Məhkəmə qərarları › İş №1(060)-8/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-8/2025

04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-8/2025 04.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X11, X9, X3, X5, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs X10, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Amasya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, silah kimi istifadə edilən əşyalardan istifadə etməklə digər şəxsi adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmiş, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış, daşımış, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 23 iyun 2023-cü il tarixdə saat 16:45-də Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 34 saylı binanın qarşısında saxlanılaraq ŞPİ-nə gətirilmiş, xidməti otaqların birində üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitə əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən 01 ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 9 mm. kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu silah hesab edilən tapançanı, 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı olan 176 ədəd döyüş sursatı hesab edilən ştat patronlarını qanunsuz olaraq əldə edib daşımaqla qardaşı X1 işlədiyi Sumqayıt şəhəri, 39-cu məhəllə ərazisində yerləşən taxta emalatxanasının gözətçi otağında gizlətməklə saxlamış, 25 iyun 2023-cü il tarixdə saat 13:05 radələrində həmin gözətçi otağına baxış keçirilən zaman 01 ədəd “Makarov” konstruksiyalı tapança, 01 ədəd daraq və 176 ədəd patron aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs onun barəsində qanunsuz olaraq narkotik vasitə və odlu silah saxlaması ilə əlaqədar polisə məlumat verməsini düşünüb 4 iyul 2023cü ildə saat 23 radələrində cəzalandırmaq üçün Zərərçəkmiş şəxsla söhbət etmək bəhanəsi ilə görüşmüş, çağırıb avtomobilə əyləşdirmiş, daha sonra avtomobillə ortaq tanışları Şahid1 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinə gətirmiş, evə gəldikdə mübahisələrinə şahidlik etməməsi üçün Şahid1 evi tərk etməsini tələb etmiş, sonuncu evdən getdikdən sonra Sübhanla polisə şikayət etməsi mövzusunda mübahisə etmiş, mübahisə zamanı mətbəxdən silah qismində istifadə etdiyi qayçını götürərək Zərərçəkmiş şəxs müxtəlif nahiyələrinə vurub, sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə sonuncuya boyunun sol yan-ön səthinin orta hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası işə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid, sol təpəgicgah nahiyənin, sol ənsə nahiyənin, sol qulağın əsasının şişkinlik fonunda hematoması, sol qulaq seyvanının iki ədəd, sağ qulağın sıyrıqları, sağ dizinin ön səthinin, sağ əlin üstünün yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmiş, ardınca Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməklə əlini və ayaqlarını iplə, səs çıxartmaması üçün isə ağzını əski parçası ilə bağlamış, bundan sonra evə qayıdan Şahid1 işinin olduğunu və 10-15 dəqiqəyə qayıdacağını deyərək evdən çıxıb getməklə Zərərçəkmiş şəxs silah kimi istifadə edilən əşyadan istifadə etməklə sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü qismən yəni yalnız CM-nin 228.1-ci maddəsi lə təqsirli bilərək ifadəsində bildirmişdir ki, müxtəlif vaxtlarda narkotikdədən istifadə etmişdir. Hətta həbsxanadan çıxan günü narkotikdən istifadə etmişdir. İstifadə etmək üçün əldə etdiyi narkotiki köhnə məhkum yoldaşlarından almışdır. Belə ki, tutularkən yanında Qəşəm adlı tanıdığı şəxs də olmuşdur. Qəşəmlə Masazır qəsəbəsinə qəbirüstünə gedən zaman tanış olmuş, münasibətləri yaranmışdır. Belə ki, Qəşəm ondan mobil telefonundan istifadə etmək üçün verməsini xahiş etmiş, o, etiraz etməmişdir. Bundan sonra hər ikisi Sumqayıt şəhərində 6-cı mkr-da yaşadıqları üçün isti münasibətləri yaranmış, əlaqə nömrələrini götürmüşlər. Ertəsi gün Qəşəm onun mobil nömrəsinə zəng edərək bədənində ağrılar olduğunu bildirib ondan “nə etmək olar” deyə soruşmuş, o, cavabında “sənin üçün nə edə bilərəm deyə” cavab vermişdir. Bundan sonra görüşərək, təxminən 1 saat bir yerdə olmuşlar, daha sonra o, Qəşəmi şəxsi avtomobili ilə 6-cı mikrorayona aparıb düşürmüş, özü isə evinə qayıtmışdır. Növbəti gün Qəşəm ona zəng edərək görüşmək istədiyini bildirmiş, eyni zamanda ona pay olaraq “mal” (narkotik) verildiyini bildirmişdir. Bunan sonra Qəşəmə Sumqayıt şəhəri 14 mərtəbə deyilən yerdə olduğunu bildirərək həmin ünvana gəlməsini xahiş etmişdir. Bir müddət sonra Qəşəm ona həmin yerə gəldiyini, avtomobilinin yanında olduğunu bildirmiş, o da həmin yerə gəlmişdir. Qəşəm ona avtomobilə oturmağı təklif etmiş, hər ikisi avtomobilə əyləşərək getmişlər. Qeyd edir ki, Qəşəm avtomobildə olarkən arxa oturacaqda əyləşmiş, dirsəkliyin üzərinə bükülü (falqa) qoymuşdur. Həmin vaxt onun idarə etdiyi avtomobilin arxası ilə YPX avtomobili gəldiyini görərək Qəşəmdən narkotiki yığışdırmağı tələb etmiş, lakin sonuncu ona narahat olmamağı, bacanağının DYPİ-də hansısa vəzifədə işlədiyini bildirmişdir. YPX inspektoru onları saxlamış, ödənilməmiş cəriməsi olduğunu bildirmişdir. Bu zaman o, avtomobildən düşərək cəld Qəşəmin qoyduğu bükülünü götürərək avtomobilin önünə atmış, lakin həmin vaxt əməliyyatçı Əli onu tutmuşdur. Psixotrop maddənin avtomobilində aşkar edilməsinə baxmayaraq, videoçəkilişdə cibindən çıxmış kimi təqdim edilmişdir. İfadəsində onu da qeyd etmişdir ki, o, Qəşəmə bir gün öncə ona narkotik təşkil etməsi üçün 30 manat pul vermiş, Qəşəm ona narkotik vermişdir. Həmin narkotiki evində işləyən ustalar üçün əldə etmişdir. Pİ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən yarım qram “kakos” aşkar edilmişdir. Saxlanılarkən Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zorakılıq edilməmiş, döyülməmişdir. Bundan başqa bildirir ki, təxminən 2023-cü ilin aprel ayında Sumqayıt şəhər qəbirstanlığında olarkən yerdən bir ədəd makarov tipli tapança, bir ədəd sellofanın içində çoxlu sayda patron aşkar edib götürmüş, tapançanı və sellofanın içərisində olan patronları yaşadığı evə gətirib gizlətmiş, təxminən həmin ilin iyun ayının ortalarında kirayədə yaşadığı evdən çıxacağı üçün, evdə olan məişət əşyalarının bir qismini qardaşı Dilamir Zülfüqarovun gözətçi işlədiyi Sumqayıt şəhəri, 39-cu məhəllədə yerləşən taxta emalatxanası sexinin gözətçi yerində saxlamaq üçün qardaşından həmin otağın açarını ona verməsini xahiş etmiş, qardaşı ona etiraz etməyərək açarı vermişdir. Qardaşından açarı aldıqdan sonra həmin yerə 1-2 ədəd məişət avadanlığı aparıb qoymuş, silahı və patronları isə gözətçi yerində stulun altında saxlanılan çemodanın içində gizlətmişdir. Qeyd edir ki, Zərərçəkmiş şəxs və Mehman Abdurrəhmanovu təxminən 10-15 ildir tanımış, həmin şəxslərlə münasibətləri normal olmuşdur. Aralarında ədavət və ya düşmənçilik olmamışdır. Belə ki, onun silah saxlaması barədə polisə Sübhan tərəfindən məlumat verildiyini eşidib, bu səbəbdən Sübhanla danışmaq istəmişdir. Sübhan onu Polisə Ceyhun adlı tanışlarının satdığını, Ceyhun isə Sübhanın satdığını bildirmişdir. Sonda müəyyən etmişdir ki, onu Polisə satan məhz Sübhan olmuşdur. Bundan sonra Sübhanla telefonla danışmış, Sübhan ona nalayiq ifadələr işlətmişdir. Qeyd edir ki, həmin şəxslərin hər ikisi ona polis əməkdaşları tərəfindən tutulacağını bildirmiş və onda şübhə yaranmışdır ki, onlar onun tutula biləcəyini haradan bilmişlər. Bu səbəbdən 2023-cü il iyulunda saat təxminən 23 radələrində Sübhanın yaşadığı məhəlləyə gedib, ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. Sübhanla görüşmüş və söhbət zamanı Sübhan onunla kobud danışmağa, əl-qol hərəkətləri ilə ona toxunmağa başlamışdır. O, Sübhana belə hərəkətlər etməməsini və söhbət etmək üçün avtomobilə oturmasını təklif etmiş, Sübhan avtomobilə oturmuşdur. Avtomobildə bir neçə dəqiqə söhbət etdikdən sonra hər ikisinin birlikdə Ceyhunla söhbət etməyi və onda olan silahla bağlı polisə kimin məlumat verdiyini aydınlaşdırmağı qərarlaşdırmışdır. Corat qəsəbəsinə getsələr də, orada Ceyhunla görüşə bilməmiş, söhbətilərini davam etmək üçün Mehman adlı tanışının yaşadığı evə getmək qərarına gəlmişdir. Qeyd edir ki, həmin vaxt Sübhan kəskin alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Mehmanın kirayə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmiş, avtomobildən düşəndən sonra Sübhanın telefonu ilə Mehmana zəng vuraraq qapını açmasını xahiş etmişdir. O, Mehmana Sübhanla söhbəti olduğunu ona görə onları yalnız buraxmasını xahiş etmiş, bu səbəbdən Mehman evdən çıxıb getmişdir. Evə daxil olandan sonra Sübhan yenə də onunla mübahisə edərək nə üçün onu axtardığını soruşmuş, söhbət zamanı aralarında mübahisə yaranmış, sillə, yumruq və təpiklə, o cümlədən baş zərbəsi ilə Sübhanın sifət və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, mətbəxə keçərək su kranının metal borusunu çıxarıb yenidən yataq otağına qayıtmış, həmin boru ilə Sübhanın əllərinə, ayaqlarına və başına zərbələr endirmişdir. Sonra masanın üzərində olan qırmızı rəngli dəstəyi olan qayçını götürüb Sübhanın dəqiq xatırlamadığı nahiyyələrinə xəsarət yetirmişdir. Bundan sonra Sübhanı taqətdən düşərək divanın üzərində oturduğunu görüb, stulu onun önünə çəkərək qarşısında oturmuş, Sübhanı isə divandan döşəməyə salaraq onu döşəmədə otuzdurmuşdur. Mehman təxminən 10-15 dəqiqə sonra evə qayıtmış, onun Sübhanı döyməsini görmüş ona “nədən belə etdiyini, hər ikisini problemə salacağını” bildirmiş, o, Mehmana cavabında “oldu da neynim, bir az da sən əziyyət çək deyə cavab vermişdir”. Daha sonra o, Sübhanının paltarlarını dəyişdərməyə və onu sakitləşdirməyə çalışmışdır. Mehmana avtomobilin açarını verərək avtomobili buraya gətirməsini xahiş etmiş, Mehman avtomobilin qapısını aça bilmədiyini üçün gedib qayıtmışdır. Daha sonra o, ərazidən uzaqlaşmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cava olaraq bildirmişdir ki, Sübhana təpiklə, yumruqla, başlə zərbələr endirməsinə, onu su kranı, o cümlədən qırmızı rəngli qayçı ilə vurmasına baxmayaraq onun ağzını skoçla bağlamadığını bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrin məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətli olan olan hissələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıl bildirmişdir ki, o, narkotik vasitələrdən mütəmadi olaraq istifadə etmiş, bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə heroin almaq qərarına gəlmiş, təxminən 20 iyun 2023-cü il tarixində Masazır qəsəbəsində qəbirstanlığın yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün 40 manat dəyərində 1 ədəd bükümdə narkotik vasitə heroin almış və üzərində saxlamış, 23 iyun 2023-cü il tarixdə təxminən saat 16:45 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 34 saylı yaşayış binasının qarşısında tanışı Qəşəmlə bir yerdə olarkən zaman iki nəfər şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onlara nədə şübhəli olduqlarını bildirərək Sumqayıt ŞPİ-nə dəvət etmiş, o, etiraz etməyərək birlikdə Pİ-nə gəlmiş, xidməti otaqda onu ora gətirən polis əməkdaşları və dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif etmişdir. O, əynindəki şalvarının cibindən özünə məxsus 1 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmiş, şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış, həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmış, Pİ-də ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmiş, üzərindən aşkar edilərək götürülmüş maddə narkotik vasitə heroin ona məxsus olmuşdur. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs və Mehman Abdurahmanovu təxminən 10-15 ildir tanımaqla, həmişə yaxşı münasibəti olmuş, aralarında heç bir ədavət və ya düşmənçilik olmamış, onun silah saxlamağı barədə polisə Sübhan tərəfindən məlumat verildiyini eşitmiş, buna görə də Sübhanla danışmaq istəmiş, 03 iyul 2023-cü il tarixdə, təxminən saat 23 radələrində Sübhan yaşadığı məhəlləyə gəlmiş və ona zəng vuraraq görüşmək istədiyini bildirmişdir. O, məhəlləyə düşüb Sübhanla görüşmüş, söhbət zamanı Sübhan onunla kobud danışmağa, əl-qol hərəkətləri ilə ona toxunmağa başlamış, o, Sübhana belə hərəkətlər etməməsini və söhbət etmək üçün avtomobilə oturmasını demiş, Sübhan da avtomobilə oturmuş və onlar avtomobildə bir neçə dəqiqə söhbət etdikdən sonra tanışları Ceyhunla gedib söhbət etməyi və onun barəsində silahla bağlı məlumatı polisə kimin verdiyini aydınlaşdırmağı qərarlaşmışlar, onlar Corat qəsəbəsinə getsələr də orada Ceyhunla görüşə bilməmiş və söhbətlərinə davam etmək üçün Mehman adlı tanışının yaşadığı evə getmək qərarına gəlmiş, Mehmanın kirayə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Onlar avtomobildən düşəndən sonra Sübhanın telefonu ilə Mehmana zəng vuraraq qapını açmasını bildirmiş, Mehman qapını açdıqdan sonra birlikdə evə daxil olmuş, o, Mehmana Sübhanla söhbəti olduğunu ona görə onları yalnız buraxmasını xahiş etmiş, buna görə Mehman evdən çıxıb getmiş, evə daxil olandan sonra Sübhan yenə də onunla mübahisə edərək nə üçün onu axtardığını soruşmuş, söhbət zamanı aralarında mübahisə yaranmış və o, sillə, yumruq və təpiklə Sübhanın sifət və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, mətbəxə keçərək su kranının metal borusunu çıxarıb yenidən yataq otağına qayıtmış və həmin boru ilə Sübhanın əllərinə, ayaqlarına və başına zərbələr endirmiş, sonra masanın üzərində olan qırmızı rəngli dəstəyi olan qayçını götürüb Sübhanın boğazına və qulaq nahiyyəsinə xəsarət yetirmiş, təxminən 10-15 dəqiqə sonra Mehman evə qayıtmış və onun Sübhanı döyməsini görmüş, Mehman onları sakitləşdirməyə və aralaşdırmağa çalışmış, Sübhanın əldən düşdüyünü görüb mətbəxdə paltar asmaq üçün istifadə edilən yaşıl rəngli kəndiri kəsərək həmin kəndirlə Sübhanın əllərini arxadan, sonra isə ayaqlarını bağlamış, ağzını da parça ilə bağlayıb çarpayının altına salmış və oradan çıxıb getmişdir.Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Mehman Abdurrahmanovu 10 ildən çoxdur ki, tanımışdır. İlk öncə onu demək istəyir ki, hadisə ona təqdim edilmiş ittiham aktında göstərildiyi kimi baş verməmişdir. Orada yazılanlar həqiqəti əks etdirmir. Onlar əslində həmin gün Ərəstunla Ceyhunun arxasınca getmiş, lakin Ceyhunu tapa bilmədikləri üçün Mehmanın evinə getmişlər. Həmin vaxt Zülfüqarovla aralarında yüngül anlaşılmazlıq olmuş, özü ağır dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Qeyd edir ki, həmin vaxt o, Ərəstunun sinəsindən yüngülcə itələmiş, Ərəstun da ona yüngül şəkildə sillə vurmuşdur. Lakin aralarında elə də cidi mübahisə olmamışdır. O, Ərəstunla mübahisə edərkən Mehman onların yanına gəlmiş, lakin mübahisəyə qarışmamışdır. Mehman yalnız onların səsinin qonşuları narahat etdiyini bildirmişdir. Mübahisə bitdikdən sonra, Ərəstun evdən çıxıb getmiş, sonra o, Mehmanla təqribən 40 dəqiqə dərdləşmişlər. Ərəstunla aralarında mübahisə baş verən zaman sonuncu ona qarşı heç bir kəsici-deşici alətlə xəsarət yetirməmiş, hadisə baş verməmişdən bir gün öncə avto-qəza keçirtdiyi üçün bədəni üzərində olan xəsarətlər həmin qəzada yaranmış xəsarətlər olmuşdur. Hadisə baş verən gündən bir neçə gün sonra polis əməkdaşları onu kafedə olarkən gəlib aparmışlar. Polis əməkdaşları ona Ərəstunla aralarında olan mübahisəyə görə Pİ-nə getməli bildirmiş, lakin o, Ərəstun barəsində heç bir yerə şikayət etməmiş və hal-hazırda ona qarşı şikayət yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Mehman Abdurrahmanovu bir müddətdir ki, tanımışdır. Hadisə vaxtı içkili olmuşdur. Ərəstunla bağlı heç bir orqana şikayət etməmiş, Pİ-də ona qarşı təyziq olmamışdır. Ərəstuna qarşı şikayətinin olmadığını bildirir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 330.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxs bu Məcəllənin 328-ci maddəsində şahidin dindirilməsi üçün nəzərdə tutulmuş qaydalar üzrə dindirilir, habelə onun ifadələrinin elan edilməsinə bu Məcəllənin 329-cu maddəsində göstərilən qaydada yol verilir. Belə ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamnanı vediyi ifadəsində bildirmişdir ki, Ərəstun və Mehmanı təxminən 10 ildən çoxdur ki, tanımaqla, onlarla münasibəti həmişə yaxşı olmuş və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs təxminən 23 iyunda narkotik vasitə və odlu silahla bağlı Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, sonra isə polisin nəzarəti altına buraxılmış, 03 iyul 2023-cü il tarixdə, təxminən saat 15 radələrində Ərəstun ona Whatsapp-la zəng edərək görüşmək istədiyini demiş, o, yanında qonaqları olduğunu, təxminən 2-3 saat sonra görüşə biləcəyini söyləmişdir. 03 iyul 2023-cü il tarixdə təxminən 23:10 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən Ərəstunun kirayədə yaşadığı 30/80 nömrəli binanın yaxınlığına gedib orada Ərəstuna Whatsappla aşağıda gözlədiyini yazmış, Ərəstun binadan aşağı düşmüş, aşağı düşdükdə onunla görüşərək maşına oturmağını, Ceyhun adlı dostlarını götürüb bir yerdə dərdləşməyi məsləhət görmüş, o, da razılaşıb Ərəstunun avtomobilində, qabaq oturacaqda öz iradəsinə əsasən oturmuş və yola düşmüşlər. O, yolda Ərəstunun avtomobili Ceyhunun yaşadığı ev istiqamətində deyil, Corat qəsəbəsinə doğru idarə etdiyini görüb, Ərəstundan bu barədə soruşduqda Ərəstun ona yaxınlıqla bir yerə dəyəcəyini bundan sonra Ceyhunu götürməyə gedəcəyini demişdir. Onlar Corat qəsəbəsinə çatdıqda tanımadığı fərdi evin qarşısında Ərəstun avtomobili saxlamış, onlar avtomobildən düşmüş, ilk olaraq həyətə Ərəstun, arxasınca o daxil olmuşdur. Onlar evə yaxınlaşdıqda Ərəstun qapını döymüş, qapını tanışı Mehman açmış, o, Mehmanla görüşüb evə daxil olmuşdur. Onlar evə daxil olduqda Ərəstun Mehmana çöldə gözləməsini, onunla söhbəti olduğu demişdir. Mehman evdən çıxıb getmiş, o, evdə divanın üstündə oturmuş, həmin vaxt Ərəstun evə daxil olaraq əlində su kranının dəmirini tutub ona yaxınlaşaraq nə üçün burada olduğunu demiş, o da divandan ayağa qalxıb nə üçün burada olduğunu Ərəstundan soruşmuş, Ərəstun da ona “məni polislərə sən satmısan, tutulmağımın səbəbkarı da sənsən” deyib su kranının dəmiri ilə onun baş nahiyyəsinə bir dəfə vurmuş, o yerə yıxıldıqda onun əllərini və ayaqlarını evin mətbəxindən götürdüyü göy rəngli iplə zorla bağlamışdır. Ərəstun yerdə təpiklə sifətinə vurmağa başlamış və onu döyərkən “məni sən satmısan polislərə” demiş, daha sonra Ərəstun mətbəxə daxil olub oradan qayçı formasında olan kəsici alət götürüb ona yaxınlaşaraq yerdə onun sol qulağına və boğaz nahiyəsinə xəsarət yetirmiş, bu zaman Mehman evə daxil olmuşdur. Onu Ərəstunun əlindən alıb, ipləri açaraq hamama aparmış, orada onun bədənində olan qanı yumuş və öz paltarlarından ona vermiş, sonra təkrar otağa gətirmiş, bu zaman Ərəstun yenidən onun əlini və ayaqlarını bağlamış və onu evdəki çarpayının altına salmış, ardınca Mehmana gedəcəyini və 15-20 dəqiqə sonra qayıdacağını demişdir. Ərəstun getdikdən sonra Mehman ona su gətirib bir qədər gözləməsini, Ərəstunun getməsindən tam əmin olduqdan sonra onu buraxacağını söyləmiş, təxminən 5-10 dəqiqə sonra Mehman onun əlləri ilə, ayaqlarını açmış, telefonunu və paltarlarını sellofan torbada ona verib evdən getməsini söyləmiş, o, evdən çıxaraq piyada Sumqayıt şəhəri, Xəzər bağlarında yerləşən evinə getmişdir. Mehmanın verdiyi sellofandan paltarlarını götürərkən Ərəstunun ona xəsarət yetirdiyi su kranının dəmirinin və qayçı formasında olan kəsici alətin həmin sellofanda olduğunu görmüş və Mehmanın səhvən həmin alətləri də paltarlarla birlikdə sellofana qoyduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ilk əvvəl Mehmanın da Ərəstunla əlbir olduğunu və Ərəstunun onu döymək üçün gətirməsindən Mehmanın da xəbərinin olduğunu fikirləşdiyi üçün ilk ifadəsində Mehmanın da Ərəstunla əlbir olduğunu demiş, lakin sonradan Mehmanın heç nədən xəbəri olmadığını öyrəndiyindən həqiqəti demək qərarına gəlmişdir. Belə ki, Ərəstun ona xəsarət yetirəndə və azadlığını məhdudlaşdıranda Mehman evdə olmamış, evə gəldikdə isə ona kömək etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 15-20 ildir tanımaqla münasibətləri hər zaman yaxşı olmuşdur. 04 iyul 2023-cü il tarixdə təxminən saat 01 radələrində yaşadığı evdə olarkən tanımadığı nömrədən zəng gəlmiş, zəngə cavab verdikdə zəng vuranın Ərəstun olduğunu bilmişdir. Ərəstun ona küçə qapısının qarşısında gözlədiyini və qapını açmasını söyləmiş, o, da qapını açdıqda Ərəstunun Sübhanla birlikdə gəldiyini görmüş, Ərəstun ona Sübhanla onun evində söhbət etmək istədiyini demiş, o, da Ərəstuna etiraz etməyərək, onları evdə qoyub özü çölə çıxmış, evin yanındakı mağazaya gedib siqaret aldıqdan sonra yenidən qayıdıb qapının qarşısında siqaret çəkmiş, bir qədər gözlədikdən sonra evə daxil olmuş və bu zaman Ərəstunun təpiklə Sübhanın ağız nahiyəsindən vurduğunu görmüş, diqqətlə baxdıqda Sübhanın sifətində, qulağında və boğaz nahiyəsində xəsarətlərin olduğunu, Ərəstunun isə əlində qayçı olduğunu görmüşdür. Ərəstun təpiklə Sübhanı vurduqdan sonra o, müdaxilə edərək Ərəstunu qırağa çəkib məzəmmət etmiş, Ərəstun Sübhanın onu polisə verdiyini buna görə də Sübhanı cəzalandırdığını demiş, bundan sonra o, Ərəstundan çıxıb getməsini tələb etmiş, Ərəstun isə geəcəyini, lakin 10-15 dəqiqə sonra qayıdacağını bildirmişdir. Ərəstun Sübhana əllərini arxada saxlamasını bildirib paltar ipi ilə əllərini və ayaqlarını, səsini çıxartmaması üçün isə parça ilə ağzını bağlamış və çarpayının altına uzandıraraq çıxıb getmişdir. Gedən zaman o, Sübhanın mobil telefonunu Ərəstundan alaraq özündə saxlamış, Ərəstun getdikdən sonra Sübhanı yatağın altından kənara çəkib ağzını açaraq içməsi üçün su vermiş və bir neçə dəqiqə gözləməsini demiş, bir müddət keçdikdən sonra Sübhanı yatağın altından çıxarıb əllərini və ayaqlarını açmış, Sübhan hamam otağına keçərək yuyunduqdan sonra telefonunu özünə vermiş və Sübhan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən sellofan sexində 7 ildən artıq müddətdir ki mexanik işləmiş, Təqsirləndirilən şəxs doğma qardaşı olmaqla münasibətləri hər zaman yaxşı olmuşdur. Sumqayıt şəhəri 39-cu məhəllə ərazisində yerləşən bir neçə sex və həmin sexlərin 2 gözətçi otağı olmuşdur. Gözətçi otaqlarından birini Fikrət adlı şəxs, digərindən isə o, istifadə etmiş, təxminən iyun ayının ortalarında qardaşı Ərəstun onunla görüşərək, kirayə yaşadığı evdən çıxacağını bildirərək, bir neçə məişət əşyasını gözətçi otağında saxlamağı xahiş etmiş və gözətçi otağının açarını istəmişdir. O, qardaşına etiraz etməyərək açarı vermiş, həmin vaxtdan sonra oraya getməmiş, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu istifadə etdiyi gözətçi otağma dəvət etmiş, polislər otağın açarının onda olub-olmamasını soruşmuş, o, açarın özündə olduğunu bildirmişdir. Polislər otağa baxış keçirmək istədiklərini bildirmiş, o buna etiraz etməmiş, baxış zamanı gözətçi otağındakı stolun altında çemodanın içərisindən bir ədəd “Makarov” tipli tapançaya oxşar silah və xeyli sayda patron aşkar edilərək götürülmüş, baxışda iştirak edən Ərəstun həmin silahı oraya özünün qoyduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid6 Dilamir Zülfüqarovla eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləməklə xx.xx.2023-cü il tarixdə Ərəstun adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə saat 16:45-də sonradan anket məlumatları sonradan bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 34 saylı binanın qarşısında tanışı Qəşəm adlı şəxslə birlikdə olarkən o, əməliyyat müvəkkilləri Şahid5 və Şərail Quliyev tərəfindən saxlanmış, onlar Ərəstuna yaxınlaşaraq nədə şübhəli olmasını bildirib, onu Sumqayıt ŞPİ-nə dəvət etmiş, Ərəstun dostu Qəşəmlə birlikdə Pİ-nə gəlmiş, idarədə xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Daha sonra videoçəkilişlə Ərəstunun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O, əynində olan şalvarın cibində saxlamış olduğu 01 ədəd qızılı rəngli bükümü təqdim etmiş, həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Aşkar olunan həmin maddə tərəzidə çəkilmiş, daha sonra qablaşdırılıb üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərail Quliyev Şahid3la eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 27 oktyabr 2008-ci il tarixli qərardan görünür ki, X7 meyitinin aşkar olunması faktı üzrə görə CM-nin 120.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, i.v.1) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2009-cu il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisəni törətmiş şəxs(lər)i müəyyən etmək mümkün olmadığından CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır (cild İİ, i.v. 190-201) “Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi, cinayət işi üzrə icraatın təzələnməs və istintaq qrupunun yaradılması haqqında” 13 iyun 2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhər prokuroru tərəfindən xx.xx.2009-cu il tarixli qərar ləğv edilmişdir. (cild İİİ, i.v. 1-5) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 06 iyul 2023-cü il tarixdə, saat 04:55 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İİİ, i.v.94-95); 07 iyul 2023-cü il tarixdə cinayət işi üzrə əməl CM-nin 120.1-ci maddəsindən həmin Məcəllənin 120.2.2-ci maddəsinə tövsif edilmişdir. (cild İİİ, i.v. 108-109) Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə CM-nin 120.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (cild İİİ, i.v 128-129) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 120.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.135- 141) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmışdır.(cild İİİ, i.v.148-151) “Cinayət işlərinin bir icraatda birləşdirilməsi, istintaq aidiyyəti üzrə həvalə edilməsi və birgə istintaq qrupunun yaradılması haqqında” 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan CM-nin 145.2.5, 145.2.6, 228.1 və 234.1ci maddələri ilə olan ********* nömrəli cinayət işi, CM-nin 120.2.2-ci maddəsi ilə olan 70434 nömrəli cinayət işinə birləşdirilmişdir. (cild İİİ, i.v. 196-199) “Baxış keçirilməsi və götürmə haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi boru və qayçı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. ( cild İİİ i.v. 210-212) “Baxış keçirilməsi və götürmə haqqında” 04 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 kirayə yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, sonuncunun təqdim etdiyi yaşıl rəngli kəndir iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. (cild İİİ i.v. 233-237) 07 iyul 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında” qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli və CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilməklə əməl CM-nin 128 və 234.1-ci maddələrindən həmin Məcəllənin 145.1, 228.1 və 234.1-ci maddələrinə tövsfi edilmişdir. (cild İV, i.v. 21-22) “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 iyun 2023-cü il tarixdə, saat 16:45 radələrində Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild İV, i.v.43) Təqsirləndirilən şəxs 25 iyun 2023-cü il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. ( cild İV, i.v. 95-110) “şəxsi axtarışın keçirilməsi haqqında” 23 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd polimer kisəni təqdim etmiş, kisənin içinə baxıldıqda içində sellofan torbada 01 ədəd “Makarov” silahına bənzə tapançanı, 01 ədəd daraq, 176 ədəd patron aşkar olunaraq götürülüb ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamışdır. (cild İV, i.v 52-53). AR ƏN MEM-nin 6/3519 nömrəli 24 iyun 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N2İ24” möhür əksi “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” və s. sözlər, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,531 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin AR-nın 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( cild İV, i.v. 65-69). “MTE və PA” X17 şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 994 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. ( cild İV, i.v.70-72) “MTE və PA” X17 şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2023-cü il tarixli, 1042 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol təpə-gicgah nahiyyənin, sol ənsə nahiyyəsinin, sol qulağın əsasının şişkinlik fonunda hematoması, sol qulaq seyvanının iki ədəd, sağ qulağın sıyrıqları, boyunun sol yan-ön səthinin orta hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası, sağ dizin ön səthinin, sağ əlin üstünün yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı. Qeyd olunan xəsarətlərdən sol təpə-gicgah nahiyyənin, sol ənsə nahiyyənin, sol qulaq əsasının şişkinlik fonunda hematoması, sol qulaq seyvanının iki ədəd, sağ qulağın sıyrıqları, sağ dizin ön səthinin, sağ əlin üstünün yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı küt əşya təsirindən, digər xəsarətlər yəni boyunun sol yan-ön səthinin orta hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası isə iti kənara və uca malik olan əşyanın təsirindən törənmişlər. xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi. Özü-özünə yetirilməsi istisna edilir və dərəcəsinə görə - sol təpə-gicgah nahiyyənin, sol ənsə nahiyyənin, sol qulaq əsasının şişkinlik fonunda hematoması, sol qulaq seyvanının iki ədəd, sağ qulağın sıyrıqları, sağ dizin ön səthinin, sağ əlin üstünün yumşaq toxumalarının şişkinlik fonunda əziyi, qançırı sağlamlığa zərər vurmayan, digər xəsarət yəni-boyunun sol yan-ön səthinin orta hissəsinin cərrahi tikişə ehtiyacı olan yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. ( cild İV, i.v. 180-183) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 813 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və kannabinoidlərin birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild İV, i.v. 106-107). Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən Opioid qəbulu nəticəsində Asılılıq Sindromu diaqnozu ilə narkoloji dispanserdə qeydiyyatdadır. ( cild İV, i.v. 8) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 26 iyun 2023-cü il tarixli, 24/489 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 176 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. ( cild İV, i.v. 121- 127) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 206.2 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəzadən 08 ay 12 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. ( cild İV, i.v. 148-149, cild V, i.v. 2-5) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. ( cild İV. i.v. 249) Məhkəmə istintaqı zamanı tədqiq edilən disklərə baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və gözətçi otağında odlu silahi saxlaması öz təsdiqini tapmışdır. “sübutların qiymətləndirilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü ildə CM-nin 120.2.2, 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihama dəyişiklik edilməklə ona həmin Məcəllənin 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə yenidən ittiham edilməsi, Təqsirləndirilən şəxs əməlinin CM-nin 120.2.2-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmaqla həmin hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinə xitam verilməsi (öz ərizəsi əsasında), Təqsirləndirilən şəxs cinayət törətdikdən sonra Tünzalə Kərimovaya məxsus mobil telefonu oğurlaması faktı öz təsdiqini tapsa da, həmin hissədə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin istintaqı zamanı şəxsi axtarış və götürmə, baxış və götürmə istintaq hərəkətərinin videoçəkilişin əks olunduğu CD disklər, 01 ədəd qayçı və 01 ədəd dəmir boru (krant) maddi sübut qismində tanınması, CD disklə cinayət işi materiallarında, digərləri isə Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında, 01 ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 9 mm. kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu silah hesab edilən tapança, 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağ və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı olan tədqiqatdan sonra qalıq qalmış 171 ədəd döyüş sursatı hesab edilən ştat patronların maddi sübut qismində tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc otağında saxlanılması qərara alınmışdır ( cild V, i.v. 111-138) Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun CM-nin 228.1-ci maddəsinə münasibətdə tam etiraf edici ifadəsi, ittiham olunduğu digər maddələrə münasibətdə dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 145.2.5 və 145.2.6-cı maddəsinə əsasən Adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə, silahdan yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının 5-ci bəndinə narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il tarixli 28 iyun tarixli Qanunun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair, 1.0.9-cu maddəsində qanunsuz əldə edilməsinin izahları verilmişdir. Saxlama - bu həmin maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahılarının” İİ siyahısının 118-ci bəndinin tələbinə görə heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qramdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı CM-nin 234.1 cə 145.2.5 və 1452.6-cı maddələri ilə özünü təqsirli bilməyərək, üzərində şəxsi axtarış zamanı narkotik vasitə olsa da, narkotikin ona məxsus olmaması, o cümlədən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittiham aktında göstərildiyi qaydada törətməsi məhkəmə iclasında özünün dalayısı ilə etirafedici ifadəsi, o cümlədən məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, bu məzmunda ifadə vermək Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmağa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özü də etiraf edərək bildirmişdir ki, yuxarıda qeyd edilən tarixdə tanışı Qəşəmin onun avtomobilində arxa oturacaqda dirsəkliyin üzərinə içərisində narkotik maddə olan falqa qoyduğunu görmüş, həmin vaxt onun idarə etdiyi avtomobilin arxasında YPX avtomobili olduğunu görüb, Qəşəmə həmin falqanı yığışdırmasını tələb etsə də, sonuncu onu yığışdırmamış, inspektor onları saxladıqdan sonra o, cəld düşərək həmin bükümü götürüb avtomobilin önünə atmış, bu zaman əməliyyatçı onu tutmuşdur. Hətta bir gün öncə Qəşəm adlı şəxs ona 30 manat müqabilində narkotik maddə satmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadəsi özünün uydurma mexanizm əsasında qurduğu təxəyyülünün məhsuludur. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş, narkotik vasitənin ona məxsus olmaması məsuliyyətdən yayınmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Bundan başqa Ərəstun Zülfüqar məhkəmə iclası zamanı bildirmişdir ki, Zərərçəkmiş şəxsla aralarında baş verən mübahisə zamanı ona sillə, yumruq və təpiklə, o cümlədən baş zərbəsi ilə sifət və bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmiş, mətbəxə keçərək su kranının metal borusunu çıxarıb yenidən yataq otağına qayıtmış, həmin boru ilə Sübhanın əllərinə, ayaqlarına və başına zərbələr endirmiş, sonra masanın üzərində olan qırmızı rəngli dəstəyi olan qayçını götürüb Sübhanın dəqiq xatırlamadığı nahiyyələrinə xəsarət yetirmişdir. Daha sonra Sübhanın taqətdən düşərək divanın üzərində oturduğunu görüb, stulu onun önünə çəkib qarşısında oturmuş, sonra Sübhanı divandan döşəməyə salaraq onu döşəmədə otuzdurmuşdur. Tanışı Mehman evə qayıdandan sonra onun Sübhana “nədən belə etdiyini, hər ikisi üçün problemə yaratdığını” bildirdikdə, Mehmana cavabında “oldu da neynim, bir az da sən əziyyət çək” deyə cavab verdiyini bildirmişdir. İfadəsində bundan sonra o, Sübhanın paltarlarını dəyişdərməyə və onu sakitləşdirməyə çalışdığını bildirmiş, lakin Sübhanın ağzını skoçla bağlamadığını, azadlığını məhdudlaşdırmadığını bildirməsini məhkəmə özünümüdafiə xarakterli verilmiş ifadə kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs Ərəstunun onu “məni polislərə sən satmısan, tutulmağımın səbəbkarı da sənsən” deyib su kranının dəmiri ilə onun baş nahiyyəsinə bir dəfə vurduğunu, o yerə yıxıldıqda onun əllərini və ayaqlarını evin mətbəxindən götürdüyü göy rəngli iplə zorla bağladığını bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində hadisənin məhz Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi mexanizmə uyğun baş verdiyini etiraf etsə də, yalnız sonuncunu azadlığını məhdudlaşdırmadığını bildirmişdir. Halbuki, o, məhkəmə iclasındaki ifadəsində Sübhanının taqətdən düşdüyünü, onun divanda oturduğunu görüb sonuncunu döşəməyə yıxdığını ertiraf etmiş, lakin hadisənin sonraki baş vermə ardıcıllığını məsuliyyədən yayınmaq məqsədilə bildirməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Göründüyü kimi hazırkı iş üzrə təqsirləndirilən şəxs təzyiqə məruz qalması ilə bağlı heç bir orqana şikayət etməmiş, ibtidai istintaq zamanı ifadəsində əməlini etiraf etmiş, saxlanılan zaman və Pİ-də olarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilmədiyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş MTE PA X17 şəxsi tərəfindən verilmiş ekpsert rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hər bir hal məhkəmə tərəfindən yoxlanılsa da, öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz ibitdai istintaq zamanı verdiyi ifadəsi təhlil edilən sonuncu epizod üzrə, yəni həmin əmələ münasibətdə sübut növü kimi qəbul edilməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, bundan öncə də narkotik vasitələrdən istifadə üçün məhkumluq həyatı yaşamasına baxmayaraq, islah olunmayaraq, yenə də narkotik vasitədən istifadə etməsini, üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarını, törətdiyi digər cinayət əməlinin obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına adi olmasını, o cümlədən törətmiş olduğu digər cinayət əməlinin törədilmə şəraitini, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza növü təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 4-cü bəndinin İİ hissəsinə görə şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cinayət əməli polis əməkdaşlarının əməyi nəticəsində aşkar edilmişdir. Bu səbəbdən saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs əməlini sonradan etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 110 (bir yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.481 qram narkotik vasitə heroin məhv edilməli, “şəxsi axtarış və götürmə” və “baxış keçirilməsi və götürmə” hərəkətlərinin həyata keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut- Sumqayıt şəhər prokurorluğunun saxlanc anbarında saxlanılan 01 ədəd qayçı və 01 ədəd dəmir boru (krant) məhv edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan –01 ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 9 mm. kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu silah hesab edilən tapança, 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağ və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı olan tədqiqatdan sonra qalıq qalmış 171 ədəd döyüş sursatı hesab edilən ştat patronları müsadirə olunaraq AR DİN-nin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5, 145.2.6, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.5 və 145.2.6-cı maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 228.1-ci maddəsi ilə 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin məcəllənin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 23 iyun 2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübutlar Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0.481 qram narkotik vasitə heroin və Sumqayıt şəhər prokurorluğunun saxlanc anbarında saxlanılan 01 ədəd qayçı və 01 ədəd dəmir boru (krant) məhv edilsin. İş üzrə maddi sübut Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-01 ədəd zavod üsulu ilə Rusiya Federasiyasında istehsal olunmuş 9 mm. kalibrli, “Makarov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəşə yararlı olan, yivli odlu silah hesab edilən tapança, 08 ədəd 9x18mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan, texniki cəhətdən saz vəziyyətdə və istifadəyə yararlı olan “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən 01 ədəd darağ və zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəşə yararlı olan tədqiqatdan sonra qalıq qalmış 171 ədəd döyüş sursatı hesab edilən ştat patronları müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar