Məhkəmə qərarları › İş №1(060)-804/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-804/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-804/2023 15.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsili, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla tutulana qədər Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq ümumilikdə 14,698 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 0,258 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri 76-cı məhəllə, mis zavodunun yaxınlığında yerləşən fərdi evdə saxlamış, narkotik vasitə qurudulmuş marixuanadan bir büküm, 7,58 qram ayıraraq 04 iyul 2023-cü il tarixdə saat 22 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, mis zavodunun yaxınlığında yerləşən fərdi evdə 30 manat pul müqabilində qanunsuz olaraq Şahid1 satmış, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasında həmin tarixdə, saat 18:53 radələrində yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, Mis zavodunun yaxınlığında yerləşən fərdi evdə keçirilmiş axtarış zamanı mənzilin yataq otağında çarpayının yanında ola dolabın üzərindən bir ədəd 2 ml-lik şprisin içərisində həcmi 1,4 ml-lik qəhvəyi rəngli maye halında, quru maddəsinin təmiz çəkisi 0,258 qram olan narkotik vasitə heroin və dolabı üzərində olan kül qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə 0,600 qram çəkidə, mənzilin mətbəxində olan zibil qutusunun içərisindən bir ədəd kibrit qutusunda 6,510 qram çəkidə tərkiblərinə görə Şahid1 satdığı narkotik vasitə ilə eynilik təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şahid1 uzun müddətdir ki, tanıyır. Belə ki, Əmrahın vəfat etmiş qardaşı Samir onun uşaqlıq dostu olmuşdur. Təxminən 10 ildir ki, o, narkotik vasitələrin müxtəlif növlərindən, ən çox marixuana və heroindən istifadə edir. 04 iyul 2023-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən narkotik vasitə olan marixuana və “kokos" da adlanan narkotik vasitə olan heroini 60 manata almış, həmin gün aldığı heroindən yarısını istifadə etmişdir. Axşam saatlarında tanışı Əmrah ona zəng elmiş, ondan narkotik vasitə olan “nəşə”, yəni marixuananın olub-olmadığını soruşmuş, o da marixuana olduğunu dedikdə Əmrah ona da verməyini xahiş etmişdir. Əmrah ilə danışıqlarından neçə dəqiqə sonra Əmrah onun yaşadığı ünvana gəlmişdir. Əmraha bir kibrit qutusu miqdarında təxminən 7-8 qram narkotik vasitə marixuananı pay vermişdir. Bunun müqabilində Əmrahdan hər hansı pul vəsaiti almamışdır. 05 iyul 2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvana gəlib evdə axtarış aparılmağı ilə bağlı Sumqayıt şəhər Məhkəməsinin qərarını təqdim etmişlər. Evində keçirilən axtarış zamanı yaşadığı evdə, yaşadığı otaqda şpiristdə istifadə etmək üçün hazırladığı narkotik vasitə heroin, kül qabından 01 büküm, yaşadığı evin mətbəxində zibil qabına atdığı bir kibrit qutu dolu marixuana aşkar edilərək götürülmüş, o, Sumqayıt ŞPİ-ə dəvət edilmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi ona təklif edilmişdir. Üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, təxminən 1 ildir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 04 iyul 2023-cü il tarixdə əvvəldə tanıdığı Elşənə zəng vuraraq, onda marixuana olub-olmadığını soruşub. Elşən onda marixuana olduğunu bildirdikdən sonra təxminən saat 22 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Mis zavodunun yaxınlığında olan fərdi evdə yaşayan Elşənin yaşadığı ünvana getmiş, ondan bir büküm narkotik vasitə olan marixuana almışdır. Bunun müqabilində Elşənə 30 manat pul vermişdir. Əslində Elşən ondan pul istəməmiş, o Elşənin pula ehtiyacı olduğunu hesab edərək pulu ona vermişdir. O, Elşənin evindən çıxaraq piyada Sumqayıt şəhəri istiqamətində gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını demiş, xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmişlər. Üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlar onu Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə dəvət edərək gətirmişlər. Polis Bölməsindəki otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkilin iştirakı ilə və onun razılığı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki üzərində ağ xətləri olan, boz rəngli parça şalvarın sağ yan cibində saxladığı şəffaf rəngli selofan kəsiyinə bükülmüş, içərisində narkotik vasitə olan marixuana, həmin şalvarın sağ yan cibində olan bir ədəd 1 manatlıq əskinazı və 2 ədəd 20 qəpiklik pulları polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə onun iştirakı ilə elektron tərəzidə ölçülüb 8,15 qram olması müəyyən olunmuşdur. O, həmin narkotik vasitədən heç kinmə satmamış və ya verməmiş, həmin narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər sakini Şahid1 mütəmadi olaraq narkotik vasitənin qəbulu, satışı, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 04 iyul 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, Sumqayıt ŞPİ 5-ci PB-nin CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 da iştirak edirmiş, bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Şahid1 cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 10 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra onu Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Mis zavodunun yaxınlığında piyada hərəkət etdiyini müşahidə etmişlər. Bundan sonra əməliyyat qrupunun üzvləri olaraq birlikdə qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb hər iki tərəfdən əllərini möhkəm tutaraq onu hərəkətsiz hala gətirmişlər. Sonra özlərini ona təqdim edərək üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə özləri ilə Sumqayıt ŞPİ-nin 5-ci PB-ə aparılacağını ona bildirmişlər. Bundan sonra müqavimət göstərmədən onlara avtomobilə mindikdən sonra Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına gətirilmişdir. Polis Bölməsində Şahid1 baş təhqiqatçı Zaur Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və onlar polis əməkdaşlarının iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışın gedişatı videokamera ilə çəkilmişdir. Şəxsi axtarış zamanı baş təhqiqatçı Zaur Ağayev tərəfindən Şahid1 üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə onu könüllü surətdə verməsi təklif olunmuş və bu zaman Şahid1 əynində olan üzərində ağ xətləri boz rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş kütləni və həmin şalvarın sağ yan cibindən 1 ədəd 1 manatlıq pul əskinazını, 2 ədəd 20 qəpik pulları təqdim etmişdir. Həmin bükülünü açdıqda içərisində tünd-yaşıl rəngli, ol halında, spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunmuş, ondan həmin bükümdə olan kütlənin nə olduğu soruşulduqda Şahid1 həmin kütlənin narkotik vasitə olan "marixuana" olduğunu bildirmiş, həmin narkotik vasitəni xx.xx.2023-cü ıl tarixdə axşam saatlarında şəxsi istifadəsi üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Mis zavodunun yaxınlığında yaşayan tanıdığı Elşən adlı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini etiraf etmişdir. Üstündən aşkar edilib götürülmüş 1 ədəd narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəzidə çəkilərək kütlənin çəkisi 8,15 qram müəyyən edilmişdir. Bundan sonra keçirilmiş əməliyayt axtarış tədbirlərinin zamanı Elşən adlı şəxsin Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və məhkəmə qərarı əsasında sonuncunun evində axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evindən yataq otağında şpiristdə istifadə etmək üçün hazırladığı narkotik vasitə olan heroinə bənzər maddə, həmin otaqda kül qabından 01 büküm, yaşadığı evin mətbəxində zibil qabıına atdığı bir kibrit qutusu dolu narkotik vasitə qurdulmuş marixuanaya bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Daha sonra, o, Sumqayıt ŞPİ-ə dəvət edilmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgəı vardırsa həmin əşyanı təqdim etməyi ona təklif edilmişdir. Üzərində narkotik vasitə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanadan 7-8 qramını Əmraha pay verdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə verdilər. Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə, saat 22:30-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə, saat 22:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Mis zavodunun yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xidməti otağında saat 00:09-da ekspert-kriminalist tərəfindən «Panasonic» markalı videokamera işə salınmış və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət.Şahid1 üzərindən aşkar olunmuş 1 büküm kütlə yazılar və imzalar olan zərfdə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 7,5888 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən fərdi yaşayış evində axtarış aparılmasına icazə verilmişdir. “Axtarış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən fərdi yaşayış evində axtarış aparılmış, axtarış zamanı yataq otağında, otağa giriş hissədən sağ tərəfdə çarpayının yanına qoyulmuş dolabın üzərindəki kül qabıddan 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər maddə aşkar edildi. E Zeynalov bildirdi ki, bu narkotik vasitə olan “marixuana”dır. Həmin dolabın üzərində 01 ədəd şprisdə içərisində qəhvəyi rəngli maye halında olan məhlul aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, bu həmin məhlulu narkotik vasitə “kakos”dan hazırlanmış məhluldur ki, istifadə etsin. Daha sonra mənzilin mətbəxindən zibil qutusundan 01 ədəd kibrit qutusunda bitki tərkibli, spesifik iyə malik kütlə aşkar edildi. Təqsirləndirilən şəxs bildirdi ki, həmin kütlə ona məxsusdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:00-da Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, əhəmiyyəti olan predmetlərin, əşyaların və bilavasitə narkotik vasitələrin Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Mis zavodunun yaxınlığında olan fərdi evdə Təqsirləndirilən şəxs tərəfindən saxlanılmasına və gizlədilməsinə güman etməyə kifayət qədər əsas verdiyindən, həmin mənzildə axtarış və götürmə aparılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdimat verilmiş və təqdimat Sumqayıt şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun 05 iyul 2023-cü il tarixli qərarı ilə təmin edildiyindən Təqsirləndirilən şəxs məxsus fərdi evdə axtarış keçirilmişdir. Axtarış istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məxsus Sumqayıt şəhəri 76- -əhəllə ərazisində Mis zavodunun yaxınlığında olan fərdi yaşayış evindən narkotik vasitəyə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “1) Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 1№-li zərfdə 1 ( ədəd kibrit qutusunda təmiz çəkisi-6,510 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “1)Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan 2№-li zərfdə 1 ədəd sellofan bükümdə təmiz çəkisi-0,600 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş MEM-nə məxsus 1 ədəd qəhvəyi rəngli kağız paketdə üzərində “Vət.Şahid1 üzərindən aşkar olunmuş 1 büküm kütlə ” yazılar və imzalar olan zərfdə 1 ədəd sellofan bükülüdə təmiz çəkisi 7,568 qram (ilkin tədqiqat zamanı təmiz çəkisi 7,588 qram olmuşdur) marixuana ilə Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün nömrə 124” dairəvi möhür əksləri, soyad və imzalar olan bir ədəd zərfdə bir ədəd 2 ml-lik şprisin içərisində həcmi 1,4 ml-lik qəhvəyi rəngli maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin təmiz çəkisi 0,258 qramdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. “Üzləşdirmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri bir-birinin üzünə qarşı demişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(060)-261/2023 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 02 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarının 1.1-ci bəndi ilə cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə cəzası 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 05 ay 10 gün vaxtndan əvvəl şərti azad olunmuşdur. xx.xx.2021-ci ildə cəzanın müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 05 ay 10 gün azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixində MTCM 6 keçirilmişdir. xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.2-ci bəndinə əsasən cəzadan azad olunub. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 4369 saylı, xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiycı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixl qərara əsasən cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işindən, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə başqa cinayət işi ayrılaraq ayrıca icraata qəbul edilmiş, cinayət işinə istintaq materiallarının surəti əlavə olunmuş və ayrılan cinayət işi ********* statistik nömrə ilə qeydə etdirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən 05 iyul 2023-cü il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən təmiz çəkisi 7,110 qram qurudulmuş marixuana, təmiz çəkisi 1,4 ml (0,258 qram) narkotik vasitə heroin məhlulu və 01 ədəd disk iş üzrə mühüm əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakl çəkisi 7,070 qram qalmış qurudulmuş marixuana, çəkisi 0,8 ml qalmış heroin məhlulu təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, iş üzrə maddi sübut hesab edilməyən Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefonun təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması nəzərə alınmış, ittihamı təsdiq edən Təqsirləndirilən şəxs qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarış axtarış aparılması, baxış keçirilməsi, üzləşdirmə, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi, əlavə kompleks-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından, həmin cinayət işi üzrə sübutlar kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs heç vaxt narkotik satmaması, 7,5888 qram qurudulmuş marixuananı Şahid1 Mötəbər oğluna pulsuz verməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət işi üzrə özünü qismən təqsirli bilməsinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Odur ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu narkotik maddələrin satışı ilə məşğul olmaması və digər xüsusatlara dair ifadəsi işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübut kimi qəbul edilməməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyii cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclaslarında səmimi olmamışdır. Belə ki, Şahid1 də məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni alarkən ona 30 manat pul verdiyini təsdiqləmişdir. Məhkəmə bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Bununla yanaşı nəzərə alınır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə əməliyyat tədbirini keçirən orqanın əməkdaşlarının verdiyi ifadələr, həmçinin Şahid1 narkotik vasitəni 30 manat pulun müqabilində Təqsirləndirilən şəxs alması barədə ifadəsi bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik maddələrin satışı ilə məşğul olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, onun narkotik maddə istifadə etməsi və başqa şəxslərə narkotik maddə satması nəzərə alınaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut kimi saxlanılan 7,070 qram qurudulmuş marixuana və 0,8 ml. heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 152 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 16 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində iş üzrə maddi sübut kimi saxlanılan 7,070 qram qurudulmuş marixuana və 0,8 ml. heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 152 (yüz əlli iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs qızna “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 16 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar