Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-80/2023 17.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2006-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 48-ci məhəllə, ev 5, mənzil 25 ünvanında qeydiyyatda olmaqla ünvan 1yan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan “Hyundai Accent minik’' markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşərək sonuncu ilə birlikdə Sumqayıt şəhər ərazisində hərəkətdə olarkən, öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hesabına pul yükləməsini Zərərçəkmiş şəxs xahiş eldikdən sonra sonuncunun avtomobili Sumqayıt şəhəri, Sülh küçəsi, 2-ci mikrorayon ərazisində yerləşən “İdeal" parfum və kosmetika mağazasının yaxınlığında saxladığı və onun istəyini yerinə yertirməkdən ötrü avtomobildə olmadığı müddətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə avtomobilin salonundan, salonun ön sərnişin oturacağının qarşısında yerləşən yük yerindəki (bardaçok) portmanatın içindən Zərərçəkmiş şəxs məxsus hər biri 100 (bir yüz) manatlıq əskinaslar olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 2006-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla hal-hazırda anası Qanuni nümayəndə ilə birlikdə ünvan 3 ünvanında kirayədə yaşayır. Atası onlardan ayrı yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Belə ki, 16 iyun 2022-ci il tarixdə tanışları ilə birlikdə Sumqayıt şəhəri ərazisində gəzintidə olduqdan sonra onlardan ayrılıb evə getmək məqsədi ilə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Ağ Çiçəyim” mağazasının yaxınlığında dayanıb taksi sifariş etmişdir, lakin uzun müddət heç bir taksi ona yaxınlaşmamışdır. Hava qaranlıq olduğundan yaşadığı ünvana piyada getməkdən çəkinib taksi gözləməyə davam etmişdir. Həmin tarixdə saat 01:00 radələrində sözügedən ərazidə olarkən “Hyundai Accent minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilin ona doğru yaxınlaşdığını görmüşdür. Avtomobilin sürücüsü avtomobildə əyləşmiş vəziyyətdə hər hansı bir problemin olub-olmadığını soruşduqda o evə getmək istədiyini, lakin taksi tapa bilmədiyini demişdir və həmin şəxs onu evə apara biləcəyini dedikdə o, onunla razılaşıb avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə əyləşdikdən sonra yaşadığı evin yerləşdiyi ünvanı bildirmişdir. Avtomobillə hərəkətdə olarkən həmin şəxs ona özünü təqdim edərək Zərərçəkmiş şəxs olduğu deyib tanışlıq vermişdir. Avtomobildə olarkən internet şəbəkəsindən istifadə etməkdən ötrü istifadəsində olan mobil nömrədə meqabayt olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrədə meqabyt olmadığını dedikdə isə, istifadəsində olan 055- ***-**-** saylı mobil nömrənin balansına 05 (beş) manat yükləməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs bununla razılaşmış və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında avtomobili dayandırıb “MilliÖN” terminalına yaxınlaşıb nömrəsinin hesabına pul yükləsin deyə ona 05 (beş) manat pul vermişdir. Bu zaman o, havanın qaranlıq olduğunu, avtomobildən düşməydən ehtiyat etdiyini deyib Zərərçəkmiş şəxs özünün terminal vasitəsi ilə istifadəsində olan mobil nömrəyə 05 (beş) manat pulu yükləməsini xahiş etmiş və Zərərçəkmiş şəxs avtomobildən düşərək terminala yaxınlaşmışdır. Zərərçəkmiş şəxs gəldikdən sonra nömrəsinin istifadəsinə 05 (beş) manat pulu yüklədiyini deyib qəbzi ona vermişdir. O, ona inadığını deyib qəbzi avtomobildən küçəyə atmışdır. Lakin yüklənən pulun tamamının istifadəsindəki nömrə üçün götürdüyü kredit borclarına çıxıldığı üçün bu barədə Zərərçəkmiş şəxs deyib, yenidən nömrənin hesabına pul köçürməsini istəmiş və Zərərçəkmiş şəxs Sülh küçəsində yerləşən “İdeal” parfümeriya mağazasının yaxınlığında avtomobili dayandırıb, düşərək oradakı “MilliÖN” terminalına yaxınlaşmışdır. Avtomobildə tək olduğu zaman Zərərçəkmiş şəxs da onu kənardan görmədiyinindən əmin olduqdan sonra avtomobildən oğurlayıb qazanc əldə edə biləcəyi əşya və ya pul axdarmağa başlamışdır. Avtomobilin salonunda, əyləşdiyi oturacağın qarşısında yerləşən saxlanc yerini açdıqda orada portmanat olduğunu görüb həmin portmanatı götürmüşdür. Portmanatı açdıqda içində çoxsaylı pulların, həmçinin rəsmi sənədlərin olduğunu görüb, portmanatdakı hər biri 100 (bir yüz) manatlıq əskinaslar olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pulu götürüb cibinə qoyduqdan sonra portmanatı içindəki sənədlərlə birlikdə yenidən həmin avtomobilin salonunda, əyləşdiyi ön sərnişin oturacağının qarşısındakı saxlac yerinə qoymuşdur. Avtomobildə sakit şəkildə oturub Zərərçəkmiş şəxs gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxs “MilliÖN” terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrəsinin hesabına 03 (üç) manat yükləyib avtomobilə əyləşmişdir. O, Zərərçəkmiş şəxs avtomobildən pul oğurladığını biləcəyindən ehtiyat edib həmin avtomobillə yaşadığı ünvanadək hərəkətdə olmaqdan çəkinib, anasının Sülh küçəsində yerləşən “Cavid” ticarət mərkəzinin yaxınlığında olduğu barədə yalan deyib onu oraya aparmasını istəmişdir. Həmin əraziyə çatdıqda isə Zərərçəkmiş şəxs təşəkkürünü bildirib avtomobildən düşüb sağollaşmışdır. Piyada hərəkət edib oğurluq etdiyi avtomobildən uzaqlaşdıqdan sonra yaxınlıq ərazidə yol kənarında taksiyə minib yaşadığı ünvana gəlmişdir. Anası evə gec gəlməyinin səbəbini soruşduqda tanışları ilə gəzintidən gec ayrıldığını, evə gəlmək üçün isə taksi tapmaqda çətinlik çəkdiyindən həmin saatda evə gəldiyini demişdir. Oğurladığı 800 (səkkiz yüz) manat pulu isə hissə-hissə olmaqla təxminən bir ay ərzində öz şəxsi təlabatına xərcləmişdir. O, avtomobilə əyləşənədək avtomobildən oğurluq etmək niyyəti olmamışdır. Belə ki, o heç bir yerdə işləmədiyindən yalnız anasının ona xərclik kimi verdiyi pulla dolanmışdır. Yay fəsli olduğundan və günün əksər vaxtlarını Sumqayıt şəhər ərazisində tanışları ilə birgə keçirdiyi üçün xərcləməyə çox pul lazım olmuşdur. Zərərçəkmiş şəxs da istifadəsində olan mobil nömrənin hesabına ikinci dəfə pul yükləmək üçün avtomobildən düşdükdən və onu kənardan görmədiyini müşahidə etdikdən sonra avtomobildən oğurluq edib qazanc əldə etmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs avtomobilə əyləşənədək avtomobildə oğurluq məqsədi ilə pul və ya əşya axdarmağa başlayaraq portmanat tapmışdır, həmin portmanatın içindən 800 (səkkiz yüz) manat pulu götürüb oğurlamışdır. Avtomobildən dərhal düşəcəyi təqdirdə barəsində şübhə yaradacağını fikirləşib, avtomobildə bir müddət qaldıqdan sonra avtomobildən düşüb getmişdir. Həmin pulun tamamını oğurluqdan sonraki təxminən 01 (bir) ay ərzində dəqiq olaraq xatırlamadığı müxtəlif yerlərdə şəxsi təlabatına xərcləmişdir. Anasının oğurluq etməyindən və ya başqa hər hansı bir formada pul əldə etdiyindən şübhələnməməsi üçün anasının özündən də bu müddət ərzində xərclik üçün pul almışdır. Zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanı ödəməyə imkanı olmadığını və əməlindən peşman olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, subaydır, valideynləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Fərdi əməklə məşğul olaraq qazanc əldə edib dolanışığını təmin edir. “ВC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin sürücülük vəsiqəsi ilə anasına məxsus “Hyundai Accent minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 16 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində sözügedən avtomobildə tək olaraq hərəkətdə olarkən əvvəliər Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən “039 Pub” adlı pivəxanada olarkən görüb, qismən tanıdığı və adının Sehri olmasından başqa şəxsiyyəti barədə heç bir məlumatı olmayan qadının həmin ərazidə yol kənarında olduğunu görmüşdür. Avtomobillə həmin şəxsə yaxınlaşıb hara getdiyini soruşub istədiyi halda onu gedəcəyi yerə apara biləcəyini bildirmişdir. Bundan sonra Sehri avtomobilə əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Sehrinin istəyinə uyğun olaraq Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisi istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobildə olarkən Sehri ondan internet şəbəkəsindən istifadə etməsindən ötrü mobil telefonunda meqabayt olub-olmadığını soruşmuşdur. O, mobil telefonunda meqabayt olmadığını dedikdə isə, istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin hesabını artırmağını xahiş etmişdir. O da onunla razılaşmışdır və Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Cavid” ticarət mərkəzinin qarşısında avtomobili dayandırıb mobil telefonunun balansına pul yükləməsi üçün Sehriyə 05 (beş) manat pul vermiş, lakin Sehri avtomobildə qalmaq istədiyini və bunun onun tərəfindən edilməsini xahiş etdiyi üçün avtomobildən düşərək həmin ərazidəki “MilliÖN” terminalı vasitəsi ilə Sehrinin ona dediyi ***-***-**-** saylı mobil nömrənin hesabına 05 (beş) manat yükləmişdir. Daha sonra avtomobilə əyləşib qəbzi götürüb Sehriyə təqdim edərək hərəkəti davam etdirdikdə isə Sehri balansa yüklənən 05 (beş) manatın əvvəl götürmüş olduğu kredit borcuna çıxıldığını, bu səbəblə də, nömrənin hesabının sıfırlandığını bildirib nömrəsinin hesabına 03 (üç) manat yükləməyini istəmişdir və o, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “İdeal” parfumeriya mağazasının yaxınlığında avtomobili dayandırıb oradakı “MilliÖN” terminalı vasitəsi ilə ***-***-**-** saylı mobil nömrənin hesabına həmin tarixdə saat 01:39 radələrində 03 (üç) manat yükləyib avtomobilə əyləşmişdir. Qəbzi özündə saxlamışdır. Avtomobillə hərəkətdə olarkən Sehri “Cavid” ticarət mərkəzinin qarşısında onu düşürtməyini istədiyi üçün avtomobillə oraya getmişlər və Sehri həmin ərazidə avtomobildən düşdükdən sonra o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisinə gedib oradakı qarajda avtomobili saxlamışdır. Belə ki, Sehri avtomobilə əyləşməzdən əvvəl onun üzərində 58 (əlli səkkiz) manat pul olmuşdur. Ona məxsus pulun geri qalan 800 (səkkiz yüz) manatı isə avtomobilin ön sərnişin oturacağının qarşısında yerləşən bardaçokda qoyduğu ona məxsus rəsmi sənədlərlə birlikdə portmanatın içində saxlamışdır. O avtomobili saxladıqdan sonra pulun və sənədlərin yerində olub-olmadığını yoxlamış və bu zaman ona məlum olmuşdur ki, portmanatın içindəki sənədlər yerində olsa da, hər biri 100 (bir yüz) manatlıq əskinaslar olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat pul orada deyildir. Bu zaman 800 (səkkiz yüz) manat pulunun oğurlandığı ona məlum olmuşdur. O, ***-***-**-** saylı mobil nömrəyə zəng edib bu barədə Sehri adlı şəxslə əlaqə saxlamağa çalışsa da, zənglərinə cavab verilmədiyi üçün həmin tarixdə səhər saatlarında avtomobilindən oğurluq edilməsi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilməmişdir. Ona görə də, onun barəsində qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında komisyon kompleks ambulator məhkəmə- psixatrik və məhkəməpsixoloji ekspertizasının 13 avqust 2022-ci il tarixli, 2175 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu araşdırma materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinələrin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz 6 hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional halında asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 127-21313-1222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-770/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin 3-13-58-4/2-1769/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli Zərərçəkmiş şəxs istifadəsində olan avtomobilə baxış keçirilməsi haqqında protokoldan görünür ki, avtomobil “Hyundai Accent minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlıdır, qara rəngli, dörd qapılıdır. Avtomobilin salonunun ön sərnişin oturacağının qarşısında bardaçok yerləşir və oradakı Zərərçəkmiş şəxs məxsus portmanarın içindən ümumilikdə 800 manat pul oğurlanmışdır. İş materiallarında olan cinayət işinin ibtidai istintaqı zamanı əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki. Təqsirləndirilən şəxs tərəfindən “Hyundai Accent minik” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq tək olaraq törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əvvəllər məhkum olunmamasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə ittiham, müdafiə tərəfini və zərərçəkmiş şəxsin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Ağayeva X1 Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 08 (səkkiz) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə həbsdə olduğu 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 27/10, mənzil 12 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-80/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-80/2023
17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver