Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-8/2024 22.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs ilə tanış olub sonuncuya Koreya Respublikasından orada yaşayan əmisi Şahid3 vasitəsilə «Kia Sorento» markalı avtomobil gətirəcəyi adı ilə yalan vədlər verib aldadaraq həmin işin görülməsi müqabilində 2022-ci ilin avqust ayından sentyabr ayına kimi olan müddətdə hissə-hissə, yəni 2022-ci ilin avqust ayının ortalarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə istifadəsində olan, anası Şahid4 qızma məxsus «LEO» banka aid kart hesabına H. Sadı qov tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Rundun» marketdə quraşdırılmış «Million» ödəmə terminalı vasitəsi ilə köçürülmüş 900 (doqquz yüz) manat, 05 sentyabr 2022-ci il tarixdə istifadəsində olan, tanışı Şahid6 məxsus «Unibank»a aid kart hesabına ünvan 2 ünvanında yerləşən FHN-nin Sumqayıt Regional Mərkəzinin inzibati binasında qurşadırılmış «eManat» ödəniş terminalından köçürülmüş 700 (yeddi yüz) manat, 08 sentyabr 2022-ci il tarixdə istifadəsində olan, anası Şahid4 adma olan «LEO» banka məxsus kart hesabına Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından köçürülmüş 800 (səkkiz yüz) manat, 10 senyabr 2022-ci il tarixdə istifadəsində olan, anası Şahid4 adına olan «LEO» banka məxsus kart hesabına Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketdə quraşdırılmış «eManat» ödəniş terminalından köçürülmüş 500 (beş yüz) manat, 12 sentyabr 2022-ci il tarixdə istifadəsində olan, tanışı Şahid5 məxsus «LEO» banka aid kart hesabına ünvan 2 ünvanında yerləşən FHN-nin Sumqayıt Regional Mərkəzinin inzibati binasında quraşdırılmış «eManat» ödəniş terminalından köçürülmüş 80 (səksən) manat, 12 sentyabr 2022-ci il tarixdə istifadəsində olan, tanışı Şahid5 məxsus «LEO» banka aid kart hesabına Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində quraşdırılmış «Million» ödəniş terminalından köçürülmüş 263 (iki yüz altmış üç) manat, 2022-ci ilin sentyabr ayının ortalarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfıq küçəsi, ev 26-nın qarşısında tanışı Şahid1 vasitəsilə göndərdiyi 500 (beş yüz) manat, bir gün sonra dəqiq günü istintaqa məlum olmayan tarixdə Şahid1 vasitəsilə göndərdiyi 600 (altı yüz) manat, 2022-ci ilin sentyabr ayının son 10 günlüyündə, dəqiq günü istintaqa məlum olmayan tarixdə Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yerləşən “Qəsəbə Poçt şöbəsi”nin qarşısında aldığı 3099 (üç min doxsan doqquz) manat, iki gün sonra isə 3500 (üç min beş yüz) manat, ümumilikdə 10.942 (on min doqquz yüz qırx iki) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyul ayında dostu Kamranın atası Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuş, Hafizlə söhbətləri zamanı avtomobil almaq istədiyini bildiyi üçün onun pulunun olduğunu və həmin pulu ələ keçirə biləcəyini düşünmüş, ona görə də Hafizə əmisi Koreya Respublikasında yaşadığını, ordan Hafiz üçün avtomobil gətirə biləcəyini demişdir. Hafizdən hansı avtomobil istədiyini soruşmuş, 2010-cu il buraxılışlı «Kia Sorento» markalı avtomobil istədiyini demişdir. Hafiz ona normal maşın tapıb qiyməti ilə maraqlanıb ona xəbər edəcəyini bildirmişdir. Həmin gün axşam Hafizə zəng edərək əmisi ilə danışdığını və Hafizə avtomobil tapdıqlarını, qiymətinin 11560 manat olduğunu, avtomobilin Hafizə gəlib çatacağı qiymətin ümumi məbləğinin isə 21.000 manat olacağını bildirmişdir. Daha sonra o, əmisinin həmin avtomobilin üstünə pul qoymayacağını və bu səbəbdən də avtomobil ona belə ucuz qiymətə gəlib çıxacağını demişdir. Hafiz də ona hazırda 21.000 manat pulu olduğunu, hissə-hissə məbləğin bir hissəsini verə biləcəyini, qalan hissəsini isə avtomobil gəldikdən sonra banka girib ödəyəcəyini bildirmişdir. Hafiz ilə razılaşmış, Hafizdən hissə-hissə ümumilikdə 10942 (on min doqquz yüz qırx iki) manat pul almışdır. Hafizdən ilk dəfə 2022-ci ilin avqust ayında 900 (doqquz yüz) manat məbləğində pulu anası Şahid4 adına olan bank kartına, 05 sentyabr 2022-ci il tarixdə 700 (yeddi yüz) manat məbləğində pulu dostu Xəyalın istifadəsində olan karta, daha sonra 8 sentyabr 2022-ci il tarixdə 800 (səkkiz yüz) manat məbləğində pulu anası Şahid4 adına olan bank kartına, 10 senyabr 2022-ci il tarixdə 500 (beş yüz) manat məbləğində pulu anası Şahid4 adına olan karta göndərtmişdir. 12 sentyabr 2022-ci il tarixdə 80 (səksən) manat məbləğində pulu və 263 (iki yüz altmış üç) manat məbləğində pulu “Su səsi” retoranında ofisiant işləyən Elməddinə məxsus kart hesabına köçürtdürmüşdür. Bundan başqa həmin ərəfələrdə Hafiz ona Elşənin vasitəsilə 500 manat və 600 manat məbləğində pul göndərmişdir. Həmin 500 manat pulu Elşən ona H.Z.Tağıyev qəsəbəsində yaşadığı evin qarşısında vermişdir. 600 manat pulu isə Elşən anası Natavana məxsus kart hesabına göndərmiş, bundan sonra Hafizdən əlbəəl ikilikdə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi ərazisindəki poçtun qarşısında 3099 və 3500 manat pul almışdır. Əslində o, Koreya Respublikasından heç bir avtomobil gətirtməmiş, nə atası nə əmisi Qurban Koreya Respublikasında olmuşdur. Sadəcə olaraq onların adından istifadə edib pulu əldə etmişdir. Sonradan qonşuları Emin də Koreya Respublikasından gətirilmiş satlıq «KİA Sorento» markalı, **-EG-*** dövlət nömrə-nişanlı avtomobil görmüş, həmin avtomobilin şəklini Hafizə atıb guya həmin avtomobili əmisi Qurban Koreya Respublikasından Hafizə gətirdiyini demişdir. Hafizə maşını adına keçirmək üçün avtomobilin pulunu tam ödəməyi demişdir. Hafiz ona inanmış, lakin nağd ödəmək üçün imkanı olmadığını demiş, bu səbəbdən də ona maşını nə vaxt satsa o vaxt da Hafizin pulunu ödəyəcəyini fikirləşmişdir. Bu yolla Hafizi bəlkə hardansa pul tapıb Hafizin pulunu qaytara biləcəyini fikirləşib sonuncunu aldadaraq vaxtı uzatmışdır., Sonradan Hafizə avtomobili başqa adama satdığı barədə yalan məlumat vermiş, halbuki həmin avtomobilin ona heç bir aidiyyatı olmamışdır. Sadəcə olaraq Hafizi sakitləşdirmək üçün bu cür oyunlar qurmuşdur. Hafizin ona verdiyi pulu əmisi Qurbana verməmiş, şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən FHN-də müxtəlif vəzifələrdə, 2022-ci ilin sentyabr ayının 15-dən isə Azərbaycan Respublikası FHN-nin Sumqayıt Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəis müavini vəzifəsində işləyir. Əvvəllər FHN-nin əməkdaşı olmuş qonşusu Şahid1 2022-ci ilin iyul ayında yaxın tanışı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs ilə onu tanış etmiş, tanış olduqdan təxminən 15-20 gün sonra növbəti dəfə Tərlanla qəsəbə ərazisində görüşmüş, söhbət əsnasında Tərlana ona avtomobil gətirməyini demiş, Tərlan ondan hansı avtomobil istədiyini soruşduqda o, 2010-cu il buraxılışlı «Kia Sorento» markalı avtomobil istədiyini demişdir. Tərlan ona normal maşın tapıb və qiyməti ilə maraqlanıb xəbər edəcəyini bildirmişdir. Tərlan həmin gün axşam ona zəng edərək əmisi oğlu ilə danışıb ona avtomobil tapdıqlarını, qiymətinin 11560 manat olduğunu, avtomobilin ona gəlib çatacağı qiymətin ümumi məbləğinin isə 21.000 manat olacağını bildirmiş, həmin avtomobilin qiyməti ilə maraqlandıqda həmin avtomobilin Azərbaycandakı qiymətinin 27000 manat olduğunugördüyü üçün Tərlanla razılaşmış, Tərlan ona əmisinin həmin avtomobilin üstünə pul qoymaycağını, bu səbəbdən də avtomobilin belə ucuz qiymətə gəlib çıxacağını demişdir. Tərlana hazırda 21000 manat pulu olmadığını, hissə-hissə məbləğin bir hissəsiniona verməyi, qalan hissəsini isə avtomobil gəldikdən sonra banka girib ödəyəcəyinidemişdir. Tərlan onunla razılaşmış, iki ay müddətində Tərlana hissə-hissə ümumilikdə 10942 (on min doqquz yüz qırx iki) manat pul ödəmişdir. Hazırki vaxta kimi Tərlan avtomobili nə gətirməmiş, nə də ki, ona ödədiyi pulu geri qaytarmışdır. Tərlandan pulunun geri qaytarılmasını istədikdə o, pulu əmisinə avtomobil gətirməsi üçün verdiyini, əmisinin ona avtomobili alıb gətirdiyini, lakin əmisinə 21.000 manat pulu tam ödəyə bilmədiyi üçün avtomobili ona vermədiyini bildirmişdir. Bu səbəbdən Tərlan ona “gözlə əmim sənə gətirdiyi avtomobili satsın, sənin pulunu qaytarım” demişdir. Lakin, Tərlanla razılaşmamış, pulunu qaytarılmasını tələb etmişdir. Tərlana ilk dəfə 2022-ci ilin avqust ayının ortalarında dəqiq gününü xatırlamadığı tarixdə 900 (doqquz yüz) manatı H.Z.Tağıyev qəsəbəsi ərazisindəki «Rundun» marketdən «Million» vasitəsi ilə Tərlanın ona atdığı bank kartına, 05 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən FHN-nin Sumqayıt Regional Mərkəzinin inzibati binasında yerləşən «eManat» ödəniş terminalından bank kartına 700(yeddi yüz) manat, daha sonra 8 sentyabr 2022-ci il tarixdə H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketdəki «eManat» ödəniş terminalından 800 (səkkiz) yüz manatı Tərlanın ona atdığı bank kartına, 10 senyabr 2022-ci il tarixdə H.Zeynalabdin qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketdəki «eManat» ödəniş terminalından 500 (beş yüz) manat Tərlanın ona atdığı bank kartına, 12 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Sülh prospektində olan FHN-nin Sumqayıt Regional Mərkəzinin inzibati binasında yerləşən «eManat» ödəniş terminalından bank kartına 80 (səksən) manat və həmin gün həmin karta H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən S. Bəhlulzadə küçəsində yerləşən «Qayalı» marketdəki «Million» ödəniş terminalından 263 (iki yüz altmış üç) manat pul göndərmişdir. Bundan başqa həmin ərəfələrdə 2022-ci ilin sentyabr ayının ortalarında dəqiq günün xatırlamadığı tarixdə tanışı Elşənə 500 (beş yüz) manat bir gün sonra isə 600 (altı yüz) manat məbləğində pulları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, M.Müşfiq küçəsi, 26 saylı evin qarşısında həmin pulları Tərlana çatdırması üçün Elşənə vermiş, pulları verdikdən sonra da həmin pulların Tərlana çatdığını öyrənmişdir. Daha sonra 2022-ci ilin sentyabr aylarının son 10 günlüyündə dəqiq gününü xatırlamadığı tarixdə Tərlan əlavə pulun da verilməli olduğunu bildirdikdə onunla yaşadığı ünvan 5 ünvanında yerləşən “Qəsəbə Poçt şöbəsi”nin qarşısında görüşmüş, Tərlana 3099 manat məbləğində pul vermişdir. Bundan təxminən iki gün sonra yenə də Tərlanla ünvan 7 ünvanında yerləşən “Qəsəbə Poçt şöbəsi”nin qarşısında görüşmüş və Tərlana 3500 manat məbləğində pulu nağd şəkildə əlbəəl vermişdir. Qeyd etdiyi müddət ərzində Tərlana toplam olaraq 10942 manat məbləğində pul vermiş, terminal vasitəsilə göndərdiyi pullardan birinci göndərdiyi 900 manat məbləğində pulun qəbzini itirsə də, digər qəbzlərin surətlərini, həmçinin onunla aralarında olan Whatsapp mesajlaşma proqramı ilə Tərlanla olan yazışmaları istintaq orqanına vermişdir. Əlbəəl verdiyi pullardan da 1100 manatını Elşən vasitəsilə göndərmiş, qalan 6599 manat məbləğində pulu isə Tərlana şəxsən özü təqdim etmişdir. Tərlana qeyd etdiyi məbləğdə pulu verdikdən sonra avtomobil gəldikdən sonra qalan təxminən 10.000 manat məbləğində pulu Tərlana verəcəyini bildirmişdir. Sonradan Tərlanın müxtəlif bəhanələr gətirdiyini, onu aldatdığını görüb ondan pulunu geri tələb etməyə başladıqda ona «KİA Sorento» markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin şəklini atıb guya həmin avtomobili əmisi Qurban Koreya Respublikasından ona göndərdiyini demişdir. Sonradan ona həmin avtomobili Tərlan küçədə görüb şikayətini yubatmaq üçün şəkilini çəkməklə ona atdığını demişdir. Bu günə kimi onun pulu ödənilməmişdir, bu səbəbdən də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1986-cı ildən 2005-ci ilədək Azərbaycan Respublikası MN-nin Rabitə Qoşunlarında tağım komandirindən hərbi hissə komandiri əvəzi kimi işləmiş, 2006-cı ildən Azərbaycan Respublikası FHN-nə keçidi ilə əlaqədar Nərimanov rayon FH və Mülkü Müdafiə şöbəsində baş köməkçi vəzifəsində işləmiş, 2014-cü ildən isə ehtiyata buraxılmışdır. xx.xx.2021-ci il tarixdən Sumqayıt şəhəri X3 qəsəbəsində Bələdiyyəsində müfəttiş vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun qonşusu olduğu, həmçinin FHN ayrı-ayrı qurumlarında işlədikləri üçün yaxın münasibətləri olmuşdur. Barəsində şikayət olunan Təqsirləndirilən şəxs 2021-ci ildən tanımış, belə ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində dəniz kənarında yerləşən «Su-səsi» restoranını kürəkəni X2 işlətdiyi üçün tez-tez ora gedirmiş. 2021-ci ilin dekabr ayından Tərlanı orada işçi kimi tanımış. Həmin ərəfələrdə Tərlanla aralarında olan söhbətlər zamanı Tərlan ona atasının Koreya Respublikasında yaşadığını, ayaqqabı ticarəti ilə məşğul olduğunu və atasının köməkliyi ilə Koreya Respublikasından Azərbaycana avtomobil gətirib satdığını bildirmişdir. Hafizlə aralarında olan gündəlik söhbətlər əsasında Hafizin özünə Cip avtomobili almaq istədiyini ondan eşitmiş, bu səbəbdən Hafizə kürəkəninin restoranında bir nəfər işlədiyini və həmin şəxsin atası Koreya Respublikasında ayaqqabı alveri ilə məşğul olduğunu, atasının vasitəsi ilə Koreya Respublikasından Azərbaycana «Sorento» markalı avtomobillər gətirib satdığını, Tərlanın vasitəsi ilə özünə oradan avtomobil gətizdirəcəyini demişdir. Həmçinin Hafizə əlavə olaraq özünün avtomobili gəldikdən sonra ona da təşkil edəcəyini bildirmişdir. Təxminən bir ay sonra özünə avtomobil gətizdirmək üçün Tərlanı H.Zeynalabdin qəsəbəsinə çağırmış və qonşusu Hafizi də götürüb qəsəbədə yerləşən «Xəzər» kafesində Tərlanla görüşmüşlər. Tərlanı Hafizlə tanış etmiş, Tərlanla Hafiz onun yanında Hafizə Koreyadan 2010-cu il buraxılışlı, «KİA Sorento» markalı dizel avtomobili gətirmək üçün sövdələşməyə başlamışlar. 5 ay müddətində Tərlana hisəhissə 10500 manat pul verməsi müqabilində həmin müddət ərzində ona avtomobili gətirmək barədə razılığa gəlmişlər. Avtomobil gəldikdən sonra isə aylara bölməklə hər ay Tərlana 400-500 manat pul verməli imiş. Avtomobilin ümumi dəyərinin isə 22-23 min manata qədər olmalı idi. Beləliklə də 4 ay ərzində Tərlana 3850 manat pul vermişdir. Bu ərəfədə Hafiz özü Tərlana zəng edərək ona da onun sifariş etdiyi markalı avtomobildən gətirməsi ilə razılaşmış, bundan sonra o, Hafizə Tərlanın ona da avtomobil gətirməyə razı olduğunu demiş və ona Hafizin göndərdiyi karta pul ödəməsini bildirmişdir. Bu məqsədlə də həmin kartın dəqiq gününü xatırlamadığı tarixdə sonra Hafiz ona Tərlana vermək üçün 500 manat vermişdir. O da həmin məbləği həmin gün Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində Tərlana vermişdir. Növbəti dəfə yenə Hafiz ona 600 manat vermiş, lakin o, həmin pulu əlbəəl deyil Tərlanın anası Natavan xanımın xatırlamadığı kart hesabına atmış, lakin həmin göndərişin qəbzini özündə saxlamayıb atmışdır. Bundan sonra nə Hafizlə nə də ki, Tərlanla Hafizin işi ilə əlaqədar heç bir münasibəti olmamışdır. Eyni zamanda həmin ərəfədə Tərlan ona gətirilən maşının yolda olduğunu, ancaq onun adına keçirilməsi üçün tam məbləğin ödənilməsini demişdir. Həmin ərəfədə Tərlanın onu aldatdığını başa düşmüş, 4 ay müddətinə Tərlana verdiyi pulu 2000 (iki min) manatını hissə-hissə geri almış, hal-hazırda qalan 1850 manatını qaytaracağını bildirsə də, qaytarmamış, lakin Hafizə Tərlanın onu aldatdığını və pulu ondan geri istəməyi barədə heç nə deməmişdir. Tərlandan ondan aldığı pula görə heç bir şikayət, tələb və ya iddiası yoxdur. Çünki 2022-ci ilin oktyabr ayının 8-dən Hafizi Tərlanla tanış etdiyi üçün Hafiz onunla danışmır. Tərlanın Hafizi də aldadaraq 10.000- 11.000 manata yaxın pulunu ələ keçirdiyini bilmiş, Tərlana dəfələrlə nə üçün Hafizi aldatdığını bildirdikdə Tərlan ona Hafizin pulunu qaytaracağını demişdir. Tərlan sonuncu dəfə onun kartına pulu 2022-ci ilin dekabr ayının əvvəlində göndərmişdir. Tərlanla heç bir iş birliyi olmamış, sadəcə olaraq özünə rəva bildiyi avtomobildən qonşusu Hafizə də rəva bildiyi üçün onları tanış etmişdir. Başqa heç bir niyyəti olmamışdır. Tərlan Hafizi aldatdığı kimi onu da aldatmış, lakin pulunun bir qismini qaytardığı üçün Tərlana qarşı heç bir şikayət, tələb və ya iddiası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, şikayət vermiş Hafiz adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs onun qardaşı oğludur, lakin onun 6-7 il əvvəl cəmi bir dəfə görümüşdür. Onunla heç bir münasibət yoxdur, Tərlan onun adından istifadə edərək qanunsuz əməllər törətmişdir. Bu barədə onun heç bir məlumatı olmamışdır. O, təqaüdçüdür, heç vaxt avtomobil alveri ilə məşğul olmamışdır. Tərlan öz qanunsuz əməllərini həyata keçirmək üçün guya onun avtomobil alveri ilə məşğul olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, oğlu Tərlan Hafiz adlı şəxsə guya atası Salmanın Koreyada yaşadığını və əmisi Qurbanın vasitəsi ilə Koreya Respublikasından avtomobil gətirtmək adı ilə Hafizdən 10942 (on min doqquz yüz qırx iki) manat pul alaraq onu aldatmışdır. Əri Şahid2 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və qeyri- rəsmi münasibətlərindən üç övladı olmuşdur. Salmanın əvvəlki həyat yoldaşı ilə rəsmi nikahı olduğundan və həmin yoldaşından 2 uşağı olduğu üçün Salman onunla birlikdə yaşamış, lakin ailə qurduqdan sonra bir müddət Salmanla kirayələrdə qalsa da, sonradan anasının evinə köçmüşdür. Həmin vaxtdan da uşaqları ilə birlikdə anasının evində yaşamışdır. Salman, yaxud onun qardaşı Qurban heç vaxt Koreya Respublikasında olmamış, ümumiyyətlə onların heç bir qohumları Koreya Respublikasında olmamışdır. Oğlu Tərlan da heç vaxt Koreya Respublikasından avtomobil gətirərək onun alveri ilə məşğul olmamışdır. Sadəcə olaraq oğlu Tərlanın deməsinə görə əldə etdiyi pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Tərlanın Hafiz adlı şəxsi aldatmasından heç bir məlumatı olmamış, həmçinin Tərlan aldığı həmin pullardan nə ona, nə də ki, digər ailə üzvlərinə xərcləmişdir. Hal-hazırda Hafizin pulunu qaytarmağa heç bir imkanı yoxdur. Adına olan «LEO» banka aid son səkkiz rəqəmləri 60086570 kart hesabını aldığı gündən Tərlana vermiş, həmin kartdan Tərlan istifadə etdiyi üçün həmin kart hesabına göndərilən pullardan heç bir məlumatı olmamışdır. Tərlan Hafizdən 10.000-11.000 manat pulu Koreya Respublikasından avtomobil gətirmək adı ilə alıb şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin işdə ona hər hansı bir şəxs köməklik etməmişdir. Müəyyən edilmişdir ki, məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Ona görə də onun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edilmişdir ki, Şahid2 ifadəsində göstərmişdir ki, o şikayət vermiş Hafiz adlı şəxsi tanımır. Oğlu Tərlanın qardaşı Qurban barəsində yazdıqları şər və böhtandır. Belə ki, nə o, nə də qardaşı Qurban heç vaxt Koreya Respublikasında olmamışlar, ümumiyyətlə Azərbaycandan kənara çıxmamışlar. Böyük qardaşı Nəriman 75 yaşında təqaüddədir, həm də şəkər xəstəsi olduğu üçün evdən heç yerə çıxa bilmir. Digər qardaşı Telman isə dünyasını dəyişmişdir. Başqa qardaşı isə yoxdur.Yəni, nəslində heç bir şəxs Koreya Respublikasında olmamış və maşın alveri ilə məşğul olmamışdır. Qardaşı Qurbanın 72 yaşı olduğu üçün bütün günü evdə olur. Qurban ümumiyyətlə Tərlanı tanımır, Qurban Tərlanı ömründə bir dəfə 6-7 il əvvəl görmüşdür. Özünə məxsus «VAZ-21074» markalı, **-FK-*** dövlət nömrə-nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. O, əvvəlki həyat yoldaşı ilə rəsmi nikahda ola-ola 1993-cü ildə Şahid4 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və onunla faktiki nikahlarından 2 qızı və oğlu Tərlan dünyaya gəlmişdir. Natavanla ailə qurduqdan sonra kirayə yaşamış, sonra isə Natavan anası ilə yaşamışdır. Hal-hazırda Natavan 3 uşağı ilə birlikdə rəhmətlik anasının evində yaşayır. Bu səbəblərdən oğlu Tərlanla dərindən maraqlana bilməmişdir. Yəni, Tərlanın bu dələduzluq hərəkətləri barədə heç bir məlumatı olmamışdır. Tərlan əldə etdiyi pulu ona xərcləməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid5 ifadəsində göstərmişdir ki, o, yay aylarında Sumqayıt şəhəri Sahil küçəsində yerləşən “Su Səsi” restoranında ofisiant işləyir. Təqsirləndirilən şəxs işlədiyi “Su Səsi” restoranında müştəri kimi tanımışdır. Belə ki, Tərlan mütəmadi olaraq həmin restorana müştəri kmi gəlmiş, çox zaman da restoranın hotel hissəsində qalmışdır. 12 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Tərlan ona pul göndəriləcəyini bildirib ondan hesab kartı olub-olmadığını soruşmuş, o da Tərlana “Leobank” kartı olduğunu, onu istifadə üçün verə biləcəyini demişdir. Buna görə də Tərlana özünə məxsus 50762016 nörməli leobank kartını vermişdir. Tərlan onun kartını alıb getmiş və bir neçə saata sonra özünə qaytarmışdır. Tərlana kimin hansı məqsədlə pul göndərəcəyini bilməmişdir. Tərlan kartı ondan istəyən zaman bir dostunun ona pul göndərəcəyini, kartı üzərində olmadığı üçün həmin pulu götürə bilməyəcəyini bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4-5 ilə yaxın müddətdir ki, tanıyır. Belə ki, Tərlanın dayısı Turan Rüstəmov onun dostudur. Tərlanı da onun vasitəsilə tanımışdır. 05 sentyabr 2022-ci il tarixdə Tərlan ona zəng edərək ona pul göndəriləcəyini, lakin kart hesabının olmadığını demişdir. Ondan özünə məxsus bank hesab kartının fotoşəklini ona atacağını, pul gəldikdən sonra çıxarıb ona verməyi xahiş etmişdir. O da Tərlanın xahişini yerinə yetirib özünə məxsus “Unibank” adlı debet kartının fotoşəklini Tərlana atmış, bir neçə dəqiqə sonra kart hesabına 700 manat pul mədaxil olmuşdur. Həmin pulu həmin günü Tərlana Sumqayıt şəhərində xatırlamadığı ünvanda vermiş, Tərlanın həmin pulu hansı məqsədlə kimdən köçürülməsindən heç bir məlumatı olmamışdır. Tərlan ona dostunun ona pul göndərəcəyini, özünün kartı olmadığı üçün pulu ala bilmədiyini, kart hesabının lazım olmadığını bildirmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 110-cu vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 233-cü vərəqəsində olan Sumqayıt şəhər Məhkkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə əthvil verilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmmaışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir və o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi manatadək cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 20 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 02 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 25 saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-8/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-8/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver