin saxtalaşdırdığı aktlardan birini stolun üstündə görmüş, həmin aktın saxta olduğunu Azərə bildirdikdə sonuncu onun üstünə hirslə gələrək həmin aktı ondan geri almaq istəmiş, o aktı verməmiş və bu barədə rəhbərliyə bildirəcəyimi demişdir. Bundan sonra Azər onu təhdit etdiyindən o bu barədə polisə rəsmi olaraq şikayət ərizəsi yazmışdır. Sonralar isə Azərin aktları saxtalaşdırması ilə bağlı onu ibtidai istintaq orqanına dəvət etmişlər, o bu barədə ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid X12 dindirilərkən təqsirləndirilən şəxs tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs şirkətə təhvil verdiyi abunə haqlarının qeydiyyat jurnalları təqdim edilmiş, şahidin və cinayət prosesi iştirakçılarının iştirakı ilə həmin jurnallara baxış keçirilmiş, şahid Gülnar Şıxamirova 2015-ci ilin dekabr ayında 200 manat, 2016-cı ilin yanvar ayının 25-də 2064 manat, 12.02.2016-cı il tarixdə 500 manat, 12.02.2016-cı il tarixdə 100 manat, 2015-ci ilin dekabr ayında ümumilikdə 5000 manatdan artıq məbləğdə pulu Təqsirləndirilən şəxs qəbul edib jurnallara imza atdığını təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X50 ifadəsində göstərdi ki, o 2015-ci ildə Təqsirləndirilən şəxs dəvəti ilə «Mercuri Servis»ə işləməyə gəlmiş və sonuncudan nəzarət kassa aparatlarını (NKA) alıb qiymətinin üstünə bir az pul qoyub satmaqla məşğul olmuş, satdığı kassa aparatlarının pulunu Azərə vermişdir. Satdığı hər bir kassa aparatının texniki servis xidmətini o, özü həyata keçirmiş və həmin texniki servis xidmətinə görə hər bir vergi ödəyicisindən yığılan aylıq olaraq 6 manat pulun 2 manatını əmək haqqı kimi özünə götürmüş, qalan 4 manatını isə «X88» MMC-nin işçisi Qənirəyə və ya Təqsirləndirilən şəxsna vermişdir. 2016-cı ildə o, Təqsirləndirilən şəxs işdən çıxdığını bildikdən sonra, müstəqil olaraq şirkətlə işləməyə başlamışdır və bir müddət sonra Azərlə işlədiyi dövrdə sonuncudan alıb satdığı kassa aparatlarının qeydiyyata düşmə və qeydiyyatdan çıxma aktlarının bəzilərinin saxta olduğu ona məlum olmuşdur. Onun eşitdiyinə görə, Azər X30 istismara verilməsi barədə aktların zavod nömrələri olan hissəsinə əlavə olaraq bir rəqəm artırmaqla və aktın müəyyən hissələrini ağartmaqla saxtakarlıq etmişdir. 2016-cı ildə Təqsirləndirilən şəxs işdən çıxdıqdan sonra sonuncu ilə heç bir əlaqəsi olmamış və ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, 2015-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/3, mənzil 3-də uşaq geyimləri mağazası açmışdır. Həmin mağazaya qoyduğu kassa aparatını İlqar adlı şəxsdən almışdır. O, şəxsən Təqsirləndirilən şəxs görməmişdir. Ancaq onunla bir neçə dəfə telefonda danışmışdır. Kassa aparatında nasazlıq olanda İlqar gəlib nasazlığı aradan qaldırmışdır. 2016-ci ilin iyul ayında fəaliyyətini dayandırmışdır. Kassa aparatını qeydiyyatdan çıxarmaq üçün İlqara müraciət etmiş, lakin o bu məsələni gecikdirdiyindən «X88» MMC-yə müraciət etmişdir. Orada ona 170 manat borcu olduğu və həmin borc ödənəndən sonra kassanın qeydiyyatdan çıxarılacağı bildirilmişdir. O, növbəti gün həmin borcu ödəyib kassa aparatını götürmək istədikdə kassa aparatı ona verilməmişdir. Ona demişdirlər ki, Azərlə müəyyən problemlər var və buna görə də kassa aparatını ona qaytarmamışlar. Azərlə hansı problemin olduğunu o bilməmişdir. İşlədiyi dövrdə və sonra Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X64 ifadəsində göstərdi ki, o 2015-ci ilin dekabr ayında Bakı Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yük avtomobillərinin satışı mağasını işlətmişdir. Həmin mağazada istifadə olunan nəzarət kassa aparatını Elvin adlı şəxsdən 170 manata almışdır. Serviz xidmət haqqı kimi hər ay Elvinə 7 manat pul ödəmişdir. Sonradan ona vergi orqanından kassa aparatının qanunsuz qeydiyyata alınması barədə telefonla məlumat verilmişdir. O, zəng edərək Elvinə bu barədə bildirmişdir. Sonradan adını xatırlamadığı şəxs ona zəng edərək Azər Nəsrəddinoğunun saxta akt tərtib edərək kassanı qeyri-qanuni qeydiyyata saldığını demişdir. Sonradan Elvin gəlib onun istifadə etdiyi kassa aparatını götürüb bir neçə gündən sonra qaytarmışdır. Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X73 ifadəsində göstərdi ki, o 2015-ci ildə fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün plastik qapı-pəncərə sexi icarəyə götürüb işlətmişdir. İcarədar öz adına olan kassa aparatını onun adına keçirməyi təklif etmiş, o razılaşmış və icarədara 100 manat verdikdən sonra kassa aparatını da götürərək Bakı şəhəri, Ayna Sultanovada yerləşən kassa aparatlarının təmiri və addan ada keçirilməsi üçün xidmət göstərən servisə getmişdir. Orada servisdə əyləşən adını bilmədiyi qadına 35 manat pul ödədikdən sonra kassa aparatını onun adına rəsmiləşdirmişlər. Bundan sonra servis xidməti üçün ayda şirkətdən gələn işçilərə ayda 6 manat pul ödəmişdir, hal hazırda da ödəyir. Ancaq onun servis xidməti göstərən şirkətlə servisə görə müqaviləsi yoxdur. Təqsirləndirilən şəxs tanımır, ona heç vaxt nə kassa aparatına texniki servis xidmətinə görə, nə də başqa bir şey üçün pul verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X51 ifadəsində göstərdi ki, o EUROHOME mağazalar şəbəkəsində işləmişdir. Yeni mağaza açılan zaman Təqsirləndirilən şəxs orada görüb tanımışdır. Azər həmin mağazaya kassa aparatı gətirib quraşdırmışdır. Sonradan onların müraciətinə əsasən Təqsirləndirilən şəxs ikinci kassa aparatını da gətirib mağazaya quraşdırmışdır. Azər kassa aparatını quraşdırdıqdan iki ay sonra Elnur adlı şəxs gəlib bildirmişdir ki, o, Azərlə eyni şirkətdə işləyir və onlar Elnura servis xidmət haqqı olaraq hər ay hər kassaya görə 6 manat məbləğində pul ödəməlidir. Sonradan onlar kassa aparatının birini Səbinə adlı işçinin adından çıxararaq onun adına qeydiyyata salinmasını xahiş etmişlər, həmin vaxt Elnur adlı şəxs onlara bildirmişdir ki, kassa aparatının birinin kodu çıxır, digərinin isə kodu çıxmır. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər və polisdə ona demişlər ki, Azər həmin kassa aparatlarının addan ada keçirilməsində saxtakarlıq etmişdir. Təqsirləndirilən şəxs mağazaya quraşdırdığı kassa aparatlarının pulunu Azərə müdriyyət verdiyindən məbləği xatırlamır, həmin kassa aparatlarına texniki servis xidmət haqqını Azərə deyil, Elnur adlı şəxsə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş X52 ifadəsində göstərdi ki, o «X88» MMCdə 2014-cü ilin mart ayından işləməyə başlamış, onu həmin şirkətə Zərərçəkmiş şəxs işə götürmüş və o ilkin olaraq mühasibatlıq işləri görmüş, sonradan 2014-cü ilin aprel ayında Zərərçəkmiş şəxs göstərişi ilə o kassa aparatlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs həmin şirkətdə işləməyə başlayandan tanımış, o Azərlə birlikdə kassa aparatlarının satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs göstərişinə əsasən satılan kassa aparatlarının pulunu Azərə vermişdir. O həmin şirkətdə 2015-ci ilin sentyabr ayına kimi işləmiş, lakin onunla rəsmi müqavilə bağlanmamışdır. 2014-cü ildən 2015-ci ilin sentyabrına kimi satdıqları kassalara texniki servis xidmətinə görə yığdığı pulları Azərə vermiş, başqa şirkət də kassa aparatlarının satışını həyata keçirdiyinə görə rəqib olduğundan Zərərçəkmiş şəxs deməsinə görə çalışırdılar ki, ayda 200 ədəd kassa aparatı satsınlar. Bunun üçün kassa aparatlarını nisyə də verib sonradan pulunu yığıb Azərə verirdi. Sonradan o şirkətdən işdən çıxan vaxt Azər ona bildirmişdir ki, onun kassa aparatlarına görə nisyədən 1500 manat şirkətə borcu qalıb. O da həmin məbləği şirkətə ödəmişdir. Azərlə işlədiyi dövrdə Azərin aktları saxtalaşdırdığını bilməmiş, sonradan onu Sumqayıt şəhər prokurorluğuna çağıranda prokurorluqda eşitmişdir ki, Azər aktları saxtalaşdırıb. Məhkəmədə şahid qismində dindirilmiş X45 ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 13/14, 8-ci sahədə pərdə mağazası işlətdyi dövrdə İlqar adlı şəxs vasitəsi ilə Təqsirləndirilən şəxs bir ədəd kassa aparatı almış, qiyməti yadında qalmamış və həmin kassa aparatı vergi orqanında qeydiyyatdan keçməmişdir. İlqar ondan aylıq ödəniş tələb etdikdə həmin ödənişi ödəməkdən imtina etmişdir. Sonradan ona gələn zəngə cavab verərək həmin kassa aparatının hansı qaydada aldığını izah etmiş, onda olan kassa aparatında hər hansı saxtakarlıq edilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxsna kassa aparatının qeydiyyata salınması, çıxarılması və serviz haqqı kimi pul verməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X65 ifadəsində göstərdi ki, 07 mart 2015-ci il tarixində ünvan 13 ünvanında kiçik sahibkar kimi fəaliyyətə başlamış və elə həmin vaxtdan da Zamir adlı şəxsdən nağd pula «Merkuri 130 F» markalı nəzarət kassa aparatını almışdır. Sonradan Zamir adlı şəxsin xəstəlikdən vəfat etdiyini bilmiş və bundan çox keçməmiş özünü Yunis kimi təqdim edən şəxs Zamirin qardaşı olduğunu bildirmişdir. Elə həmin vaxtdan da o, kiçik sahibkar kimi fəaliyyətini Yunislə davam etdirmiş, lakin bir müddət sonra obyektdə işini dayandırmaq məcburiyyətində qalmış və Yunis kassa aparatını onun adından çıxarıb digər fərdi sahibkar Sənan Axundov adlı şəxsin adına sənədləşdirmişdir. Kiçik sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə Təqsirləndirilən şəxs adlı şəxsi tanımamış, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün heç bir məbləğdə Təqsirləndirilən şəxsna pul verməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X37 ifadəsində göstərdi ki, fərdi sahibkar kimi işlətdiyi obyektdə quraşdırdığı «Merkuri 130 F» markalı nəzarət kassa aparatını 2 saylı Ərazi Vergilər Departamentindən çöldə olan vergi ödəyicilərinə xidmət ofisindən Vasif adlı şəxsdən almışdır. Bundan sonra adını indi xatırlamadığı şəxsə ayda 6 manat olmaqla işlətdiyi kassa aparatına servis xidməti kimi biriki dəfə aylıq abunə haqqı ödəmişdir. Amma sonradan ona məlum olmayan səbəbdən həmin pulu almaq üçün heç kim gəlməmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamış, bu gün məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, 2015-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllə Qobu qəbirstanlığı ilə üzbəüz fəaliyyət göstərdiyi obyektə fərdi sahibkar kimi «Merkuri 130 F» markalı nəzarət kassa aparatını əri ilə birlikdə Vasif adlı şəxsdən almışlar. Həmin kassa aparatını qeydiyyata saldıqları gündən təxminən iki ay ərzində adını və soyadını bilmədiyi, lakin üzdən tanıdığı şəxsə aylıq 6 manat olmaqla NKA-ya texniki xidmət üçün pul vermişlər. Sonradan həmin pulu verməmişlər. Təqsirləndirilən şəxs adlı şəxsi o, əvvəllər heç vax görməmiş, həmçinin həmin kassa aparatının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxs adlı şəxsə nə özü, nə də əri heç bir məbləğdə ödəniş etməmişlər. Ümumiyyətlə, Təqsirləndirilən şəxs adlı şəxsi o, 2020-ci ilin iyun ayında məhkəmə prosesində tanımışdır. Məhkəmədə şahid qismində dindirilmiş X53 ifadəsində göstərdi ki, o Zərərçəkmiş şəxslə qohumdur, Təqsirləndirilən şəxs isə onunla işlədiyi müddətdə tanımışdır. O 2014-cü ilin fevral ayında qohumu Zərərçəkmiş şəxs dəvəti ilə sonuncunun rəhbərlik etdiyi Merkuri kassa aparatlarının satışı və servisi firmasına işə gəlmişdir. İlk vaxtlar onun işi Təqsirləndirilən şəxs satdığı kassa aparatlarını vergi ödəyicilərinin fəaliyyət göstərdiyi ünvana çatdırmaq olmuşdur. Bunun müqabilində Zərərçəkmiş şəxs ona aylıq 300 manat əmək haqqı ödəyəcəyini vəd etmişdir. İşə qəbul olub bir müddət işlədikdən sonra şəxsiyyət vəsiqəsini işlədiyi ofisə təqdim etsə də, orada onun əmək fəaliyyəti rəsmiləşdirilməmişdir. Bir müddət işlədikdən sonra Zərərçəkmiş şəxs ona satılmış kassa aparatlarının texniki servis xidməti göstərməyi tapşırmışdır. Bunun üçün ona Suraxanı ərazisi təhkim edilmişdir. Onun işi vergi ödəyicilərinin fəaliyyət göstərdiyi obyektlərə getmək və orada qeydiyyata alınmış kassa aparatlarına texniki xidmət göstərməkdən ibarət olmuşdur. Texniki xidmətin müqabilində hər bir vergi ödəyicisindən Zərərçəkmiş şəxs müəyyənləşdirdiyi qaydada altı manat pul almış, alınan pulun müqabilində vergi ödəyicisinə heç bir sənəd verməmişdir. O, bu hala narazılıq etdiyi üçün sonradan Azərin təkidi ilə onlara yığılan abunə sayının nisbətində qismən qəbz verilmişdir. Lakin qəbzin az verilməsinin səbəbini ona heç kim izah etməmişdir. Zərərçəkmiş şəxs onu Azərin yanına işi öyrənmək üçün təyin etmişdir. Azər də onu evə gecə çox gec buraxdığından səhər işə vaxtında gələ bilməmişdir. Bununla bağlı Zərərçəkmiş şəxslə dəfələrlə müzakirə etsə də bu bir nəticə verməmişdir. Zərərçəkmiş şəxs birinci və ikinci ayların əmək haqqını işə gec gəlməyi bəhanə edərək verməmişdir. Sonradan Zərərçəkmiş şəxslə əmək haqqı haqda danışdıqda sonuncu birinci ayın əmək haqqının verilməməsini həmin vaxt onun orada təcrübə keçdiyi ilə izah etmişdir. İşlədiyi dörd ay üçün əmək haqqı olaraq dəfələrlə təkidindən sonra ona yüz əlli manat pul verilmişdir. Sonra bu minvalla davam edə bilməyib işi tərk etmək qərarına gəlmişdir. Azərin satdığı kassaları vergi ödəyicilərinə apardığı üçün həmin yeri ondan başqa heç kim bilməmişdir. Bu səbəbdəndə işi davam etməsi üçün Azər məcbur qalaraq Zərərçəkmiş şəxs ona əmək haqqı kimi borclu olduğu yeddi yüz əlli manat pulu öz cibindən vermişdir. Bundan sonra abunə yığmaqdan imtina etmişdir. O, vaxtdan sonra onun işi ancaq Azərin satdığı kassa aparatlarını vergi ödəyicilərinə çatdırmaq və onların həmin kassa üçün nisyədə olan borc məbləğini Azərə təhvil verməkdən ibarət olmuşdur. Lakin onun aylıq gəliri az olduğundan Azər Zərərçəkmiş şəxs razılığıilə Xətai və Nizami rayonlarının abunələrinin yığılmasını ona tapşırmışdır. Bu dəfədə onun gəliri yığılan abunə haqlarının altı manatın iki manat olan hissəsi təşkil etmişdir. Əvvəlkindən fərqli olaraq bu dəfə Azər əmək haqqı kimi formalaşan iki manatları əldə etməsinə şərait yaratmışdır. Dekabr ayında Azərlə Rafiq arasında manatın dollar qarşısında devalyasiyasına görə narazılıq başlamış, bu prosesdən kənar qalsa da, Azərin artıq işə gəlməməsinə görə narahatçılıq keçirmişdir. X90 arasında münasibət daha da gərginləşmişdir. O və orada işləyən işçilər Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin təhqiqat və istintaq orqanlarına dəvət olunmuş, orada Zərərçəkmiş şəxs rəhbərlik etdiyi müəsisədə fəaliyyəti barədə baş verənlər haqqında məlumat vermişdir. Zərərçəkmiş şəxs bu hadisədən sonra onunla qohum kimi deyil, pis münasibət saxlamışdır. Xidmət göstərdiyi vergi ödəyicilərindən yığılan abunə haqlarına görə və ya ərazidə kassaların nisyəsinə görə idarəyə heç bir borcu qalmamışdır. Axrıncı dəfə 2016-cı ilin mart ayında abunə haqqlarını da qismən yığıb idarəyə təhvil vermişdir. Kassa aparatlarının quraşdırılmasına və abunə pulları nağd olaraq vergi ödəyicilərindən alınmışdır. Həmin vaxt onlara pulun qəbul edilməsi barədə hər hansı bir sənəd təqdim olunmamış, alınan pulları nağd şəkildə bəzən Azərə, bəzən isə ofisə vermiş, işlədiyi vaxtlarda Rafiq və ya digər şəxslərdən abunə pulunun və ya kassaların pulunun Azər tərəfindən idarəyə ödənilməməsi ilə bağlı hər hansı bir şikayət eşitməmişdir. Azərə verdiyi pullarıda Azər Zərərçəkmiş şəxs təyin etdiyi Qənirə Məmmədovaya və ya başqa şəxsə vermişdir. Rafiqlə Azər arasında narazılıq yaranadan sonra Rafiq Azərdən şikayət etməyə başlamışdır. Zərərçəkmiş şəxs xxxx və ya Büllur MMC-də hansı vəzifədə işlədiyini dəqiq bilməmişdir. Ancaq Zərərçəkmiş şəxs həmin cəmiyyətlərin rəhbəri kimi tanımişıdır, çünki sonuncu özünü belə təqdim etmişdir. Abunə pulunu və kassa pulunu alarkən vergi ödəyicisinə hər hansı bir qəbz verilməmişdir. Onların təkidindən sonra verilən az sayda qəbzin surətini pullarla birlikdə Qənirə Məmmədovaya təhvil vermişdir. Onun tərəfindən X30 istismara verilməsi barədə aktlar tərtib olunmuş, özü bilavasitə vergi ödəyicisindən kassa aparatı üçün pul alıb ofisə gələrkən pulu Qənirəyə və ya Gülnara verib onlardan aktı alıb Azərin adından yazmışdır. Azərin nəzarət kassa aparatlarına texniki servis xidmətinə görə yığılan pulları mənimsəməsini bilməmişdir, yığılan pulları Azər Zərərçəkmiş şəxs təyin etdiyi firmanın işçilərinə ödəmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, o fərdi sahibkar kimi Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində işlətdiyi obyektdə quraşdırdığı «Merkuri 130 F» markalı nəzarət kassa aparatını cəmi biriki ay işlətdikdən sonra həmin obyekti bağlamalı olmuşdur. O Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımamış, məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X66 ifadəsində göstərdi ki, o fərdi sahibkar kimi fəaliyyət göstərmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən obyekti açanda bir nəfər Vergi Departamentinin tanımadığı əməkdaşı yaxınlaşaraq ona həmin obyektə nəzarət kassa aparatının qoyulması barədə göstəriş vermişdir, o da bununla razılaşaraq bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatını almışdır. Həmin kassa aparatına servis xidməti üçün ayda 6 manat olmaqla bir neçə dəfə ödədikdən sonra STXM-nin işçisi ilə aralarında narazılıq yarandığından o, həmin pulu ödəməkdən imtina etmişdir. O Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, məhkəmədə birinci dəfə görmüş, sonuncu ilə heç bir münasibəti olmamış, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul verməmişdir. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, o kiçik sahibkar kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən obyektində quraşdırılmış «Merkuri 130 F-07» markalı nəzarət kassa aparatını (NKA) tarixini xatırlamadığı vaxtda şəxsi vəsaiti hesabına Bakı şəhəri «Nizami» metrostansiyasının yaxınlığında yerləşmiş «Vergi ödəyicilərinə xidmət» ofisindən almışdır. Həmin NKA-nın zavod nömrəsi 00211479 olmaqa indiyə kimi işlədir. O həmin kassa aparıtını alıb işlətdiyi vaxtdan bu günədək Təqsirləndirilən şəxs adlı şəxsə NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün heç bir məbləğdə pul verməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs adlı şəxsi o, 2020-ci ilin iyun ayında məhkəmə prosesində tanımışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmədə şahid qismində dindirilmiş Abdulla Nəbiyev ifadəsində göstərdi ki, o fərdi sahibkar kimi fəaliyyət göstərdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, ev 15/29-da yerləşən obyektdə quraşdırdığı bir ədəd «Merkuri 130 F» markalı nəzarət kassa aparatına (NKA) servis xidməti göstərilməsi üçün hər ayda 6 manat olmaqla adını xatırlamadığı bir şəxsə pul vermişdir. Bu gün o, məhkəməyə vergi borcuna görə dəvət edildiyini zənn etmiş, vergi borcuna görə Vergilər Nazirliyindən gələn məktubun telefonunda olduğunu və onu məhkəməyə təqdim edə biləcəyini bildirmişdir. Abdulla Nəbiyev həmçinin ifadəsində Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər ümumiyyətlə tanımadığını, bu gün məhkəmədə birinci dəfə gördüyünü, sonuncu ilə heç bir münasibəti olmadığını, həmçinin NKA-nın qeydiyyata düşməsi və qeydiyyatdan çıxması üçün, habelə aylıq texniki servis xidməti üçün Azərə heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Cinayət işinin 1-ci cildinin 23-24 cü səhifələrində olan əmrlərdən çıxarışların surətlərindən görünür ki, X82 01 aprel 2014-cü ildə “xxxx” MMC-nin Bakı nümayəndəsinin rəhbəri təyin edilmiş, 01.12.2015-ci il tarixli 5 saylı əmr ilə isə X82- mütəxəssis özünün əmək funkssiyasının, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə 01.12.2015-ci il tarixindən işdən azad edilmişdir . Cinayət işinin 3-cü cildinin 314, 315-ci vərəqlərində olan müqavilənin məzmunundan görünür ki, “X92” MMC-nin drektoru X54 ilə “xxxx” MMC-nin direktoru X39 arasında 15 il müddətinə müqavilə bağlanmışdır. Müqavilədə tərəflər arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 nömrəlıi qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X30 satışı, istehsalı, servis texniki xidmət və təmiri qaydaları haqqında” əsasnamənin 10.07-ci bəndinə uyğun olaraq “Sifariş verən” bu hüququ X92” MMC-yə verməsi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, iki MMC arasında bağlanan müqavilədə X30 addan ada keçirilməsi, X30 qeydiyyatdan çıxarılması ilə bağlı xidmətin göstərilməsi qeyd edilməmişdir. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 27 noyabr 2017-ci il tarixli, 29924 №-li rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş «xxxx» MMC-nin 013476 №-li X30 istsmara verilmə aktında, «X88» MMC-nin 007852, 007231, 007851, 007079, 008089 №-li nəzarət kassa apartlarının istismara verilmə aktlarının kserosurətlərində «Zav.№», «NKA quraşdıran obyektin adı», «Ünvanı», «Fiziki şəxs», «İstsmara verilmə tarixi», «İstismara verilən tarixə olan fiskal hesabat», «NKA quraşdıran obyektin nümayəndəsi» qrafalardakı və sənədin tarixi göstəricilərində yazılar və imza qrafalarındakı imzalar (möhür üzərində əks olunmuş imzalardan başqa) Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqdim edilmiş «xxxx» MMC-nin 005196 №-li nəzarət kassa apartlarının istismara verilmə aktlarının kserosurətlərində «Zav.№», «NKA quraşdıran obyektin adı», «Ünanı», «Fiziki şəxs», «İstsmara verilmə tarixi», «İstismara verilən tarixə olan fiskal hesabat», «NKA quraşdıran obyektin nümayəndəsi» qrafalardakı və sənədin tarixi göstəricilərində yazılar və imza qrafalarındakı imzalar (möhür üzərində əks olunmuş imzalardan başqa) Təqsirləndirilən şəxs və X29 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə istintaqının gedişində məhkəmə tərəfindən təyin edilərək keçirilmiş «Sənədlərin məhkəmə-texniki ekspertizasının» 15 fevral 2021-ci il tarixli 5/11 №-li ekspert rəyininin nəticə hissəsində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş cinayət işinin 9-cu cildində olan “Billur” və “xxxx” MMC-lərin X30 istismara verilmə və istismardan çıxarılma haqqında 004397 nömrəli aktın surətinin ZAV. №” NKA quraşdırılan obyektin adı “Fiziki şəxs” qrafalarda 006650 nömrəli aktın surətinin ZAV. №” qrafasında 012397 nömrəli aktın nüsxəsinin ZAV №” qrafasında 011958 nömərli aktın nüsxəsisinin ZAV. №” qrafasında, 014657 nömrəli aktın nüsxəsinin “Zav. №” qrafasında, 006239 nömrəli aktın surətinin “İstismara verilən tarixə olan fiskal hesabat” qrafasında, 005512 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 007231 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007489 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007536 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007525 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007227 nömrəli aktın surətinin “İstehsal tarixi”, “İstismara verən 'STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 004419 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007668 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 004344 nömrəli aktın surətinin “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007225 nömrəli aktın surətinin “İstismara verilmə tarixi”, “İstismara verən STXM nümayəndəsi”, “Vəsiqə№_İmza” qrafalarından başqa bütün qrafalarda, 007562 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat” qrafalarda, 006350 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi”, “Ünvan telefonu” qrafalarda, 016335 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi”, “Ünvan telefonu” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 005016 nömrəli aktın surətinin bütün qrafalarda, 016335 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı", “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 005535 nömrəli aktın nüsxəsinin “İstismara verilmə tarixi” qrafasında və sənədin aşağı hissəsində olan tarix göstəricisində düzəlişlər müəyyən edildi. Tədqiqata hakimin məktubu ilə təqdim edilmiş “Billur” və “xxxx” MMC-lərinin Nəzarət-kassa aparatlarının istismara verilmə və istismardan çıxarılma haqqında 006517 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 006517 nömrəli aktın surətinin “Zav. №” qrafasında və sənədin aşağı hissəsində olan tarix göstəricisində, 007668 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda, 005512 nömrəli aktın surətinin “Zav. №”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”, “İstismara verilmə tarixi”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” və sənədin aşağı hissəsindəki tarix göstəricisində, 012397 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 012397 nömrəli aktın surətinin “Zav. №” qrafasında, 004632 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖEN”, “Fiziki şəxs”,, “İstismara verilən tarixə olan fiskal hesabatı”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda, 004632 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VQP^lR^^əxs”, “İstismara verilən tarixə olan fiskal hesabatı”, “NKA quraşdırılan obyekti^Qür^ayəndəsi” qrafalarda, 006750 nömrəli aktın surətinin “Zav. №”, “İstismara vöritmə tarixi^^ştismara verilən tarixə olan fiskal hesabatı” qrafalarda və sənədin aşağı hissəsinidə olan tarix göstəricisində, 006239 nömrəli aktın surətinin “İstismara verilən taı|^^laQ?fiSCk^'hşgäBatr’ qrafasında, 006239 nömrəli aktın surətinin “İstismara verilən tarixə olan fiskal hesabatı” qrafasında, 007210 nömrəli aktın surətinin “Zav. №”, “NKA quraşdırılan obyektin adı”, “Ünvanı”, “VÖENV^İziki şəxs”, “İstismara verilən tarixə olan fiskal hesabat”, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalarda və sənədin aşağı hissəsində olan tarix göstəricisində, QQ7972 nömrəli aktın surətinin “Zav. №”, “İstehsal tarixi”, “istismara verilmə tarixi” qrafalarda və sənədin aşağı hissəsində olan tarix göstəricisində düzəlişlər müəyyən olundu. Həmin sənədlər surət olduğu üçün düzəlişlərin hansı üsulla aparılmasını və ilkin yazıların məzmununu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş “xxxx” MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 009629 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №” qrafasındakı “20864” rəqəmlərin yerində əvvəlcə “17423” rəqəmli olub, “İstehsal tarixi” qrafasındakı ikinci “1” rəqəminin yerində əvvəlcə “7” rəqəmi olub, “İstismara verilmə tarixi” qrafasındakı və sənədin aşağı hissəsindəki tarix göstəricisindəki “02 02” rəqəmlərin yerində “30 01” rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki yazılar icra edilmişdir. Təqdim edilmiş “xxxx” MMC-nin Nəzarət-kassa aparatlarının istismardan çıxarılma haqqında 004935 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №”, “NKA quraşdıran obyektin adı”, “Ünvanı:”, “VÖEN”, “Fiziki şəxs”, “NKA-nın istismara verilmə tarixi”, “NKAnın istismardan çıxma tarixə olan fiskal hesabatı” “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafalardakı ilkin yazılar mexaniki üsulla pozaraq indiki yazılar icra edilmişdir. Təqdim edilmiş “xxxx” MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 006935 nömrəli aktının və həmin aktının nüsxəsinin “Zav. №” qrafasındakı “208981” rəqəmlərin yerində əvvəlcə “171179” rəqəmləri olub, “NKA quraşdıran obyektin adı” qrafasında əvvəlcə “Kafe” sözü olub, “Ünvanı:” qrafasında əvvəlcə “Bakı şəh, Binəqədi rayonu Sulutəpə qəs, ...Allahverdiyev” yazıları olub, “VÖEN” qrafasında əvvəlcə “003362292” rəqəmləri olub, “Fiziki şəxs” qrafasında əvvəlcə “X71” yazıları olub, “İstismara verilmə tarixi” qrafasında və sənədin aşağı hissəsindəki tarix göstəricisindəki “10 10” rəqəmlərin yerində əvvəlcə “25 06” rəqəmləri olub, “İstismara verilən tarixə olan fiskal hesabat” qrafasında əvvəlcə “0 sıfır” yazılar olub, “NKA quraşdırılan obyektin nümayəndəsi” qrafasında əvvəlcə “Süleymanov Vüqar" yazılar olub, “Ünvan telefonu” qrafasında əvvəlcə “Bakı Binəqədi Sulutəpə” yazıları olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki yazılar icra edilmişdir. Təqdim edilmiş “xxxx” MMC-nin Nəzarət-kassa aparatlarının istismara verilmə haqqında 011958 nömrəli aktının “Zav. №” qrafasındakı “147088” rəqəmlərin yerində əvvəlcə “210838” rəqəmləri olub, sonradan üzərinə ağardıcı boya çəkilərək indiki rəqəmlər icra edilmişdir. Təqdim edilmiş “Billur” və “xxxx” MMC-lərinin Nəzarət-kassa aparatlarının istismara verilmə və istismardan çıxarılma haqqında 007227, 004344, 006517, 007821, 007851, 005196, 004460, 006517, 004460, 008079, 008079, 008079, 008089, 008079, 007079, 004630, 004630, 004663, 010197, nömrə görünməyən, nömrə görünməyən, 007535, 004460, nömrə görünməyən, 007537, 004460, 004460, 007537, 005535, 005196, 007876, 010411,006640, 008142, 011766, 011766, 011798 nömrəli aktlarının surətlərində və 004344, 003526, 007227, 007227, 007227, 009803, 013334, 006756,007644, 004630,004630, 004630, nömrəsi oxunmayan, 05538, 005538, 005535, 014657, **********141600, **********945700, **********267500, 004630, 004630, 008079, 004460, 013355, 010414, 010411, 008886, 007856, 007537, 007500, 007535, **********306100, nömrəsi oxunmayan **********705200, 004460, 004460, 008089, 008079, 005819 nömrəli aktların sürətlərində aşkar görünən düzəlişlərin izləri müəyyən edilmədi. Məhkəmə istintaqı zamanı təyin olunaraq keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1180 saylı 5 mart 2021-ci il tarixli rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, 009629 nömrəli 01 yanvar 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar və “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza, 004935 nömrəli 01 may 2014-cü il tarixli Nəzarət kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza və “İsmayılov Şirin” yazılarının aşağı tərəfində yerləşən “imza” qrafasındakı imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 011958 nömrəli oktyabr 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “imza” qrafasındakı imza və “Axundov S” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 006935 nömrəli 23 aprel 2014-cü il tarixli Nəzarət - kassa aparatlarının istismara verilmə aktındakı əlyazmalar, “Vəsiqə №” hissəsində “İmza” qrafasındakı imza və “Yasamal ray” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza; 009629 nömrəli Nəzarət - kassa aparatlarının istismara verilmə aktında “Mahmudov Taleh” yazılarından aşağıda yerləşən “İmza” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Göründüyü kimi eksprtə tədqiq olunması üçün təqdim edilmiş aktların bəzilərində müəyyən düzəlişlərin olması müəyyən olunsa da həmin aktlardan ikisinə Təqsirləndirilən şəxs tərəfindən düzəliş olunması müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə istintaqı zamanı təyin edilərək keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının 05 mart 2021-ci il tarixli 4/1180 №-li ekspert rəyinə əsasən əlyazma və imzaların konkret Təqsirləndirilən şəxs tərəfindən icra olunduğu göstərilmiş cəmisi 2 (iki) ədəd «Nəzarət-kassa aparatlarının istismara verilmə» aktları, yəni 009629 nömrəli 01 yanvar 2014-cü il tarixli və 004935 nömrəli 01 may 2014-cü il tarixli aktlar müəyyən edilsə də, həmin aktların «saxtalaşdırılmasına görə» Təqsirləndirilən şəxsna ittiham verilsə də ittiham aktında həmin aktların nömrəsinin qarşısında 00 rəqəmləri qeyd edilməmişdir. Həmin aktlarla bağlı Təqsirləndirilən şəxsna ittiham verildiyindən və bu hal ekspert rəyi ilə təsdiqini tapdığından məhkəmə bunu aktın nömrəsində ittiham aktında buraxılmış texniki səhv kimi qiymətləndirir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs «X88» MMC-yə vurulan ziyanın məhz 13.656 manat olmasının saxtalaşdırılan aktların sayı, audit rəyi ilə təsdiq olunmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının Auditorlar Palatasının 02-52 saylı, 06 iyun 2018-ci il tarixli məktubunun məzmunundan görünür ki, audit rəyinin qanuniliyi 31 may 2018-ci ildə Azərbaycan Respublikası Auditorlar Palatası Şurası yanında Keyfiyyətə nəzarət üzrə komitə və Auditin keyfiyyətinə nəzarət şöbəsinin birgə iclasında Təqsirləndirilən şəxs və Sərbəst auditor Çingiz Abbasovun iştirakı ilə müzakirə olunarkən müəyyən olunmuşdur ki, Sərbəst auditor Çingiz Abbasov xidmət göstərərkən bir sıra nöqsan və çatışmazlıqlara yol vermişdir. Bütün bunlar Çingiz Abbasovun nəzərinə çatdırılmış və ciddi xəbərdarlıq edilmişdir ki, gələcəkdə belə hallara yol verərsə, barəsində daha təsirli tədbirlər görüləcək. Eyni zamanda Çingiz Abbasova tapşırılmışdır ki, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə ilkin sənədlərə əsasən yenidən araşdırma aparsın və müəyyən olunmuş qaydada, audit standartlarına uyğun olaraq, akt və auditor rəyi ilə rəsmiləşdirsin. Bununla belə məhkəmə qeyd edir ki, ittiham tərəfinin sübutlar siyahısında Zərərçəkmiş şəxs istinad etdiyi audit rəyinə istinad edilməmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarına münasibətdə onu da qeyd edir ki, hazırki cinayət işinin ittiham aktında ittihamın sübutları siyahısında şahid X3 adı qeyd edilsə də, ittiham aktında onun ifadəsi qeyd edilməmiş, ittiham aktında cinayət işinin 1-ci cildinin 141- 147-ci səhifəsində şahidin ifadəsi olması qeyd edilsə də həmin səhifələrdə başqa sənədlər olmuş, cinayət işinin 6-cı cildinin 78-ci səhifəsində isə X3 ifadəsi deyil, izahatı vardır. Məhkəmə bu məsələ ilə bağlı Cinayət Prosessual Məcəllənin 124.2.1- ci maddəsini xatırlatmaqla qeyd edir ki, cinayət prosesində izahat deyil, ifadələr sübut kimi qəbul olunur. İşdə olan subutların qiymətləndirilmsinə dair qərardan görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs "xxxx" MMC-nin əmlakını mənimsəməsini və cəmiyyətlərə məxsus olan nəzarət kassa apartlarını oğurlanmasına dair hər hansı bir sübut, məhkəmə mühasibatlıq ekspertizasının rəyində onun işlədiyi cəmiyyətdə tərtib olunan sənədlərin qara mühaisibatlıq sənədləri olduğu, qanunla müəyyən olunmuş qaydada mühasibalıq işinin aparılmadığı, kassa aparlarının satılarkən onların qaimə əsasında verilmədiyinə görə həmin sənədlərə əsaslanmaqla hər hansı bir şəxsə ittiham vermək mümkün olmadığı üçün onun əməlində cinayət tərkibi olmadığından cinayət işinin onun barəsində olan Azərbaycan Respublikası CM-nin 179.2.4 və 322-ci maddələri ilə olan hissəsinə xitam verilmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında Təqsirləndirilən şəxs kiməsə qarşı dələduzluq və vəzifə saxtakarlığı cinayətlərni törətmədiyi müəyyən edilmişdir ki, belə olan halda Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli sayıla bilməz. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən həmin Məcəllənin 125, 144-146-cı maddələrinin pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət mühakimə icraatını aparan orqanlardan cinayət təqibi üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.3-cü maddəsi). Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmənin hökmünə dair Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsi hökmün qanuni və əsaslı olmasını tələb edir və eyni zamanda həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü aşağıdakı hallarda əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası CPM-in 353.2.2-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri göstərilməlidir. Təsvir olunan normaların işığında ittiham tərəfinin dəlillərini baxılan işin materialları ilə, o cümlədən məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxs Sumqayıt şəhər prokurorluğu tərəfindən elan edilmiş ittihamdan göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ittiham aktının nəticə hissəsində göstərilən əməllərdə, o cümlədən Azərbaycan Respublikası CM-in 178.2.4, 313 və 320.1-ci maddələri ilə təqsirli bilmək üçün əsasların «cinayət işinin istintaq sübutları ilə kifayət qədər» təsdiqləndiyi nəticəsinə gəlmişdir. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, həmçinin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış «X88» MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, habelə çoxsaylı şahidlərdən alınmış ifadələri, digər sübutları ittihamda göstərilən dələduzluğu və vəzifə saxtakarlığını təşkil edən bütün epizodlar üzrə müəyyən edilmiş sayılan halları, talama və vəzifə cinayətlərini xarakterizə edən obyektiv və subyektiv əlamətləri, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələrinin dispozisiyası ilə müqayisə etdikdə, həmin sübutların və işin faktiki hallarının sözügedən epizodlarda dələduzluq və vəzifə saxtakarlığı cinayətlərinin zəruri əlamətlərinin mövcud olması haqqında nəticə ilə uzlaşmadığı aydın olur. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymət kimi göstərilmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərəbərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Digər tərəfdən, cinayət-hüquq ədəbiyyatında talama cinayətlərini xarakterizə edən, eyni zamanda onları əmlak zərəri ilə müşayiət edilən digər cinayətlərdən ayırmağa imkan verən obyektiv və subyektiv əlamətlər göstərilmişdir. Talama cinayətlərinin obyektiv, yəni cinayətlərin obyektini və obyektiv cəhətlərini səciyyələndirən əlamətlər kimi aşağıdakılar qeyd olunur: - özgə əmlakının ələ keçirilməsi, yəni götürülməsi (zərərçəkmişin əmlakının kütləsindən ayrılması) və (və ya) təqsirkarın özünün və yaxud digər şəxslərin nəfinə keçirilməsi; - götürülmənin və nəfinə keçirilmənin hüquqa zidd olması; - bunların əvəzsiz olması; - cinayətin predmeti kimi özgə əmlakının (əmlaka olan hüququn) çıxış etməsi; - mülkiyyətçiyə və yaxud əmlaka sahiblik edən digər şəxsə birbaşa əmlak zərərinin vurulması. Subyektiv, yəni talama cinayətlərini xarakterizə edən daxili əlamətlərə isə aşağıdakılar aid edilir: - birbaşa qəsd; - tamah məqsədi. Talama cinayətlərindən sayılan dələduzluq Azərbaycan Respublikası CM-in 178.1ci maddəsinin dispozisiyasında etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərinin ümumi əlamələrini xarakterizə edən əlamətlərə görə aldatmadan, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Odur ki, əməl hüququn əldə edilməsində deyil, əmlakın ələ keçirilməsində ifadə olunduqda, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi, əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə yönəlməsini ehtiva edir. Dələduzluq cinayət qanununda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, əməl özgə əmlakının aldatma yolu ilə ələ keçirilməsinə yönəldikdə, əmlakın faktiki olaraq ələ keçirilməsi (təqsirkarın həmin əmlak üzərində real olaraq sərəncam vermək imkanı əldə etməsi) anından bitmiş olur. Bu səbəbdən əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi maliyyə çətinlikləri, iflasa uğrama kimi səbəblərlə əlaqədar mülkiyyətçiyə qaytarılmadıqda və yaxud şəxs əldə etdiyi əmlakın müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədikdə, onun belə hərəkət etməsi Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət-hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülki-hüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Hətta, zərərçəkmiş şəxsin maddi zərər görməsi təqsirkarın kriminal xarakterli niyyət və məqsədləri ilə bağlı olduqda belə, müstəsna olaraq bundan çıxış etməklə Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkibinin mövcudluğu barədə mühakimə yürütmək düzgün deyil. Çünki, yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin dispozisiyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamdan gedirsə, təqsirkarın zərərçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında, yəni malik olduğu əmlakdan məhrum edilməsində ifadə olunmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxs olan «X88» MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdən isə görünür ki, ittihamda həmin MMC-yə qarşı törədilən dələduzluq cinayətləri kimi bütün epizodlarda «X30 istismara verilməsi» və «X30 istismardan çıxarılması»na dair aktların saxtalaşdırılmasına görə, habelə nəzarət kassa aparatlarına servis xidməti göstərilməyə görə vergi ödəyicilərinin ödədiyi ehtimal olunan pul vəsaitlərinin Təqsirləndirilən şəxs tərəfindən aldatma və etibardan sui-istifadə etməklə ələ keçirildiyini bildirmişdir. Başqa sözlə, «X88» MMC-nin ziyan çəkməsi Təqsirləndirilən şəxs, şirkəti əmlakından məhrum etməsində, yəni sonuncunun mövcud olan əmlak kütləsinin azalmasında deyil, gördüyü işlərin və göstərdiyi xidmətlərin müqabilində gözlədiyi pulu (mövcud əmlak kütləsinə artımı) almamasında ifadə olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ittiham aktının nəticə hissəsində adları sadalanan bir neçə şəxs istisna olmaqla digər X30 istehlakçılarını, onlarla heç vaxt əlaqəsi olmadığından, ümumiyyətlə tanımadığını, habelə həmin şəxslərdən «X30 istismara verilməsi» və «X30 istismardan çıxarılması»na dair aktların tərtib edilməsinə görə, həmçinin servis xidmətinə görə onlardan hər hansı məbləğdə aylıq abunə haqqını almadığını bildirmişdir. Rəsmi qaydada əmək müqaviləsi ilə işlədiyi 01 aprel 2014-cü il tarixindən 01 dekabr 2015-ci il tarixinə kimi olan müddət ərzində isə o, yığdığı abunə pullarını «X88» MMC-nin əməkdaşı Qənirə Məmmədovaya və digərlərinə istintaq orqanına və məhkəməyə təqdim etdiyi kitablarda imza etdirməklə təhvil vermişdir. Bundan başqa, 01 avqust 2019-cu il tarixinə qədər qüvvədə olmuş «Azərbaycan Respublikasının ərazisində X30 tətbiq olunması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 №-li qərarı ilə nəzərdə tutulmuş Əsasnamədə «X30 istismara verilməsi» və «X30 istismardan çıxarılması»na dair aktların tərtib edilməsinə görə X30 (NKA) istehlakçıları tərəfindən hər hansı məbləğdə ödəniş edilməsi nəzərdə tutulmamışdı. Nəzarət kassa aparatlarına xidmət göstərməyə görə alınmış pullar dedikdə, yuxarıda adı çəkilən Qərara əsasən, nəzarət kassa aparatlarına servis xidməti göstərilməyə görə vergi ödəyiciləri tərəfindən ödənilən aylıq abunə haqqı nəzərdə tutulmuşdu və qeyd edilən servis xidməti, habelə ona görə ödəniləcək məbləğ tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən edilməli idi. X30 istehlakçılara satılmasına baxmayaraq, həmin aparatların servis xidməti və ona görə alınacaq məbləğləri nəzərdə tutan müqavilələrin Təqsirləndirilən şəxs istinad edilən epizodlarda keçən şəxslərlə bağlandığına dair müqavilələrin olması nə ibtidai istintaqda, nə də məhkəmə baxşında müəyyən edilməmişdir. Qeyd edilən məsələ ilə bağlı «X88» MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs ittiham aktında istinad edilən epizodlarda keçən şəxslərlə müqavilə bağlanmamış və belə müqavilələrin bağlanmamasının günahkarı məhz Təqsirləndirilən şəxs olmuşdur!? Məhkəmə onu da qeyd edir ki, servis xidmətinə görə ödənilən pul məbləğlərinin servis xidməti göstərən şəxs, yəni konkret Təqsirləndirilən şəxs tərəfindən istehlakçıdan qəbul edilib sonradan «X88» MMC-yə ödənilməli olduğunu təsdiq edən heç bir sənəd (qəbz, çek, qaimə-faktura və sairə) və ya digər sübut nə ibtidai istintaq orqanına, nə də məhkəməyə təqdim edilməmişdir. Odur ki, qeyd edilən pullar hətta Təqsirləndirilən şəxs tərəfindən alınıb «X88» MMC-yə ödənilməsəydi belə, təqsirləndirilən şəxs MMC-nin deyil, X30 istehlakçılarına məxsus pul vəsaitlərini ələ keçirmiş olardı. Çünki, belə olan halda Təqsirləndirilən şəxs vergi ödəyicilərindən aldığı və eyni zamanda «X87» MMC-yə heç bir aidiyyəti olmayan, sonuncunun mülkiyytinə keçməmiş pul vəsaitlərini talamış olardı. Bununla yanaşı, iş materiallarından göründüyü kimi, «X88» MMC və ya «xxxx» MMC-nin xidmət göstərdiyi X30 istehlakçılarının hər hansı birindən «X30 istismara verilməsi» və «X30 istismardan çıxarılması»na dair aktların tərtib edilməsinə, həmçinin onlardan servisə görə xidmət haqqının alınaraq müvafiq MMC-nin hesabına ödənilməməsi barədə hər hansı bir şikayət belə daxil olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş çoxsaylı şəxslər isə aldıqları kassa aparatlarının qeydiyyata düşməsi və qeydiyyatdan çıxarılması üçün tərtib edilmiş aktlara görə, habelə aylıq texniki servis xidməti üçün Təqsirləndirilən şəxsna hər hansı məbləğdə pul vermədiklərini göstərmişlər. Digər tərəfdən, məhz yuxarıda qeyd edilənlərə görə Təqsirləndirilən şəxs tərəfindən hər hansı pul məbləğinin alınmasına dair iş materiallarında heç bir sübut yoxdur. Hətta ittiham aktında və məhkəmə istintaqında Təqsirləndirilən şəxsna istinad edilən əməllər Zərərçəkmiş şəxs tərəfindən «X88» MMC-nin ona məxsus mövcud əmlakdan məhrum edilməsi kimi deyil, bağlanmış müqavilələrə əsasən X30 istehlakçılarından almalı olduğu əmlakı (artımı, qazancı) almaması kimi təsvir edilmişdir. Həmin təsvirlərdən və bu təsvirlərin əsasına qoyulmuş iş üzrə zərərçəkmiş hüquqi şəxs olan «X88» MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadələrindən o da görünmür ki, məlum MMC hansısa əmlakını aldatmanın və etibarın təsiri altında, lakin zahirən könüllü olaraq Təqsirləndirilən şəxs oğluna vermişdir. Halbuki, bu əlamət də dələduzluq cinayətini səciyyələndirən, onu digər, o cümlədən əmlakın zərərçəkmiş şəxsin iradəsi ziddinə olaraq ələ keçirilməsində ifadə olunan talama cinayətlərindən fərqləndirən mühüm xüsusiyyətdir. Belə olan halda, ibtidai istintaq orqanı tərəfindən dələduzluq cinayətinin tərkibinin obyektiv və subyektiv cəhətlərinə aid olan əlamətlərin mötəbərliklə müəyyən edilməsi haqqında nəticə çıxarmaq qətiyyən mümkün deyildir. Bundan başqa, Təqsirləndirilən şəxs, həmçinin ittiham olunduğu Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulmuş cinayətin obyekti dövlət və bələdiyyə orqanlarının normal fəaliyyətidir. Odur ki, dövlət və ya yerli özünüildarə orqanı, yaxud dövlət və ya bələdiyyə müəssisəsi hesab edilməyən kommersiya və ya qeyrikommersiya strukturları tərəfindən verilən rəsmi sənədlər bu cinayətin predmeti ola bilməz. Bu cür sənədlərin saxtalaşdırılması isə müvafiq əlamətlər olduqda, Azərbaycan Respublikası CM-in 320-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər. Cinayət işinin materiallarından görünür ki, «X88» məhdud məsuliyyətli cəmiyyəti dövlət və ya bələdiyyə müəssiəsi hesab edilməyən kommersiya hüquqi şəxsdir. Ona görə də, iş üzrə Təqsirləndirilən şəxs rəsmi sənəd hesab edilən X30 istismara verilməsi və istismardan çıxarılması barədə aktlara yalan və ya təhrif olunmuş məlumatlar daxil etməklə onları saxtalaşdırmasına dair əməli Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə tövsif edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası CM-in 313-cü maddəsinin dispozisiyasında vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Göründüyü kimi, cinayət qanunvericiliyi “Vəzifə saxtakarlığı” cinayətinin vacib tərkib əlamətlərindən biri kimi bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsini müəyyən etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılan aktların tamah və ya sair şəxsi niyyətlərlə törədilməsinə dair nə ibtidai istintaqda, nə də ki məhkəmə istintaqında hər hansı sübut müəyyən edilməmişdir. Təsvir olunanlardan görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs oğluna qarşı Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə yekun nəticəyə gələrkən sübutların tədqiqinə və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-in 144, 145 və 146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Bununla da, sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş, Təqsirləndirilən şəxs şərh edilən əməllərində dələduzluq və vəzifə saxtakarlığı cinayətlərinin tərkibinin olması sübuta yetirilmir. Məhz bu səbəbdən həmin əməllərə görə onun Azərbaycan Respublikası CM-nin 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinməsi barədə nəticə mötəbər sayıla bilməz. Odur ki, məhkəməyədək və məhkəmə istintaqında tədqiq olunmuş sübutların Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələri ilə təqsirli bilinməsi, eləcə də onun əməllərində həmin maddələrlə nəzərdə tutulmuş cinayət tərkibinin olması haqqında ibtidai istintaq orqanı tərəfindən nəticə çıxarılması tam əsassızdır. Eyni zamanda, həmin materiallar Təqsirləndirilən şəxs ona istinad edilən yuxarıda göstərilmiş əməlləri törətməkdə təqsirli bilinməsini istisna edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna əsassız olaraq Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş ittiham irəli sürülmüş, onun əməllərində həmin cinayətlərin tərkibinin olmasi sübuta yetirilmir və qeyd olunanlar məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində hər kəsin təqsirsizlik prezumpsiyası hüququ olması təsbit edilmişdir. Həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Habelə, Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsində müəyyən edilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, «əsaslı şübhə yeri qoymayan» sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham orqanun üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə iş üzrə sübutları tam, hərətərfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə əməlində Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi faktı sübuta yetirilmir. Odur ki, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.4 və 313-cü maddələri ilə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə isə haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Azərbaycan Respublikası CPM-in 350.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Eyni zamanda, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması ittiham verilən bütün aktların saxtalaşdırmasında deyil, yalnız aşagıda sadalanan aktların saxtalaşdırmasında sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsinin dispozisiyasında hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu cinayət obyektiv cəhətdən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi saxtalaşdırma, hazırlama və ya satmadan ibarət aktiv hərəkətlərlə törədilməlidir. Yəni qanunvericiliyin mənasına görə, yalnız bu hərəkətlərdən biri və ya bir neçəsi mövcud olduğu halda, əməldə cinayət tərkibinin olması məsələsi müzakirə oluna bilər. İş materialları ilə, o cümlədən məhkəmə-xətşünaslıq ekspertizasının 27 noyabr 2017-ci il tarixli, 29924 №-li rəyi ilə müəyyən olunmuşdur ki, «X88» MMC-nin 007852, 007231, 007851, 007079, 008089 №-li X30 istismara verilmə aktlarının kserosurətlərində düzəlişlər və imza qarafalarındakı imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Bununla da, Təqsirləndirilən şəxs rəsmi sənəd hesab edilən X30 istismara verilməsi və istismardan çıxarılması barədə müəyyən aktlardan yenidən istifadə etmək məqsədi ilə onlara yalan və ya təhrif olunmuş məlumatlar daxil edərək həmin kassa aparatlarının qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmışdır. Bu xüsusat təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və şahid ifadələri, həmçinin məhkəmə ekspertizası rəyi və digər sübutlarla öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ogluna ibtidai istintaq orqanı tərəfindən verilən ittiham üzrə digər X30 qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetmədiyinə görə Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən bəraət verilməlidir. Odur ki, Təqsirləndirilən şəxs «X88» MMC-nin 007852, 007231, 007851, 007079, 008089, 009629 və 004935 nömrəli X30 qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir və onun həmin əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək bir sıra X30 istismara verilməsi və istismardan çıxarılması barədə aktlara düzəliş etdiyini səmimi etiraf edərək bununla bağlı peşman olduğunu bildirmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən həmin epizodlar üzrə barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur və həmin Məcəllənin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsində təsbit edilmişdir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Yəni, həmin normanın tələblərinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə şəxsə ittiham verilə bilməz və barəsində həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Həmçinin, Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İttiham aktından göründüyü kimi, Azər Təqsirləndirilən şəxsbaycan Respublikası CM-nin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüqüq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma cinayətini ən geci 15 dekabr 2016-cı il tarixində törətmişdir və hazırda həmin cinayətlərin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.3 və 43.3-cü maddələri tətbiq edilməklə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən onun barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 280 manat Təqsirləndirilən şəxs Dövlət Büdcəsinin nəfinə tutulmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 350, 352, 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 313-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs oglu barəsində «X88» MMC-nin 007852, 007231, 007851, 007079, 008089, 009629 və 004935 nömrəli X30 qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.3 və 43.3-cü maddələrinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs ogluna ibtidai istintaq orqanı tərəfindən verilən ittiham üzrə digər X30 qeydiyyata salınması və qeydiyyatdan çıxarılması barədə aktları saxtalaşdırmasına görə Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs oglunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 280 manat Təqsirləndirilən şəxs Dövlət Büdcəsinin nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar