Məhkəmə qərarları › İş №1(060)-8/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-8/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-8/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)- 13/2022 saylı, 04.04.2022-ci il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edimiş 05 (beş) il müddətinə azaldıqdan məhrumetmə cəzası dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, işləməyən, Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xətai küçəsi, ev 1 mənzil 33-də qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilən və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında atası Şahid1 məxsus Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xətai küçəsində yerləşən ticarət obyektini genişləndirirərək obyektin arxa hissəsində olan 40 kv.metr boş torpaq sahəsini həmin obyektin arxa divarına birləşdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, ilk dəfə hələ 1998-ci ildə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 1998-ci il tarixli sərəncamı ilə həmin yerdə nənəsi X1 qoyulması üçün 6 kv.m topraq sahəsi ayrılmışdır. Sonradan 2000-ci ildə həmin torpaq sahəsi Bələdiyyələrin balasına verildiyi üçün X5 05 sentyabr 2000-ci il tarixli qərarı ilə nənəsi X1 ümumi sahəsi nəzərə alınaraq ona 34 kv.m torpaq sahəsi ayrılmışdır. Yəni, 6 kv.m əvvəldən olmuş və sonra 28 kv.m ayrılmış, qərarla həmin ərazi ümumiləşdirilərək 34.kv.m torpaq sahə nənəsinə ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəylərini nəzərə alaraq X14nin 08 saylı protokoluna əsasən atası Şahid1 02 avqust 2006-cı il tarixdə sözügedən yerdə, yəni, ünvan 1 ünvanında kommersiya obyektinin tikinti-quraşdırılması üçün 100 kv.metr boş torpaq sahəsi ayrılmışdır. Atası Şahid1 2006-cı ilin sentyabr ayından həmin ərazidə özünə ticarət obyekti tikərək fəaliyyət göstərir. Sumqayıt şəhər 2020-ci ilin avqust ayında atası Elşənə məxsus olan obyektin arxa hissəsində boş torpaq sahəsi olduğu üçün o sahənin öz adına sənədləşdirilməsi üçün ərizə ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Ərazi İcra Nümayəndəliyinə müraciət etmişdir. İcra Nümayəndəliyi onun ərizəsinə cavab verərək qeyd edilən torpaq sahəsinin verilməsi onların səlahiyyətlərinə aid olmadığını, həmin ərazinin dövlət mülkiyyətinə aid olduğunu bildirmişdir. Bundan sonra, o atası Şahid1 məxsus obyekti genişləndirmək məqsədi ilə obyektin arxa hissəsində olan, əvvəllər sanitariya qovşağı kimi işlədilən və təxminən 15 kv.metr boş torpaq sahəsini obyektin arxa divarına birləşdirərək tikinti işləri aparmışdır və həmin qeyd olunan torpaq sahəsinə nənəsinin sənədi olmuşdur. Hal-hazırda həmin obyektə tikinti işləri də yekunlaşmışdır. Obyekt atasının adına rəsmiləşdirilmiş və onlara həmin obyektin qanunsuz olaraq onun atasına məxsus olması barədə indiyə qədər heç bir xəbərdarlıq edilməmişdir, yalnız təmir işlərindən sonra onlar barəsində şikayət edilmişdir. Onun tikinti işlərini aparmaqda məqsədi fəaliyyət göstərən obyektin sahəsini genişləndirmək olmuşdur. Təqsirləndirrilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində çıxış etmiş Nümayəndə bildirdi ki, o, 2006-cı il tarixdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin müdiri vəzifəsində işləyir. X5 verdiyi məlumat əsasında şöbənin əməkdaşları tərəfindən 01 sentyabr 2020-ci il tarixində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində monitorinq aparılan zaman Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində vətəndaş Təqsirləndirilən şəxs tərəfindən ona məxsus ticarət obyektinin genişləndirilməsi mqəsədilə obyektin arxa divarına bitişik olan və dövlət mülkiyyətinə aid olan 40 kv.metr torpaq sahəsində qeyri-yaşayış binasının inşası məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Daha sonra vətəndaş Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətinə, istifadə və icarə hüquqlarının olmadığı müəyyən edilmişdir. Bundan əvvəl də ona bu məsələ ilə bağlı xəbərdarlıqlar edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı heç bir sənəd təqdim etməmişdir və bu səbəbdən onlar hüquq-mühafizə orqanlarına müraciət etməli olmuşlar. Həmin vaxtı Təqsirləndirilən şəxs Bələdiyyə qərarının mövcudluğu barədə məlumat versəydi, onlar tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmazdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28.11.2000-ci il tarixli 421 saylı Fərmanı ilə təsdiq edilmiş «Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında Əsasnamə»nin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin işçiləri kimi onlar tərəfindən Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində 01.08.2020-ci il tarixdə monitorinq aparılan zaman ünvan 2 ünvanında vətəndaş Təqsirləndirilən şəxs tərəfindən ona məxsus ticarət obyektinin genişləndirnilməsi məqsədi ilə obyektin arxa divarına bitişik dövlət mülkiyyətinə aid 40 kv.metr torpaq sahəsində qeyri-yaşayış binasının inşası məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs tərəfindən divar tikintisi işləri aparılmaqla hasara aldığı 40 kv.metr torpaq sahəsinə dair qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyət, istifadə və icra hüququnun olmadığı müəyyən edilmişdir. Bununla bağlı akt tərtib edilmiş və həmin akt onlar tərəfindən imza edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi məktub göndərilmişdir. Əlavə olaraq da bildirmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı heç bir sənəd təqdim etməmişdir və bu səbəbdən onlar müvafiq orqanlara müraciət etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhəri, X14nin sədri Şahid3 Nofəl qızı ifadəsində bildirdi ki, o, Sumqayıt şəhəri, X14nin bələdiyyə sədri vəzafəsində çalışır. Məhkəmə tədqiqatı zamanı əldə edilən sənədlər vasitəsilə onlar həmin ərazinin bələdiyyə tərəfindən verildiyini müəyyən etmiş və ona müvafiq olaraq məhkəmənin sorğusunu cavablandırmışlar. Təqdim edilən sənədlər heç bir şübhə yaratmır, çünki həmin sənədlər əvvəlki sədr tərəfindən imzalanmış və köhnə möhürlə təsdiq edilmişdir. Hal-hazırda istifadə olunan möhürlə təqdim edilmiş sənədlərdə olan möhür eynilik təşkil etmir. 2011-ci ildə köhnə möhür dəyişdirilərək, arxivə təhvil verilmişdir. Bundan başqa 2000-ci və sonrakı illər üzrə Bələdiyyənin bir cox arxiv sənədlərinin axtarıb tapılmasında çətinliklər vardır, ona görə də ilkin olaraq onlar tərəfindən 13 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinə vətəndaş sənədlərini təqdim etmədiyi üçün torpağın zəbti ilə bağlı müraciət olunmuşdur ki, həmin hal araşdırılsın. Hazırda həmin torpağın Bələdiyyə tərəfindən vətəndaşa ayrılması mübahisəssizdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş X14nin nümayəndəsi X3 ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, X14ndə bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərir. Cinayət işi ilə bağlı mübahisə olunan sənədlər bələdiyyənin arxivindən çıxarılmışdır. Əlavə olaraq da bildirmişdir ki, 2000-ci illərdə bələdiyyələr yeni təsis edildiyindən sənədlərdə də müəyyən yanlışlıqlar ola bilər. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər X14 tərəfindən Məhkəməyə ünvanlanmış 109 №-li 15 iyul 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhər X14nin 05 sentyabr 2000-ci il tarixli 10 saylı iclas protokolunun qərarı ilə 34 kv.m torpaq sahəsi X7 icarə qaydasında ayrılmışdır. Bundan başqa Sumqayıt şəhər X14nin 02 avqust 2006-cı il tarixli 08 saylı iclas protokolunun qərarına əsasən 100 kv.metr torpaq sahəsi icarə qaydasında ayrılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 10 fevral 1998ci il tarixli, 109 №-li sərəncamında qeyd olunmşdur ki, H.Zeynalabdin qəsəbəsinin sakini vətəndaş X11 üçün müvəqqəti olaraq kommersiya köşkü qoyulması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının H.Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinə qəsəbə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhəri X18 iclasının 05 sentyabr 2000-ci il tarixli 10№-li protokolu əsasında qəbul edilmiş qərardan görünür ki, həmin qərarla X15 05 sentyabr 2000-ci il tarixli protokoluna, “Memarlıq və tikinti” Şöbəsinin təklifinə əsasən X8 məxsus kommersiya köşkünün tutduğu 34,0 kv.metr torpaq sahəsinin ona verilməsi qərara alınmışdır. 06 sentyabr 2000-ci il tarixli aktdan görünür ki, X8 28,0 kv.metr torpaq sahəsi icarəyə verilmiş və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 10 fevral 1998-ci il tarixli, 109 №-li sərəncamı ilə ona müvəqqəti olaraq qəsəbə ərazisində 6 kv.metr torpaq sahəsi ayrılması ilə birlikdə ümumilikdə X8 34,0 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında əlavə edilmiş Sumqayıt şəhəri X12 02 avqust 2006-cı il tarixli, 08 №-li protokolu əsasında qəbul edilmiş qərardan görünür ki, Hacı Zeynalabdin qəsəbə sakini Şahid1 qəsəbə ərazisində kommersiya obyektinin tikinti-quraşdırılması üçün 100 (bir yüz) kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin Sumqayıt şəhəri, X14nin 08 №-li 02.08.2006-cı tarixli Qərarı ilə ayrılmış torpaq sahəsinə aid “İnşaat pasportu”-ndan görünür ki, həmin inşaat pasportu 14.09.2006-cı il tarixdə 874 № ilə qeydiyyata alınmışdır və Sumqayıt şəhərinin Baş memarı B.M.Həsənzadə, Torpaq Rədiyyə və Kommunikasya Şöbəsinin rəisi Ş.H.Həsənov tərəfindən razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin 02/1308 saylı, 10.07.2006-cı il tarixli rəyində qeyd olunmuşdur ki, H. Zeynalabdin bələdiyyəsinin Şahid1 H.Zeynalabdin qəsəbəsi ərazisində kommersiya obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması barədə 04.07.2006-cı il tarixli 230 saylı məktubuna baxılmış, Sumqayıt şəhər şöbəsinin mütəxəssisi tərəfindən həmin sahəyə baxış keçirilmiş, torpaq sahəsinin ölçüsü 100 kvadrat metr olmaqla, İİİ kadastr qiymət zonasında yerləşir və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinin rəyi vardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.8 maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” əsasnamənin tələblərinə uyğun olaraq Şahid1 100 kvadrat metr torpaq sahəsinin icarə qaydasında sənədləşməsinə etiraz etməmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/5970 saylı, 13 dekabr 2021-ci il tarixli rəyində qeyd edilmişdir kİ, mülki iş materiallarında olan məlumatlara əsasən qeyd olunur ki, Sumqayıt şəhər X14nin 05 sentyabr 2000-ci il tarixli Qərarı ilə X21 qızının adına rəsmiləşdirilmiş və plan sxemdə qeyd olunmuş (küçə və ərazi müəyyən olunmaqla) 34 kvadrat metr sahənin, həmçinin H.Zeynalabdin Bələdiyyəsinin qərarı ilə Mənsumə Məmməd qızına icarəyə verilmiş 26 kvadrat metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, tərpənməz dayaq nöqtəsindən yerləşmə məsafələri təqdim edimədiyinə görə , həmin torpaq sahələrinin mübahisəli 40 kvadrat metr və Sumqayıt şəhər X14nin qərarına əsasən Şahid1 kommersiya obyektinin tikinti quraşdırılması üçün ayrılmış 100 (bir yüz) kvadrat metr torpaq sahələri ilə üst-üstə düşüb-düşməmələrini dəqiq müəyyən etmək mümkün olmadı. Həmçinin qeyd olunur ki, cinayət işi materiallarının (İ cild) 21-ci səhifəsində yer alan Şahid1 tərəfindən zəbt olunmuş sahə olaraq qeyd olunan ərazinin yerləşmə vəziyyəti ilə, cinayət işi materiallarının (İ cild) 160-cı səhifəsində yer alan bələdiyyə sxemində qeyd olunan torpaq sahəsinin yerləşmə vəziyyəti müqayisə olunan zaman , hər iki torpaq sahəsinin uşaq bağçası və xəstəxana arasında olan yolun təqribən qırılma hissəsində yerləşdiyi müəyyən edilir. İş materiallarına əlavə edilmiş “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 26 №-li 28.02.2022-ci il tarixli hesabatda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən ticarət obyektin yeni tikili hissəsinin sahhəsi 43,7 kv.m. təşkil edir, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən torpaq sahəsinin üzərində olan tikilinin ümumi sahəsi 101,57 kv.metr təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt şəhər Məhkəməsinə ünvanladığı 28 aprel 2022-ci il tarixli, № **********61 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 40 kv.m torpaq sahəsinin dövlət mülkiyyətinə aidiyyətini təsdiq edən dövlət əmlakının Registrindən çıxarışın təqdim edilməsi barədəd məktuba Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Qeyd edilən torpaq sahəsi torpaqların elektron kadastr bazasına əsasən dövlət mülkiyyətinə aiddir. Cinayət işi materiallarına əlavə edilmiş 1696 saylı, 18.12.2020-ci il tarixli arayışdan və AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda qeydiyyatdadır və yaşayır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09.05.2018-ci il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Sumqayıt Şəhər 21 saylı MKS tərəfindən verilmiş 18.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 09.12.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2; 313 və 179.3.2-ci maddələri ilə təqqsirləndirildiyi ********* saylı cinayət işi 25.04.2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmünün çıxarışından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan mıhrumetmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə cəza təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-13/2022 saylı, 04.04.2022-ci il tarixli hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-63/2021 saylı, 30 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təyin edimiş 05 (beş) il müddətinə azaldıqdan məhrumetmə cəzası dəyişdirilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 2 (iki) il, 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri X14nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi şöbəsinə ünvandığı 13 avqust 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Şahid1 qəsəbənin Xətai küçəsində (3 saylı şəhər xəstəxanası və 58 nömrəli bağçanın arasında) qanunsuz tikinti (qeyri-yaşayış) işləri aparır. Xəbərdarlıq edilməsinə baxmayaraq, qanuna məhəl qoymur və Şahid1 qanunsuz əməllərinin qarşısının alınmasında mövcüd qanunvericiliyin tələblərinə uyğun köməklik göstərilməsini Bələdiyyə xahiş edir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsinin Sumqayıt şəhər PB-nin 2-ci PB-bə ünvanladığı məktubdan görünür ki, Suqayıt şəhəri, H.Tağıyev qəsəbəsi, Sumqayıt Bələdiyəsinin ərazisinə daxil deyildir və Sumqayıt Bələdiyyəsi tərəfindən vətəndaş Təqsirləndirilən şəxs hər-hansı bir məqsəd üçün torpaq sahəsinin ayrılması barədə qərar verilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin baş təhqiqatçısı X13 22 sentyabr 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahbaz Şahbazovun, Sumqayıt şəhəri torpaqlarından istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti üzrə müfəttişi Şahid2 və Təqsirləndirilən şəxs iştirakı ilə, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən ticarət obyektinin sahəsinin genişləndirilmiş hissəsinə baxş keçirərək müəyyən edilmişdir ki, Şahid1 məxsus mövcüd ticarət obyektin arxa divarına bitişik və dövlət mülkiyyətində olan 43 kv.m Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutularaq zəbt edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin **********25 saylı, 10 sentyabr 2020-ci il tarixli məktubundan qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin ərazisində monitorinq aparılan zaman Xətai küçəsi ünvanında vətəndaş Təqsirləndirilən şəxs tərəfindən ona məsus ticarət obyektinin genişləndirilməsi məqsədilə, obyektin arxa divarına bitişik, dövlət mülkiyyətinə aid 40 kv.m torpaq sahəsində qeyri-yaşayış binasının inşası məqsədilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Cinayət işi materiallarından görünür ki, ********* saylı cinayət işi 13 oktyabr 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X25 oğlu tərəfindən icraata qəbul edilməklə istintaqı aparılmışdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 24 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2020-ci il tarixdə Sumqayıt ŞPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X25 oğlu tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan 26 noyabr 2020-ci il tarixli “şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbiri seçilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə aşağıda göstərilən prosessual normaların tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: -məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında olan faktiki münasibətləri, işdə olan sübutları nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd edilən normaların və Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərini nəzərə alaraq qeyd etməyi zəruri sayır ki, istintaq orqanı iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparmamış, sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməmiş, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları eyni səviyyədə araşdırmamışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrində göstərilən, təqsirləndirilən şəxsin xeyrinə olan hallara və sənədlərə diqqət yetirilməmiş, həmin hallar düzgün qiymətləndirilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı sübutlar Təqsirləndirilən şəxs ona istnad edilən cinayət əməlini törətməsi barədə qənaətə gəlməyə əsas vermir. Məhkəmə verilən ittihamın hüdudlarında işə baxır. İttiham isə ondan ibarətdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin avqust ayında atası Şahid1 məxsus Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xətai küçəsində yerləşən ticarət obyektini genişləndirirərək obyektin arxa hissəsində olan 40 kv.metr boş torpaq sahəsində tikili apararaq həmin obyektin arxa divarına birləşdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmışdır. İşin araşdırlıan hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz topraq sahəsinin zəbt edilərək üzərində tikintinin aparılması iddia olunan torpaq sahəsinə dair hüquqi sənədlər ilk olaraq 1998-ci ildə 6 kv.m kommersiya köşkü üçün Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən, eyni məqsəd üçün 28 kv.m, 2000-ci ildə Sumqayıt şəhəri H.Z.Tağıyev Bələdiyyəsi ayrılaraq, əvvəlki 6 kv.m birləşdirməklə Bələdiyyənin 05 sentyabr 2000-ci il tarixli qərarı ilə 58 saylı baxçanın yanında istifadə olunan kommersiya köşkünün tutulmuş 34 kv.m torpaq sahəsi təqsirləndirilən şəxsin nənəsi X8 verilmişdir. Sumqayıt şəhəri X12 02 avqust 2006-cı il tarixli qərarı ilə həmin yerdə Şahid1 kommersiya obyektinin tikinti-quraşdırlması məqsədi ilə 100 (bir yüz) kvadrat metr torpaq sahəsi ayrılmışdır. İlk olaraq məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilməsi, ona ittiham irəli elan edilməsi üçün kifayət qədər möhtəbər sübutlara malik olmalı, mövcüd sənədləri təhlil etməklə düzgün, obyektiv, qərəzsiz qiymət verməli, torpağın qanunsuz zəbt edilməsi ilə halının müəyyən edilməsi üçün xüsusi biliyə malik olan mütəxəssis və ya eksperti cəlb etməli, şəxsin əməlinin cinayət olubolmamasını yoxlamalı, təqsirləndirlən şəxsin törətdiyi əməlinin cinayət olduğunu sübut etməklə ibtidai istintaqı bitirməlidir. Təqsirləndirilən şəxs təhqiqata çağrıldığı gündən obyektin 100 kv.m torpaq sahəsinə sənədini təqdim etmiş, təhqiqat və istintaq orqanı, iş üzrə dinindirilmiş zərərçəkmiş şəxs nümayəndəsi, aidiyyəti şahidlər (dövlət orqanı və bələdiyyə) həmin sənədlərin möhtəbərliyini qəbul etmişlər. Lakin, obyektin yerləşdiyi torpaq sahəsinin ümümi ölçüsü təhqiqat və istintaq orqanı tərəfindən aparılmamışdır. Yalnız təhqiqatçı şahidlərin iştirakı ilə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Xətai küçəsində yerləşən ticarət obyektinin sahəsinin genişləndirilmiş hissəsinə baxış keçirərək belə qənaətə gəlmişdir ki, dövlət mülkiyyətində olan 43 kv.m Təqsirləndirilən şəxs tərəfindən özbaşına tutularaq zəbt edilmişdir. Halbuki, obyektin ümumi sahəsi ölçüləcəyi təqdirdə genişləndirmə ilə birlikdə kommersiya obyektinin sahəsinin 101,57 kv.m təkil etdiyi müəyyən olunacaqdır. Beləliklə, ibtidai istintaqa məlum olan iş üzrə mühüm əhəmiyyət kəsb edən sübut sözügedən torpaq sahəsinə 100 kv.m dair Təqsirləndirilən şəxs atasının adına olan sənədlər olmuşdur. Təqsirləndirilən şəxs da bununla bağlı məlumat vermiş və sənədləri cinayət işi başlanmazdan əvvəl istintaq orqanına təqdim etsə də, ibtidai istintaq orqanı tərəfindən bu fakta əhəmiyyət verilməmiş və obyektin ümumi sahəsinin hansı ölçüdə olmasına dair heç bir hərəkət olunmamışdır. Bundan başqa X11 üçün kommersiya köşkü qoyulması məqsədilə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının H.Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyinə qəsəbə ərazisində torpaq sahəsi ayrılmasına dair Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 10 fevral 1998-ci il tarixli, 109 №-li sərəncamının və Sumqayıt şəhəri H.Z.Tağıyev Bələdiyyəsi 05 sentyabr 2000-ci il tarixli qərarının mövcudluğu ümumiyyətlə araşdırılmamışdır. İş üzrə dindirilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinin və H.Z.Tağıyev Bələdiyyəsinin nümayəndələri olan zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlər həmin sənədlərin mövcudluğu barədə məlumatlarının olmadığına görə istintaq orqanına müraciət olunduğunu qeyd etmişlər. Digər tərəfdən həmin torpaq sahəsinin Sumqayıt şəhəri X14nin ərazisi olduğu Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərlama idarəsi tərəfindən qəbul edilmiş və Bələdiyyənin 08 nömrəli 02.08.2006-cı il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində kommersiya obyektinin tinkinti-quraşdırılması məqsədi ilə inşaat pasportunu 14.09.2006-cı il tarixdə təsdiq etmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinin Bələdiyyə torpağına aid olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildiyi halda həmin yerdə 40 kv.m sahəsinin dəqiq yerləşmə, yəni tərpənməz nöqtələr olmadan dövlət mülikyyətinə aid olunması dair məlumat verilməsi qeyri-müəyyəndir. Məhkəmə hər bir halda belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq torpağı zəbt etməklə tikinti işləri aparmamışdır. Azərbaycan Respublikası Torpaq Məcələnin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; ] təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları.

2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 2-1. Xəzər dənizinin, (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız dövlət məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Bu maddənin birinci cümləsinə uyğun olaraq istifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafiki təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır. Sahilboyu zolağın qrafiki təsvirində həmçinin zolağın 20 metrdən 50 metrədək müəyyənləşdirilməsinə əsas olan su səthinin quru ilə təmas xəttinin mövcud və təbii təsirlərlə əlaqədar dəyişən vəziyyəti öz əksini tapmalıdır. İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik) sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.

3. Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.

4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən;

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

4. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir.

5. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.

7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Eyni Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqında» Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. İnsan hüquqları haqında Ümumi Bəyəmnamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla mərhum oluna bilməz. Avropa Məhkəməsinin “Önəryıldız Türkiyyə qarşı” iş üzrə 18 iyun 2002-ci il tarıxli Qərarının 139-cu bəndində Məhkəmə xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. Qərarın 142-ci bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pleniumunun “ V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 15 yanvar 2010-cu il tarixli qərarında göstərmişdir ki, “ mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlakasahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər ” Məhkəmə yuxarıda qeyd edilən mövqedən çıxış edərək işin hallarını, işdəki sübutları, təqsirləndirilən şəxsin hərəkətlərini cinayət qanunvericiliyində göstərilən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutmaqla tikinti işlərinin aparılması cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin və kateqoriyasının, X14nin mülkiyyətində olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən əlavə araşdırmalar aparılması nəticəsində əldə ediləcək məlumatlar iş üzrə ittiham hökmü çıxarılmasına əsas ola bilməz. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin X2 halda, yaxud mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin X10madığı halda Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməmişdir. “İnsan Hüquqlarının və X17 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). CPM-nin 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 188.2ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 188.2-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 05.01.2021-ci il tarixli (iş № 1(060)-161/2021) qərarını icra edərək vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 50 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməlidir. Cinayət işi üzrə maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 344- 350, 352-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 50 (əlli) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun KapitalBank ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar