Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-807/2022 20.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs X3, Müdafiəçi iştirakı ilə 23 avqust 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Yekun protokola əsasən X5 20 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının yaxınlığında olarkən öz idarə etdiyi “Mercedes” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobildə əyləşən tanışı X2 ilə aralarında yaranmış şəxsi münasibət zəminində baş vermiş mübahisə zamanı sonuncuya sifət nahiyəsindən bir dəfə yumruq vurmaqla, sağ gözün ağlı qişasına qansızma ilə müşayət olumuş sağ göz qapaqlarının qançırı, döş qəfəsinin ön səthinin qançırı, sol əlin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Göstərilən hərəkəti ilə X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X5 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs X2 onun tanışıdır. Onlar bir müddət bir yerdə işləmiş və sonradan ailə qurmaq məqsədilə bir-biri ilə danışmışlar. Lakin sonradan münasibətləri pisləşdiyi üçün onlar ayrılmalı olmuş və bu səbəbdən 20 sentyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının yaxınlığında, öz idarə etdiyi “Mercedes” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobildə Zülfiyyə Canımova ilə söhbət edərkən, sonuncu onu əsəbləşdirmiş və bu səbəbdən o, əlinin arxa hissəsi ilə Zülfiyyəni vurmuşdur. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, X5 onunla birlikdə marketdə işləmiş və həmin müddətdən tanışlıqları yaranmışdır. Sonradan onlar ailə qurmaq məqsədilə bir-biri ilə danışmışlar. Lakin müəyyən səbəblərə görə aralarında olan münasibət pozulmuşdur. Buna baxmayaraq 20 sentyabr 2022-ci il tarixdə Alim ona zəng etmiş və görüşmək istədiyini bildirmişdir. Bununla əlaqədar o, həmin gün Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən “Bəyaz” şadlıq sarayının yaxınlığında, Alimin idarə etdiyi “Mercedes” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobildə əyləşib söhbət edərkən aralarında sözlə mübahisə düşmüş və mübahisə zamanı Alim Mürsəliyev yumruq ilə onun sifət nahiyəsinə vurmuşdur. O, məhkəmə iclasında ərizə təqdim edərək X5 ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 26 sentyabr 2022-ci tarixli 1485 saylı rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sağ göz qapaqlarının qançırı, həmçinin döş qəfəsinin ön səthinin və sol əlin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən yaranmışdır, müayinədən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, X5 əvvəllər məhkum olunmamışdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs A.A.Mürsəliyev ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CMnin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə təqsirləndirilən şəxs A.A.Mürsəliyevin barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(060)-807/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-807/2022
20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver