Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-80/2025 22.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kristal-ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə, xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29.177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanma gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1 hər-hansı bir şəxs gəldiyi təqdirdə ona məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, o isə dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 130 manat dəyərində 1 ədəd radiatoru; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 400 manat dəyərində 4 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı); 2001ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 300 manat dəyərində 3 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı) 1 ədəd kisəyə yığıb hasarın kənarından Təqsirləndirilən şəxs1 verdikdən sonra, Təqsirləndirilən şəxs1lə birlikdə sözügedən avtomobil ehtiyat hissələrini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 830 (səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanma gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1, hər-hansı bir şəxs gəldiyi təqdirdə ona məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, o isə dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 80 manat olmaqla, ümumilkdə 560 manat dəyərində, 7 ədəd mühərrik karterini (mühərrikin alt qabı); 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan, 1200 manat dəyərində 1 ədəd sürətlər qutusunu (komplekt halda); 2000-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes C202 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan, 1 ədədinin dəyəri 40 manat olmaqla, ümumilkdə 80 manat dəyərində 2 ədəd porşeni; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 600 manat dəyərində 1 ədəd mühərrik blokunu; 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 400 manat dəyərində 4 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı); 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 110 manat dəyərində 1 ədəd mühərrikin ön qapağım(krişkası); 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 45 manat olmaqla, ümumilkdə 180 manat dəyərində 4 ədəd peredok qollarını; 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, dəmir materialdan olan, 180 manat dəyərində 1 ədəd saffanı 1 ədəd kisəyə yığıb haasarın kənaarından Təqsirləndirilən şəxs1 verdikdən sonra, Təqsirləndirilən şəxs1lə birlikdə sözügedən avtomobil ehtiyat hissələrini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3130(üç min yüz otuz ) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdə, səhər saat 05:05 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanma gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən Təqsirləndirilən şəxs1, hər-hansı bir şəxs gəldiyi təqdirdə ona məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, o isə dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 50 manat dəyərində 1 ədəd 1999-cu il istehsalı olan Mersedes C 202 markalı avtomobilə aid kondisionerin kompressorunu; 50 manat dəyərində 1 ədəd 1999-cu il istehsalı olan Mersedes E611 markalı avtomobilə aid started; 50 manat dəyərində 1 ədəd 2001-ci il istehsalı olan, Mersedes E 612 markalı avtomobilə aid yağ nasosunu; 1 ədədinin dəyəri 50 manat olmaqla, ümumilkdə 100 manat dəyərində 2 ədəd 2000-ci il istehsalı olan Mersedes E611 markalı avtomobilə aid mühərrik karterini; 50 manat dəyərində 1 ədəd 2006-cı il istehsalı olan Mersedes E 211 markalı avtomobilə aid mühərrik karterini və təyinatı üzrə istifadəyə yararsız avtomobil ehtiyyat hissələrini talayıb aparmaq üçün kisələrə yığdıqdan sonra, “Monza” avtomobil təmiri sexinin sahibi Şahid1, hadisə yerinə gəlib Təqsirləndirilən şəxs1 tutub saxladığından o, öz iradəsindən asılı olmayan səbəblərə görə, oğurlamaq niyyəti ilə kisələrə yığdığı şeyləri atıb hadisə yerindən qaçmaqla cinayətə yönəlmiş əməlini başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində əmlakı oğurlamağa cəhd etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, bir bükümdə təmiz çəkisi 105 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış və 26 yanvar 2024-cü il tarixdə saat 15:20-da Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisi, Kristal Abşeron, 5 saylı binanın qarşısında saxlanılaraq idarənin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutularaq üzərinə keçirilən şəxsi axtarış zaman əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 105 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə digər Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən o, hər-hansı bir şəxs gəldiyi təqdirdə Təqsirləndirilən şəxs2 məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, Təqsirləndirilən şəxs2 dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 130 manat dəyərində 1 ədəd radiatoru; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 400 manat dəyərində 4 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı); 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 300 manat dəyərində 3 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı) 1 ədəd kisəyə yığıb haasarın kənaarından ona verdikdən sonra, Təqsirləndirilən şəxs2la birlikdə sözügedən avtomobil ehtiyat hissələrini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 830(səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2023-cü il tarixdə, səhər saatlarında, Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanma gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən o, hər-hansı bir şəxs gəldiyi təqdirdə Təqsirləndirilən şəxs2 məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, Təqsirləndirilən şəxs2 dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 80 manat olmaqla, ümumilkdə 560 manat dəyərində, 7 ədəd mühərrik karterini (mühərrikin alt qabı); 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan, 1200 manat dəyərində 1 ədəd sürətlər qutusunu (komplekt halda); 2000-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes C202 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan, 1 ədədinin dəyəri 40 manat olmaqla, ümumilkdə 80 manat dəyərində 2 ədəd porşeni; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 600 manat dəyərində 1 ədəd mühərrik blokunu; 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 100 manat olmaqla, ümumilkdə 400 manat dəyərində 4 ədəd mühərrik qalofqasım (mühərrikin üst qabı); 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 110 manat dəyərində 1 ədəd mühərrikin ön qapağım(krişkası); 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan, 1 ədədinin dəyəri 45 manat olmaqla, ümumilkdə 180 manat dəyərində 4 ədəd peredok qollarını; 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, dəmir materialdan olan, 180 manat dəyərində 1 ədəd saffanı 1 ədəd kisəyə yığıb haasarın kənaarından ona verdikdən sonra, Təqsirləndirilən şəxs2la birlikdə sözügedən avtomobil ehtiyat hissələrini gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3130 (üç min yüz otuz ) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx.xx.2023-cü il tarixdə, səhər saat 05:05 radələrində Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” şadlıq sarayının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexinin arxa hissəsində yerləşən, hasarlanmış ərazinin yanma gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair aralarında əldə edilmiş razılığa əsasən o, hər-hansı bir şəxs gəldiyi təqdirdə Təqsirləndirilən şəxs2 məlumat vermək üçün sexin arxa tərəfində “pusqu”da qalmış, Təqsirləndirilən şəxs2 dəmir parçaları ilə hasarlanmış həmin ərazinin həyətinə, hasarın bir hissəsini əyib açma yolu ilə qanunsuz daxil olaraq, sexin həyətindəki Zərərçəkmiş şəxs məxsus avtomobil ehtiyat hissələrini, yəni 50 manat dəyərində 1 ədəd 1999-cu il istehsalı olan Mersedes C 202 markalı avtomobilə aid kondisionerin kompressorunu; 50 manat dəyərində 1 ədəd 1999-cu il istehsalı olan Mersedes E611 markalı avtomobilə aid started; 50 manat dəyərində 1 ədəd 2001-ci il istehsalı olan, Mersedes E 612 markalı avtomobilə aid yağ nasosunu; 1 ədədinin dəyəri 50 manat olmaqla, ümumilkdə 100 manat dəyərində 2 ədəd 2000-ci il istehsalı olan Mersedes E611 markalı avtomobilə aid mühərrik karterini; 50 manat dəyərində 1 ədəd 2006-cı il istehsalı olan Mersedes E 211 markalı avtomobilə aid mühərrik karterini və təyinatı üzrə istifadəyə yararsız avtomobil ehtiyyat hissələrini talayıb aparmaq üçün kisələrə yığdıqdan sonra, “Monza” avtomobil təmiri sexinin sahibi Şahid1, onu tutub saxladığından Təqsirləndirilən şəxs2 oğurlamaq niyyəti ilə kisələrə yığdığı şeyləri atıb hadisə yerindən qaçdığı üçün o, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətə yönəlmiş əməlini başa çatdıra bilməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 300 manat dəyərində əmlakı oğurlamağa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Monza” avtomobil təmiri sexində işləmişdir. O, həmin təmir sexinə 03 dəfə daxil olmamışdır. O, sexə bir dəfə tanışı Elvin ilə birlikdə oğurluq üçün deyil, yararsız əşyaları götürmək üçün getmişdir. O, sexə arxa qapıdan daxil olmuş və 3-4 ədəd krişka götürmüşdür. O, həmin əşyaları satmamış və öz avtomobilinə yerləşdirmişdir. Qeyd etdiyi kimi götürdüyü əşyalar yarasız olmuş, onları oğurluq məqsədi ilə deyil, yararsız və heç kimə lazım olmadığı üçün götürmüşdür. 26 yanvar 2024-cü il tarixdə saat 15:20 radələrində əvvəllər tanıdığı Fazil İbrahimovla birlikdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, "xxxx" MTK, 5 saylı binanın qarşısında olan polis əməkdaşları onu saxlayaraq Sumqayıt ŞPİ-yə gətirmişlər. İdarədə guya üzərində narkotik vasitə olmasını etiraf etməsini ondan tələb etmişlər, ilkin olaraq buna etiraz etdikdə, polis əməkdaşları tərəfindən həm fiziki, həm də psixoloji təsir və təzyiqlərə məruzl qalmışdır. Belə ki, onu döymüşlər, həmçinin barəsində barəsndə daha ağır maddə ilə cinayət işi açılacağını bildirmişlər. O döyülən zaman ayağından xəsarət almışdır. Aldığı xəsarət heç bir yerə qeydə alınmamış və iki gün sonra sərbəst buraxıldıqdan sonra da bununla bağlı heç bir yerə müraciət etməmişdir. O indiyədək heç bir orqana qanunsuz hərəkətlər barədə şikayət verməmişdir. Narkotik vasitəni ona hansı polis əməkdaşının verməsi yadında deyil. Ona qarşı qanunsuz hərəkətlərin törədilməsi barədə vəkilinə də heç nə deməmişdir. Göstərilən halları, həmçinin himayəsində yetkinlik yaşına çatmayan iki uşağı uşağının olmasını nəzərə almağı xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, o, əvvəllər avtomobil elektrik ustası işləmiş, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Təxminən 5 il əvvəl Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən Sumqayıt şəhər sakini Dilavər adlı şəxsə məxsus olan “Monza” avtomobil təmiri servisində işləmiş, Dilavər həmin sexdə olan boksları müxtəlif şəxslərə icarəyə vermişdir. Onun maddi vəziyyəti pis olduğu üçün imkansızlıqdan həmin sexdən oğurluq etməyi planlaşdırmışdır. O, tanışı Təqsirləndirilən şəxs1 oğurluq etməyi bildirmiş, Elvin də ona etiraz etməmiş və onunla birlikdə oğurluq etməyə razılıq vermişdir. Bundan sonra 25 iyul 2023-cü il tarixdə Elvin ilə birlikdə “Monza” avtomobil sexinin həyətindən avtomobil ehtiyat hissələrini və dəmir metalları oğurlamağı planlaşdırmışdır. Ona görə də gecəni Elvinlə birlikdə qalmışlar. Səhər açıldıqdan sonra 26 iyul 2023-cü il tarixdə səhər saatlarında artıq hava işiqlandıqdan sonra Elvin ilə birlikdə “Monza” sexinin qarşısına getmişlər. Sexin qarşı tərəfində gözətçi olduğu üçün sexin arxa tərəfinə keçmişlər. Elvin sexin arxa tərəfində kimsə gələrsə xəbər vermək üçün gözləmiş, o, isə dəmir hasarı bir qədər açaraq içəriyə keçmişdir. O, sexin həyətində bir ədəd kisə taparaq sexdə olan işlənmiş avtomobil ehtiyat hissələrini həmin kisəyə yığmışdır. Bundan sonra hasarın kənarına gedərək ehtiyat hissələrini yığdığı kisəni Elvinə vermişdir. Bundan sonra özü də sexdən çıxmış və Elvin ilə birlikdə kisəni götürmüş və marşrut avtobusu ilə 9-cu mikrorayonda yerləşən metal qəbulu məntəqəsinə getmiş, oğurladıqları avtomobil ehtiyat hissələrini və metal əşyaları İlqar adlı metal qəbul edən şəxsə satmışlar. İlqar ona 58 manat pul vermiş və həmin puldan Elvinə 15 manat pul vermişdir. Bundan iki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə yenə də, oğurluq etmək məqsədi ilə Elvinlə birlikdə “Monza” sexinə getmişlər. Elvin sexin arxa tərəfində gözləmişdir. O, isə dəmir hasarı bir qədər aralamış və sexin həyətinə düşmüşdür. Sexin həyətindəki işlənmiş avtomobil ehtiyat hissələrindən bir neçəsini götürüb kisəyə yığmış və hasarın üstündən Elvinə vermişdir. Bundan sonra özü də sexdən çıxmışdır. Elvin ilə birlikdə oğurladıqları ehtiyat hisələrini İlqar adlı şəxsə 90 manata satmışdır. İlqar ehtiyat hissələrindən bəzilərini almamışdır. Əldə etdikləri gəlirdən o, Elvinə 15 manat pul vermişdir. Bundan sonra özü tək, İlqarın almadığı həmin detalları Sumqayıt şəhəri, İnşatçılar qəsəbəsi ərazisində metal qəbulu ilə məşğul olan Ramil adlı şəxsin yanına aparmışdır. Ramil həmin detallar görə ona 17 manat 50 qəpik pul vermişdir. Bir neçə gün sonra, yəni 04 avqust 2023-cü il tarixdə səhər saatlarında yenə də oğurluq etmə məqsədilə Elvin ilə birlikdə “Monza” sexinə getmişlər. O, sexin arxa tərəfindən hasarı aşmış və sexin həyətinə daxil olmuşdur. Elvin isə əvvəlki qaydada bayırda gözləmişdir. O, müxtəlif avtomobil ehtiyat hisələrini kisəyə yığmışdır. Kisəyə yığdıqdan sonra bayırda səsküy gəldiyini eşitmiş, Elvinin ucadan qışqıraraq qaçması üçün ona işarə etdiyini başa düşmüşdür. O Elvinin yaxalandığını başa düşmüşdür. Ona görə də sakitcə oradan uzaqlaşmışdır. O, fırlanıb sexin arxa tərəfinə keçmiş və bir nəfər yaşlı kişinin Elvini tutub saxladığını görmüşdür. Ona görə də oradan uzaqlaşıb getmişdir. O, “Monza” təmir sexindən hansı əşyaları oğurladıqlarını dəqiq bilmir və təxmini olaraq bildirirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin sexdən “Mersedes” markalı avtomobilə aid olan alüminium materialdan olan 01 ədəd radiator, “Mersedes” minik markalı avtomobilə aid olan alüminium materialdan olan 07 ədəd mühərrik qalofqası oğurlamışlar. xx.xx.2023-cü il tarixdə isə “Mersedes” markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 07 ədəd mühərrik karteri, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, 01 ədəd sürətlər qutusu (komplekt halda), “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş 02 ədəd porşen, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 01 ədəd mühərrik bloku, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, alüminium materialdan olan 04 ədəd mühərrik qalofqası, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, alüminium materialdan olan 01 ədəd mühərrikin ön qapağı (krişkası), “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 04 ədəd peredok qolları, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş dəmir materialdan olan 01 ədəd saffa oğurlamışlar. xx.xx.2023-cü il tarixdə həmin sexdən 01 ədəd “Mersedes” minik markalı avtomobilə aid kondisionerin kompressorunu, 01 ədəd “Mersedes” minik markalı avtomobilə aid starteri, 01 ədəd “Mersedes” minik markalı avtomobilə aid yağ nasosunu, 03 ədəd “Mersedes” minik markalı avtomobilə aid mühərrik karterini və bir neçə istifadəyə yararsız avtomobil ehtiyyat hissələrini oğurlamağa cəhd etmişlər. Bundan başqa o, bir il müddətdir, fasilələrlə narkotik maddələr qəbul edir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qəbirastanlığın yaxınlığında olan zaman təsadüfən rastlaşdığı özünü Balakən rayon sakini kimi təqdim edən tanımadığı şəxsdən 1 ədəd şəffaf selofan bükümdə olan qurudulmuş marixuananı öncədən 200 manat verməklə, qalan 100 manat məbləği isə həmin şəxsin kart hesabına göndərəcəyi ilə razılaşmışdır. Həmin şəxsə 200 manat verərək 01 bükümdə qurudulmuş marixuana almış və əynində olan yaşıl rəngli qış gödəkcəsinin altından geyindiyi qara rəngli gödəkçənin sağ yan cibinə qoyub saxlamışdır. Daha sonra o, həmin qurudulmuş marixuanadan bir az istifadə etmişdir. 26 yanvar 2024-cü il tarixdə saat 15:20 radələrində Sumqayıt şəhəri, 10-cu mkr, Kristal Abşeron, 5 saylı binanın qarşısında əvvəllər tanıdığı Fazil İbrahimovla birlikdə olan zaman onlara mülki geyimdə olan şəxslər yaxınlaşmış və özlərini təqdim edərək Sumqayıt polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis idarəsinə dəvət etmişlər. Polis əməkdaşları həmçinin Fazili də polis idarəsinə dəvət etmişlər və onlar birlikdə idarəyə getmişlər. İdarədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X5 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Müdafiəçi təmin edildikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynində olan yaşıl rəngli qış gödəkcəsinin altından geyindiyi qara rəngli gödəkçənin sağ yan cibinə qoyub saxladığı selofan bükümü çıxarıb təqdim etmiş və içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmçinin gödəkçənin sol yan cibində olan qış papağını çıxarıb təqdim etmişdir. Bundan sonra şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, olduğu bükümlə birlikdə çəkisi 135 qram olmuşdur. Bundan sonra həmin maddə ekspertizaya göndərilməsindən ötrü xüsusi qaydada qablaşdırılıb möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Daha sonra baş təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokolun məzmunu ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onunla qonşuluqda yaşayır. Monza sexinin yaxınlığına Təqsirləndirilən şəxs2la bir dəfə dəmir yığmaq üçün getmişdir. Belə ki, onlar yolda gedəgedə dəmir yığmışlar, həmçinin sexin yanında çölə atılmış dərmiləri götürmüşlər. Lakin, heç vaxt sexə daxil olaraq nəsə götürməmişlər. Sonuncu dəfə yenə dəmir yığan zaman polis əməkdaşları onları tutaraq polis idarəsinə gətirmişlər. O, iki gün Sumqayıt ŞPİ-nin MSY-də qalmış, daha sonra azad olunmuşdur. Ona demişlər ki, burada səninlə bağlı heç nə yoxdur. Lakin, aradan bir ildən artıq müddət keçdikdən sonra onu təkrar dəvət edərək işin məhkəməyə getdiyini bildirmişlər. Göstərilən halları, yəni əsassız cinayət məsuliyyətinə cəlb edildiyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2la qonşuluqda yaşayır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ona Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində, “Dədə Qorqud” restoranının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexindən oğurluq etməyi təklif etmiş, o, etiraz etməmiş və Xəqani ilə birlikdə oğurluq etməyə razılıq vermişdir. Bundan sonra onlar 25 iyul 2023-cü il tarixdə “Monza” avtomobil sexinin həyətindən avtomobil ehtiyat hissələrini və dəmir metalları oğurlamağı planlaşdırdıqları üçün gecəni Xəqani ilə birlikdə qalmışlar. Səhər açıldıqdan sonra 26 iyul 2023-cü il tarixdə səhər saatlarında artıq hava işiqlandıqan sonra O, Xəqani ilə birlikdə “Monza” sexinin qarşısına getmişlər. Sexin qarşı tərəfində gözətçi olduğu üçün sexin arxa tərəfinə keçmişlər. O, kimsə gələrsə məlumat vermək üçün sexin arxa tərəfinə gözləmişdir. Xəqani isə dəmir hasarı bir qədər açaraq içəriyə keçmişdir. Xəqani sexdə olan işlənmiş avtomobil ehtiyat hissələrini kisəyə yığaraq hasarın kənarından ona vermişdir. Bundan sonra Xəqani özü də sexdən çıxmış və onunla birlikdə kisəni götürüb marşurut avtobusu ilə 9-cu mikroprayonda yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Oğurladıqları avtomobil ehtiyat hissələrini və metal əşyaları İlqar adlı metal qəbul edən şəxsə satmışlar. İlqar Xəqaniyə 58 manat pul vermişdir. Əldə etdikləri gəlirdən Xəqani ona 15 manat pul vermişdir. İki gün sonra, yəni xx.xx.2023-cü il tarixdə yenə də, oğurluq etmək məqsədi ilə Xəqani ilə birlikdə “Monza” sexinə getmişlər. Yenə də o, sexin arxa tərəfində gözləmişdir. Xəqani isə dəmir hasarı bir qədər aralayaraq sexin həyətinə girmişdir. Yenə də sexin həyətindəki işlənmiş avtomobil ehtiyat hissələrindən bir neçəsini götürmüş və kisəyə yığaraq hasarın üstündən ona vermişdir. Bundan sonra Xəqani özü də sexdən çıxmışdır. Xəqani ilə birlikdə oğurladıqları ehtiyat hisslərini İlqar adlı metal qəbul edən şəxsin yanına aparmışlar. İlqar apardıqları ehtiyat hissələrinə görə onlara 90 manat pul vermişdir. İlqar apardıqları ehtiyat hissələrindən bəzilərini almamışdır. Əldə etdikləri gəlirdən yenə də, Xəqani ona 15 manat pul vermişdir. Bundan sonra Xəqani İlqarın almadığı həmin detalları başqa şəxsə satmaq üçün özü ilə aparmışdır. Bir neçə gün sonra, yəni 04 avqust 2023-cü il tarixdə səhər saatlarında yenə də oğurluq etmə məqsədilə onlar “Monza” sexinə getmişlər. Xəqani sexin arxa tərəfindən hasarı aşaraq sexin həyətinə daxil olmuşdur. O, isə əvvəlki qaydada bayırda gözləmişdir. Bir az sonra adının Dilavər və həmin sexin sahibi olduğunu sonradan öyrəndiyi şəxs qəflətən ona yaxınlaşmış və onu tutub saxlamışlar. O, Xəqaninin onu eşitməsi üçün qaçıb uzaqlaşmaq məqsədi ilə qəsdən səs-küy salmağa başlamışdır. Dilavər onların oğurladıqları ehtiyat hissələrinin sahibi olan Mütalib adlı şəxsə də zəng edərək yanına çağırmışdır. Bundan sonra həmin şəxslər polisə məlumat vermişlər və onu hadisə yerinə gələn polis əməkdaşlarına təhvil vermişlər. Onlar sexin həyətinə baxdıqda Xəqaninin bir neçə ehtiyat hissələrini yığdığı kisələrin sexin həyətində qaldığını aşkar olunmuşdur. O, “Monza” təmir sexindən hansı əşyaları oğurladıqlarını tam dəqiq deyə bilməsə də, təxmini olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin sexdən “Mersedes” markalı avtomobilə aid olan alüminium materialdan olan 01 ədəd radiator, “Mersedes” minik markalı avtomobilə aid olan alüminium materialdan olan 07 ədəd mühərrik qalofqası oğurlamışlar. xx.xx.2023-cü il tarixdə isə “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, alüminium materialdan olan 7 ədəd mühərrik karteri, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, 01 ədəd sürətlər qutusu (komplekt halda); “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, 02 ədəd porşen, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 01 ədəd mühərrik bloku, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 04 ədəd mühərrik qalofqası, “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş alüminium materialdan olan 01 ədəd mühərrikin ön qapağı (krişkası), “Mersedes” minik markalı avtomobilə aid olan istifadə edilmiş, alüminium materialdan olan 4 ədəd peredok qolları, “Mersedes” minik markalı avtomobilə aidolan istifadə edilmiş dəmir materialdan olan 01 ədəd saffa oğurlamışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini təqsirli bilməsələr də onların təqsirli olmaları özlərinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdır ki, o, Sumqayıt şəhəri, Koroğlu küçəsi, “Əşya” bazarının yaxınlığında yerləşən “Monza” avtomobil təmiri sexində “Mersedes” minik markalı avtomobillərin təmir ustası işləyir, avtomobil təmirində istifadə etdiyi bəzi ehtiyat hissələrini təmir sexinin arxa hissəsində yerləşən, hasarlanmış əraziyə yığıb orada saxlayır. xx.xx.2028-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər həmin yerə daxil olaraq ona məxsus bir çox avtomobil ehtiyyat hissələrini oğurlamışlar. Belə ki sonuncu dəfə xx.xx.2028-ci il tarixdə axşam satlarında həmin əraziyə keçdikdə avtomobil ehtiyyat hissələri həmin yerdə olsa da, xx.xx.2023-cü il tarixdə günorta saatlarında bəzi ehtiyat hissələrini götürmək üçün təmir sexinin arxasında yerləşən sözügedən əraziyə getmiş, bir çox avtomobil ehtiyyat hissələrinin yerində olmadığını və ərazinin dəmir hasarının bir hissəsinin aralandığını aşkar etmişdir. Belə olan halda o, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə naməlum şəxsin və ya şəxslərin dəmir hasarın bir hissəsini aralıyıb içəri daxil olaraq ona məxsus bir çox avtomobil ehtiyyat hissələrini oğurladığını başa düşmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdə günorta saatlarında, təmir sexinin arxa hissəsində yerləşən sözügedən əraziyə keçən zaman yenə bir çox avtomobil ehtiyyat hissələrinin oğurlandığını aşkar etmişdir. Belə olan halda o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il günorta saatlarınadək olan müddət ərzində naməlum şəxsin və ya şəxslərin təkrar sözügedən əraziyə daxil olaraq ona məxsus bir neçə avtomobil ehtiyyat hissələrini oğurldığını başa düşmüşdür. Bu səbəbdən də o, gecə saatlarında pusqu quraraq əmlakını oğurlayan şəxsi və ya şəxsləri təkrar oğurluq etmək üçün gəldikləri halda saxlayaraq polisə təhvil vermək qərarına gəlmişdir. Bu barədə işlədiyi təmir sexinin rəhbəri Şahid1 bildirmiş və ona kömək etməsini xahiş etmişdir. Dilavər onun təklifi ilə razılaşmış və onlar xx.xx.2023-cü il tarixdən etibarən gecə saatlarında “Monza” (Burner) təmir sexinin yaxınlığında növbə ilə gözləməyə qurmağa başlamışlar. xx.xx.2023cü il tarixdə səhər saat 05:05 radələrində Dilavər ona zəng edərək, sözügedən ərazidən oğurluq etmək istəyən şəxsi tutub saxladığını bildirmişdir. O, dərhal Dilavərin yanına getmişdir. Dilavər adının Təqsirləndirilən şəxs1 olduğunu sonradan öyrəndiyi həmin şəxsi təmir sexinin arxa tərəfində tutub saxlamışdır. Dilavər Elvinin tək olmadığını, oğurlayacaqları şeyləri yığıb aparmaq üçün 01 ədəd araba ilə təmir sexinin arxa hissəsində gözlədiyini, digər şəxsin isə ehtiyyat hissələrini yığılmış hasarlanmış əraziyə keçdiyini, ancaq həmin şəxsin səs-küyü eşidib qaçdığını bildirmişdir. Ehtiyyat hissələrini yığılmış əraziyə keçib baxdıqda bir çox avtomobil ehtiyyat hissələrinin kisələrə yığılmış olduğunu görmüşlər. Belə olan halda o, Elvinlə əlbir olan həmin şəxsin bir çox avtomobil ehtiyyat hissələrini oğurlamaq məqsədi ilə kisələrə yığdığını başa düşmüş, ancaq Dilavər, Elvini tutub saxlayarkən yaranan səs-küyü eşitdiyi üçün həmin kisələri atıb qaçmışdır. Elvinlə əlbir olan ikinci şəxsin kim olduğunu soruşduqda Elvin həmin şəxsin əvvəllər avtomobil təmir ustası işləyən Xəqani adlı şəxs olduğunu bildirmişdir. Onlar aralarında olan razılaşmaya əsasən Xəqani avtomobil ehtiyyat hisələrini kisələrə yığmalı və Elvinə verməli, Elvin isə oğurladıqları şeyləri, öncədən gətirdikləri arabaya yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşmalı idişlər. Bundan sonra onlar əraziyə polis əməkdaşlarını çağırıb Elvini polisə təhvil vermişlər. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ona məxsus, 2001-ci il Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 01 ədəd radiator, 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 04 ədəd mühərrik qalofqası (mühərrikin üst qabı); 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 3 ədəd mühərrik qalofqası (mühərrikin üst qabı), xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il günorta saatlarınadək olan müddət ərzində isə ona məxsus olan 2001-ci il, Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən, “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 07 ədəd mühərrik karteri (mühərrikin alt qabı); 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan 01 ədəd sürətlər qutusu (komplekt halda), 2000-ci il Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən “Mersedes C202” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan 02 ədəd porşen, 2001-ci il Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən “Mersedes E210” minik markalı avtomobilə aid, istifadə edilmiş saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 01 ədəd mühərrik bloku, 2001-ci il Almaniya istehsalı olan dizel yanacağı ilə işləyən “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan alüminium materialdan olan 4 ədəd mühərrik qalofqası (mühərrikin üst qabı), 2001-ci il Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən “Mersedes E210” minik markalı avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə alüminium materialdan olan 1 ədəd mühərrikin ön qapağı (krişkası); 2005-ci il Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən “Mersedes E211” minik markalı (dördgöz) avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan 04 ədəd peredok qolları, 2005-ci il Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən “Mersedes E211” minik markalı (dördgöz) avtomobilə aid olan istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, dəmir materialdan olan 01 ədəd saffa oğurlanmışdır. xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində əmlakının oğurlanması nəticəsində ona 600 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il günorta saatlarınadək olan müddət ərzində əmlakının oğurlanması nəticəsində ona 800 manat, ümumilkdə 1400 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixədək xx.xx.2023-cü il tarixə keçən gecə Xəqani və Elvin bir çox avtomobil ehtiyat hissələrini, eləcə də təyinatı üzrə istifadəyə yararsız olan ancaq metal kimi müəyyən qədər dəyəri olan ehtiyat hissələrini oğurlamaq məqsədi ilə kisələrə yığsalar da, Dilavərlə o, həmin şəxslərin qarşısını ala bildikləri üçün Xəqani kisələrə yığdığı, ümumilkdə dəyəri 300 manat olan ehtiyat hissələrini atıb qaçmışlar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsləri bağışladığını, onlara qarşı şikayətinin, tələbinin olmadığını bildirmiş və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o bir neçə ildir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində metal qəbulu məntəqəsi işlədir və aldığı metalları ayrı-ayrı zavodlara satır. 2024-cü ilin yay aylarında Xəqani və Elvin adlı şəxslər onun işlətdiyi, Sumqayıt şəhəri İnşatçilar qəsəbəsi ərazsində yerləşən metal qəbulu məntəqəsinə gedərək, özlərinə məxsus, avtomobil metal hissələrini satmaq istədiklərini bildirmişlər, o da həmin şəxslərə ümumilikdə 200 manat pul ödəyərək gətirdikləri əşyaları almışdır. Həmin əşyaların oğurluq olmasından onun məlumatı olmamışdır. Xəqani və Elvin Sumqayıt şəhəri əşya bazarında usta işlədiklərini, satdıqları əşyların lazımsız olduğunu bu səbəbdən satqdıqlarını bildirmişdirlər. Xəqani və Elvindən aldığı əşyaları digər şəxslərdən qəbul etdiyi metallarla birlikdə ayrı-ayrı zavodlara satmışdır, hal-hazırda həmin əşyalar məntəqədə yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 03 il olar ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində polietilen və metal tullantılar qəbulu məntəqəsi işlətmiş, həmin metal qəbul məntəqəsində aldığı polietilen və metal tullantılarını ayrı-ayrı zavodlara satmış, satdığı metalları zavodların tanımadığı əməkdaşları öz avtomobilləri ilə onun işlətdiyi metal qəbulu məntəqələrinə gəlib aparırmışlar. Təxminən xx.xx.2024-cü il tarixdə günorta saatlarında Xəqani və Elvin adlı şəxslərin onun işlətdiyi, sözügedən qəbul məntəqəsinə gedərək, özlərinə məxsus “Mersedes” markalı avtomobilə aid, dəqiq xatırlamadığı bir neçə ehtiyat hisələrini satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərə ümülikdə 58 manat pul ödəyərək əşyaları almış və Xəqaninin şəxsiyyət vəsiqəsinin şəklini çəkərək mobil telefonunun yaddaşında saxlamışdır. xx.xx.2023-cü il tarixdə Xəqani və Elvin yenidən onun işlətdiyi qəbul məntəqəsinə gələrək özlərinə məxsus “Mersedes” markalı avtomobilə aid dəqiq xatırlamadığı bir neçə ehtiyat hisələrini satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərə ümülikdə 90 manat pul vermiş və onların gətirdikləri əşyaları almışdır. O, sözügedən əşyaların oğurluq olmasından məlumatı olmamış, Xəqani və Elvinin Sumqayıt şəhəri, “Əşya” bazarında usta işlədiyini, satdıqları əşyaların lazımsız olduğu üçün satqdıqlarını bildirmişlər. O, həmin şəxslərdən aldığı əşyaları digər şəxslərdən qəbul etdiyi metallarla birlikdə ayrı-ayrı zavodlara satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Koroğlu küçəsi ərazisində yerləşən “Monza(Bumer)” avtomobil təmir sexinin ona məxsusdur. O, təmir sexində olan boksları ayrı-ayrı şəxslərə icarəyə verir. Təmir sexinin icarədarlarından biri də Zərərçəkmiş şəxsdur. Mütalib avtomobil təmirində istifadə etdiyi bəzi ehtiyyat hissələrini təmir sexinin arxa hissəsində yerləşən hasarlanmış əraziyə yığaraq orada saxlayır. xx.xx.2023-cü il tarixdə Mütalib ona yaxınlaşmış, sexin arxa hissəsində yerləşən ərazidən ehtiyat hissələrinin oğurlandığını bildirmiş və gecə saatlarında pusqu quraraq oğurluq edən şəxsləri saxlayıb polisə təhvil vermək üçün ona köməklik etməsini xahiş etmişdir. O, Mütalibin təklifi ilə razılaşmış və onlar xx.xx.2023-cü il tarixdən etibarən gecə saatlarında sexin yaxınlığında növbə ilə pusqu qurmağa başlamışlar. O, xx.xx.2023-cü il tarixdə səhər saat 05:05 radələrində 1 nəfər kişinin həmin ərazidə dayandığını və ətrafa nəzarət etdiyini, həmçinin tez-tez sexin arxasındakı sözügedən hasarlanmış əraziyə də baxdığını görmüşdür. O, həmin şəxsin oğurluq etmək üçün gəldiyini və tək olmadığını başa düşmüşdür. Dərhal yaxınlaşıb həmin şəxsi tutub saxlamış və Mütalibə zəng etmiş, oğurluq etmək istəyən şəxsi tutub saxladığını bildirmişdir. Mütalib qısa müddət ərzində onun yanına gəlmişdir. O, həmin şəxsin sonradan adının Elvin olduğunu öyrənmiş, həmin şəxsi təmir sexinin arxa tərəfində tutub saxlamış, Elvinin tək olmamış, Elvin və digər şəxs oğurladıqları əşyaları yığıb aparmaq üçün 1 ədəd araba ilə təmir sexinin arxa hissəsində gözləmiş, digər şəxs isə ehtiyyat hissələri yığılmış hasarlanmış əraziyə keçmiş, ancaq həmin şəxsin səs-küyü eşitdikdən sonra qaçmışdır. Onlar ehtiyyat hissələri yığılmış əraziyə keçib baxan zaman bir çox avtomobil ehtiyyat hissələrinin kisələrə yığıldığını görmüşlər. Belə olan halda o, Elvinlə əlbir olan digər şəxsin bir çox avtomobil ehtiyyat hissələrini oğurlamaq məqsədi ilə kisələrə yığdığını, ancaq onun Elvini tutub saxlayan zaman yaranan səs-küyü eşitdiyi üçün həmin kisələri atıb qaçdığını başa düşmüşdür. O, Elvinlə əlbir olan ikinci şəxsin kim olduğunu soruşmuş və Elvin həmin şəxsin əvvəllər avtomobil təmir ustası işləyən Xəqani adlı şəxs olduğunu bildirmişdir. Həmçinin Elvin aralarında olan razılaşmaya əsasən Xəqani avtomobil ehtiyyat hisələrini kisələrə yığdıqdan sonra Elvinə verməli, Elvin isə oğurladıqları əşyaları və öncədən gətirdikləri arabaya yığdıqdan sonra birlikdə hadisə yerindən uzaqlaşmalı idilər. Bundan sonra onlar əraziyə polis əməkdaşlarını çağırmışlar və Elvini polisə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə günorta saatıarında Sumqayıt şəhəri, 10-cu mikrorayon, "xxxx" MTK, 5 saylı binanın qarşısında Təqsirləndirilən şəxs2 yaxınlaşıb özlərini təqdim edərək onun qadağan olunmuş maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və onu Sumqayıt Şəhər Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən onlarla idarəyə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs2 vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmişdir. Daha sonra vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi Təqsirləndirilən şəxs2 təklif olunmuşdur. O da əynində olan yaşıl rəngli gödəkçənin altında geyindiyi qara rəngli gödəkçənin sa yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin maddəni iki gün əvvəl Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan həmin maddə tərəzidə çəkilmiş, zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs2 da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Təqsirləndirilən şəxs2 könüllü olaraq törətdiyi əməli etiraf etmiş, saxlanılarkən və daha sonra heç bir müqavimət göstərməmişdir. Həmçinin polis əməkdaşları tərəfindən ona qarşı hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 və Şahid4 məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçənin cibindən 01 ədəd sellofan bükümdə olan kütləni çıxararaq təqdim etmiş və həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 190-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzrəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 19-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 72-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 2-ci cild 1-2-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan və eyni tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 15:00-da saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə gətirilmiş, daha sonra Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 30-31-ci vərəqələrində olan xx.xx.2024-cü iltarixli təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri öz qüvvəsində saxlanılmış və o MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxansasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxansasına gətirilmişdir. Cinayət işinin 1-ci cild 148-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 174-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzrəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 18-29-cu vərəqələrində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan bitki mənşəli kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Həmin kütlə bükümü ilə birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 135 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 7/159 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd sellofan bağlamadakı təmiz çəkisi 105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 105 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq – 104,9 qram. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ıekspertizaya dair aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 78-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 46-47-ci vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X9 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 156 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsatə və xəsarət izi aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 86-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 104,9 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 105-124-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axarış zamanı qeydə alınmış video görüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 63-64-cü vərəqələrində olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/5555 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən avtomobil ehtiyyat hissələrinin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3940,00 manat müəyyən olunur. Digər qərarda qeyd edilən və tədqiqata təqdim edilən avtomobil ehtiyyat hissələri qərarda göründüyü kimi istifadəyə yararsız olduğu üçün onlar üzrə qiymətləndirmə aparılmadı. Həmin malların ayrı - ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. - 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan radiator - 1 ədəd 130 manat; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrik qalofqası (mühərrikin üst qabı) - 4 ədəd, hər biri 100 manat olmaqla, ümumilikdə 400 manat; 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrik qalofqası (mühərrikin üst qabı) - 3 ədəd, hər biri 100 manat olmaqla, ümumilikdə 300 manat, cəmi 830 manat. - 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrik karteri (mühərrikin alt qabı) - 7 ədəd, hər biri 80 manat olmaqla ümumilikdə 560 manat; 2001-ci il, Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan süfətlər qutusu (komplekt halda) - 1 ədəd 1200 manat; 2000-ci il, Almaniya istehsalı olan benzin yanacağı ilə işləyən, Mersedes C202 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə olan porşen - 1 ədəd 80 manat; 2001-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mercedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrik blok - 1 ədəd 600 manat; 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrik qalofqası (mühərrikin üst qabı) - 4 ədəd, hər biri 100 manat olmaqla, ümumilikdə 400 manat; 2001-ci il, Almaniya istehsalı olan, dizel yanacağı ilə işləyən, Mersedes E210 markalı avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan mühərrikin ön qapağı (krişkası) - 1 ədəd 110 manat; 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən, Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, alüminium materialdan olan peredok qolları - 4 ədəd, hər biri 45 manat olmaqla, ümumilikdə 180 manat, 2005-ci il, Almaniya istehsalı olan, benzin yanacağı ilə işləyən Mersedes E211 markalı (dördgöz) avtomobilə aid, istifadə edilmiş, saz və istifadəyə tam yararlı vəziyyətdə, dəmir materialdan olan sapfa - 1 ədəd 180 manat, cəmi 3.130 manat. Cinayət işinin 2-ci cild 62-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ıekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 223-224-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı ilə hökm dəyişdirilmiş onun cəzası 06 aya endirilmiş, xx.xx.2004-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 1-ci cild 222-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağı var. Təvəllüdləri müvafiq olaraq xx.xx.2010-cu il və xx.xx.2015-ci il. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmə və satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətlərini törətməsi, digər Təqsirləndirilən şəxs1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmə cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin özlərinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyətli ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3 və 234.1-ci maddələri ilə, digər Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxslərin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat dövründə onlara istinad edilən əməlləri könüllü olaraq tam etiraf etmişlər, protokolları və digər sənədləri könüllü olaraq imzalamışlar. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında bildirmişdir ki, narkotik vasitə ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı gün, yəni xx.xx.2024-cü il tarixdə polis əməkdaşları onu döymüşlər. Aldığı xəsarət heç bir yerə qeydə alınmamış və azadlığa çıxdıqdan sonra da bununla bağlı heç bir yerə müraciət etməmişdir. O, indiyədək heç bir orqana qanunsuz hərəkətlər barədə şikayət verməmişdir. Lakin, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 bədəni üzərində xəsatə və xəsarət izi aşkar edilməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 saxlanılan zaman və ya daha sonra hər hansı təsir və təzyiqlərə məruz qalması faktı məhkəmə tərəfindən müəyyən edilməmişdir, bu hal yalnız təqsirləndirilən şəxsin iddialarından ibarət olmuş və həmin iddianın doğruluğu öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişlər. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara təqsirli bilndikləri Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, həmçinin ailəli olmaqla himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı tutulduğu 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək 02 (iki) gün, 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, 03 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə 05 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 16 noyabr 2024cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 623 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən digər Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, həmçinin ilk dəfə məhkum edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, ağırlaşdırıcı halların olmaması, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29.177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən onun 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 104,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə-əmtəəşanaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, məhkəmə-biolojiekspertizası tədqiqatının xərci 78 (yetmiş səkkiz) manat isə Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 30 saata görə 180 (yüz səksən) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3 və 234.1-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29.177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək 02 (iki) gün, 26 yanvar 2024-cü il tarixdən 28 yanvar 2024-cü il tarixədək 02 (iki) gün, 03 may 2024-cü il tarixdən 04 may 2024-cü il tarixədək 01 (bir) gün, ümumilikdə 05 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29.177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06 avqust 2023-cü il tarixdən 08 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 104,90 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının xərci – 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 30 saata görə 180 (yüz səksən) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-80/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-80/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver