Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-805/2021 29.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,105 qram, 0,060 qram, 0,058 qram, 0,059 qram və 0,06 qram olmaqla, ümumi çəkisi 0,342 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,06 qram psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,277 qram narkotik vasitə qurudulmuş marixuana və bir ədəd 0,04 qram çəkidə metadon həbi əldə edib daşıyaraq üzərində saxlamış, 04 sentyabr 2021-ci il tarixdə, saat 19 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Diva SPA” otelin qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə heroin, psixotrop maddə metamfetamin, narkotik vasitə qurudulmuş marixuana və sintetik narkotik vasitə metadon həbi onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd kağız bükümün içərisindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əməklə məşğul olur, əvvəllər məhkum olunmamışdır. 04.09.2021-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 17- ci mikrorayon ərazisində olan zaman polis əmakdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu Sumqayıt şəhər Polis İdarəsinə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti ilə polis idarəsinə getmişdir. Polis İdarəsində ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o hüquqlarının vəkil Rəşad İldırımzadə tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Sonra təhqiqatçı ona üzərində şəxsi atxarış keçirəcəyini bildirmiş və o buna etiraz etməmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyduğu, ağ rəngli kağıza bükülmüş içərisində 12 ədəd büküm olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin kağız büküm açılan zaman orada 8 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 02 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə və bir ədəd narkotik həb olan metadon aşkar olunaraq götürülmüşdür. Narkotik vasitələrin satışı ilə məşğul olur, belə ki ucuz qiymətə almış olduğu narkotik vasitələri baha qiymətdə satmaqla, öz şəxsi istifadəsi üçün narkotik vasitə almaq məqsədilə pul əldə edir. Onun üzərindən aşkar olunmuş narkotik vasitələr ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. 04.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, istifadə və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raporta müraciət edilərək Təqsirləndirilən şəxs cinayət başında yaxalamaq üçün müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Raport əsasında əməliyyat-istintaq qrupu yaradılmış və o həmin qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs 04.09.2021-ci il tarixdə, saat 19 radələrində tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş və Təqsirləndirilən şəxs onların tərəfindən saat 19:15də Sumqayıt şəhəri, 17-ci mikrorayon, “Diva Spa” otelin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması, istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu deyib onlarla birlikdə Sumqayıt ŞPİ-nə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sumqayıt ŞPİnə gəlmişdir. Orada Təqsirləndirilən şəxs Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkillərinin siyahısını təqdim edilmişdir. Təqsirləndirilən şəxs siyahını nəzərdən keçirib hüquqlarının müdafiəçi Rəşad İldırımzadə tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Sonra ona üzərində şəxsi axtarış aparılmasının zəruriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Şəxsi atxarış keçirilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd ağ rənglə kağıza bükülmüş bükülünü təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin kağızın içərisinə baxış keçirilən zaman orada 07 ədəd bükümdə narkotik vasitə heroin, 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd metadon həbi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri və psixotrop maddələrinin hər bir bükümü 20 manat olmaqla, öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Rəfail Musayev və Şahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi 05.09.2021-ci il tarixli, 6/3887 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 124” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs ... psixotrop maddə...” yazı və imzalar olan zərfdə 1 ədəd F/M 40 yazılan qəhvəyi rəngli, dairəvi formalı həb sintetik narkotik vasitə-metadondur. Üzərində olan göstəricilərə əsasən 1 ədəd həbdə metadon təsir maddəsinin miqdarı 0,04 qramdır. Üzərində “Təqsirləndirilən şəxs... narkotik vasitə...” yazı və imzalar olan zərfdə 5 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,105 qram, 0,060 qram, 0,058 qram, 0,059 qram və 0,06 qram olmaqla, ümumi çəkisi 0,342 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Həmin zərfdə olan 3 ədəd içəirisi boş sellofan kəsiyində narkotik vasitə olan heroini izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Qeyd: heroinin ümumi çəkisi-0,342 qram, tədqiqata sərf edilən miqdar-0,05 (hər bir obyektdən 0,01 qram olmaqla), qalıq-0,292 qram Metamfetaminin təmiz çəkisi-0,06 qram, tədqiqata sərf edilən miqdar-0,02 qram, qalıq 0,04 qram. Metadon həbi 1 ədəd, tədqiqata sərf edildi ½ ədəd, qalıq ½ ədəd. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 7/1031 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlələr.” Yazılar və imzalar olan zərfdə 2(iki) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,194 qram, 0,083 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi-0,277 qramdır. Qeyd: Marixuanaların ümumi çəkisi-0,277 qram, tədqiqata sərf edildi cəmi-0,04 qram (hər obyektdən 0,02qram), qalıq -0,237 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09.10.2021-ci il tarixli, 3863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan "xxxx"MMC-dən daxil olan 01 ədəd CD Compact disk və "xxxx"MMC-dən daxil olan 01 ədəd CD Compakt baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr heroin, qurudulmuş marixuana, metadon həbi və psixotrop maddə metamfetamin aşkar edilməsini özündə əks etdirən 01 ədəd DVD Compact disk, "xxxx"MMC-dən daxil olan 01 ədəd CD Compact disk və "xxxx"MMC-dən daxil olan 01 ədəd CD Compakt disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki Təqsirləndirilən şəxs üzərindən aşkarlanaraq götürülmüş ümumi çəkisi 0,342 qram narkotik vasitə heroin, təmiz çəkisi 0,06 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,04 qram olan narkotik vasitə metadon həbi və ümumi çəkisi 0,277 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,292 qram narkotik vasitə heroin, 0,04 qram psixotrop maddə metamfetamin, ½ ədəd metadon həbi və 0,237 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama otağına təhvil verilişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-454/2021 saylı, 06.09.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04.09.2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Ceyranbatan 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 04.09.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,292 qram narkotik vasitə heroin, 0,04 qram psixotrop maddə metamfetamin, ½ ədəd metadon həbi və 0,237 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə maddi sübut 03 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 155,16 (yüz əlli beş manat on altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04.09.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,292 qram narkotik vasitə heroin, 0,04 qram psixotrop maddə metamfetamin, ½ ədəd metadon həbi və 0,237 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 155,16 (yüz əlli beş manat on altı qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-805/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-805/2021
29.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver