Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-800/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,257 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin əməkdaşları tərəfindən 09 oktyabr 2025-ci il tarixdə saat 15:10 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 41A məhəllə, 4B saylı evinin yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzəri yoxlanılan zaman əynindəki gödəkçənin sağ yan cibində saxladığı 01 ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,257 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda yəni, 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,383 qram çəkidə ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamışdır. Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nın əməkdaşları tərəfindən 18 noyabr 2025-ci il tarixdə saat 16:06 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Xəzər bağlar massivi, FHN-nin X10 Xidmətinin Sumqayıt şəhər X8 yaxınlığında olduğu zaman saxlanılaraq həmin yerdə üzəri yoxlanılan zaman əynindəki şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,383 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən iki dəfə saxlanılmışdır. Birinci dəfə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, məhəllə 41A ünvanında olarkən 5-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona üzərində narkotik vasitə daşınmasında şübhəli olduğunu bildirərək üstünü yoxlayacaqlarını söyləmişlər. O, da üzərində olan bir büküm metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar edilmiş metamfetamini Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən aldığını bildirmişdir. İkinci dəfə isə xalası oğlugilə gedərkən Sumqayıt şəhəri FHN-nin X10 Xidmətinin Sumqayıt şəhər X8 yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, saxlanılan zaman üzərində bir büküm metamfetamin olmuş və həmin bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümü isə Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdı. Məhkəmənin sualına cavab olaraq təxminən bir ildir ki, metamfetamin adlı psixotrop maddədən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı təzyiq və ya təsir göstərilmədiyini bildirmişdir. Bundan başqa, 5-6 aydır ki, ailəsindən ayrıldığını, uşaqlarına vaxtı-vaxtında aliment ödədiyini və bununla bağlı qəbzlərinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son söz olaraq əməlindən peşman olduğunu söyləmiş və məhkəmədən barəsində amnistiya qərarının tətbiq edilməsini xahiş etmiş, buna dair ərizəsini də məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə, həmin gün saat 15:10 dəqiqədə Sumqayıt şəhəri, 41A məhəllə, 4B saylı evin yaxınlığında piyada hərəkətdə olarkən onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini söyləmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya varsa, təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Onlar həmin bükümə baxış keçirən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş büküm elektron tərəzidə çəkilmiş və onun çəkisinin 0,31 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop vasitəni Bakı şəhəri Binəqədi rayonu ərazisində adını bilmədiyi, üzdən tanıdığı şəxsdən 12 manata şəxsi istifadəçisi üçün aldığını demişdir. Həmin büküm, Təqsirləndirilən şəxs məxsus telefon zərflərə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-yə getmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin inzibati binasında təhqiqatçı qablaşdırılmış zərfi təhqiqatçıya təqdim etmişlər. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərflər təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsinə uyğun olaraq eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞnın əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə xx.xx.2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 16:06 radələrində Təqsirləndirilən şəxs və Şahid3 Sumqayıt şəhəri, Xəzər bağlar massivi, FHN-nin X10 Xidmətinin Sumqayıt şəhər X8 yaxınlığında piyada hərəkətdə olarkən saxlamışlar. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra onun üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş predmet və əşya varsa, təqdim etməsini təklif etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Təqdim edilmiş büküm elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,42 qram olması müəyyən edilmişdir. Daha sonra həmin büküm zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin kütləni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin psixotrop maddəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerdən tapdığını və şəxsi istifadəçisi üçün üzərində saxladığını söyləmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs yanında olan şəxs Şahid3 üzəri yoxlanılmışdır. Üstünü yoxlama əməliyyat tədbiri başa çatdıqdan sonra onlar birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişlər. Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyam təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olmadığını bildirmişdir. O, özünə məxsus olan “Huavei” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan sonra isə o, üzərində müvafiq qeydlər aparılmış və DİN-nin möhürü ilə möhürlənmiş 1 ədəd ağ rəngli kağız zərfi təqdim etmiş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təqdim edilmiş zərf təhqiqatçı tərəfindən götürülmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili Şahid4 ifadəsi elan edilməklə tədqiq edilmiş, müəyyən olunmuşdur ki, şahid məhkəmə iclasında ifadə vermiş Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16:06 radələrində o, tanışı Təqsirləndirilən şəxsla FHN-nin X10 Xidmətinin Sumqayıt X8 arxasında olan zaman mülki geyimli şəxslər onlara yaxınlaşıb, polis əməkdaşları olduqlarını deyərək, xidməti vəsiqələrini göstərib özlərini onlara təqdim etmişlər. Onların üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduqlarını deyib, hüquqlarını izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşmuşlar. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitəni tərəzidə ölçərək 0,42 qram olmasını müəyyən etmişlər. O, əynində olan şalvarının sağ yan kiçik cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi bir büküm psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək 0,39 qram olması müəyyən olunmuş və qablaşdırılmışdır. Həmçinin, sənədləşmə işləri aparmaq üçün onlarla birlikdə Sumqayıt ŞPİ-yə gəlmişdir. Polis Bölməsində otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X1 iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində olan “Samsung” markalı telefonu təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan psixotrop maddə olan metamfetamin bir daha onun iştirakı ilə elektron tərəzidə ölçülmüşdür. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Həmin psixotrop maddəni Abşeron rayonu, Saray qəsəbəsində yerdən tapmış, narkotik vasitə olduğunu bildiyindən şəxsi istifadəsi üçün götürmüşdür. Hazırda barəsində Sumqayıt ŞPİdə cinayət işi üzrə istintaq aparılmaqdadır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v.1) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokola və həmin əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi zamanı qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və Şahid3 qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncular xx.xx.2025-ci il tarixdə, saat 16:06-da Sumqayıt şəhəri, FHN-nin X10 Xidmətinin Sumqayıt şəhər X8 yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılmışlar. Onlara hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmişdir. Sorğu zamanı kütlənin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin kütlənin “patı”, yəni metamfetamin olduğunu, Abşeron rayonu, Saray qəsəbəsindən tapdığını və öz istifadəsi məqsədi ilə götürdüyünü bildirmişdir. Həmin kütləyə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram olması müəyyən olunmuşdur. Daha sonra saxlanılan Şahid3 əynində olan qara rəngli cins şalvarın sağ balaca cibindən şəffaf sellofana bükülmüş kütləni təqdim etmiş, sorğu zamanı kütlənin nə olduğu soruşulduqda Şahid3 el arasında “patı”, yəni metamfetamin olduğunu Abşeron rayonu, Saray qəsəbəsindən tapdığını və öz istifadəsi məqsədi ilə götürdüyünü bildirmişdir. Həmin kütləyə baxış zamanı içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,39 qram olması müəyyən olunmuşdur. (i.v.8-9) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:06 radələrində Sumqayıt şəhəri, FHN-nin X10 Xidmətinin Sumqayıt şəhər X8 arxasında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə götürülməsi qərara alınmışdır. (i.v. 29) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokola və şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış davam etdirilən zaman onun üzərindən başqa qanunla qadağan olunmuş əşya, maddə və predmet aşkar edilməmişdir. Daha sonra Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli Daxili İşlər Nazirliyinin 124 saylı möhürü ilə möhürlənmiş bir ədəd zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:06-da saxlanılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxardıb təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğunu bildirmiş, baxış zamanı onun üzərindən aşkar edilən və təqdim etdiyi zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristalşəkilli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə elektron tərəzidə çəkilmiş və çəkisinin büküldüyü sellofanla birlikdə 0,42 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin maddəni xx.xx.2025-ci il tarixdə gündüz saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. (i.v.31-32) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/1017 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,383 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edildi 0,383 qram, nümunə götürüldü 0,05 qram, 0,333 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində müəyyən edilmişdir. (i.v.42-46) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.57-58) Qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı Sumqayıt Şəhər Polis İdarəsinin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. (i.v 72-73) Cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, istintaq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəsi ilə davam etdirilmişdir. (i.v 75) Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v 77) Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirməsi, qəbulu və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025ci il tarixdə, saat 15:10-da Sumqayıt şəhəri, 41A məhəllə, ev 4B-nin yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmasından əvvəl, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli gödəkçənin sağ yan cib hissəsindən 01 (bir) ədəd qara rəngli şəffaf sellofan bükümdə “metamfetamin”ə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və ya predmet olub-olmaması soruşulmuş və üzərində olan əşyaları təqdim etmək təklif edilmişdir. Əlavə olaraq 01 (bir) ədəd “Huavei” markalı mobil telefon götürülərək ağ rəngli zərfə qablaşdırılmışdır. Təqdim edilmiş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 0,31 qram olmuşdur. (i.v 82-83) Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:10-da Sumqayıt şəhəri, məhəllə 41A, bina 4B-nin yaxınlığında tutulmuşdur. (i.v 94) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və psixotrop maddə aşkar edilərsə götürülməsi qərara alınmışdır. (i.v. 101) Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokola və şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs PB-yə gətirildikdən sonra xidməti otaqların birində saat 15:16-dan 16:01-dək onun üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz əşyanın olmadığını bildirmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa qanunla qadağan olunmuş əşya, maddə və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərindən çıxardığı psixotrop maddənin polis əməkdaşları tərəfindən götürüldüyünü, həmin bükümü xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı “yetim” kimi çağırılan şəxsdən 01 (bir) ədəd büküm psixotrop maddəni 12 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. (i.v.102-103) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 20/900 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm narkotik vasitəyə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki 01 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,257 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edildi 0,257 qram, nümunə götürüldü 0,03 qram, 0,227 qram kütlə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat məbləğində müəyyən edilmişdir. (i.v.112-116) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona ittiham elan edilmişdir. (i.v.126-127) Qətimkan tədbiri seçilməsi və təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v 139-140) Maddi sübut kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,257 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatdan sonra 0,227 qram qalığı cinayət işinə əlavə edilməklə məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, videogörüntüləri əks etdirən bir ədəd diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır.(i.v.142) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(060)-158/2024 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-370/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 27 (iyirmi yeddi) gün hissəsi 05 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. (i.v 148-150) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(060)-158/2024 nömrəli qərarı ilə cəzası 05 (beş) ay 13 (on üç) gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v.151-152) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 şəxsin Ambulator X3 barədə xx.xx.2025-ci il tarixli, 6741 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i.v.155-156) Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihama dəyişikliklər edilməklə ona Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v 173-174) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,383 qram olan metamfetamin maddi sübut kimi tanınmış və kimyəvi tədqiqatdan sonra qalıq qalmış 0,333 qram çəkidə metamfetaminin saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi, videogörüntülər olan disklərin maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılması qərara alınmışdır. (i.v. 195) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,590 (0,257+0,333) qram psixotrop maddə olan metamfetamin, həmçinin Təqsirləndirilən şəxs üzərinə əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına, şəxsi axtarış və götürmə aparılması ilə bağlı videogörüntüləri özündə əks etdirən üç ədəd diskdə olan videogörüntünün maddi sübut hesab edilməsi, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış psixotrop maddə olan metamfetaminin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi nəzərə alınmış, 03 (üç) ədəd DVD disklərdə videogörüntü cinayət işinin materiallarında saxlanılmışdır. (i.v.208-217) Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən və “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Ələkbərli Hüseyn və xx.xx.2015-ci il təvəllüdlü Ələkbərli Banu adlı uşaqları vardır. Məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə 160 manat, xx.xx.2025 160 manat məbləğində aliment ödənişini X5 ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan təkrarən qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, əməliyyataxtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, həmçinin şəxsi axtarış və təqdim olunmuş əşyaya baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs öhdəsində iki azyaşlı uşağının olması müəyyən edilmiş və bu səbəbdən də “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinin onun barəsində tətbiq edilməsi əsasları yaranmışdır. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6-cı bəndinə əsasən “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Həmin Qərarın 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Həmin Qərarın 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinə uğun olaraq Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını, həmin qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin onun barəsində müəyyən edilməməsini və cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə müdafiə tərəfinin razılığının olmasını nəzərə alaraq hesab edir ki, qeyd edilən Amnistiya qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilərək o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X9 X3 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 6741 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,227 qram və 0,333 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının xərci cəmi 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən) 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 356, 381 və 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16 və 5.1ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,227qram və 0,333 qram psixotrop maddə olan metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 126 (bir yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 187 (bir yüz səksən yeddi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №1(060)-800/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-800/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver