Məhkəmə qərarları › İş №1(060)-808/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-808/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-808/2022 07.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0.380 qram çəkidə narkotik vasitə olan heroin və 0.280 qram psixotrop maddə olan metamfetamin əldə edərək onu üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 10:25-də Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 19-cu məhəllə 4/25 nömrəli binanın qarşısında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilib, orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sol yan cibindən 02 ədəd qızılı rəngli bükümün içərisində 0.380 qram çəkidə narkotik vasitə olan heroin və 0.280 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə qəbul edir. xx.xx.2022-ci tarixdə, axşam saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı bir nəfər şəxsi görmüş, həmin şəxs ona söhbət əsnasında narkotik vasitələrin istifadəçisinə bənzədiyini bildirdikdə, ona istifadə etdiyini bildirmişdir. Daha sonra ona üzərində narkotik vasitə olan heroin olduğunu və sata biləcəyini dedikdə aralarında razılaşaraq 20 manat pul verib, qızılı rəngli kağıza bükülmüş 1 büküm heroin, 1 büküm isə metamfetamin almış, şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. xx.xx.2022-ci il tarixdə, saat 10:25 radələrində Sumqayıt şəhəri 19-cu məhəllə, 4/25 nömrəli binanın qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxs onu saxlayaraq, narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu polis bölməsinə aparmışlar. Polis bölməsində xidməti otaqların birində videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt üzərində gəzdirdiyi 2 büküm qızılı rəngli kağıza bükülmüş, narkotik vasitə olan heroini və metamfetamini əynində olan göy rəngli şalvarın sol yan cibindən çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunan heroin və metamfetamini aldığı şəxsi tanımır, ilk dəfə görmüşdür. Ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 4cü PB-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilmədən öncə polis əməkdaşları saxlanıldığı yerdə üzərinə baxış keçirməmişdirlər. O, əvvəllər idmanla məşğul olmuşdur. Sonralar gözündən əməliyyat olunmuş və gözündə çox güclü ağrıları olur. Ağrıları olduqda heç bir dərman ona kömək etmir. Ona görə də o, həmin ağrılara dözmək üçün narkotik vasitələrdən istifadə edir. Əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Toplanmış sübutlarla, şəxsi axtarış və disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin özünün etirafedici, şahidlərin ifadələri, ekspert rəyləri və digər sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan təqsiri sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Rütbəsi polis kapitanıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq etmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 4-cü PB-nin CA üzrə inspektoru, polis X6 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü saat 10:20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 10:25-də onu Sumqayıt şəhəri, 19-cu məhəllə, 4/25 saylı binanın qarşısında hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özlərini təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra o, müqavimət göstərmədən avtomobilə mindikdən sonra 4-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov əvvəlcə özünü təqdim etmiş daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı X5 Hüseynova qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Təhqiqatçı saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 ( iki) ədəd üst tərəfi qızılı rəngli olan siqaret kağızından olan bükümləri təqdim etmişdir. Birinci büküm təhqiqatçı tərəfindən açılaraq baxıldığı zaman qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmiş, həmin maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduğu zaman o, “kokos” olduğunu bildirdi. Bundan sonra ikinci büküm açılaraq içərisinə baxıldığı zaman həmin bükümün içərisində ağ rəngli kristallik maddə, metamfetaminə bənzər kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu bildirmişdir. Onun üzərindən aşkar edilmiş, qəhvəyi rəngli kütlə tərəzidə çəkildiyi zaman həmin kütlənin çəkisinin 0.50 qram, olması, digər bükümdə olan kristallik formalı ağ rəngli maddə tərəzidə çəkildiyi zaman isə çəkisinin 0.39 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlələrin hər ikisini xx.xx.2022-ci il tarixdə, axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN- nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin CA üzrə kiçik inspektoru polis X6, Şahid1 ilə oxşar ifadə verdi. İşdə olan ”şübhəli şəxsin tutulması” haqqında protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 26 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli, 6\4042 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində:” Təqsirləndirilən şəxs üzərindən..qəhvəyi rəngli...maddə.."” yazı və imzalar olan zərfdə 01 ədədbükümdə təmiz çəkisi 0.380 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində " Təqsirləndirilən şəxs üzərindən..ağ rəngli kristal maddə..’’ yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.280 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) , metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən "psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4384 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROM (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-də, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov əvvəlcə özünü təqdim edir daha sonra biz polis əməkdaşları özlərini həmin şəxsə təqdim edir. Sonra X3 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində və saxlanmasında, şübhəli bilindiyi üçün 4-cü PB-nə gətirildiyini bildirir və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 təqdim edir. X3 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 ( iki) ədəd üst tərəfi qızılı rəngli olan siqaret kağızından olan bükümləri təqdim edir. Birinci büküm təhqiqatçı tərəfindən açılaraq baxıldığı zaman qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi, həmin maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduğu zaman o, “kokos” olduğunu bildirir. Bundan sonra ikinci büküm açılaraq içərisinə baxıldığı zaman həmin bükümün içərisində ağ rəngli kristallik maddə, metamfetaminə bənzər kütlə aşkar edilir, Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu bildirir. Onun üzərindən aşkar edilmiş, qəhvəyi rəngli kütlə tərəzidə çəkildiyi zaman həmin kütlənin kəçisinin 0.50 qram, olması, digər bükümdə olan kristallik formalı ağ rəngli maddə tərəzidə çəkildiyi zaman isə çəkisinin 0.39 qram olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlələrin hər ikisini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində bir daha şəxsi axtarış aparılır və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmur. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əli ilə əynində olan göy rəngli şalvarın sol yan cibindən 2 ( iki) ədəd üst tərəfi qızılı rəngli olan siqaret kağızından olan bükümləri təqdim edir. Birinci büküm təhqiqatçı tərəfindən açılaraq baxıldığı zaman qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi, həmin maddənin nə olduğu Təqsirləndirilən şəxs soruşulduğu zaman o, “kokos” olduğunu bildirir. Bundan sonra ikinci büküm açılaraq içərisinə baxıldığı zaman həmin bükümün içərisində ağ rəngli kristallik maddə, metamfetaminə bənzər kütlə aşkar edilir, Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” olduğunu bildirir. Onun üzərindən aşkar edilmiş, qəhvəyi rəngli kütlə tərəzidə çəkildiyi zaman həmin kütlənin kəçisinin 0.50 qram, olması, digər bükümdə olan kristallik formalı ağ rəngli maddə tərəzidə çəkildiyi zaman isə çəkisinin 0.39 qram olması müəyyən edildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin kütlələrin hər ikisini xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərində bir daha şəxsi axtarış aparılır və qanunla qadağan olunmuş hər hansısa maddə və predmet aşkar olunmur. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş heroin olan büküm tərəzidə çəkilərkən çəkisi kağızla birlikdə 0,50 qram, psixotrop maddə olan metamfetaminin çəkisinin 0.39 olması müəyyən edilsə də, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli, 6\4042 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində :” Təqsirləndirilən şəxs üzərindən..qəhvəyi rəngli...maddə..” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.380 qram heroin, üzərində " Təqsirləndirilən şəxs üzərindən..ağ rəngli kristal maddə..” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0.280 qram ağ rəngli kristalşəkilli maddə metamfetamin olması müəyyən edilmişdir. Odur ki, Zahid Hüseynovun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin çəkisi 0.380, metamfetaminin çəkisi isə 0.280 qram olması müəyyən edilir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar oluraq götürülmüş, 0.380 qram narkotik vasitə olan heroin və 0.280 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0.330 qram narkotik vasitə olan heroin və 0.230 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olan hesab edilir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, İİİ dərəcəli əlil olmasını və yaşayış yerindən müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,330 qram narkotik vasitə olan heroin və 0.230 qram psixotrop maddə metamfetamin məhv edilməli, 01 ədəd DVD formatlı disk cinayət işində saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,330 qram narkotik vasitə olan heroin və 0.230 qram psixotrop maddə metamfetamin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar