Məhkəmə qərarları › İş №1(060)-803/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-803/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-803/2022 13.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Xüsusi ittihamçı: X2 iştirakı ilə, X3 və X6 barələrində X4 xüsusi ittiham qaydasında ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında ərizə ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətin icraata götürülməsini və işə baxılaraq həmin şəxslərin barəsində əməllərinə uyğun şəkildə tədbir görülməsini xahiş etdi. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında ərizənin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikasının CPM-nin 293.3.1-293.3.6-cı maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, X7 xüsusi ittiham qaydasında ərizə ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-742/2022 saylı və xx.xx.2022-ci il tarixli, 1(060)-774/2022 saylı qərarları ilə X3 və X6 barələrində X5 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qərarlarda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməməsi göstərilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-742/2022 saylı qərarı ilə xx.xx.2022-ci il taixdə verilmiş şikayətin icraat götürülməsindən ona görə imtina olunmuşdur ki, X9 və X10 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onların Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrıayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan əməl oması ayrılıqda göstərilməmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxsin tələbi məlum deyildir. Şikayətin məzmununda CM-nin maddəsi göstərilsə də nəticədə məhkəmədən nəyin istənildiyi məlum deyildir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 hansı əməli törətməsi şikayətçi tərəfindən bildirilməmişdir. Həmçinin barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin ünvanı da düzgün qeyd edilməmişdir. Şikayətin məzmunu CPM-nin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)-774/2022 saylı qərarı ilə xx.xx.2022-ci il taixdə verilmiş şikayətin icraat götürülməsindən ona görə imtina olunmuşdur ki, X7 həmin ərizənin əvvəlində barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin ünvanını qeyd etməklə yenidən məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsinə əsas olmuş nöqsanları aradan qaldırmamış, məhkəmədən nə istədidiyini aydın şəkildə ifadə etmədən, X1 hansı əməli törətməsi barədə sübutları şikayətə əlavə etmədən yenidən həmin ərizəni məhkəməyə təqdim etmişdir. X7 xüsusi ittiham qaydasında ərizə ilə xx.xx.2022-ci il tarixdə üçüncü dəfə məhkəməyə müraciət etmiş, ərizənin əvvəlində ərizənin xüsusi ittiham qaydasında verildiyi göstərilsə də, yenə də xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu ilə bağlı tələblərə əməl etməmiş, əvvəlki qərarlarda göstərilən nöqsanları aradan qaldırmamışdır. Şikayətçinin nə istədiyi, kimin Azərbaycan Respublikası CM-nin hansı maddəsi ilə məsuliyyətə mcəlb edilməsini istəməsi, bunun üçün hansı sübutların olması və s. məlum deyildir. Müraciətin ancaq adından xüsusi ittiham qaydasında şikayət olduğunu güman etmək olur, mətnində isə şikayətçi məruz qaldığı hadisələri nəql edir və kömək istəyir. Məhkəmədən istədiyi köməyin nədən ibarət olduğu, barələrində şikayət verilmiş şəxslərlə bağlı hansı tələbinin olması, onlar barəsində hansı cinayət-hüquqi tədbirlərin görülməli olması başa düşülmür. Əvvəlki qərarlarda da göstərildiyi kimi, yenə də şikayətin məzmunu CPM-nin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Məhkəmə bir daha qeyd edir ki, göstərilənlər ümumilikdə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina üçün əsasdır. Bu formada və məzmunda olan ərizə xüsusi ittiham qaydasında şikayət kimi qəbul edilib icraata götürülə bilməz. Məhkəmə xüsusi ittihamçıya bir daha izah edir ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmunu ilə, həmçinin icraata götürülməsi ilə bağlı Qanunda konkret tələblər mövcuddur, buna o da əməl etməlidir. Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda qeyd olunan əvvəlki qərarlarında göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Xüsusi ittiham qaydasında ərizənin icraata götürülməsi üçün qanuni əsaslar yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 və X6 barələrində X5 xüsusi ittiham qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar