Məhkəmə qərarları › İş №1(060)-80/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-80/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-80/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, məhəllə 9, yataqxana 9 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram olan qəhvəyi rəngli dairəvi formalı üzərində “F/M40” əks əlavəli, ümumilikdə 03 (üç) ədəd xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eyni olan narkotik vasitə metadon tərkibli dərman preparatları əldə edib daşıyaraq saxlamış, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə daxil olan əməliyyat məlumatı əsasında 06 aprel 2023-cü il tarixdə saat 15:40 radələrində həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1 saylı Mənzil Kommunal Təsərrüfat İstismar sahəsinin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirilmiş, həmin tarixdə saat 16:29 radələrində orada videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 03 (üç) ədəd narkotik vasitə metadon dərman preparatları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində yaşayır. Əvvəllər Cinayət Məcəlləsinin oğurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və yol nəqliyyat hadisəsi törətmə maddələri ilə bir neçə dəfə məhkum olunmuşdur. 2017-ci ildə azadlığa buraxılmışdır. Hal-hazırda heç bir əmək fəaliyəti ilə məşğul olmur. Belə ki, əvvəllər narkotik vasitənin “kakos” adlandırılan heroin və patı adlandırılan metamfetamin növündən istifadə etmişdir. Son zamanlarda narkotik vasitənin heroin və metamfetamin istifadəsindən müalicə olunduğuna görə tərkitməyə çalışmışdır. Ona görə də, son zamanlar da bədənində olan ağrıları kəsmək üçün ancaq metadon dərman həblərindən istifadə etmişdir. Metadon dərman həblərini udma yolu ilə qəbul etmişdir. Metadon həblərini sosial şəbəkədə tanış olduğu İran vətəndaşının hesabına pul göndərməklə əldə etmişdir. Belə ki, həmin özünü iran vətəndaşı kimi təqdim edən şəxslə tanış olduqdan sonra həmin şəxs ona kart hesab nömrəsi vermişdir. Onun verdiyi hesab nömrəsinə 55 (əlli beş) manat pul göndərmişdir. Pulu həmin şəxsin hesab nömrəsinə göndərdikdən bir neçə dəqiqə sonra həmin şəxs zəng edərək Bakı şəhəri ərazisində 20-ci sahə deyilən yerdə hansısa bir zibil yeşiyinin yanına metadon dərman həblərini gizlədib şəklini çəkib ona göndərmiş və həmin yeri izah etmişdir. Həmin şəxsin dediyi yerə gedərək oradan 01 (bir) ədəd listdə 10 (on) ədəd dərman həblərini gizlədildiyi yerdən götürmüşdür. Həmin dərman həblərindən gündəlik bir həb olmaqla 07 (yeddi) ədədini istifadə etmişdir. Qalan 03 (üç) ədədini isə üstündə gəzdirmişdir. 06 aprel 2023-cü il tarixdə saat 15:00 radələrində barəsində olan əvvəlki cinayət işi üzrə arayış və xasiyyətnamə almaq məqsədilə 5-ci məhəllədə yerləşən 1 saylı Mənzil Kommunal Təsərrüfat İstismar sahəsinə getmişdir. Orada özü barəsində ailə tərkibi haqqında arayış və xasiyətnamə almışdır. Bundan sonra 1 saylı MKTS-dən çıxmışdır. Saat 15:40 radələrində 1 saylı MKTS-nin qarşısında olan zaman mülki paltarda olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları olduqlarını və üzərində narkotik vasitə gəzdirməyi barədə məlumat aldıqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitə olduğunu soruşduqda səmimi olaraq polis əməkdaşlarına üzərində 03 (üç) ədəd narkotik vasitə metadon həbləri olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobil ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirmişlər. Polis Bölməsində təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin olunmuşdur. Ona müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O da buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilən zaman əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibində saxladığı 02 (iki) ədəd və 01 (bir) ədəd olmaqla cəmi 03 (üç) ədəd metadon dərman həblərini çıxararaq təqdim etmişdir. Polis əməkdaşlarına üzərindən aşkar olunan dərman həblərinin metadon dərman həbləri olmasını, ona məxsus olduğunu və özü istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Polis əməkdaşları həmin narkotik vasitə metadon həblərini haradan əldə etdiyini soruşduqda həmin narkotik vasitəni bir neçə gün əvvəl özünü ona İran vətəndaşı kimi təqdim edən şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş narkotik vasitə 03 (üç) ədəd metadon həbləri təhqiqatçı tərəfindən 01 (bir) ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni özü istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamışdır. İstər saxlanılan zaman, istərsə də Polis Bölməsində olduğu müddətdə ona qarşı hər hansı formada təzyiqlərə yol verilməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis baş leytenantı rütbəsi daşıyır. Sumqayıt şəhəri, Yaşıl dərə bağlar masssivi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 06 aprel 2023-cü il tarixdə Elnur adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Elnur adlı şəxsin şəxsiyyətini əməliyyat yolu ilə dəqiqləşdirən zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması məqsədilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar ŞPİ-nin 5-ci Polis Bölməsinin rəhbərliyi tərəfindən təsdiq olunduqdan sonra onun rəhbərliyi altında Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin kiçik inspektoru, polis baş serjantı Şahid2, 5-ci PB-nin baş təhiqatçısı, polis mayoru Zaur Ağayev, ŞPİ-nin KTB-nin krimanlisti polis kapitanı Fərid Nəsimiyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 5-ci məhəllədə yerləşən 1 saylı Mənzil Kommunal Sahəsinin yaxınlığında Təqsirləndirilən şəxs görüb saat 16:00 radələrində əməliyyat qrupunun üzvü Şahid2la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan 03 (üç) ədəd metadon həbləri olmasını bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından, insanların intensivliyini və hər hansı bir müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə gətirmişlər. 5-ci Polis Bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verildikdə o, üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 03 (üç) ədəd dərman həbləri çıxararaq metadon dərman həbləri olduğunu və ağrılarını kəsmək üçün istifadə etdiyini bildirmişdir. Həmin həblərdən iki ədədinin bir yerdə bir ədədinin isə tək olmaqla cəmi 03 (üç) ədəd olması müəyyən edilmişdir. Dərman həblərinin üzərində “Methadone 40” yazısı yazılmışdır. X2 həmin dərman vasitəsini haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs tanımadığı İran vətəndaşı ilə zəngləşərək sonuncunun göndərdiyi konum əsasında bir həftə əvvəl metadon dərmanlarını götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs dərmanlardan heç kimə vermədiyini və özü istifadə etmək məqsədilə 03 (üç) ədədinə 30 (otuz) manat pul verdiyini bildirmişdir. Həmin İran vətəndaşını sosial şəbəkə vasitəsilə tanıdığını bildirmişdir. Təhqiqatçı üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olduğunu soruşduqda sonuncu üzərində heç bir qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı predmet aşkar edilməmişdir. Daha sonra aşkar edilmiş 03 (üç) ədəd üzərində “Methadone 40” yazısı olan dərman həbləri ekspertizaya göndərilməsi üçün qablaşdırlaraq möhürlənmişdir. Müdafiəçi Ələsgər Məmmədov polis əməkdaşları tərəfindən Elnura qarşı hər hansı fiziki və ya psixi təsir olub olmadığını soruşduqda sonuncu polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir olmadığını, narkotik vasitənin ona məxsus olduğunu və ağrılarından qurtulmaq üçün özü istifadə etmək məqsədilə dərman preparatlarını üzərində gəzdirdiyini bildirmişdir. Daxil olmuş əməliyyat məlumatlarında Təqsirləndirilən şəxs narkotik vasitələri şəxsi istifadəsi üçün əldə edərək saxladığı bildirilsə də, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan metadon həblərinin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra X2 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələrinə dair bildirişlə tanış edir. X2 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Əgər vardırsa təqdim etməsi təklif edildikdə sonuncu əynində olan göy rəngli cins şalvarının sol arxa cibindən 01 (bir) ədəd qara rəngli dəri pul kisəsini və 01 (bir) ədəd Redmi markalı mobil telefonu çıxararaq təqdim edir. Pul kisəsi açılan zaman içərisində müxtəlif bank kartları və şəxsiyyət vəsiqələri olması müəyyən edilir. Şəxsiyyət vsəqiqələrinin valideynlərinə məxsus olmasını bildirir. Bank kartlarının isə özünə məxsus olduğunu və bir ədəd bank kartının dostuna aid olduğunu bildirir. Bundan başqa əynində olan şalvarının sağ yan cibindən bir ədəd Vincester markalı siqaret 20 (iyirmi) manat pul və bir ədəd alışqan çıxararaq təqdim edir. Həmçinin əynində olan yaşıl rəngli gödəkçənin sol yan cibindən 03 (üç) ədəd dərman həbləri çıxararaq metadon dərman həblər olduğunu və ağrılarını kəsmək üçün istifadə etdiyini bildirdi. Hamin həblərdən iki ədəd bir yerdə bir ədəd isə təkdir. Listin üzərində “Methadone 40” yazısı yazılmışdır. Təhqiqatçı həmin dərman vasitəsini haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs tanımadığı İran vətəndaşı ilə zəngləşərək sonuncunun göndərdiyi konum əsasında bir həftə əvvəl götürdüyünü bildirir. Cəmi 03 (üç) ədəd dərman həbləri əldə etdiyini heç kimə vermədiyini və özü istifadə etmək məqsədilə 03 (üç) ədədinə 30 (otuz) manat pul verdiyini bildirir. Həmin İran vətəndaşını sosial şəbəkə vasitəsilə tanıdığını bildirir. Təhqiqatçı üzərində başqa hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olduğunu soruşduqda sonuncu üzərində heç bir qanunla qadağan edilmiş əşya olmadığını bildirir. Daha sonra polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı predmet aşkar edilmir. X2 Təqsirləndirilən şəxs necə müddətdir narkotik vasitə qəbul etdiyini soruşdquda sonuncu 15 ildir narkotik vasitə qəbul etdiyini bildirir. Daha sonra aşkar edilmiş 03 (üç) ədəd üzərində “Methadone 40” yazısı olan dərman həbləri ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırlararaq möhürlənir. Müdafiəçi Ələsgər Məmmədov Təqsirləndirilən şəxs əldə etdiyini narkotik vasitəni pulunu ödəyib ödəmədiyini soruşduqda sonuncu 30 manat pulu iran vətəndaşının kart hesabına göndərdiyini bildirir. Daha sonra müdafiəçi Ələsgər Məmmədov polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir olub olmadığını soruşduqda sonuncu polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir olmadığını, narkotik vasitənin ona məxsus olduğunu və ağrılarından qurtulmaq üçün özü istifadə etmək məqsədilə dərman preparatlarını üzərində gəzdirdiyini bildirir. Daha sonra pul kisəsi və şəxsiyyət vəsiqəqləri, bir ədəd metro kartları, siqaret və 20 (iyirmi) manat pul Təqsirləndirilən şəxs qaytarılır. Üç ədəd bank kartları və bir ədəd Redmi markalı mobil telefon da qablaşdırılararaq götürülür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 07 aprel 2023-cü il tarixli, 6/2014 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün № 242 dairəvi möhür əksi Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 03 (üç) ədəd dərman həbləri; Saxlanılan şəxs Təqsirləndirilən şəxs - imza, Müdafiəçi-imza Tərtib etdi: Z.Ağayev -imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə qəhvəyi rəngli dairəvi formalı üzərində F/M40 əks əlavəli ümumilikdə 03 ədəd həblər xarici əlamətlərinə və tərkibindəki təsir edici madəsinin miqdarına görə eyni olan metadon tərkbli dərman preparatıdır və 03 (üç) ədəd təsiredici maddəsinin ümumi miqdarı - 0,12 qramdır. Metadon adlı dərman preparatı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. Qeyd: 1.40 mg həb 03 ədəd, tədqiqata sərf edildi - 01 ədəd, qalıq 02 ədəd. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 31 may 2023-cü il tarixli, 3350 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərici yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, 03 (üç) ədəd metadon həbindən tədqiqatdan sonra qalıq qalmış 02 (iki) ədəd metadon həbi cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qimsində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin 464 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin X1 daxil olan 05 iyun 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metadon həblərini əldə etdiyi şəxsi və ya mənbənin müəyyən edilməsi, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotop maddələrin satışı ilə məşğul olması barədə hər hansı əməliyyat məlumatının əldə edilməsi mümkün olmamışdır. İş materiallarında olan 1 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat sərf etmişdir. Ona görə də, 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl özünün etirafedici və şahid ifadələri, iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ağırlaşdırıcı halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 03 (üç) ədəd metadon həbindən tədqiqatdan sonra qalıq qalmış 02 (iki) ədəd metadon həbi məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan 02 (iki) ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut 01 (bir) ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 92,00 (doxsan iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar